Bu reaksiyalar həddindən artıq sürətlə (bir neçə saniyə ərzində) getdiyi
üçün həmin proses «oksigen partlayışı» adlanır. Proses neytrofillərdə çox
“+
*
NO-sintaza fermentinin iki forması vardır. Birinci forma + fəallaşmış-
normal faqositarlarda, ikinci isə sitokinlərin, əsasən isə interferon və ŞHF-
ilə induksiyadan sonra əmələ gəlir. NO-nun sintezinə ləngidici təsir göstərən
başlıca amil Tn2 hüceyrələrinin İL-4, 10 və 13 sitokinləri hesab olunur. Bu
308
isə endotelial hücyerələrin səthində hazır E-selektinin və reseptorlann olması
ilə əlaqədardır.
Faqositoz («faqos»-yunanca «udma», «sitos»-hüceyrə)
-orqanizmə daxil
olan bütün növ yabançı cisimciklərin, antigenlik xüsusiyyətini dəyişmiş erit-
rositlər və şiş hüceyrələrinin, xüsusilə patogen mikroorqanizmlərin faqositlər
tərəfindən udularaq neytrallaşmasından, onların orqanizmdən eliminasiya
olunm asından ibarət olan olduqca mürəkkəb bir immunoloji prosesdir.
Qeyd edilən yabançı maddələr və mikroorqanizmlər orqanizmə daxil
olduqda orqanizmin’ im munokompotent sistemi səfərbər olunaraq müdafiə
xarakterli iltihab reaksiyası yaradır.
İltihab reaksiyaları -
(latmca-«imflemmatsio»-yanmaq) -ağn (bradikinin
m ediatorunun təsirindən), hiperemiya, hiperteraıiya, şişkinlik, kapilliyar-
lann keçiriciliyinin (histamin, prostaqlandin və leykotrienlərin təsirindən),
qanın axma sürətinin artması, maye və hücyerələrin toxumaarası boşluğa
keçməsi, toplanm ası və s. kliniki əlamətlərlə səciyyələnir. M akrofaq və
neytrofillər iltihabi proses nahiyəsinə dərhal miqrasiya olunur, neytrofillər
isə hədəfə daha tez (4-12 saat) çatır. M akrofaqlann miqrasiya prosesi əsasən
xroniki, neytrofillərinki, yaxud qranulom atoz neytrofillərinki isə iti gedişli
irinli iltihab zamanı baş verir. M akrofaq və neytrofillər iltihabi prosesin əsas
indikatoru sayılan mikroorqanimzləri dərhal udaraq faqositoza uğradır və
leykositoz baş verir (qandakı leykositlərin 60%-ni polimorf nüvəli
neytrofillər təşkil etməklə onların sayı çox artır).
Faqositoz prosesi-miqrasiya, udulma
və
küllinq (məhv olma)
mərhələləri
ilə müşayət olunur (şəkil 45). İltihab baş verdikdə ilkin müdafiəni neytrofil
lər, sonrakı əsas müdafiəni isə m akrofaqlar icra edir. Müasir elmi və daha
təkmil baxımmdın gedişinə görə faqositozun
hemotaksis, miqrasiya, udma və
faqosomun formalaşması, hədəf obyektinin killinqi
və parçalanması və
deqradasiya məhsullarının eliminasiyası-xaric edilməsi mərhələləri ayırd edi
lir. M akrofaq və neytrofillərdə bu mərhələlər əsasən, cüzi fərqli mexanizmin
• mövcud olmasına baxmayaraq, eyni ardıcıllıqla icra olunur.
Hemotaksis
- makrofaq və neytrofillərin
hemotaksiki maddələrin
(ya
bançı cisimlərin) və mikroorqanizmlərin (
hemoattraktantların)
orqanizmə
daxil olması nəticəsində istiqamətləndirilmiş hərəkətindən ibarət olmaqla,
onun
müsbət
və
mənfi
növləri ayırd edilir. Müsbət hemotaksis zamanı faqo-
sitar hüceyrələr hemotaksiki maddələrin qatılığı yüksək olan hissəyə hərəkət
edirlər, mənfi hemotaksisdə isə əksinə, həmin sahədən uzaqlaşırlar. Müsbət
hemotaksis faqositoz prosesində daha böyük əhəmiyyətə malikdir.
