330
aylarda, qoyunlarda isə boğazlığın 2-ci yarısında balasalma baş verir.
Bunlar onunla izah edilir ki, qeyd edilən heyvan növlərinin embrionunun
inkişafın ilk dövrlərində onlarda limfoid immun sistemi formalaşmadığına,
yetişmədiyinə görə, embrionun orqanizminə daxil olan patogen agentləri o,
«özününkü» kimi qəbul edir. Sonralar isə onlarda limfoid immun sistemi
formalaşdığından onlar orqanizminə daxil olan patogen agentlərin yabançı,
tamamilə «yad» olduğunu tanıyır və imtina edir. Balasalmış heyvanlar
müəyyən müddət seroloji areaktivlik göstərirlər. Belə ki, brusellyoz zamanı
seroloji areaktivlik inəklərdə 8-15, qoyunlarda isə - 12-25 gün davam edir.
Salmonellyozlu abort zamanı həmin hal qoyunlarda-6-12, madyanlarda isə
8-30 gün təşkil edir. Brusellyoz (inək və qoyunlar), salmonellyoz (madyan
lar, qoyunlar), viruslu infeksiya (madyan və qoyunlar) keçirmiş heyvanlarda
bir qayda olaraq, həmin xəstəliklərə qarşı immunitet yarandığından so
nuncu boğazlıqlarda abort müşahidə olunmur və normal balalar doğulur.
İnfeksion
balasalmalar zamanı immunoloji tolerantlığın çox saylı
problemləri hələ də ətraflı öyrənilməyib və yaxm gələcəkdə özünün müsbət
həllini gözləyir.
331
İRSİYYƏT YÖNÜMLÜ (MEYİLLİ)
XƏSTƏLİKLƏR
«Xəstəlikhı materiyanın canlı aləmini-
insan
,
heyvan və bitkiləri ömrü boyu müşayət
edir və neqativ fəsadlarla nəticələnir»
(Məşhur Slovakiya alimi Vladimir
Betina, 1976)
10.1. Ümumi anlayışlar
İnsanlarda genetik qan xəstəlikləri hələ antik dövrlərdə müşahidə
edilmişdir. Hazırda uşaqlar arasında ən geniş yayılan genetik qan xəstəliyi
hemofliya və talessemiyadır.
Hemofliya
-irsi qan xəstəliyi olmaqla, əsasən
oğlanlarda müşahidə olunur. Xəstəlik insan qanının laxtalanma sistemi olan
VIII və IX-laxtalanma amillərinin çatışmaması nəticəsində yaranan irsi qan
xəstəliyidir. Onun əsas daşıyıcısının qadınlar olmasına baxmayaraq, onlar
xəstələnmir, lakin onların oğlan uşaqları bu xəstəliyə məruz qalır. Bu
xəstəlik qanın laxtalanma surətinin çox zəif olması, xəstədə tez-tez daxili və
xarici qanaxmaların baş verməsi, oynaqların kəskin hemoartrozu. qansızma
nəticəsində ətraflarda irinli yaraların əmələ gəlməsi, əlillik və s. ilə müşayət
olunur. Azərbaycanda 1500 nəfərə qədər qeydiyyatda olan hemofliyalı oğlan
uşağı vardır. Onların 50-55%-ni məktəbəqədər və məktəb yaşlı uşaqlar təşkil
edir. Bu xəstəliyə çar xəstəliyi də deyilir. Avropa kralları bir-biri ilə qohum
nigahlar bağladığından bu xəstəlik bütün Avropa sülalələrinə öz təsirini
göstərmiş və onların arasında tarixdə ilk dəfə olaraq İngiltərədə kraliça
Viktoriyanın Leopold adlı oğlunda müşahidə olunmuşdur. O. yalnız xüsusi
əlil arabası ilə hərəkət edirmiş. Sonuncu Rusiya çarı II-Nikolayın oğlu
şahzadə Aleksey də hemofiliya xəstəliyinə düçar olduğundan ayağını
tamamilə aça bilmədiyinə görə ömrünün sonunadək əzab-əziyyət çəkmiş və
sarsıntı keçirmişdir (şəkil 5 1,52.53 ).
