31
50
1901-1950
40
50
Cəmi
106
150
Bioloji Müxtəliflik Konvensiyası üzrə «Birinci Milli Məruzə»nin
məlumatına əsasən ölkəmizdə müəyyən edilmiş bioloji növlərin müxtəlifliyi
hazırda aşağıdakı kimidir:
mikroorqanizmlər
- 1250 növ;
ibtidailər
- 1600 növ;
göbələklər
5050 növ;
ibtidai bitkilər
249 növ;
ali bitkilər
- 4500 növ;
onurğasızlar
- 20200 növ;
onurğalılar
- 623 növ;
balıqlar
- 97 növ;
suda-quruda yaşayanlar
- 10 növ;
sürünənlər
- 52 növ;
quşlar
- 363 növ;
məməlilər
- 106 növ;
dəyirmiağızlılar
■
1 növ
Məmalilər sinfi
(Mammalia) - təkamül sırasının zirvəsində duran ən
yüksək təşkilatlı onurğalılar olub, biosenozlarda və insan təsərrüfatında on
ların müstəsna əhəmiyyəti vardır. Onların müxtəlif növləri suda, quruda və
havada yaşama şəraitinə uyğunlaşmaqla xarici görünüşü, morfoloji quru
luşu, böyüklüyü, diri kütləsi və s. əlamətlərə görə olduqca fərqli və yüksək
fövqəladə amplitudaya malikdirlər. Ən kiçik nümayəndəsi
bədənlərinin
uzunluğu 2-3 sm və kütləsi 1-2,5 q olun cırtdan ağdiş
və 1973-cü ildə Qərbi
Tailandda tapılan
C.thonqlonqyai
yarasası, ən nəhəngi isə -
göy balinadır
(uzunluğu 33 m, kütləsi 165 ton).
Məməlilər ontogenezin ilk mərhələsində
422
yaşamağa əlverişli şərait yaradan diridoğmaya və balaların südlə yemlənmə-
sinə uyğunlaşmışlar, istiqanlıdırlar, mərkəzi sinir sistemi və bütün analiza-
torlar yüksək ali dərəcədə inkişaf etmişdir, mürəkkəb davranışlıdırlar (bə
ziləri ultrasəs exolokasiyasma malikdir), populyasıyalarda münasibətləri
«ictamailəşmişdir». Qidalanmasına görə onların
hər şey yeyən
(qaban, do
nuz, porsuq),
bitki ilə qidalanan
(gəmiricilər, dovşankimilər, dırnaqlılar və
b.),
ət yeyən
(cücü yeyənlər, əksər yarasalar, kürəkayaqlılar, balınakimilər,
yırtıcılar) qrupları mövcuddur. Əksər məməlilər fəal həyat tərzi keçirir. La
kin qida çatışmazlığı, ya da çətin əldə edilməsi bəzi növlərdə qeyri - fəal hə
yat tərzi keçirməyə məcbur olmuşlar. Məsələn, ayılar, yenot iti, porsuq qışın
əvvəlində uzun müddətli qış yuxusuna gedir. Bu zaman onların orqa
nizmində bədən temperaturu (37°C), ürək, tənəffüs fəaliyyəti normal qalır,
narahatçılıq və təhlükə yarandıqda isə heyvan dərhal ayılır. Bəzi məməlilər
(sünbülqıran, yarasalar, marmot) isə dərin yuxuya gedir, bədən temperaturu
O0C-ə qədər enir. Digər qrup məməlilərdə çox maraqlı bir hadisə-yay
yuxusuna getmə baş verir (səhraların sakinlərində). Hazırda planetimizdə
4675 məməli növü olmaqla, 1985-1995 -ci illərdə onların 151 ycnı (əvvəllər
elmə məlum olmayan) növü aşkar olunmuşdur. Azərbaycanda 97 məməli
növü qeydə alınıb. Respublikamızın
teriofaunasına
(məməlilər) introduksiya
(gəlmə) yolu ilə ərazimizə daxil olanlar da nəzərə alınmaqla (Amerika
jenotu, qunduzlar, vəhşi ada dovşanı) 100 növ daxildir:
c ü c ü y c y ə n l ə r
yarasalar
dovşankimilər
gəmiricilər
yırtıcılar
kürəkayaqlılar
cütdırnaqlılar
- 13 növ, 7 cins, 3 fəsil:
- 26 növ, 11 cins, 3-fəsil;
2 növ, 2-cins, 1
fəsil;
-3 1 növ, 17-cins. 7-fəsil;
- 19 növ, 12-cins, 6 fəsilə;
- 1 növ, 1-cins, 1-fəsil;
8 növ, 7-cins, 3-fəsil.