He
motaksis
hüceyrələrin faqositoz zamanı istiqamətlənmiş hərəkətindən ibarət
olduğu halda,
hemokinez
prosesi onların yalnız hərəkətliliyinin artmasıdır.
Faqositoz zamanı
hemoattraktant
funksiyasını həmçinin iltihab məhsulları
(histamin, leykotriyen-B<ı, sitokinlər), komplement sisteminin fraqmentləri
(C3a, C5a), qanın bəzi laxtalanma faktorlarının hidrolitik fraqmentləri
(fibrin, trombin), immunoqlobulinlərin fraqmentləri, C-reaktiv zülalı və s.
də icra edə bilir. Hemotaksis zamanı y-2-makroqlobulini hemotaksik mad
309
dələrin, bəzi bakterial maddələr və hormonlar isə hüceyrələrin fəallığını
tənzimləyir (ingibirləşdirir).
H ədəf obyektlə kontaktın və faqosomun yaranması-
faqositarlann sət-
hindəki reseptorlann hədəfin səthindəki liqandlarla qarşılıqlı təsiri nəticə
sində yaranır. Faqositorlann səthindəki reseptorlann vasitəsilə məhv olmuş
mikroorqanizmlərin və hüceyrələrin aşkarlanması prosesində geniş istifadə
olunur. Lektinəbənzər reseptorlar-selektinlər, mannozabirləşdirici zülal-
hədəf hüceyrələrin səthindəki qlikoproteinlərin terminal fukozil, mannozil,
N-asetilqalaktozamin və s. tanıyırlar, pi-, P
2
inteqrinlər isə hədəf hüceyrə
lərin İCAM-1,2,3 və hüceyrəarası matriksin fibronektin, laminin, kollagen
və s. molekulları ilə birləşir. Faqositarlann səthində komplementin
komponentlərinin fraqmentlərinə məxsus reseptorlar mikroorqanizmləri
opsomizasiya etməsinin faqositoz prosesində xüsusi rolu vardır. Bu
reseptorlar
CR-(complement reseptor-komplementin reseptorları)
adlamr.
Ən yüksək opsonizasiya xassəsinə malik olan fraqment klassik və alternativ
yolun əsas fraqmenti (C3b) hesab edilməklə onun reseptoru neytrofillərin,
eləcə də m akrofaqlann səthində yerləşir. C4b, C5b və s. fraqmentlərin
reseptorlan isə yalnız makrofaqlann səthində rast gəlinir.
2. Arigeaya
3. Merabranm
aklıvleşması
1. Invaqmasıya
5. faqosoııum
«mala ç/elınesı
в. I
facjosoımın
b*İ5 5111 ası
6. Parçalanma ııwhstıl-
7
.
Kiting vo
lannın kenadaştkılnwM
canalanına
Şəkil 46. Faqositaz prosesinin mərhələləri
Hədəf hüceyrələrin səthində yerləşən Iq molekulları (IqÇ, IqM) da
opsonizasiya funksiyasına malikdir. Neytrofillərin Fc-fraqmentinin FcyRIl,
FcyRIII, m akrofaqlann səthində isə - FcyRI, FcyRIl, FcyRIII-reseptorlan
mövcuddur. İqM reseptorlanna isə yalnız m akrofaqlann səthində yerləşir.
Maraqlı haldır ki, faqositoz obyekti yad cisimlər (metal qm ntılan, kömür,
310
şüşə, qum hissəcikləri, toz və s.) olduğu zaman neytrofülər və makrofaqlar
onlan da faqositoz üçün hazırlamaq məqsədilə xüsusi molekullar-hü-
ceyrələrarası m atriksin komponentlərim ifraz etməklə həmin cansız cisimləri
udulmasmı çox asanlaşdırır. Faqositarlar həmçinin yabançı hissəcikləri də
udmaq xassəsinə malikdir. H ədəf obyekti (mikroorqanizmlər va yabançı
cisimlər) ilə faqositarlann arasında yaranan kontakt faqositarlan fəallaşdırır
(reseptorlarla birləşən Ç-zülalı dissosiasiya olunaraq fosfolipaza C-ni
fəallaşdırır, fosfoinozitidləri diasilqliserinə və inozitol-3-fosfata parçalanır.
