276
üzərində adsorbsiya olunma xassəsinin itirilməsinə səbəb olur. Virusun
anticisimlə birləşməsi onu tamamilə inaktivləşdirmir. Belə ki, fizioloji məh
lulda durultm aq, elektroforez və sentrifuqa vasitəsilə virusu anticisimlərdən
ayırmaqla onun fəallığım bərpa etmək olar. Hazırda müxtəlif üsullarla
immun serumdan alman immunoqlobulin preparatında anticisimlərin
qatılığı çox olm aqla ondan bəzi virus xəstəliklərinin (Aueski xəstəliyi, dabaq
və s.) müalicə və profilaktikasında istifadə edilir. Antigen-antitel reaksiyası
onların bir-birilə qarşılıqlı əlaqəsindən ibarət olmaqla, əsasən iki fazadan
(spesifik və qeyri-spesifik) ibarətdir. Spesifik fazada anticisimlər antigenin
səthinə adsorbsiya olunur. Bu proses 37° C temperaturda bir neçə dəqiqə
ərzində tam am lanm aqla nəzərə çarpmır. İkinci faza isə asanlıqla nəzərə
çarpmaqla aqqlyutinasiya və presipitasiya ilə nəticələnir. Əvvəllər güman
edilirdi ki, anticisimlər virusa yalnız hüceyrədən xaricdə təsir edir, lakin son
elmi m əlum atlara əsasən anticisimlər həm də hüceyrə daxili virus
toplantılarının yaranm asm a əks təsir göstərir. Bu da hüceyrə daxilində olan
virusa spesifik anticisimlərin təsiri ilə izah edilir. Viruslara qarşı yaranan
spesifik anticisimlərdən əlavə orqanizmdə öz kimyəvi və fiziki xassəsinə görə
onlardan fərqlənən təbii (normal) anticisimlər vardır ki, bunlar da virusları
zərərsizləşdirmə xassəsinə malikdir (limfa mayesi, süd, iltihab eksudatı və s.
). Bəzi virus infeksiyalannda qanda anticisimlərin çox olmasma baxmayaraq
im munitetin gərginliyi zəif olur. Bu da onu göstərir ki, anticisimlər
orqanizmdə virusa başqa müdafiə amillərilə
(faqositoz, interferon,
ingibitor və s.)
birlikdə təsir göstərir. Neyrotrop virus infeksiyalannda
anticisimlərin immunitetdə rolu o qədər də həlledici hesab edilmir. Belə ki,
bu infeksiyaların törədici sinir
hüceyrələrində daha çox toplanır,
anticisimlər isə ən çox qan serumunda olur. Ona görə də qanda virusa qarşı
anticisimlərin olmasına baxmayaraq, virusu heyvanın beyninə inyeksiya
etdikdə xəstəlik inkişaf edir. Əgər anticisimlər sinir sistemində və ya onurğa
beyin mayesində olarsa, virusun intraserebral (beyin daxilinə) yeridilməsi
• belə xəstəlik törətmir.
Spesifik hüceyrə amillərinin də immunitetin yaranmasında xüsusi rolu
vardır. Bu amillər limfoid sistemindən ibarət olub mərkəzi və periferik lim-
foid orqanlarına bölünür.
M ərkəzi (birincili) limfoid orqanlarına
timus vəzi,
quşlarda Fabrisius kisəsi (bursa of Fağrisins),
periferik (ikincili) limfoid
orqanlarına
isə limfa düyünləri, dalaq və s. aiddir. Anticisimlərin sintezində
immunokompotent hüceyrələri
də xüsusi rol oynayır. Həmin hüceyrələr
limfositlər, plazmatik hüceyrələr və köməkçi hüceyrələrdən (retikulyar
hüceyrələr, makrofaqlar, eozinofillər və. s.) ibarətdir, lakin immunitetin
əmələ gəlməsində T və В hüceyrələri və plazmatiki hüceyrələrin rolu xüsusilə
qeyd edilməlidir.
T hüceyrələri (limfositləri)
timus vəzində hazırlanmaqla sonralar qana
keçərək ayn-ayn antigenlərin seçilməsini təmin edir, onlarm seçicilik
xüsusiyyəti isə səthlərində xüsusi immunoqlobulin reseptorlannm (M
qlobulinlərin) olması ilə əlaqədardır.