Məməlilərin hamısı genetik baxımdan heterogendir, bioloji xüsu
siyyətlərində müşahidə olunan fərqli əlamətlərin hamısı irsiyyət yöniimlüdür,
onların formalaşması isə müvafiq genlər qrupu tərəfindən idarə edilir və
tənzimlənir.
Teriofauna haqqındakı paleontoloji məlumatlar, müxtəlif gene-
fondların zəngin kolleksiyaları, yayılması və ekologiyası N.K. Vereşşagin
tərəfindən müfəssəl surətdə öyrənilmişdir.
Quşlar sinfi
(Aves)-yüksok və stabil bədən temperaturuna (42,2-45,541)
malik olan onurğalılardır, 180 mln. il öncə Yerin inkişafının yura dövründə
qədim sürünənlərdən əmələ gəlib, bədənləri lələklərlə örtülüdür (tempera
turu tənzimləyir və uçuş zamanı xüsusi rol oynayır), uçmaq qabiliyyətinə
malikdirlər (bəzi lələklilərdə-pinqvinlər, dəvəquşular-bu qabiliyyət ikincili
hadisə kimi itirilmişdir). Skeletin pnevmatikliyi, hava kisələri, ön ətrafların
qanadlara çevrilməsi, döş əzələlərinin güclü inkişafı, dişlərin olmaması,
metabolizmin yüksək səviyyədə icra olunması, diridoğmanın qeyri-möv-
cudluğu və mədənin sadə quruluşu quşların uçmasına zəmin yaradan
amillərdir. Populyasiyaların fərdləri arasındakı əlaqə olduqca sıxdır, heyvan
423
və bitki mənşəli yemlərlə qidalanır, buzlu şimaldan tutmuş qızmar cənuba və
çox yüksək dağlara qədər Yer kürəsində geniş yayılıb, baş beyni, analiza-
torlar (əsasən isə görmə və eşitmə) yüksək səviyyədə inkişaf etmişdir, yumur
ta qoymaqla çoxalır, balaları kürt yatan quşun (ananın) bədən temperaturu
hesabına inkişaf edir. Quşların səciyyəvi xüsusiyyətlərindən biri də onlarda
nəsil qayğısının-yuva qurma, kürt yatma, balalara qayğı göstərmək, onları
yemləmək, yuvadan çıxana qədər nəzarət altında saxlamaq, müdafiə etmək
və s. güclü olmasıdır. Əfsuslar olsun ki, yuvanı tərk edən balalar valideyn
qayğısını tamamilə unudur və onları etiraf etməyərək ayrılırlar. Onların ay
rı-ayrı növləri bədən quruluşuna və böyüklüyünə görə bir-birindən xeyli
fərqlənir (kolibri quşunun kütləsi-2 q, dəvəquşununku isə-90 kq-a qədər, yu
murtası isə
2 kq).
Hazırda planetimizdə 8500-ə yaxın müxtəlif quş növü
olmaqla onlar 40 dəstəyə bölünür. Ölkəmizdə
orm tofaunanın
17 dəstəsi. 59
fəsiləsi və
18
cinsi təmsil edən 423 növ və yarımnövü qeydə alınmışdır
(Q.Mustafayev,
1985).