332
Talassemiya
- defektli genin valideynlərdən övladlarına ötürülməsi
nəticəsində əmələ gələn irsi qan xəstəliyi olub, hemoqlobin sintezinin
pozulması və xroniki anemiya ilə xarakterlənir. O nun 2 növü-talassemiya
geninin daşıyıcılığı (heteroziqot) və böyük (homoziqot) talassemiya - möv
cuddur. Talassemiya geninin daşıyıcıları praktiki olaraq sağlam insanlardır.
Ancaq onlar talassemiya genini yalnız öz uşaqlarına ötürə bilər. Dünyada
talassemiyanın ən geniş yayıldığı ölkələrdən biri də Azərbaycandır. Hazırda
ölkəmizdə hər 12 nəfərdən biri talassemiya geninin daşıyıcısıdır, hər il 200-ə
qədər talassemiya ilə xəstə uşaq anadan olur və rəsmi məlumatlara əsasən
onların sayı 900 nəfərə çatır. Əslində bu rəqəm daha böyükdür, çünki
regionlarda talassemiyanın dəqiq diaqnozunu təsdiq etmək mümkün deyil və
belə xəstələr rəsmi qeydiyyata düşmürlər. Qeydiyyatda olan xəstələrin
əksəriyyəti Bakı şəhərində müalicə edilir. Lazımı tibbi yardım təşkil olunmuş
ölkələrdə talassemiyalı xəstələr nəinki erkən yaşlarında tələf olmurlar, həm
də ailə qurur və cəmiyyətə tam inteqrasiya olunurlar. Azərbaycan
Respublikasının ərazisində hemofliya və talassemiyalı xəstələrə yüksək
səviyyədə ixtisaslaşdırılmış tibbi yardım B.Eyvazov adına Elmi-Tədqiqat
Hemotologiya və Transfuziologiya İnstitutunda, akademik M.Mirqasımov
adma Respublika Klinik Xəstəxanasmda, Gəncə və Şəki rayonlararası
qanköçürmə mərkəzlərinin nəzdindəki qanın irsi xəstəliklərinin müalicəsi
üzrə gündüz stasionarlarında göstərilir. Son illər ölkəmizdə hemofiliya və
talassemiyanın müalicəsinin səmərəliliyini artırmaq məqsədi ilə bir sıra
tədbirlər həyata keçirilməsinə baxmayaraq, lazımi həcmdə desferal
(dəmirqovucu) və laxtalanma faktor preparatları ilə, testlərlə, leykositar
filtrlərlə, elektron transfuzion sistemlərlə və müasir avadanlıqlarla təmin
edilmədiyinə və donor qanının qıtlığına görə əlaqəli və ardıcıl yardım sis
teminin yaradılması hələ də günün tələbi ilə uzlaşmır.
XXI-əsr bəşəriyyətin tarixinə hər şeyin insan sağlamlığına yönəldilməsi
və xidmət etməsi əsri kimi daxil olmaqla, ÜST-nın fəaliyyətinin prioritet sa
dələrindən biri də irsi xəstəliklərlə mübarizə sayılır. Bu məqsədlə
populyasi-
yanın genetik monitorinqi üsulu
ən ümdə üsul hesab olunur. Bu üsulla həm
mutagen, həm də ekoloji amillərin rolu aşkar olunur. Hazırda alimlər irsi,
kimyəvi, ekololji amillərin mutagen fəallığını azaldan və tamamilə aradan
qaldıran yeni axtarışlar aparır, rentgenoloji və radioloji tədqiqatlardan və ci
hazlardan imtina edilməsini məqsədəuyğun hesab edirlər. Alimlər həmçinin
yeni antimutagen preparatların axtarışı üçün qlobal tədqiqatlar aparırlar.