277
Plazmositar hüceyrələr V -
limfositlərdən yaranan ixtisaslaşmış hüceyrə
lərdən ibarət olmaqla humoral anticisimlərin sintezində iştirak edir. Bunlar
antigenin təsirindən ixtisaslaşmış hüceyrələr olmaqla
plazmoblast, cavan
və
yetişmiş plazmatik
hüceyrələrə bölünür. Plazmatik hüceyrələr humoral
anticisimlərin sintezində iştirak edən əsas hüceyrələr hesab olunur. Beləliklə,
yuxanda şərh edilən məsələlər göstərir ki, virus xəstəliklərinə qarşı
orqanizmin davamlılığında bir sıra amillər iştirak etməklə, həmin proses
orqanizmin ümumi müdafiə reaksiyası nəticəsində həyata keçirilir.
Virus xəstəliklərinə qarşı yaranan immunitet bəzi səciyyəvi xüsusiyyət
lərinə görə antibakterial immunitetdən fərqlənir. Belə ki, virus xəstəlikləri
zamanı yaranan immunitetin gərginliyi möhkəm olmaqla bəzən ömürlük
davam edir. Viruslar hüceyrədaxili parazitlər olduğu üçün onlarda tam fa-
qositoz müşahidə olunmur. Virus xəstəlikləri zamanı yaranan bəzi qeyri-spe-
sifık amillər, xüsusilə də temperaturun artması, interferon və ingibitorlar
immunitetin əmələ gəlməsində mühüm rol oynayır. Bundan başqa virus
xəstəlikləri zamanı virusların müxtəlif yollarla (tənəffüs və həzm aparatı,
sidik və başqa ifrazatlar vasitəsilə) orqanizmdən xaric olması da orqanizmin
həmin xəstəliklərə qeyri-həssaslığını artırır.
278
IX FƏSİ
İMMUNİTETİN GENETİK ƏSASLARI
(İMMUNOGENETİKA)
«Heç zaman biliyinizin çatmamasını
gizlətməyin, elə düşünməyin ki, siz hər şeyi
bilirsiniz. Sizi nə qədər yüksək qiymətlən
dirsələr də həmişə özünüzdə kişilik cürəti
tapıb deyin: mən biliksiz və məlumatsı-
zam».
( İ .P . P a v l o v , y e n i iş ə b a ş la y a n tib b
h ə k i m lə r i və a lim lə r in ə m ə k tu b u n d a n ) .
14 may 1796-cı ildə İngiltərənin Qlosterşer qraflığının Berkli kəndində
adi kənd həkimi işləyən Eduard Cenner (1749-1823) əllərində inək çiçəyinin
pustulası (suluqu) olan sağıcı Sara Selmesi müalicə etmişdir. Həkim Saranın
pustula mayesini tamamilə sağlam 8 yaşlı Ceyms Fips adlı oğlanın çiyninin
çərtilmiş (skarifikasiya olunmuş) nahiyəsinə sürtmüş və oğlan çiçəklə
xəstələnmiş, lakin 14 gündən sonra xəstə tamamilə sağalmışdır. Sağaldıqdan
6 həftə sonra alim həmin oğlanı xəstə adamın pustula mayesi ilə yolux
durduqda o. xəstələnməmişdir. Beləliklə də vaksinasiya üsulu ilə peyvəndin
və vaksinoprofilaktikanın təməli qoyuldu. Vaksinasiya (latınca- «vakka»-
inək)-çiçəklə xəstə inəyin pustulasmın infeksiya materialı (mayesi) ilə insanı
bu xəstəlikdən qorum aq üçün aparılan peyvəndləmə üsulu, vaksin isə -
insanı çiçəklə xəstələnmədən qoruyan spesifik preparatdır. Bu peyvənd
üsulu dərhal dünyanın digər ölkələrində də çox geniş vüsətlə tətbiq olundu və
E.Cenneri dünya şöhrətli alim etdi. Napoleon Bonapart Cennerin üsulunu
eşidən kimi öz ordusunun bütün əsgərlərinin peyvənd olması barədə əmr
vermişdir (Vlastimil Mayer, Milan Kenda. 1981). Genetik aspektdə
immunitet orqanizmin ən həyati vacib bir problemini-«yabançı»-«özünün-
kü» olmayan maddələri «özününkündən» seçmək, fərqləndirməkdən (məsə
279
lən, kənar zülalı özününkündən seçmək) ibarətdir. Orqanizmin daxili
(humoral-maye) mühitinə kənar informasiyalarla daxil olan maddələr
(zülalların və polisaxaridlərin makromolekullan) onun quruluşunu və
kimyəvi tərkibini tamamilə dəyişir və «təhlükəyə» «qorxuya» səbəb olur.