Onlardan 152 növ oturaq, 93-köçəri
(245
yuvalanan
növ və yarımnöv), 97-qışlayan, 46-ötüb keçən və 32-azıb gələnlərdir. 36
növün 124-ü monotipikdir (yarımnövləri yoxdur). Ağac-kol quşları arasında
oturaq və köçəri yuvalayanlar
87,5%,
açıq biotopların sakinləri arasında
yuvalayanlar -
72.5,
evzitop quşlar arasında isə
-80%
təşkil edir. Quşların
yayılmasında
şaquli u yğu nlaşm a
xarakterik olmaqla, ovalıq dağətəyi zolaqda
daha çox məskunlaşır (347 növ, 95%), dağ-meşə qurşağında ornitofauna çox
zəifdir (137 növ, 38%), yüksək dağlarda isə-yalnız 6 9 növ (19%)
məskunlaşıb ki, onların da 1/3 hissəsi Kiçik Qafqaz hüdudlarını aşmır.
Azərbaycanın ərazisi 2 coğrafi dairəy
э -Q a fq a z
və
Ön A siy a bölünür.
Qafqaz
dairəsində 405 növ və yarımnöv, Ön Asiyada iso 390 növ qeydə alınmışdır.
Dünya okeanı təkcə su heyvanlarının deyil, həm də müxtəlif növ su
quşlarının vətənidir. Avrasiyanın şimalında yerləşən dənizlərin sahilboyu
ərazilərində, həmçinin adaların (Novosibır, I'rans-İosif, Şimal və Yem
Torpaq) və yarımadaların (Çukot, Kola) sahillərində yay fəsli həddindən
çox və müxtəlif növ ornitofauna məskunlaşaraq olduqca qeyri- adi, ağıla-
gəlməz dərəcədə heyrətamiz, əsrarəııgic və möcüzəli bir təbiət mənzərəsi-
peyzaj, tablo yaradır. Burada həm müxtəlif quruluşlu və rəngli quşların
özləri, həm də onların gözəl, fərqli səsləri, cəh-cəhləri sanki məşhur bəstəkar
ların simfoniyasını xatırladır, insanı tamamilə məst edərək möcüzəli, ecazkar
bir aləmə aparır. Bu qeyri-adi mənzərəyə malik olan möcüzəli ərazilər
«quş
b a z a n »
adlanaraq ornitoloqlann, məşhur səyyahların, eləcə də turistlərin
diqqətini həmişə cəlb edir. Iləmin unikal mənzərədən insanlar zövq alır,
təəccüblənir, heyrətlənir, təkrarən yenidən «quş bazarnmı görmək arzusu ilə
yaşayır, ondan qətiyyən ayrılmaq istəmir. Dahi K.Marks bəlkədə, belə
möcüzələrə görə
« k a in a t, m a teriya n ın canlı və can sız aləm i ecazkar
m öcü zələr, seh irli m ək a n la r və h adisələr d iya rıd ır»
demişdir.
424
Respublikamızın bütün ərazisində quşların miqrasiya yolları (ornito-
faunanm 150-yə qədər nümayəndəsi), dayanacaq yerləri və qışlama
məskənləri beynəlxalq əhəmiyyətə malik olmaqla populyasiyaların dayanıqlı
inkişafına çox böyük zəmin yaradır.
Balıqlar.
Azərbaycanda Xəzər və daxili su hövzələri balıqlarının
öyrənilməsi sahəsində böyük xidmətləri olan A.N.Derjavin (1949, 1951)
bütün Xəzər akvatoriyası üçün 74 balıq növünü qeydə almışdır. Məşhur
ixtioloq alim İ.A.Əbdürrəhmanov (1962) şirin sularda 55 növ və 9 yarımnöv
qeydə almış, sonralar isə bunların müvafiq olaraq 77-yə və 15-ə çatdığını
qeyd etmişdir (1966). Z.M.Qulıyev Kürün aşağıları və qolları körfəzlərində
ixtiofaunanm dəyişikliklərini öyrənərək Böyük Qızılağacda 31 növ aşkar
etmişdir (1965-1983). H.S. Abbasov (1980) Kürün aşağıları üçün - 52,
qolları üçün isə-22, Arazda-35, Mingəçevir su anbarında 33 (və 2 hibrid)
balıq növünü aşkarlamışdır.