Sübut edilmişdir ki, C və E vitaminləri güclü antimutagen xassəyə malikdir.
Beləliklə, anadangəlmə xəstəliklərin qarşısının alınmasının çox ciddi prob
lem olmasını və əhali artımına neqativ təsir göstərməsini nəzərə alaraq ÜST
başlıca üsullar sırasına ətraf mühit amillərinin mühafizəsini və ekoloji ge
netik mutagenlərin qarşısının alınmasını, antimutagen preparatların istehsa
lını, ailənin planlaşdınlmasını, doğuşdan əvvəl diaqnostikanı və profilakti
kanı daxil etmişdir.
333
TARİXDƏN SƏHİFƏLƏR
ŞekilSI.
Şahzadə Leopold xüsusi
əlil
arabasında
ÇAR XƏSTƏLİYİ
Hemofiliyam "çar xəstəliyi də adlandırırlar. Bu xəstəlik vaxtilə Avropa
kralları arasında çox geniş yayılmışdı. Xəstəlik irsidir-anadan oğula keçir.
Tarixdə ilk dəfə olaraq bu xəstəlik İngiltərədə, kraliça Viktoriyanın oğlunda
qeydə alınmışdır. Onun adı Leopold idi. Avropa krallan b ir- biri ilə qohum
nigahlar bağladığından bu xəslək bütün Avropa sülalələrinə təsirini
göstərmişdir. Sonuncu Rusiya çarı II Nikolayın oğlu şahzadə Aleksey
hemofiliyadan əziyyət çəkirdi. O zam anlar nə faktor preparatları mövcud
idi, nə də qanköçürmə təcrübəsi. Ona görə də Aleksey kiçik yaşlarında belə
əlil olmuşdu. Gördüyünüz fotoda Aleksey ayağım pilləkənə basıb. Bunun
səbəbi odur ki, şahzadə ayağım tam aça bilmirdi.
334
Şəkil 52. Kraliça Viktoriya anası ilə
Şəkil 53. Rus çarı II Nikolayın oğlu hemofiliyalı şahzadə Aleksey
335
Elmi əsaslarla sübut olunm uşdur ki, heyvan və quşların bəzi növləri,
cinsləri və qrupları müxtəlif xəstəliklərə qarşı davamlı, yaxud həssas olur.
İrsi rezistentlik (davamlılıq), yaxud həssashq mikro və makrorqanizmlərin
mutasiya prosesi nəticəsində baş verən qısaldılmış təkamül zamanı yaranır.
Məsələn, atlar genetik olaraq dabaq, qaramalın və donuzların taununa, qo
yunların bradzot, enterotoksemiya xəstəliklərinə, qoyun, qaramal cinsləri
atlann m anqo, saqqo, infeksion anemıya, ensefalomielit xəstəliklərinə, to
yuqlar isə qarayaraya qarşı çox davamlıdırlar. Kənd təsərrüfatı heyvanları
nın genetik xəstəlikləri və anom aliyalan insanda olduğu kimi 6-8% təşkil
edir. Lakin xəstəliklərin daha böyük və genetik təbiəti hələ də geniş və ətraflı
öyrənilməmişdir. İrsiyyət, yaxud
irsiyyət - mühit
yönümlü xəstəliklər baytar
lıq təbabəti üçün xüsusi əhəmiyyətə malikdir. Bu qrupa aid olan xəstəliklər
(leykoz, vərəm, brusellyoz, mastitlər, ətraflann xəstəlikləri və s.) irsiyyətin və
mühit amillərinin təsirindən yaranmaqla onların xüsusi çəkisi heyvanların
bütün xəstəliklərinin təqribən 92%-ə qədərmi təşkil edir. Onlar heyvan
darlığa çox böyük iqtisadi zərər verməklə, həm də insanlar üçün (brusellyoz,
vərəm, dabaq və s.) də olduqca təhlükəlidir.