Daxili mühitin (homeostazm) kəmiyyət və keyfiyyət sabitliyinin dəyişikliyə
məruz qalması orqanizmin bütün canlı sistemlərində özünü tənzimləmə
proseslərim təmin edir.
İmmunitet orqanizmin müdafiə reaksiyalannm məcmıiudur.
Genetik
cəhətdən immunitet homeostazm yaranmasından və formalaşmasından ibarət
dir.
Bu baxımdan immunitet bütün canlı aləmin-insan, heyvanların, bitkilə
rin və bakteriyalann ən səciyyəvi və onların özlərinə məxsus olan xüsusiyyəti
sayılır. Anadangəlmə immunitetin ən başlıca xüsusiyyəti onun müvafiq gen
lərlə nəzarət olunan növbələşmə prosesidir. Bu baxımdan bir qrup infeksion
və invazion xəstəliklərə qarşı genetik davamlılığına dair epizootoloji və
eksperimental məlumatların toplanmasının çox önəmli əhəmiyyəti vardır.
HeyVanların infeksiya əleyhinə genetik davamlılığının artırılmasına
aşağıdakı təcrübə ən bariz bar misaldır. Afrika və Asiyada çox geniş yayılan
və qaramal cinslərinin yetişdirilməsində istifadə olunan zebu cinsləri başqa
ölkələrdən gətirilən heyvanlara nisbətən eyni saxlanma və yemləmə
şəraitində gənələr vasitəsilə keçən bəzi xəstəliklərə (teylerioz, anaplazmoz,
rikketsioz) qarşı olduqca davamlıdırlar. Həmin xəstəliklərə qarşı genetik
davamlılıq birinci nəsil hibridləri vasitəsilə verilir. Ağcaqanadlar vasitəsilə
keçən infeksion (viruslu) ensefalomielitə qarşı davamlılıq yerli at cinslərində
yüksək, başqa ölkələrdən gətirilən atlarda isə olduqca zəif olur. Ağ leqqorn
cinsli toyuqlar pullorozla təbii yoluxmaya daha genetik davamlılıq
göstərdiyi halda, rod-ayland və ağ viadot cinslərində analoji hal müşahidə
edilmir.
Orqanizmin müdafiə reaksiyalarının əksəriyyəti həmişə genetik nəzarət
altında olur. Məsələn, qanda lizosimin, komplementin, properdinin və s. sin
tezi və miqdarı
poliqon növbələşmə
ilə tənzim olunur. Bəzi genetik defektlər
neytrofıllərin faqositoz qabiliyyətinin itməsinə səbəb olur. İnsanda müşahidə
olunan Çediaka-Xiqasi sindromu buna tipik misaldır. Bu sindrom həm də iri
buynuzlu heyvanlarda (əsasən buzovlarda və hereford cinsində), qunnduz-
larda və siçanlarda da müşahidə olunur və leykositlərin sitoplazmasmda iri
qranullann olması albinizm, işıqdan qorxma, infeksion xəstəliklərə həssas
lığın artması və s. ilə səciyyələnir. Qunduzlarda həmçinin virus etiologiyalı
aleut
infeksiyası baş verir. Həmin sindrom heyvanlarda autosom-resessiv
əlamət kimi növbələşir və homoziqot fərdlər (aa) xəstələnir. İnsanda və itdə
neytrofıllərin genetik defekti (azalması).nəticəsində mərhələli neytropeniya
baş verir və onlar cinsi yetişkənlik dövrünə çatmadan məhv olurlar.