D.B.
Rəhimov öz tədqiqatlannı ən az
öyrənilmiş xilkimilər fasiləsinə həsr edərək aşkar etdiyi 28 növ arasında 2
yeni növün olduğunu qeyd etmişdir. Xəzərin balıqlar aləminin əsas
xüsusiyyəti, burada ancaq onun hövzəsində yaşayan çoxlu sayda cndemik
növlərin olmasıdır. Burada balıqların yayılması şaquli zonal xüsusiyyət
daşıyır. Xəzərin ixtiofaunasmı əsasən
nərə, siyənək, ağ balıq, qızıl balıq,
şam ayı, kütüm , kilkə, aterina, ziyad, kefal, bölgə, xəşəm, qaya balığı, kiilnıə,
çapaq, çəki, sıf, naxa, xilkimilərin hamısı, ilanbalığı və uzunburunlar
təşkil
edir. Onların əksəriyyətinin yaşama müddəti orla hesabla 6-8 ildən çox
olmur. Xəzər nərələri isə uzun ömürlü olması ilə səciyyələnir, bölgə balığı-60
il, nərə-40 il, uzunburun isə-30 ilə qədər yaşaya bilir. Xilkimilər və
uzunburunlar ən qısa ömürlü olub, cəmi 2-4 il yaşayırlar. Nərələr, karplar və .
s. ömürləri boyu bir neçə dəfə, qızılbalıqlar isə cəmi bir dəfə kürü tökür,
sonra da məhv olurlar. Xəzərin ən böyük balığı bölgə sayılır (1 tondan
artıq), ancaq son zamanlar ovlanan bölgə balıqlarının kütləsi 250 kq-a,
uzunluğu isə-360-380 sm-ə qədər olur. Kilkələr vətəgə əhəmiyyətli balıqlar
arasında ən xırdası olub, uzunluğu-13 sm-ə qədər, kütləsi isə-8-I0 q-a qədər
olur. Endemik balıq növlərinin əksəriyyətini siyənəkkimilər və xilkimilər
təşkil edir. Başqa fəsillər içərisində isə nərəkimilərin 6 növü və yarımnövü
mühüm əhəmiyyət kəsb edir. Dünyada nərə ovunun 90%-nı Xəzər verir.
Nərə balıqlarına və qara kürüyə olan tələbat ölkəmizin iqtisadi və mədəni
inkişafında bioloji müxtəlillıyin tutduğu prioritet mövqeyə bariz nümunədir.
Naxa- tez böyüyən, uzunömürlü və tipik yırtıcı, vətəgə əhəmiyyətli, qiymətli
və keyfiyyətli əti olan iri balıqdır. Azərbaycanda 1965-1994-cü illər ərzində
naxa balıqların tutulması göstəriciləri (sentnerlə) aşağıdakı kimidir:
illər
tutum, s
1965-1969
473,0
1970-1974
751,0
1975-1979
1009,0
1980-1984
745,4
1985-1989
994,0
1990-1994
553.0
425
Yer kürəsində ən balaca balıq Trımmatom nanus-hind okeanı xulu-
sudur (uzunluğu 1 sm-ə qədər). Ən böyük balıq isə balinaya oxşar köpək
balığıdır (uzunluğu-12 m, kütləsi-15 tondan artıq). Köpək balıqları insan
üçün təhlükəsiz, zəhərli tikanlara malik olan ziyilli balıqlar isə ən təhlükəli
sayılır, hətta insanı öldürə bilir. Xəzərin bəzi çaylar və kanallarla əlaqəsi
nəticəsində ona miqrasiya olunan balıqlar arasında ən təhlükəlisi
anqivil və 3
iynəli tikan balığıdır.