Davamlılıq (rezistentlik) -
orqanizmin patoloji proseslər törədən fiziki,
kimyəvi və bioloji amillərin təsirinə qarşı göstərdiyi müqavimətdən ibarətdir.
■
Bu məvhum immünitetdən fərqlənməklə olduqca geniş diapozona malikdir.'
Həssaslıq
- orqanizmin patoloji proseslər töfədən fiziki, kimyəvi və
bioloji amillərin təsirinə meyllilik göstərməsindən ibarətdir. Davamlılıq və
həssaslıq hər hansı bir növə mənsub olan heyvan və quşlar üçün mütləq
deyil, nisbi xarakter daşımaqla yüksək, orta və aşağı səviyyədə mövcud ola
bilər.
Xəstəlik
- orqanizmin normal həyat fəaliyyətinin fizioloji və biokimyəvi
proseslərinin ahənginin pozulması və patoloji məcraya yönəlməsidir.
Xəstə
lənmə
- xəstəliyin, patoloji prosesin baş verməsidir.
Xəstəliklərin törədiciləri
- müxtəlif yollarla (aerogen, alimentar, dermal və s.) orqanizmə daxil-ol-
duqdan sonra həssas orqanizmdə parazitlik etməklə patoloji proses törədən
yoluxucu agentlərdir. Həmin agentlərə patogen (patoloji proses törədən)
mikroorqanizmlər, viruslar, helmint və parazitlər aiddir. Yoluxucu agentlər
insan, heyvan, quş, balıq və anlarda infeksion və invazion xəstəliklər törət
məklə iki əsas göstərici - patogenlik və virulenthk xassəsi ilə - səciyyələnir.
Patogenlik
- hər hansı bir yoluxucu agentin həssas orqanizmə daxil
olduqdan sonra onun xəstəlik törətmə xassəsini xarakterizə edir. Patogenlik
həm də yoluxucu agent növünün irsiyyət əlamətidir.
Virulentlik
- həssas orqanizmlərdə yoluxucu agentlərin xəstəlik törətmə
dərəcəsini xarakterizə edən göstəriei olmaqla törədicinin ayn-ayrı
ştammlarında (hər bir yoluxmuş fərdin patoloji materiallarından ayrılan
yoluxucu agent) bir-birindən fərqli olur.
Rezistentlik və həssaslığın növbələşməsi.
Xəştəliklərin irsiyyət yö
nümlü genetik təbiətinin öyrənilməsinin həmişə genetiklərin diqqət mərkə
zində olmasmasına baxmayaraq, bu məsələ hələ də ətraflı şəhr olunmayıb.
336
Bu qrupa mənsub olan xəstəliklər üçün səciyyəvi xüsusiyyətlər aşağıdakılar
dan ibarətdir:
- Orqanizmin davamlılıq və həssaslığının polifaktorial (çoxlu gen
lər tərəfindən törədilməsi) nəzarətə alınması;
- Xəstəliyin xarakterik kliniki form adan fasiləsiz olaraq normaya, baş
qa sözlə həssaslıqdan davamlılığa keçməsi;
- Xəstəliyin geniş və sürətlə yayılması, yəni populyasiyalar arasında nə
zərə çarpmayan dərəcədə genetik fərqlərin olması;
- Xəstəliyin baş verməsinin böyük dəyişikliyə malik olması;
Biryumurtalı əkizlərdə nəzərə çarpmayan fərdlərin olmasını və geno-
tipinə görə heyvanların irsiyyət yönümlü xəstəliklərə münasibətini nəzərə
alaraq onları iki qrupa - «sağlam» və «xəstə» bölürlər. Heyvanlar fəal
genlərin təsirinin müəyyən hüduda (astanaya) çatdığı və əlverişli mühit
şəraiti mövcud olduğu zaman xəstələnir. Orqanizmin xəstəliklərə davam
lılığı və həssaslığı hüdud astanası əlamətləri (polifaktorial növbələşmə,
parçalanmanın fasilə ilə baş verməsi və s.) ilə xarakterlənir. İrsiyyətcə
həssas olan heyvanlar virulent törədici olmadığı halda, bir qayda olaraq
xəstələnmir. Xəstəliklərə davamlılıq, yaxud həssaslıq bəzən bir və ya bir
neçə-genlərdən asılı olaraq yaranır və lokusların çoxluğu ilə təyin edilir.