280
9.1. immunitet, immunogenetika və immunologiya anlayışları
İm m unitet-
(yunanca, «imrnunitas»-«nədənsə azad olmaq», «insanın hər
hansı bir günahının bağışlanması» və s.) mahiyyətcə orqanizmin ona xas ol
mayan, qeyri-adekvat, genetik cəhətdən yad (yabam) olan yabançı maddələ
rin, yoluxucu (infeksion və invazion) agentlərin və neqativ mühit amillərinin
təsirindən qorunm aq, mühafizə olunm aq üçün verdiyi mürəkkəb və kom
pleks cavab reaksiyaların məcmuundan, eləcə də genetik daxili mühitin (ho-
moestazm) sabit saxlanması məqsədilə bütün baryerlərin bü prosesə cəlb
olunmasından ibarətdir. Onun əsas məsələlərinin öyrənilməsi
ilə mik-
robioloqlar, fızioloqlar, immunoloqlar, genetiklər və biokimyaçılar məşğul
olmuşlar. Əgər orqanizmin
genetik sabitliyinin-homeostazmın
saxlanması
üçün səfərbər olunan həmin fizioloji, biokimyəvi, genetik və molekulyar
səviyyədə gedən proseslər olmasaydı, canlı materiyanın heç bir üzvü normal
həyat fəaliyyətini, yaşayışını davam etdirə bilməzdi. Çünki canlı aləmi bütün
endogen (daxili) və ekzogen (xarici) amillərin neqativ, məhv edici təsirlərin
dən qoruyan yeganə qoruyucu sistem məhz immun sistemdir. Müxtəlif pato-
gen amillər (bakteriyalar, göbələklər, viruslar, protozoalar, helmintlər və
çoxhüceyrəli parazitlər) həssas orqanizmə daxil olduqdan sonra sürətlə ço
xalır, inkişaf edir və normal fizioloji proseslərin ahəngini pozaraq xəstəliklər
• törədir. Lakin orqanizmin immun sistemi dərhal mobilizasiya olunaraq
onların çoxalmasının və xəstəlik törətməsinin qarşısını alır. Göründüyü kimi
immun sistem
bütün canlı aləmin təkamülü nəticəsində yaranan, formalaşan
mürəkkəb, çox funksiyalı sistem olub, «keşikçi» rolu oynayır, orqanizmi
patogenlərin və mühit amillərinin neqativ təsirlərindən qoruyur, onun
genetik sabitliyini təmin edir və tənzimləyir.
İmmun sistem
orqanizmin gene
tik sabitliyinin-homeostazın nisbətən daimi, sabit saxlanmasını təmin etmək
lə, mərkəzi və periferik orqanlardan ibarətdir. Mərkəzi orqanlara timus-
çəngələbənzər vəzi, quşlarda fabrisius kisəsi-bursa və məməlilərdə analoji or
qanlar (peyer yığımları, badamvari vəzilər, sümük iliyi), periferik orqanlara
‘isə - limfa düyünləri, qan, dalaq, retikulohistiositar sistem aiddir. Lakin im
mun sistemin başlıca icra edici və immun cavab reaksiyasını hazırlayan
komponunti T - və B-limfositlərdir. T-limfositlər limfoid hüceyrələrinin im-
munokompetentliyini təmin edir, B-sistemin fəaliyyətini tənzimləyir və hü
ceyrə immunitetinin yaranmasında iştirak edir. B-limfositlər isə plazmatik
hüceyrələrə transformasiya olunaraq spesifik antitellər sintez edir və h u
moral immuniteti formalaşdırır. Onun Bİ - populyasiyası T-limfositin
köməyi olmadan, B2-xelper kimi onun köməkliyi ilə, B3-isə-killer
(sitotoksik) limfositlər olmaqla, antitellərlə örtülən mişen hüceyrələr üçün
fəaliyyət göstərir. İmm un sistemi patogen və antropogen amillərin orqa
nizmə daxil olma yolları və fərqli təsir mexanizminə malik olmasından asılı
olaraq müxtəlif cavab reaksiyaları hazırlayır.
İmmun cavab
- yad antigenlərə qarşı orqanizmin verdiyi cavab
reaksiyası olub, mahiyyətcə onun genetik sabitliyini (homeostazı) pozan
təhlükə qarşısında qoyan həmin antigenləri tanıması, onları eliminasiya
281
etməsi, neytrallaşdırması və məhv etməsindən ibarətdir. Spesifikliyinə görə
onun 2 tipi- humoral (antitellərin əmələ gəlməsi) və hüceyrə-ayırd edilir. Hər
iki cavab reaksiyası immunokompotent (limfoid) və köməkçi (makrofaqlar)
hüceyrələrin
kompleks
iştirakı
nəticəsində yaranır.