Onlar yerli endemik balıqlarla qida rəqabətinə girərək
onların qida ehtiyatlarının azalmasına və nəslinin kəsilməsinə səbəb olur,
potensial sanitar-epidemioloji və ekoloji təhlükə mənbəyinə çevrilir. AMEA-
nın Zoologiya İnstitutunun «Su heyvanları» (İxtiologiya) şöbəsinin müdiri
professor Zülfüqar Quliyevin (2005) məlumatına görə bir
tikan balığı 5 saat
ərzində uzunluğu 6 m m olan
74 ədəd endemik balıqların körpələrini udaraq
onları məhv edir. Alimin fikrincə, hazırda
Xəzərdə tikanbalığıkimilərin 2
cinsinə mənsub olan 3 növü-kiçik cənub tikanbalığı, iynəli tikanbalığı və üç
iynəli tikan balığı
yaşamaqda və endemik növlərin genefondunu çox sürətlə
azaltmaqda davam edir. Onlar vətəgə əhəmiyyətli balıqlarla həm qida
rəqabəti aparır, onların qidasına şənk olur, həm də kürii və sürfələrini
yeməklə çoxalmalarına çox ciddi maneçilik törədir. Parazil balıqların hər bir
dişi fərdi yosunlar və digər bitkilərdən xüsusi yuva düzəldərək oraya 150-ə
.qədər kürü tökür, erkəklər isə bu yuvalara keşik çəkirlər. Əgər iynəli tikan
' balıqları bu sürətlə inkişaf edərsə onda Xəzərin endemik balıqlarının sayının
çox azalması, hətta nəslinin kəsilməsi təhlükəsi yarana bilər.
Heyvanların ümumdünya genetik resurslarının müasir durumu hazırda
nüfuzlu beynəlxalq təşkilatlan narahat edir vo priontet problem hesab olunur. Bu
problem ölkəmizin heyvandarlıq alimlərini və mütəxəssislərini də çox ciddi
düşündürür. Çünki yerli, qiymətli, unikal genefondlann- Azərbaycanın yerli
heyvan cinslərinin qorunub saxlanılması, onlardan səmərəli istifadə edilərək ycnı,
yüksək məhsuldar, yerli şəraitə uyğunlaşmış, xəstəliyə davamlı cinslər yaratmaq
böyük dövlət və xalq təsərrüfatı əhəmiyyətinə malikdir. Ona görə də onların
dövlət tərəfindən qorunmasına nəzarət böyük əhəmiyyət kəsb edir. E.B.Bəşirov
“Azərbaycanda damazlıq heyvanların biologiyası və yetişdirilməsi” (Bakı, 2005)
monoqrafiyasına istinad edərək respublika kənd təsərrüfatı Nazirliyi «Heyvan
darlıq» idarəsinin rəisi Çingiz Fərəcovun rəhbərliyi ilə professor Q.Q.Abdullayev,
F.Ö.Eminov. A.M.Məmmədov tərəfindən hazırlanmış "Azərbaycanın yerli
heyvan cinsləri" kataloqunun əsas aspektlərinin şərh edilməsini məqsədəuyğun
hesab edirik.
13.6. Azərbaycanın yerli heyvan və quş cinsləri
Azərbaycanda kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı, əsasan
ərazinin oroqrafiyası ilə bağlı olan torpaq-iqlim şəraitinin xüsusiyyət
lərindən çox asılıdır. Azərbaycan ərazisi bir neçə iqlim zonasna bölünür:
Rütubətli subtropik Lənkəran ovalığı:
-Q u ru subtropik Kür-Araz ovalığı;
426
- Kiçik Qafqazın mülayim quru iqlimə malik aşağı zonaları;
- Böyük Qafqazın rütubətli zonası;
- Kəskin kontinental iqlimə malik Naxçıvan zonası;
- Soyuq dağlıq zonası
Belə müxtəlif iqlim şəraitində, Azərbaycan xalqı hələ qədimdən təbiətin
bu tələblərinə uyğunlaşan yerli qaramal cinslərinin yaradılması ilə məşğul
olmuşlar. Maldarlıq özündə iri buynuzlu malları, camışları, zebulan,
dəvələri və atları birləşdirir. Onlar südlük, ətlik və qismən iş heyvam kimi
istifadə edilir. İqlim və yem şəraitindən asılı olaraq respublikada maldarlığın
3 tipi yaranmışdır: köçəri, yarımköçəri və oturaq. Aparılan eksperimental
işlərə əsasən, alimlərimiz yerli malları 2 cinsə ayırırlar:
*
Böyük Qafqaz dağlarının ətəklərində yetişdirilən Böyük Qafqaz
malları.