Poligen növbələşmə zamanı populyasiyaya valideynlərin və birinci nəsil
hibridlərin davamlılığı və həssaslığı normal halda paylanır. Rezistentliyin
genetik nəzarətinin öyrənilməsi üçün valideynlərin əks fenotipli hibridlərlə
(Fı), həmçinin onların törəmələrinin valideyn formaları ilə çarpazlaşması
vacib məsələ sayılır. Polifaktorial xəstəliklər zamanı əlamətlərin paylan
masının iki əsas forması vardır:
- Subklinik (gizli, əlamətsiz, latent) forma fasiləsiz olaraq normadan
xəstəliyin nəzərə çarpan xarakterik kliniki əlamətlərinin görünməsi dövrünə
keçidlə xarakterlənir;
- Xəstəliyin xarakterik kliniki əlamətlərinin fasilə ilə biruzə verdiyi for
ma -polifaktorial xəstəliklərin əksəriyyəti üçün fasiləsiz dəyişkənlik və
fenotiplərin hüdud astanasında baş verməsi əsas xarakterik xüsusiyyət
sayılır. Həmin xəstəliklərin öyrənilməsi məqsədilə Q.Mendel əlamətləri
səmərə vermədiyi üçün yalnız genetikada geniş istifadə olunan say (miqdar)
əlamətlərinə istinad edilməlidir.
10.2. Xesteliklerə irsi davamlılıq və həssaslığın
öyrənilmə üsulları
Heyvanların xəstəliklərə genetik davamlılığı və həssaslığının öyrənilməsi
məqsədilə aşağıdakı üsullardan istifadə olunur:
- Əkizlər analizi;
- Növ, cins, xətələrarası və ailədaxili fərdlərin aşkar edilməsi;
- Seleksiya eksperti;
- Kliniki - geneoloji analiz;
337
- Xəstəliklərin m arker genlərlə əlaqəsinin analizi;
- Populyason statistik analiz:
İrsi davamlılıq və həssaslığın öyrənilməsi üçün qeyd oilman üsullardan
təklikdə deyil, birgə (kompleks) istifadə edilməlidir.
Ə kizhr üsulu
- Bu üsulda xəstəliklərin
etiologiyasında irsiyyətin və
mühit amillərinin rolu və onların nisbəti öyrənilir. Bunun üçün əvvəlcədən
konkordantlıq (qarşılıqlı vəhdət) və diskordanthq (fərdi) müəyyənləş
dirilməlidir.
Konkordanthq
- əkizəlrin hər ikisində xəstəliyin mövcud
olmasını və ya onlann heç birində olmamasım ifadə edir.
Diskordanthq isə
-
əkizlərin yalnız hər hansı birində mövcüd əlamətin olmasından ibarətdir.