İmmun cavab
reaksiyasının birincili-ilkin (ilk antigeııə verilən cavab) və ikincili (təkrar
daxil olan antigenin cavabı) formaları vardır.
İmmun cavabın genetik nəzarəti.
Orqanizmə yabançı maddələr (anti-
genlər) daxil olarkən orqanizmin verdiyi spesifik reaksiya
immun cavab,
yaxud
immunoloji reaktivlik
adlanır. Orqanizmin immun cavabında 2 məsələ
vacib sayılır:
1. Histoloji uyğunluğun əsas kompleksinin quruluş və funksiyası.
2. Antitellogenezın genetik nəzarəti.
2-ci məsələ əsasən 3 aspektdən öyrənilir:
1.
İmmunoqlobilinlərin sintezinin genetik nəzarəti və onların təbiətinin
müxtəlifliyi.
2. İmmun cavabın gücünün genetik nəzarəti.
3.
İmmun sistemin ilkin (anadangəlmə) defektinin genetik nəzarəti
(immunodefısit)
İmmun cavabın genetik nəzarəti təliminin əsasını müxtəlif antigenlərə
qarşı heyvan növü, cinsi və xətlərinin həssaslıq və davamlılıq göstərməsi
təşkil edir. Bu məsələ heyvanların seleksiyasında çox böyük nəzəri və
praktiki əhəmiyyət kəsb edir.
Orqanizmin immun cavabı
həmişə əsas genetik
sisxtmm-histoqəbuletməzUyin
nəzarəti altında hazırlanır. Bu sistem insanda
6-cı xromosomla əlaqədar olan HLA (Human Leucocyte A-sistem).
dovşanda RLA. itdə-DLA, donuzda-SLA. toyuqda isə-B.B MHC adlanır və
İr (İmmun response)
genlərin nəzarəti altında icra olunur. İr-genetik sistemi
immun cavabın gücünü kodlaşdırmaqla, orqanizmin immunokompotent
hüceyrələrində baş verir və onun lokusunda yeni nomenklaturaya görə təkcə
İr alleli deyil, həm də 5 sublokuslar (İa-l-İa 5) mövcuddur. İr və İa-genləri
fərqli genetik sistemi təmsil etməklə bir-birindən xeyli fərqlənir: İr- əsasən
yalnız T. İa-isə həm T-. həm də B-hüceyrələri kodlaşdırır. İmmun cavabın
yaranmasında İr sistemindən əlavə, onunla əlaqədar olmayan Ç və V
polıgen sistem genləri də iştirak edir. V.İ.Pokrovski (1979) antitellərin
genetik müxtəlifliyin əsasını 3 konsepsiya ilə izah edir:
1.
Antitel hasil edən hüceyrələrin fenotipini tənzimləyən xüsusi tam
genlər dəsti mövcuddur.
2.
Antitellərin müxtəlifliyi onları sintez edən somatik hüceyrələrin
mutasiyası nəticəsində yaranır.
3.
Нэг iki mexanizmin vəhdəti nəticəsində müxtəlif antitellər sintez
olunur.
Antitel sintezinin genetikası immunologiyamn elmi-metodiki cəhətdən
ən mürəkkəb və perspektivli prioriteti hesab olunur.
Orqanizmdə immunitetin yaranması, immun cavab reaksiyasının for
malaşması və onun xəstəliklərə qarşı rezistentliyinin artması prosesləri
genetik nəzarət altında icra olunur, tmmun sistemin təşəkkül tapmasının və
282
onun genetik aspektlərinin (faqositozun, T və В limfositlərin, immunoq-
lobulinlərin sintezinin və im raunokompotent sistemin genlərin nəzarəti altın-
da fəaliyyət göstərməsi və s.) öyrənilməsi ilə məşğul olan ən yeni elm sahəsi
immunogenetika-immunitetin genetikası
adlanır.