* Kiçik Qafqaz dağlarının ətəklərində və bu dağların arasındakı
ovalıqlarda yetişdirilən Kiçik Qafqaz malları. Azərbaycan Böyük Qafqaz
malı əsasən qara və qara-ala rəngdə olur. Bədən quruluşuna görə onlar
Kiçik Qafqaz mallarına yaxındır, ondan ölçüsünün kiçikliyinə görə fərqlənir.
Kiçik Qafqaz cinslərinə Qazax bölgəsində (Qazax, Tovuz, Gədəbəy,
Şəmkir, Daşkəsən rayonlarında) yaranmış və burada yayılan Qırmızı Qazax
malları aiddir. Kiçik Qafqaz malının 75%-i açıq qırmızı rəngdədir. Qırmızı
Qazax cinsli mallar gözlərinin ətrafındakı tünd-qırmızı rəngli həlqə ilə
fərqlənir.
Azərbaycan zebusu - cənub dağ və əsasən Lənkəran, Astara, Ixnk vo
Yardımlı rayonlarının meşə
zonalarında
yayılmışdır. Bu növ heyvanlar
Zaqafqaziya respublikalarından təkcə
Azərbaycanda
yetişdirildiyi üçün
Azərbaycan zebusu adlanır və müstəqil
növ
kimi tanınır. Azərbaycan zcbu-
sunun bədən quruluşunda ən
böyük
fərqləndirici xüsusiyyətləri belində hür-
kücün mövcudluğu, buynuzlarının
böyüklüyü
vo
düz
istiqamətdə olmasıdır.
Azərbaycan camışı.
O m ışçılığın inkişaf
tarixi
eramızdan 3-5
min il
əvvəl
başlayır. Öz bioloji xüsusiyyətinə görə camışlar çox su
və
gölməçələr olan
yerlərdə yetişdirilir. Ona
görə
də onlar
h id ro fil
heyvanlar
hesab olunur.
Akademik A.A.Ağabəylinin məlumatlarına əsasən, keçmiş SSRİ-nin
ərazisində camışlar əsasən Azərbaycanda məskunlaşmışdır. Sabiq SSRİ-də
camışçüıq üzrə
damazlıq
müəssisələri məhz Azərbaycanda (Şəki rayonunun
"Daşüz",
Zərdab camışçılıq
və Neftçala
rayonunun "Xəzər" təsərrüfatları)
yaradılmışdır.
Hazırda
Zaqafqaziya regionlarında camışçılıq əsasan Azər
baycanda fermer
və
fərdi təsərrüfatlarda böyük müvəffəqiyyətlə inkişaf etdi
rilir. Bunu nəzərə alaraq camışları "Azərbaycan camışı" adlandırmaq olar.
Camış müxtəlif infeksion və hemosporigioz xəstəliklərə davamlı, südü yağlı,
çox da tələbkar heyvan deyildir, günün çox hissəsini suda uzanıqlı vəziy
yətdə keçirməklə, isti hava şəraitinə çox dözümlüdür. Camışlar Azərbay
canın əsasən Salyan, Mil-Muğan, Şəki bölgələrində cəmləşmişdir.
Dəvə - qədim dövrlərdən uzaq məsafəyə sürülən və köçəri heyvandar
lıqda, xüsusilə qoyunçuluqda əvəzsiz yük heyvamdır. Hazırda Azərbaycan
427
dəvələri genofond kimi, Abşeron rayonunun "Qobu" damazlıq təsərrüfatın
da saxlanılır.
Atçılıq. Ən qədim vaxtlardan Azərbaycan qiymətli minik atları olan
Qarabağ və Dilbaz at cinslərinin vətənidir. Qiymətli nadir genofond kimi,
Qarabağ atları Ağdam at zavodunda, Dilbaz atları isə Şəki rayonunun
"Daşüz" və Ağstafa rayonunun "Sadıxlı" atçılıq zavodunda yetişdirilir.