İkiyumurtalı əkizlərə nisbətən, biryumurtalı əkizlərdə müxtəlif xəstəliklər
zamanı əlamətlərin oxşarlığı daha çox olur. İnsanda biryumurtalı əkizlərin
vərəmə görə konkordantlığı 74%, raxitə görə - 88%, şəkərli diabetə görə -
84%, ikiyumurtalı əkizlərdə isə müvafiq olaraq - 28%, 22% və 37% təşkil
edir. Əkizlər üsulunun xəstəliklərə davamlılığın genetik determinasiyasım sü
but etməsinə
baxmayaraq, bu üsulla rezistentliyin növbələşməsinin tipini
(monogen, poligen, autosom və s.) təyin etmək qeyri - mümkündür. Cinslər-
arası,
yaxud xətlərarası fərqlərə əsaslanan üsulla xəstəliklərə qarşı da
vamlılığın təyini zamanı genetik amillrin əlamətlərin determinasiyasmda
roluna istinad olunur. Şotlandiya cinsli qarabaşlı qoyunlar ümumiyyətlə
hemonxoz xəstəliyinə tutulm ur, Fin dorset cinsi isə bu xəstəliyə daha həs
sasdır. Friz və ayrşir qaram al cinslərinə nisbətən, Cersey, qırmızı-ala, şvis
cinsli qaram allar hipokalsemiyaya (kalsium çatışmazlığı) olduqca həssasdır
lar. Göydil (blutanq) Afrika ölkələrində 100 ildən çoxdur ki, qoyunçuluğa
böyük iqtisadi zərər verir. İti gedişli və kontagioz olmayan həmin xəstəlik
ağız boşluğunun şelikli qişasının, dilin iltihabı, ətrafların dərisinin
nekrozlaşması və ölüm faizinin yüksək olması ilə səciyyələnir. Yerli Afrika
və Asiya qoyun cinsləri (qaragül, qarabaşlı, fars və s.) Avropa cinslərinə
nisbətən göydilə daha davamlı olur. Seleksiya nəticəsində orqanizmin xəs
təliklərə qarşı davamlılığının yüksəlməsi rezistentliyin və həssaslığın genetik
olaraq əmələ gəlməsini bir daha sübut edir. Məsələn, siçovulların seleksiyası
zamanı 11 nəsil törəməsindən sonra alman törəmələr dişlərin kariesini törə
dən bakteriyalara qarşı əvvəlki (sələf) nəslə nisbətən 7 dəfə artıq genetik d a
vamlılıq göstərmişdir.
Populyasion
-
statistika
üsulundan istifadə olunduqda genetik paramet-
lərə (növbələşmə, korrelyasiya və təkrarlanma əmsalları, genlərin say tezliyi
və s.) istinad olunur. Məsələn, buzovların prenatal ölümünün növbələşmə
əmsalı 0,04 təşkil edir. Bu isə həmin əlamətə görə populyasiyada heyvan
ların genetik müxtəlifliyiymn çox aşağı səviyyədə olduğunu göstərir. Hey
vanların mastit xəstəliyinə qarşı genetik davamlılığının müxtəlifliyi nisbətən
yüksək olur (h2 = 0,25).
Kliuiki
-
genealoji üsul
- elmi-praktiki cəhətdən ən əlverişli, əhəmiyyətli
və mütərəqqi üsul hesab olunmaqla, onun vasitəsilə irsi xəstəliklər, onlann
genetik təbiəti, genlerin ilişkənliyi, xromosom xəritəsinin tərtibi, genlərin
qarşılıqlı əlaqəsi öyrənilir, eləcə də genetik-cəhətdən xəstəliklərə daha
338
davamlı olan heyvan ailəsi və xətləri aşkar edilir. Bu üsuldan heyvanların
rezistentliyini artırmaq üçün seleksiya proqramları hazırlanarkən daha çox
istifadə olunur.
Genetik markerbrin xəstəliklərə meyllıliklə əlaqəsinin
öyrənilməsi üsu
lu - xəstəliklərə davamlılıq və həssaslığın irsi determinasiyasmm sübüt olun
ması zamanı daha səmərəli və dəqiq üsul sayılır. Məsələn, B21- allelli qan
qrupu olan quşların Marek xəstəliyinə davamlılıqla əlaqəsi və s., bu üsulla
daha dəqiq müəyyən edilir. Bu zaman genetik korrelyasiyaların xəstəliklər
lə əlaqəsini dəqiqləşdirmək məqsədilə bir neçə markerlərdən, xüsusilə bio-
kimyəvi markerlərdən istifadə olunması daha məqsədəuyğundur. Belə ki, in
sanda qanın plazmasmdakı xolesterinin ürəyin işemik xəstəliyi ilə əlaqəsinin
genetik korrelyasiya əmsalı 0,54 təşkil edir. Davamlılığın sadə növbələşməsı
- mahiyyətcə orqanizmin-xəstəliklərə qarşı rezistentliyi- bir və ya bir neçə
genlərin nəzarəti ilə tənzimlənir. Hazırda elmə yalnız bir neçə sadə növbə
ləşmə
ilə müşayət olunan
irsi-mühit xəstəlikləri məlumdur. Onlardan
bəzilərini şəhr edirik.
Viruslar.
Quşlarda limfoid leykoza qarşı davamlılığın autosom-domi-
nant növbələşməsi daha ətraflı öyrənilməklə (Krittenden, 1974), bu zaman
genetik rezistentliyin iki əsas səviyyəsi aşkar olunmuşdur:
- Virus infeksiyasına qarşı hüceyrə davamlılığı;
- Virusla yoluxmuş quşlarda şişlərin inkişaf etməsinə qarşı rezistentlik.
Müxtəlif zoopatogen viruslarda irsi növbələşmə fərqli xüsusiyyətlərə malik
dir.
Bakteriyalar.
Bağırsaq çöplərinin (E. coli) bəzi ştammları yeni doğulan
çoşqalarda diareya - ishal törədir. Lakin K88-antigenlərinə malik olan
ştammlara qarşı bəzi çoşqalar nişbətən davamlı olur. Bu, həmin çoşqalarda
ən sadə irsiyyət əlamətlərinin - xüsusi reseptorların mövcud olması ilə əla
qələndirilir. Həmin reseptorlara malik olan analar və onlardan alınan
balalar E colinin pozitiv K88 - ştammlarma qarşı çox davamlılıq göstərir və
• bu proses yalnız ananın ağız südü ilə qeyd olunan ştammlara qarşı spesifik
antitellər (immunoqlobulinlər) balanın orqanizminə daxil olan müddət
ərzində davam edir.
Nematodlar.
Ədəbiyyat məlumatlarına əsasən qoyunların H.Contortus
tərəfindən törənən hemoxoz xəstəliyinə qarşı davamlılığı sadə dominant
əlamət kimi növbələşir. Siçanların Trichuris mures nem atoduna qarşı selek
siya vasitəsilə davamlı nəslinin yetişdirilməsi zamanı 75% həssas və 100%
davamlı xətlər alınmışdır. Ueyklin (1983) sübut etmişdir ki, həssaslıq çoxlu
sayda genlərdən asılı olmaqla, dominant əlamət kimi növbələşir. Bu təcrü
bə F fərdlərin və çarpazlaşma nəticəsində onlardan alman hibrid törəmələrin
analizinə əsaslanır. Başqa təcrübələrlə müəyyən olunmuşdur ki, orqanizm
dən helmintlərin (Tricninella spiralis) qovulma sürəti dominant əlamət sayı
lır. Belə ki, bəzi xətlərdə yetişmiş helmintin qovulması 11-12 saat, digər qrup
xətlərdə isə - 20 saat müddətində başa çatır.
339
10.3. BAKTERIOZLARA QARŞI GENETİK DAVAMLILIQ
VƏ H ƏSSASLIQ
Mastitlər -
süd vəzinin iltihabı olmaqla əsasən patogen stafılokokklar
(Stafılokokkus aureus) və mastit streptokokları (Streptococcus aq alak tiae)
tərəfindən törədilir. Qaramalda bu xəstəlik həm də mexaniki, kim yəvi,
texniki, amillərin təsirindən yaranır. BEB- in (Beynəlxalq E pizootiya
Bürosunun) məlumatına görə kənd təsərrüfatı heyvanları arasında bu
xəstəlik daha geniş yayılmaqla, onun subklinik (gizli, latent, əlamətsiz)
forması 50% təşkil edir, xəstə inəklərdə isə illik süd sağımı 300 kq azalır.
Südlük qaramal cinsləri camış və zebulara nisbətən mastitlərə nisbətən çox
həssas olmaqla, bu xəstəlik əsasən qara-ala (26%), qırmızı (23%) və
simmental (20%) cinsləri arasında daha yüksək faiz təşkil edir. Cam ışlarda
mastitlərlə xəstələnmə 0,5% təşkil edir. Finlandiya cinsli inəklərin davam lı
lığı mastitlərə qarşı ayrşir cinsinə nisbətən artıq olur. Bu cins fərqi inəklərin
mastitlərə davamlılığının genetik xarakter daşıması ilə əlaqədardır. İnəklər
və onların dişi balalan arasında mastitlərə qarşı mövcud olan davamlılığın
arasında müsbət korrelyasiya vardır. Sağlam inəklərə nisbətən mastitlərlə
xəstə inəklərdən alman düyələr arasında bu xəstəlik 1,5-2 dəfə artıq olur.
Ailələr arasında da mastitlə xəstələnmə hallan bir-birindən çox fərqli (5-
50%) olur. N orm al yelin quruluşuna və sakit sinir tipinə malik olan inəklər
mastitlərlə daha az xəstələnir. Müxtəlif laktasiyalar arasında inəklərin mas
titlərlə xəstələnməsinin korrelyasiya əmsalı 0,36-ya bərabər olur. Törədici
buğaların, dişi törəmələrin mastitlə xəstələnməsinə təsiri 14-19% təşkil edir.
Davamlılığı yüksək olan buğalann törəmələrində mastitlə xəstələnmə hallan
3-15%, həssas olanların törəmələrində isə -30-70% olur. İnəklərin mastitlərə
davamlılıq və həssaslığının növbələşmə əmsalı 0-0,8 arasında tərəddüd edir.
U.M.Krivensova (1975) görə P - LgBB inəklər (3,6%) (3 -L q AA tipli inəklə
rə nisbətən mastitlərlə daha çox (20,3%) xəstələnir. Müəyyən edilmişdir ki,
heteroziqot heyvanlar homoziqotlara nisbətən mastitlərlə daha az xəstələnir.
Bir qrup alimlərin (E.K.Menkuryeva, A.P.Soldatov, V.İ.Mutovin və b.) fik
rincə qanda komplementin və süddə lizosimin miqdarı ilə mastitlərə
davamlılığın arasında olduqca rasional korrelyativ əlaqə vardır. Qeyd olu
nan immunobioloji göstərircilərin yüksək olduğu inəklər mastitlərə qarşı çox
davamlı olur. Lizosimin konsentrasiyasının növbələşmə əmsalı 0,13-ə
bərabərdir. Son məlumatlara əsasən süddə olan laktoferrin yelinin bakterial
infeksiyalara qarşı davamlılığını xeyli artınr. Qanda və süddə leykositlərin
faqositar fəallığının yüksək olması inəklərin və qoyunların mastitlərə qarşı
davamlılıq göstərməsində çox böyük, rol oynayır və onun davamlılıqla
korrelyasiya əmsalı r=0,40 təşkil edir. Lakin süddə somatik hüceyrələrin
miqdarının norm adan çox olması heyvanların mastitlərə həssaslığını xeyli
artınr. Məsələn, törədici buğanın dişi törəmələrində süddə somatik
hüceyrələrin miqdarının çox olması onlann mastitlərin törədiciləri (patogen
stafilokoklar, streptokoklar və s.) ilə yoluxması üçün zəmin yaradır. Süddə
somatik hüceyrələrin m iqdan 500 min/ml olduqda inəklərin 30-38%-i, ondan
Dostları ilə paylaş: |