Immunogenetika
- molekul-
yar biologiya, genetika, gen mühəndisliyi, immunologiya və biotexnologiya
elmləri ilə qarşılıqlı əlaqədə olmaqla, onların müasir üsullarının tətbiqi
nəticəsində təşəkkül tapmış və fundamental-tətbiqi xarakterli, müasir və
müstəqil elm sahəsi kimi formalaşmağa başlamışdır.
İmmunitetdən bəhs edən, olduqca mürəkkəb, bəşəri, planetar əhəmiy
yətli canlı aləmin mühafizəsi üçün müstəsna əhəmiyyət kəsb edən, dinamik
inkişaflı və çox perspektivli yeni, müasir elm sahəsi
immunologiya
adlamr.
1971-ci ildə V aşinqtonda keçirilən im munoloqlann Birinci Beynəlxalq kon
qresində im munologiya sərbəst elm sahəsi kimi təsdiq olunmuşdur.
immunologiya
biologiyanın orqanizm üçün tamamilə yad olan, onun adap
tasiya olunm adığı amillərin təsirinə qarşı yaranan kompleks, cavab reaksi
yalarının yaranm a mexanizminin hüceyrə molekulyar və genetik səviyyədə
öyrənilməsi ilə məşğul olan ən gənc sahələrindən biridir. Bu mütərəqqi elm
sahəsi orqanizm üçün genetik cəhətdən yad olan
substansiyaların-antigenlə-
rin
orqanizmdə yaratdığı qeyri-adekvat reaksiyaların qarşısının alınmasına
yönəldilən spesifik və qeyri-spesifik müdafiə (adaptasiya) reaksiyalarının
mexanizmlərini öyrənir. Orqanizmin yabançı amillərə qarşı verdiyi cavab
reaksiyaları əsasən hüceyrə və humoral səviyyədə formalaşır, tik dəfə olaraq
1796-cı ildə E duard Cenner çiçəklə xəstələnmiş inəyin suluqlannın (pustula)
yerində əmələ gələn qaşmtını sağlam inəklərin və insanın dərisinə sürtməklə
(skarifıkasiya) həmin inokulyasiya nahiyyəsində zəif suluqlann əmələ
gəlməsinə baxm ayaraq onlarda çiçək xəstəliyinə qarşı ömürlük immunitet
yaranmışdır. Beləliklə də, immunitet təliminin əsası qoyulmuşdur. Lakin
E .
Cenner bu prosesin, reaksiyanın yaranma mexanizmini və onun elmi
əsasını açıqlaya bilməmiş və bu məsələ qaranlıq olaraq qalmışdır.
İmmunologiya təliminin elmi əsasını dünya şöhrətli fransız alimi Lui Paster
qoymuşdur. O, 1880-ci ildə dövrün təhlükə mənbəyi, bəlası sayılan qarayara,
vəba və quduzluq xəstəliklərinə qarşı spesifik peyvənd vasitəsi-vaksin
hazırlayaraq, onlan eksperimental olaraq sınaqdan keçirmiş və böyük
uğurlara nail olmuşdur. Alim ilk dəfə vəba ilə xəstələnmiş toyuqların
patoloji materiallarından ayrılmış və qida mühitində xeyli saxlanılmış
kultura ilə sağlam toyuqları yoluxdurduqda onlar xəstələnməmişlər. Həmin
toyuqları başqa xəstələrdən ayrılan yüksək virulentli təzə kultura ilə
yoluxdurduqda onlar yenə də xəstəliyə yüksək davamlılıq göstərmişlər. Lui
Paster həmin təcrübəni qarayara və quduzluq xəstəliklərinə qarşı da tətbiq
etmişdir. Beləliklə də, dünya miqyasında immunologiya elminin təməli
qoyulmuş və dinamik yüksələn düz xətlə onun inkişafı, tərəqqisi başlamışdır.
XVIII-əsrin sonu
və
XX-əsrdən indiyədək (100 ildən artıq)
təbabət və
baytarlıq təbabəti üçün
immunologiya elnd qədər səmərə verən ikinci elm
sahəsi olmanuşdır.
Məhz bu elm sayəsində insan, heyvan və quşlar arasında
kütləvi qırğın törədən, çox ağır fəsadlarla nəticələnən infeksion xəstəliklərin
283
(çiçək, qmlca, poliomielit, anaerob infeksiyalar, difteriya, göy öskürək, qara
yara, vəba, quduzluq, kolibakterioz, salmonellyoz, taun, bradzot, infeksion
enterotoksesiya, anaerob dezinteriya, infeksion sarılıq və s.) vaksino-
profilaktikası (spesifik peyvənd vasitələri) hazırlanmış və onların qarşısı
alınmışdır. Sonralar isə immunologiyada geniş tətbiq olunan və uğurlu
nəticələrə zəmin yaradan daha mütərəqqi və sürətli (ekspres) üsullar-
immunodiaqnostika və immunoterapiya-yaranmağa başladı. Lui Pasterin
zəiflədilmiş (attenuasiya olunmuş) vaksinlər hazırlamasına istinad edərək
həm digər xəstəliklərə qarşı yeni' vaksinlər, həm də süni antigenlər
hazırlanmaqla, hazırda tibbidə və baytarlıq təbabətində onlardan geniş
istifadə olunur. Süni antigenlərin hazırlanması ilə onların genetik daşıyıcısı
olan determinantlann immunogenliyini artırmaq mümkün olmuş, xəstəlik
törədən komponentlər sıradan çıxarılmış, orqanizmin immun reaksiyala
rının fenotipik korreksiyası (zəif cavab verən fərdlərin reaksiyasının
güclənməsi, güclü reaksiyanın isə zəifləməsi) problemi öz müsbət həllini
tapmışdır. Jmmunologiya elminin qarşısında duran və öz müsbət həllini
gözləyən əsas məsələlərdən biri də ekoloji amillərin, xüsusilə qlobal iqlim
anomaliyalannın, teratogen, mutagen və insanın antropogen təsirlərinin və
orqanizmin davamlılığının artırılma yollarının öyrənilməsidir. Həmin baş
lıca prioritetlərə aşağıdakılar aiddir:
- İnsan və heyvanlar arasmda müşahidə edilən yoluxucu xəstəliklərin
diaqnostikası, müalicəsi və profilaktikasında tətbiq olunan bioloji preparat
ların (vaksinlər, immun serumlar, antigenlər və s.) istehsal spektirinin
diapozonunun daha da genişləndirilməsi;
- Patogen agentlərin ətraf mühit amillərində (torpaq, su, hava)
indikasiya və identifikasiya olunması üçün ekspres immunoloji üsul və
testlərdən geniş istifadə edilməsi;
- İnsan, heyvan və quşlann qan qruplarının, qan qrupu sistemlərinin,
biokimyəvi polimorfizmin, toxuma antigenlərinin, müxtəlif növ, cins və xəttə
mənsub olan fərdlərin genetik qohumluğunun öyrənilməsi.
İmmunologiyanın müasir üsul və testləri vasitəsilə hazırda təbabət,
baytarlıq təbabəti, patologiya, fiziologiya, biokimya, endokrinologiya,
onkologiya, məhkəmə ekspertizası, enzimologiyanın ən aktual problemləri
geniş və hərtərəfli surətdə öyrənilir.
Orqanizmin genetik sabitliyini
(homeostazı) tənzimləyən ən başlıca sistem məhz immun sistemi saydır.
İmmun sistem
- orqanizmi genetik cəhətdən yabançı olan, qeyri-adekvat
amillərin təsirindən qoruyan kompleks immunoloji reaksiyaları həyata
keçirən hüceyrə, toxuma və orqanların məcmuundan ibarət olan çox
mürəkkəb bir sistemdir. Bu sistem canlı-aləmin bütün üzvlərini-makro fauna
və flora növlərini patogen agentlərin təsirindən qoruyur, onların ətraf mühit
amillərinin təsirinə adaptasiyasını və davamlılığım təmin edir, məhv olmuş
hüceyrələri eliminasiya edir-uzaqlaşdırır, yaman keyfiyyətli şişlərə qarşı
immunitet yaradır. İmmun sistem və onun mərkəzi icraçı sistemi sayılan
limfositlər orqanizmin kənar antigenlərə qarşı spesifik reaksiyasını təmin
edir. Bu sistem orqanizmin digər sistemləri kimi sərbəst xüsusiyyətə-sinir,
Dostları ilə paylaş: |