Sintez olunan maddələrin birincisi proteinkinoza C-ni fəallaşdırır,) sonun
cusu isə C a2+ ionlarının hüceyrədaxili depodan mobilizasiyasım sürət
ləndirir. Hüceyrə m em branm a doğru hərəkət edən proteinkinaza C tirozin
və serin qalıqlarındakı bəzi zülallarm funksional fəallığına təsir edərək onu
dəyişdirildiyindən metobolizm prosesinin həm xüsusiyyətləri, həm də
istiqaməti ciddi dəyişikliyə məruz qalır. Bu zaman Ca2+ ionlarından
proteinkinaza C və bəzi fermentlərin fəallaşması üçün istifadə olunur.
Nəticədə serin estraza fəallaşır, C a2+, K +, N a+ ionlannm hüceyrədaxilinə
keçməsi stimullaşır, hüceyrələrin səthindəki mənfi elektrik yükləri azalır,
nəticədə faqositarlann sitoskeletinin vəziyyəti və sitoplazmanm fiziki-
kimyəvi xassələri müsbət istiqamətli dəyişikliyə məruz qalır; kiçik molekullu
Ç-aktin polimerləşərək F-aktinə çevrilir, sapşəkilli psevdopodilər hədəfə
tərəf uzanaraq ona yaxınlaşır, aktin fillərinin yığılması və hüceyrənin kolloid
sisteminin gel-zol halına keçməsi nəticəsində faqositann membram hədəf
obyektini əhatə edir, psevdopodilərin membram hər iki tərəfdən bir-biri ilə
qovuşur, obyekt vezikula formasında udulur və vezikula faqosoma adlanır.
F aqositarlann daxilində olan faqosomun lizosomlarla qovuşmasından
faqolizosom
adlanan qranula əmələ gəlir. Neytrofıllərdə bu proses cəmi 30
saniyə çəkərək spesifik (ikincili), 1-3 dəqiqədən sonra isə azurofil (birincili)
qranulalar birləşir. Membranm doymamış yağ turşulannm reduksiya
olunmuş oksigenlə oksidləşməsi nəticəsində peroksidlərin yaranması və
• lokal turşulaşm a faqolizosom prosesini sürətləndirərək onu çox fəallaşdınr.
Udulmuş hüceyrələrin və yad cisimlərin məhv olunması və parçalanması
üçün olduqca əlverişli şərait vardır.
Faqositoz zamanı hüceyrənin killinqi.
Faqositoz prosesinə məruz qalmış
mikroorqanizmlərin faqolizosomlarda məhv edilməsi
kiUinq
adlanır. Killinq
və parçalanma prosesinin yaranmasında aşağıdakı əsas mexanizmlər iştirak
edir:
-
«Oksigen partlayışı»
zamanı yaranan sərbəst bakteriosid O
2
-, O
2
, OH
*, OC1, Cl% OJ-, H
2
O
2
və s. radikalları;
- NO-sintazamn sintez etdiyi bakteriosid xassəli NO;
- M ühitin (pH)turş reaksiyaya malik olması;
- Bioloji aktiv birləşmələrin fəaliyyəti və fermentativ hidroliz prosesi.
«Oksigen partlayışı» zamam yaranan bakteriosid maddələr arasında
oksigenin hallogenli bərləşmələri (OCh, OJ-) daha yüksək fəallığa malik
olmaqla, onlar bakteriyalarla yanaşı, mikoplazma və göbələklərə, eləcə də
şiş hüceyrələrinə güclü toksiki təsir göstərir. Neytrofil və monositlərdən
311
fərqli olaraq, yerli makrofaqlar həmin oksigen asılı mexanizmdən istifadə
etmək qabiliyyətinə malik deyildir (onlarda əsas bakteriosid təsiri H
2
O
2
göstərir). Faqolizosomlarda mikroorqanizmlərin hüceyrə m em bram m
zədələyərək onlann lizisini təmin edən kiçik və yüksək molekullu k atio n
zülallanndan ibarət
xüsusi birləşmələr
-
dezefinlər
(BP-1 zülalı, arginaza,
katepsin Ç) vardır. Turş mühit mikroorqanizmlərin çoxalma prosesini
ləngidir, pH-4-4,5 olduqda isə onlann hüceyrəsinə qida maddələri çox
çətinliklə daxil olur, əksər hallarda isə tamamilə daxil ola bilmir və o n lar
məhv olur. Turş mühit həm də faqolizosomlarda olan çoxlu sayda
bakteriolitik fermentlərm fəallaşması üçün olduqca əlverişli (optimal) m ühit
yaradır. Lipazalann, proteazalann, nukleazalann və karbhidrolann təsiri
nəticəsində mikroorqanizmlərin biopolimerləri monomerlərə qədər hidroliz
olunur. Mikroorqanizmlərin parçalanması nəticəsində yaranan məhsullar
faqositoz prosesi yekunlaşdıqdan sonra deqranulyasiyaya bənzər prosesə
məruz qalaraq hüceyrədən xaric olunur. Faqositar hüceyrələrin immun
sistemin formalaşmasındakı başlıca funksiyalarından biri də onlann
sekretor fəaliyyətidir. Sekretor funksiya
bütün faqositar hüceyrələrə, əsasən
isə onlann fəallaşmış formalarına məxsus olub, 2 formada - sitoplazmatik
qranullann deqranulyasiyası və ifraz olunan maddələrin yenidən sintezi-
icra edilir, monosit və makrofaqlar üçün ikinci forma daha səciyyəvi sayılır.