Qoyunçuluq - Azərbaycan heyvandarlığının ən qədim, əsas və aparıcı
sahələrindən biridir. Qoyunlardan yun, qoyun və quzu dərisi almır,
həmçinin, qiymətli yeyinti məhsulları - ət, quyruq yağı və süd almır. Qoyun
südündən motal pendiri, şor, qurut, yağ və s. hazırlanır. Azərbaycan
Respublikasında 9 müxtəlif təbii-iqlim və iqtisadı zona vardır. Bu zonalarda
müxtəlif yerli (aborigen) qoyun cinsləri yetişdirilir. Bu cinslərin yetişdirilməsi
Azərbaycan Respublikasının dağ, dağətəyi və aran zonalarının təbii yem
ehtiyatlarından və xüsusilə müxtəlif otlaq sahələrindən tam və səmərəli
istifadə etməyə imkan verir. Respublikanın bütün zonalarında, qoyunların
ən yaxşı cinslərinin yetişdirilməsi əhaliyə yüksək gəlir gətirir. Bəzi rayon
larda o, gəlirin başlıca, digər zonalarda isə əlavə mənbəyidir. Azərbaycan
Respublikasının 9 təbii-iqlim zonasının hər birində, aşağıdakı müxtəlif yerli
(aborigen) yağlıquyruq qoyun cinsləri yetişdirilir:
1. Qarabağ və Mil bölgələrində Qarabağ qoyun cinsi və onun bir qolu
■olan Qaradolaq qoyunları yetişdirilir.
2. Naxçıvan Muxtar Respublikasında Balbas və Mazex cinsindən olan
yerli aborigen qoyunlar yetişdirilir. Onlar yerli sərt kontinental iqlim və
yaylaq şəraitinə yaxşı uyğunlaşmışlar.
3. Muğan-Salyan bölgəsində qədim dövrlərdən yerli qabayunlu - Şirvan
qoyunları yetişdirilir. Onlar sərt isti iqlimə uyğunlaşmışlar. Şirvan
qoyunlarının bu xüsusiyyəti bölgədə qoyunçuluğun yalnız oturaq şəraitində
saxlanması üçün çox vacibdir.
4 .
Abşeron bölgəsində quru subtropik iqlim şəraitində
Q a l a q o y u n l a r ı
yetişdirilir. Onlar qabayunlu Şirvan qoyunlarının törətmələridir. Bu qoyun
ların yetişdirilməsilə 2 damazlıq təsərrüfatı məşğul olur. Aran və dağətəyi
zonalarda istifadə elmək üçün, bu təsərrüfatlardan ildə damazlıq material
kimi 1000-1500 baş qoyun satılır.
5. Quba-Xaçmaz bölgəsində qədim zamanlardan yerli qabayunlu
G ö d ə k
qoyunları yetişdirilir. Onlar yerli şəraitə çox yaxşı uyğunlaşmışlar,
uzaq məsafədə yerləşən qış və yay otlaqlarına sürülmək qabiliyyətinə
malikdirlər.
6.
Şirvan bölgəsində qədim zamanlardan yerli qabayunlu
Şirvan
qoyunları yetişdirilir. Bu qoyunlar dağ və dağətəyi rayonlarda üstünlük təşkil
etməklə, köçəri vəyarımköçəri şəraitində saxlanılmağa uyğunlaşmışlar.
7. Şoki-Zaqatala bölgəsində yerli aborigen qoyunları -Ləzgi cinsi
saxlanılıb yetişdirilir. Onlar Böyük Qafqazın yerli iqlim və yem şəraitinə
uyğunlaşmışlar, ildə yay və qış otlaqları arasındakı 300-400 km uzaq
məsafəyə sürülmək qabiliyyətinə malikdirlər.
428
8.
Lənkəran-Astara bölgəsində yerli qabayunlu -
Dostları ilə paylaş: |