M akrofaqlarm həm spontan (qeyri-fəal), həm də fəallaşmış form alan
tərəfindən çoxlu sayda maddələr (sekretlər) ifraz olunur.
Qanm laxtalanma faktorlan V, VII, IX, X və protrom laza ,
komplement sisteminin komponentləri (C1-C9, B, D , H, J və properdin),
matriks zülallan (trombospondin, fibronoktin), araxidon turşusunun
metabolitləri (tromboksan, leykotrien B,C), lizosim, heparin, xondrio-
tinsulfatlar və s. spontan ifraz olunan məhsullara aiddir. Fəallaşmış
makrofaqlarm ifraz etdiyi xüsusi məhsullar-«oksigen partlayışı» məhsulları
(O-
2
, H
2
O
2
, OH), neytral proteinazalar (serin, aspartat proteazalan)
hüceyrəxarici bakteriolizi və sitolizi təmin edən əsas amil sayılır. Fəal
makrofaqlarm bəzi ifrazat məhsulları (sitokinlər, leykotrienlər, hormonal
peptidlər, prostaqlandinlər) immunoloji reaksiyalann formalaşması və
tənzimlənməsində çox mühim rol oynayır. M akrofaqlarm ifraz etdiyi
müxtəlif proteaza ingibitorlan (o-antitripsin, a-2 - makroqlobulin, plazmin
ingibitoru, komplement sisteminin H və I faktorlan) iltihabi proseslərin
tənzimlənməsində mühüm rol oynayır. Neytrofillərin ifraz etdiyi əsas
məhsullardan sayılan araxidon turşusunun parçalanma məhsulları -
eykozanoidlər
(leykotrien p4, C4, 5-ÇETE, tromboksan A2, PÇE2) və
«oksigen partlayışı» məhsullan da bakteriosid xassəyə malikdir. Göründüyü
kimi, faqositar hüceyrələrin sekretor funksiyaları immun sistemin
formalaşmasında çox böyük əhəmiyyətə malik olmaqla, monositlərin və
makrofaqlarm fəallaşması prosesində yaranır. Sekretor funksiya həmin
hüceyrələrin bakteriosid və sitotioksiki fəallığının həyata keçirilməsi zamanı
xüsusi əhəmiyyətə malikdir.
312
Faqositarlar həmçinin killer fəallığma d a malik olub, bəzi şiş hücey
rələrini məhv edir.
Təbii killer (T K ) hüceyrələri-təbii killerlər -
orqanİ
2
m in
bütün orqan və toxumalarında mövcud olmaqla, qanın tərkibindəki limfo-
sitlərin 10-15%-ni təşkil edir, ölçülərinə görə adi limfositlərdən təxminən iki
dəfə böyükdürlər (12-15 mkm), sitoplazmasının nüvəyə olan nisbəti xeyli
yüksəkdir, sitoplazm alan azurofıl qranullarla çox zəngindir, xüsusi çəkilə
rinə görə isə xeyli yüngüldürlər. Təbii killerlər başqa hüceyrələrdən
quruluşca çox fərqləndiyinə görə bu quruluş forması böyük qranulositar
limfyosit (BQL) adlanır və onlarrn fəal forması sayılır. Onlar sitoksiki və
humoral funksiyalara malikdir. Sitoksiki fəallıq viruslarla yoluxmuş və
transformasiya olunmuş hüceyrələrin tapılıb məhv edilməsindən ibarətdir.
Humoral funksiya isə əsasən təbii killerlər üçün səciyyəvi sayılmaqla, onlar
xeyli sitokinlər ifraz edərək immunokompetent hücyerələrin böyümə və
inkişafım tənzimləyir. Təbii killerlərin sitotoksiki fəallığının çox yüksəlməsi
nəticəsində onlar limfokinlərlə aktivləşdirilmiş killerlərə (LAK) və K-killer
hüceyrələrinə çevrilir. İmmun sistemin köməkçi hüceyrələr qrupuna məxsus
olan bir qrup hüceyrələrin də immunobioloji reaksiyaların yaranma
mexanizmində və formalaşmasında, eləcə də orqanizmin genetik sabitliyini
təmin edən daxili mühitin (homeostazm) stabil saxlanmasmda olduqca
böyük rolu vardır. Həmin köməkçi qrupun hüceyrələrinə hərəkətli
bazofilhr,
hərəkətsiz (rezident)
nəhəng hüceyrələr-mastositlər
(bunların hər ikisi öz
başlanğıcım sümük iliyində eyni sələf hüceyrələrdən götürür) aiddir
(şəkil
46).
Bazofillərin miqdarı qanın digər hüceyrələrinə nisbətən çox az olur
(0,2%). Bazofıllərrin səthində olan yüksək (FceRI) və aşağı (FccRII)
affinlikli IqE reseptorları qranulositlərin metobolik məhsullarının hüceyrə-*
dən xaric olunması mexanizmini icra edir və onu işə salır. Bu zamani ifraz
olunmuş maddələr, xüsusilə bistamin iltihab prosesində güclü mediator
funksiyasım yerinə yetirir. Deqranulyasiya prosesi başa çatan kimi bazofillər
dərhal məhv olur. Bazofıllərdən fərqli olaraq
mastositlərə
qanda təsadüf
olunmur. O nlann iki növü-selikli qişa və birləşdirici toxuma mastositləri
mövcuddur. O nlar seroz qişalarda, tənəffüs, sidik-cinsiyyət (urogenital),
mədə-bağırsaq sistemlərinin epiteli və selikaltı təbəqələrində, dalaqda
lakolizasiya olunur. Mastositlər də T-limfositləri kimi IL-4,5,10,12, QM-
K SF və a - ŞNF sintez edirlər.
Eozinofillər
qanın leykositlərinin 2,5%-ni təşkil etməklə, 3 seqmentli
nüvəyə malik hüceyrələrdən ibarətdir. O nlar qranulositlərin populyasi-
yasından biridir, eozin boyası ilə yaxşı boyandığı üçün eozinofillər adlanır.
Başqa qranulositlər kimi eozinofillər də sümük iliyinin ümumi mieloid sələf
hüceyrələrindən əmələ gəlir, 30 dəqiqədən sonra qan dövranım tamamilə
tərk edir və toxum alara keçərək 24 gün fəaliyyət göstərir.
Trombositlər (qan lövhəcikləri
) - sümük iliyinin ümumi qanyaradıcı
kötük hüceyrələrində yaranmaqla əsasən qam n laxtalanmasında, o cümlədən
immun sistemin formalaşmasında və immunoloji reaksiyalarda iştirak edir.
Onlar bir neçə ardıcıl inkişaf mərhələlərini keçərək əvvəlcə meqakariositlərə,
sonra isə formalaşmış trombositlərə çevrilir və 30%-ə qədəri dalaqda, qalan
313
hissəsi isə başqa toxum alarda toplanır. Trombositlərin səthində yerləşən
xüsusi reseptorlar (TAF, Fc, FcÖRII, FceRII və s.) onları aktivləşdirməklə
qanın laxtalanmasmda və iltihab prosesində iştirakını təmin edirlər.
Nəticədə kapilyarların keçiricilik qabiliyyəti yüksəlir, komplement sistemi
fəallaşır və iltihabi prosesə məruz qalan toxumaya leykositlərin miqrasiyası
güclənməyə başlayır.
Eritrosithrin
də immunokompotent sistemdə xüsusi rol oynaması son
zamanlar eksperimental olaraq sübut edilmişdir. Müəyyən' edilmişdir ki,
onlann səthindəki xüsusi reseptorlarm vasitəsilə qan dövranına daxil olan
immun komplekslərini tutub qaraciyərə gətirərək K uper hüceyrələrinə təhvil
verir. Həmin hüceyrələr immun kompleksləri faqositoza uğradaraq qam
onlardan təmizləyir. Bu funksiyaların bir sıra autoimmun və xroniki gedişli
yoluxucu xəstəliklər zamanı mühüm əhəmiyyəti vardır. Eritrositlər orqaniz
min genetik sabitliyinin saxlanmasında və gələcək nəsillərə verilməsində də
xüsusi roJ oynayır.
ij.
. — • O IH ıo .» -» .
Şəkil 46. Qranulositləri fərqləndirən sxəmatik quruluş (Z.Məmmədov,
R.Axunqov, 2010).
Stromal hüceyrələr
də immunoloji reaksiyalarda və immunokompotent
sistemin hüceyrələrinin formalaşmasında və inkişafında mühüm rola
malikdir. Onlara
fibroblastlar, endotelial hüceyrələr
-
endoteliositlər
və s. aid
olmaqla, əsas funksiyası leykositlərin qan dövranından toxumalara
314
miqrasiyasını həyata keçirməkdir. Endotelial hüceyrələrin səthindəki adreziv
molekullann leykositlərin səthindəki komplementar molekullarla qarşılıqh
əlaqəsi nəticəsində leykositlərin miqrasiyası fəallaşır.
Dendritli (neyronların dendritlərinə oxşar) hüceyrələr-
orqanizmdə
diffuz-səpələnmiş-halda mövcud olub, leykositlərin xüsusi heterogen qrupu
nu təşkil edir. Onlar antigeni təqdim etmək üçün immun sistemin A-qrupuna
(köməkçi hüceyrələrə) aiddir. Bu hüceyrələrin şaxələri-desmosomlan
neyronlara məxsus olan xüsusi dendritlərə çox oxşar olmaqla, əsasən limfa
düyünlərində, timusda, dəridə, dalaqda, selikli qişaların epitelial və limfoid
toxumalarında toplanır
(cədvəl 26).
C ə d v ə l 2 6 .
Dendritli hüceyrələr, onların m ənşəyi, orqanizm də lokalizasiyası
ve funksiyaları
Dendritli httceyrənin
tipi
Mənşəyi
Lokalizasiyası
Funksiyası
Langerhans
hüceyrələri
Sümük iliyi
Epidermis
Antigenin tutulması və
prosesinqi
Selikli qişanın
dendritli hüceyrələri
Sümük iliyi
Selikli qişa
Antigenin tutulması və
prosesinqi
Örtüklü hüceyrələr
Langerhans
hüceyrələri
Limfa
Antigenin limfa
düyünlərinə daşınması
Limfa düyünlərinin
interdigitat
hüceyrələri
Sümük iliyi
Limfa
düyünlərinin parak
ortikal təbəqəsi
/
Antigenin T-helperlərə
təqdimi
Timusun interdigitat
(sarılmış) hüceyrələri
Sümük iliyi
Kortiko-
medulyar və
medulyar təbəqəlar
Timositlərin mənfi
seleksiyası və diffe-
rensiasiyası
Follikulyar dendritli
hüceyrələr
Yerli
mezenxim
hüceyrələri
Çoxalma
mərkəzləri
B-hüceyrələrinin
funksional yetişmə
sinin tamamlanması.
Antigenin saxlanıl
ması.
Dendritli hüceyrələrin ən xarakterik nümayəndəsi Langerhans adacıqla-
nm n hüceyrələri olmaqla, əsasən səpələnmiş formada dərinin epidermis
təbəqəsində yerləşir (insanın dərisində onlann sayı lx l0 l0-dur). Həmin
hüceyrələr hərəkətə malik olub dəridə 3 həftəyə qədər mövcud olur, dərinin
iltihabı və zədələnməsi zamanı antigeni tutaraq özünə birləşdirir, prosesinqə
uğradır. Sonra isə regional limfa düyünlərində miqrasiya olunur, interdigital
hüceyrələrə çevrilir və antigeni T-limfositlərinə təqdim edirlər. Bu proses
onlann səthindəki B7 (CD80 və CD86) molekullannm köməkliyi ilə icra
olunur. Əks təqdirdə onlar sərbəst olaraq antigeni T-limfositlərinə
Dostları ilə paylaş: