269
8.4. Virusların seleksiya üsulları.
Viruslar təbiətdə dövr etdikdə və
həm də eksperimental şəraitdə müxtəlif amillərin təsirinə məruz qaldıqda
onlarda müəyyən dəyişikliklər baş verir. Bu
dəyişikliklərin bəziləri irsi
olaraq nəslə verilir. İrsi dəyişikliklər virusları heyvan orqanizmində, toyuq
embrionunda və hüceyrə kulturasında yetişdirdikdə, onlara müxtəlif fiziki və
kimyəvi mutagenlərlə təsir etdikdə, eləcə də hibridləşmə zamanı əmələ gəlir.
Dəyişkənlik nəticəsində genetik cəhətdən bircinili olmayan reproduksiya
zamanı yem virus populyasiyası almır. Bunu nəzərə, alaraq virusun
dəyişkənliyinin əsas səbəbini öyrənmək məqsədilə bircinili klonların alınması
əsas şərt sayılır. Birinili klonlar əldə etmək üçün aşağıdakı seleksiya
üsullarından istifadə edilir:
1. Toyuq embrionunun yoluxdurulmuş xorioallantois qişasında əmələ
gəlmiş ayrı-ayrı suluqlardan klonların seleksiyası. Belə güman edilir ki,
virusun lokalizasiyası nəticəsində xorioallantois qişasında əmələ gələn hər
bir suluq bir viriondan törənir. Bu üsuldan çiçək, adi herpes və dovşanın
miksoma viruslarının seleksiyasında, həmçinin virusun genetik cəhətdən
təmiz olan xətlərinin və onun konsentrasiyasınm (titrinin) təyin edilməsi
üçün istifadə olunur.
2. Virusu hüceyrə kulturasında yetişdirdikdə əmələ gələn rongsizloşmiş
ləkələrə görə klonların seleksiyası. Bu ləkələr virusun kaloniyasından ibarət
olub onun genetik cəhətdən təmiz olan xətlərinin və təcrid olunmuş
kaloniyalarının alınmasında və titrinin təyin edilməsində tətbiq olunur. Bu
üsulla virusların seleksiyası zamanı metilrotla boyanmış, aqarla örtülmüş
birqatlı hüceyrə kulturasında degenerasiyaya uğramış hüceyrələrin yerində
virusun təsirindən bir neçə gündən sonra xüsusi ləkələr törənir.
Pikornavirusların, arboviruslarm. adenovirusların, miksovirusların, herpes
və çiçək viruslarının seleksiyasında bu üsuldan istifadə edilir. Müəyyən
edilmişdir ki. hüceyrə kulturasında yaranan hər bir ləkə virusun bir virionu
tərəfindən törənir Bu məqsədlə ilkin tripsinləşdirilmiş birqatlı hüceyrə kul-
turası, yaxud keçirilən hüceyrə kulturası müvafiq virusla yoluxdurulduqdan
sonra həmin virus bir neçə dəfə (üç dəfədən az olmayaraq) hüceyrə
kulturasmdan passaj edilir və nəticədə vahid genetik cinsli virus klonları
alınır. Qeyd elmək lazımdır ki, müxtəlif viruslar, hətta eyni virusun müxtəlif
ştammları böyüklüyünə, morfologiyasına və yaranma vaxtına görə müxtəlif
ləkələr törədir. Ləkələrin əmələ gəlmə müddəti və morfologiyası virus
ştammmm növündən, hüceyrənin tipindən və yetişdirilmə şəraitindən
asılıdır. Bu da mühitin tərkibindən, temperaturundan, hidrogen ionlarının
konsentrasiyasmdan (pH), buferliyindon və başqa amillərdən asıldır.
3. Ardıcıl durultma yolu ilə passaj etməklə virusun seleksiyası üsulunda
yoluxdurma qabiliyyətini saxlayan yüksək dərəcədə duruldulmuş virus,
hüceyrə kulturası və toyuq embrionunda 3-5 dəfə passaj edilməklə onun
klonları seleksiya olunur. Bunun üçün virusun müxtəlif durultma dərəcəsinin
hər biri ilə eyni vaxtda 5-10 toyuq embrionu yoluxdurulur. Beləliklə, virusun
durultm a dərəcəsinin, embrionların və passajın miqdarının artırılması
nəticəsində genetik cəhətdən bircincilı klonlar alınır. Bu üsuldan ən çox
270
birqatlı hüceyrə kulturasında ləkə törətməyən virusların seleksiyasında
istifadə edilir.
Hazırda virusları müxtəlif üsullarla passaj etməklə seleksiya olunmuş
sabit klonlardan diri vaksinlər hazırlanaraq virus xəstəliklərinin spesifik
profilaktikasında tətbiq edilir. Diri virus vaksinləri hazırlamaq üçün
viruslara müxtəlif fiziki və kimyəvi mutagenlərlə təsir edilir. Qeyd edilən
üsulla donuzların taun, quşların klassik taunu və Nyukasl xəstəliyi, qrip,
polıomielit, qızılca, parotit və başqa xəstəliklərə qarşı diri vaksinlər
hazırlanmışdır. Virusların molekulyar biologiyasının daha ətraflı öyrənil
məsi, həmçinin fiziki və kimyəvi amillərin təsiri ilə onların irsi xüsusiy
yətlərinin dəyişilməsi virus xəstəliklərinə qarşı diri virus vaksinlərin
hazırlanmasının və təkmilloşdirilməsinin gələcək perspektivi üçün zəmin
yaradır.
8 .5 .V iru s ə le y h in ə im m u n ite tin a m illə ri.
8.5.1.
Ümumi anlayış. Orqanizmin xəstəlik törədən agentlərin və onların
həyat fəaliyyəti məhsullarının, həmçinin başqa irsi yabançı maddələrin
təsirinə qarşı spesifik, qcyri-həssaslığı immunitet (latınca-immımitas-nədənsə
azad olmaq) adlanmaqla, əsasən kompleks immunobioloji müdafiə
reaksiyalarının əmələ gəlməsi ilə səciyyələnir. Orqanizmin bu cür qeyri-
həssaslığı ya irsi xarakter daşıyır, yaxud da
onun həyat fəaliyyəti
prosesində yaranır. İ. İ. Meçnikova görə, infeksion xəstəliklərə qeyri-
həssaslıq orqanizmin xəstəlik törədən mikroblara qarşı müqavimətini təmin
edən hadisələrin ümumi məcmuundan ibarətdir. İ. P. Pavlovun təliminə
əsasən immunitet orqanizmin antigen təbiətli infeksion agentlər və başqa
maddələr tərəfindən pozulan daxili mühitinin daimiliyinin bərpa olunmasına
yönəldilmiş fizioloji prosesdir. Bu təlim immunitet haqqındakı müasir
anlayışlara
daha
ətraflı
cavab verir.
Müasir dövrdə immunitetə
■immunobioloji proses kimi baxılır. İmmunitetin əmələ gəlməsində bütün
orqanizm iştirak etməklə həmin proses bilavasitə mərkəzi sinir sisteminin
iştirakı ilə icra olunur. Bu zaman ya spesifik anticisimlər, ya da allergiya
reaksiyası əmələ gəlir. İlk dəfə ingilis alimi Eduard Cenner (1796) çiçəklə
xəstələnmiş inəkdən alınmış suluğun mayesi ilə insanı peyvənd elməklə, bu
xəstəliyə qarşı profilaktika üsulunun təməlini qoymuşdur. İmmunitetin
yaranma tarixi L. Pasterin adı ilə bağlıdır. O, əməkdaşları ilə birlikdə
pasterelyoz. qarayara və quduzluq xəstəliklərinə qarşı peyvənd vasitəsi
hazırlayaraq immunitetin elmi əsasmı qoymuşdur. Onun təşəbbüsü ilə
peyvənd vasitəsi
vaksin
və onun tətbiq edilmə üsulu isə
vaksinasiya
adlandırılmışdır. L. Paster sübut etmişdir ki, bütün infeksion xəstəliklərin
xüsusi törədicisi (mikroblar) olduğu üçün bu xəstəliklərə qarşı spesifik
preparatlar (vaksin, serum) hazırlamaqla onlarla mübarizə etmək olar.
İmmunitetin öyrənilməsində qeyd edilən alimlərdən başqa, alman alimləri
R.Kox, P. E. Erlix, avstraliyalı F. Bernet. rus alimləri N. F. Qamaleya, P. F.
Zdrodovski və başqalarının böyük rolu olmuşdur.
İnfeksiya əleyhinə
271
yaranan (antiinfeksion) immunitet mənşəyinə görə anadangəlmə və həyatda
qazanılan immunitetə bölünür, Anadangəlmə immunitetdən fərqli olaraq
həyatda qazanılan immunitet çox spesfik olub nəslə verilmir.
Həyatda
qazanılan immunitetin təbii və süni növləri vardır ki, bunlar da öz
növbəsində fəal və qeyri-fəal immunitetlərə bölünür. Virus əleyhinə
immunitetin amilləri iki qrupa- qeyri-spesifik və spesifik bölünür.
8.5.2.
Virus əleyhinə immunitetin qeyri-sepisifik amilləri.
Anadangəlmə
immunitet qeyri-spesifik ohıb ayn-ayn cinslərin bioloji xüsusiyyətlərindən
asılı olaraq yaranaraq irsi xarakter daşıyır. Bu cür immunitet bir sıra
amillərlə əlaqədar olaraq yaranır. Həmin amillərə orqanizmdə virusun inki
şaf etməsi üçün müvafiq həssas hüceyrələrin olmaması və fəal sekretə malik
olan örtüklər (dəri və selikli qişalar) aiddir. Viruslar hüceyrədaxili parazitlər
olduğu üçün yalnız müvafiq həssas hüceyrələrin daxilində reproduksiya et
məklə, onların həyat fəaliyyəti hüceyrənin funksiyası ilə bilavasitə əlaqə
dardır. Virusa həssaslıq, hüceyrənin səthində onun adsorbsiyası üçün xüsusi
reseptorlann və hüceyrənin virusu deproteinizasiya (proteinsizləşdirmə)
etmə qabiliyyətinin olmasından asılıdır. Hüceyrədə bu xüsusiyyətlər olma-
dıqda o, həmin virus üçün qeyri-həssas olur. Orqanizmin cinsindən asılı ola
raq orada virus uçün həssas hüceyrə olmadıqda həmin virus orqanizmə daxil
olsa da o, qeyri-həssas hüceyrələrdə reproduksiya və inkişaf edə bilmir və
orqanizmdə həmin virusa qarşı davamlılıq yaranır. Məsələn, at və quşlar
dabaq virusu ilə yoluxmur. Anadangəlmə qeyri-həssaslığm mühüm
amillərindən biri də fəal sekret ifraz edən örtük qişalarıdır. Müəyyən
edilmişdir ki, yuxan tənəffüs aparatının selikli qişasmda ifraz olunan
sekretin tərkibində virusid təsirə malik olan anticisimlər olduğu üçün o, bəzi
virusları (qrip və s.) inaktivləşdirir. Orqanizmin viruslardan müdafiə
olunmasında tənəffüs yollarının titrəyici epiteliləri də iştirak edir. Belə ki,
viruslar yuxarı tənəffüs yolu, traxeya və bronxlann epiteliləri və selik
vasitəsilə orqanizmdən xaric olur. Bu isə infeksion prosesin gedişini
yüngülləşdirir.
Qanın plazmasmda olan properdin, komplementin 3-cü komponenti,
maqnezium ionu və /? (beta) qlobulinlə birlikdə xüususi sistem-properdin
sistemi-əmələ gətirir ki, bu sistem də bəzi virusları (Nyukasl xəstəliyinin
virusu və s.) inaktivləşdirir. Properdini ük dəfə müəyyən edən L. Pillemerin
məlumatına əsasən siçovulun orqanizmində 25-50, hind donuzunda 1-2,
insanda -4-8 vahid properdin vardır. Buna görə siçovullar hind donuzlanna
nisbətən infeksion agentlərə çox davamlıdır. Virus əleyhinə immunitetdə
faqositozun da müəyyən rolu vardır. Əvvəllər belə güman edilirdi ki, viruslar
leykositlər üzərində adsorbsiya olunaraq onlar tərəfindən udulur, lakin
onlar hüceyrədaxilində məhv olmur. Buna görə də faqositozun virus
infeksiyalannda rolu inkar edilirdi. Sonralar sübut edilmişdir ki,
makrofaqlar virusu udaraq onu parçalam aqla qan dövranında sirkulyasiya
edən viruslardan orqanizmin azad olunmasında, həmçinin anticisimlərin və
interferonun əmələ gəlməsində də iştirak edir, tmmun orqanizmdəki
272
makrofaqlar qeyri-immun orqanizmdəkinə nisbətən daha fəal olur. İmmun
orqanizmdə əmələ gələn anticisimlər makrofaqlann faqositoz xassəsini daha
da gücləndirir. Viruslara qarşı rezistentlik (davamlılıq) orqanizmin yaşından
da asılıdır. Belə ki, cavan orqanizmlər yaşlılara nisbətən viruslara daha çox
həssasdır. Orqanizm yaşlaşdıqca viruslara davamlılığı da artır. Məsələn,
yeni doğulmuş ağ siçan və hind donuzu ensefalomielit, dabaq və s.
xəstəliklərin viruslarına çox həssas olduqları halda, yaşlı ağ siçan və hind
donuzları onlara qeyri-həssasdır. Ağ siçanlar doğulduqdan sonra iki sutka
müddətində koksaki A virusu ilə yoluxduğu halda, 4-5 günlük siçanlar
həmin virusla yoluxmur. Toyuq em brionu da cücəyə nisbətən virusla
yoluxmaya daha həssasdır. Heyvanın yaşı nəinki orqanizmin rezistentliyinə,
həm də virus infeksiyalarınm gedişinə böyük təsir göstərir. Aueski xəstəliyi
zamanı iki həftəliyə qədər olan çoşqalar arasında xəstələnmə faizi 70-100,
ölüm faizi-80-100, ondan yuxarı yaşlarda isə xəstələnmə faizi-40- 80 olur.
Çoşqalardan fərqli olaraq bu xəstəlik yaşlı donuzlarda abortiv (əlamətsiz)
keçir. Bu hal cavan orqanizmlərdə maddələr mübadiləsinin xüsusiyyətləri,
həmçinin onların hüceyrələrinin qılafında spesifik reseptorlann olması,
həmin hüceyrələrdə virusun nuklein turşusunun daha fəal azad edilməsi və
yaşlı orqanizmin hüceyrələrində cavanlara nisbətən interferonun daha tez
yaranması ilə əlaqədardır. Bundan başqa, cinsiyyət hormonları orqanizmin
virusla yoluxmasında mühüm rol oynayaraq onun müqavimət qüvvəsini
yüksəldir. Belə ki, axtalanm a orqanizmin rezistentliyini azaldır, honodotrop
hormonların orqanizmə yeridilməsi isə onun rezistentliyini artırır. Lakin
kortizonun orqanizmə yeridilməsi heyvanlarda bəzi viruslara qarşı
(orbiviruslar, poliomielit, qrip və s.) rezistentliyin azalmasına səbəb olur.
İstiqanlıların orqanizmində virusların inkişafına mane olan amillərdən
biri də bədən tem peraturunun yüksəlməsidir. Virus əleyhinə immunitetdə
bədən tem peraturunun rolu A. A. Smorodinsev və onun əməkdaşları (1953-
1956) tərəfindən daha ətraflı öyrənilmişdir. Müəyyən edilmişdir ki,
• temperaturun yüksəlməsi hüceyrədən xaricdə yerləşən virusu inaktı'vləşdirir,
onun hüceyrədə çoxalmasım dayandırır, interferonun əmələ gəlməsini və
hüceyrədə mübadilə prosesini sürətləndirir. Soyuq və ya aşağı temperatur isə
orqanizmin viruslara qarşı həssaslığmı artırır. Tem peraturun artması ilə
əlaqədar
olaraq
hüceyrələrdə
maddələr
mübadiləsinin
sürətlənməsi
nəticəsində hüceyrədaxili və hüceyrəarası mühitin turşluğu artaraq (pH-5,5-
6,5) virusların inkişafına mənfi təsir göstərir. Bundan başqa, temperaturun
yüksəlməsi həm interferonun yaranm a sürətininin, həm də ingibitorların
virusa təsirinin artm asına səbəb olur. Elə buna görə də virus infeksiyalan
zamanı bədən tem peraturunun yüksəlməsi müsbət hal hesab edilir. Virus
əleyhinə immunitetin qeyri-spesifik amilləri arasında interferon və qan
serumunda olan termolabil virus neytrallaşdıncı ingibitorların rolu xüsusilə
qeyd edilməlidir. Virus əleyhinə immunitetin əmələ gəlməsində hüceyrə
amillərinin rolu olduqca böyükdür. Son zamanlar viruslar arasında
interferensiya hadisəsinin öyrənilməsi nəticəsində hüceyrə mayesində zülal
təbiətli xüsusi maddə-interferon aşkar edilmişdir.
İnterferensiya
«interfere»
273
sözündən götürülməklə «mane olmaq», «sədd çəkmək» deməkdir. Yəni bir
virus orqanizmdə və ya hüceyrə kulturasmda digər virusun inkişafına ya
mane olur və ya onu tamamilə dayandırır,
interferon
qeyri-spesifık amil
olmaqla, həssas hüceyrədə virusun reproduksiyasını və inkişafını dayandırır.
Onun təsirindən virusun sitopatogen təsiri dayanır və
infeksion proses in
kişaf edə bilmir, interferon ilk dəfə 1957-ci ildə qrip virusu ilə yoluxdurul
muş toyuq embrionunun xorioallantois qişasının ekstraktm da müşahidə
edilmişdir. Interferon orqanizmdə başqa maddələrin təsirindən də yarana
bilər, interferon doğuran amillər üç qrupa-diri və inaktivləşdirilmiş virus
lara, sintetik polinukleotidlərə, bakteriyalara və onların endotoksinlərinə
bölünür. Qeyd edilən amillərin təsirindən həm hüceyrə kulturasm da, həm də
orqanizmdə interferon yaranır. Orqanizmdə interferon bir qayda olaraq
bakteriyalar, onların toksini və virusların təsiri nəticəsində əmələ gəlir.
Onurğalılann bütün viruslarının interferon törətməsinə baxmayaraq, o, ən
çox miksoviruslar və orbiviruslann təsirindən əmələ gəlir.
interferon, orqanizmə virus yeridildikdən 1-2 saat sonra yaranmaqla, 4-
8 saatdan sonra maksimum səviyyəyə çatır. Diri viruslar inaktivləşmiş
viruslara nisbətən orqanizmdə zəif interferon yaradır. Orqanizmin bütün
toxumalarının hüceyrələri interferon yaratma qabiliyyətinə malikdir. Lakin
ən fəal interferon istehsal edən retikulo-endoteli sisteminin (dalaq, limfa
düyünü) hüceyrələri və leykositlərdir (makrofaq və limfositlər). interferon ən
çox qan, sidik, haramilik mayesi, burun axmtısı və müxtəlif orqan (böyrək,
ağciyər) və toxumalarda olur. İnterferonun əmələ gəlməsi heyvanm
cinsindən və yaşından da asılı olub, yaşlı heyvanların orqanizmində
cavanlara nisbətən daha fəal yaranır. Onun yaranması üçün optimal
tem peratur 36-37° C hesab edilir. Orqanizmin və ya mühitin tempera
turunun artıb-azalması interferonun yaranmasına mənfi təsir göstərir.
Kimyəvi tərkibinə görə molekul çəkisi aşağı (20.000-30.000) olan sadə
zülallara aid olub dondurma, əritmə, ultrabənövşəyi şüaların və proteolitik
fermentlərin (tripsin, pepsin)
təsirinə davamsız, temperatur (60-80° C),
ribonukleaza və dezoksiribonukleazamn təsirinə isə davamlıdır. Mühitin
reaksiyasımn (pH) dəyişilməsi interferona o qədər də mənfi təsir göstərmir.
Belə İci, o, həm turş (pH-2,0), həm də qələvi (pH-10,0) mühitdə fəallığını
saxlayır, interferon heyvanın növünə görə spesifiklik təşkil edir. Yəni bir
orqanizmin hüceyrələri tərəfindən hazırlanmış interferon hansı virusun
təsirindən yaranmasından asılı olmayaraq yalnız həmin növ orqanizmi
virusun təsirindən qoruyur. Anticisimlərdən fərqli olaraq interferon virus
əleyhinə geniş təsir dairəsinə malikdir. İnterferonun antigenlik xassəsinin
zəif olması və toksiki olmaması onun orqanizmə bir neçə dəfə böyük
dozalarla yeridilməsinə imkan yaradır. İnterferonun əmələ gəlmə mexaniz
minin yaxşı öyrənilməsinə baxmayaraq, hüceyrə kulturası və orqanizmin
virusla yoluxdurulması zamanı müəyyən edilmişdir ki, onu virusun nuklein
turşusu törədir. İnterferonun yaranmasında əsas rolu bir və iki spirallı RNT
oynayır. Virusun nuklein turşusu hüceyrəyə daxil olduqdan sonra genin
funksiyası pozulur və hüceyrə interferon yaratmağa başlayır. Virusla
274
yoluxmamış hüceyrədə interferon yaranm ır. Bunun əsas səbəbi həmin
hüceyrədə interferon sintez edən genin fəaliyyətini dayandıran xüsusi
zülalın
-repressorun
sintez olunmasıdır. Güman edilir ki, interferon hüceyrələrdə
dəyişilmiş form alarda həmişə olur. O, yalnız o vaxt sintez olunur ki, hüceyrə
ya virusla, ya da bakteriya endotoksini ilə yoluxmuş olsun. İnterferonun
molekul çəkisi virusun molekul çəkisindən çox olduğu üçün onu induktorla
təsir etmədən hüceyrədən xaricdə almaq olmur. Ayn-ayrı viruslar inter-
ferona müxtəlif dərəcədə həssasdır. Virusların virulentli ştammlan inter
feronun təsirinə az, avirulent ştam m lan isə çox həssasdır. Adenoviruslar,
herpesviruslar, qrip və Nyukasl xəstəliyi virusu, ensefalomielit və vezikulyar
stomatit viruslarına nisbətən interferonun təsirinə daha davamlıdır, interf
eron virusun hüceyrənin qılafında adsorbsiya olunmasına mane olmayıb,
virus hüceyrəyə daxil olduqdan sonra onun çoxalmasına mənfi təsir göstərir,
interferon hüceyrə daxilində R N T, D N T və virus zülalının sintezini, eləcə də
hüceyrə ribosom unun fəaliyyətini zəiflətdiyi üçün virusun RNT-si öz
informasiya funksiyasını yerinə yetirə bilmir. Başqa sözlə, interferon virusun
RNT-sinin hüceyrə ribosom lan ilə birləşməsinə maneçilik törədir, beləliklə
də virus komponentləri sintezinin inkişaf mərhələsini pozur və hüceyrə artıq
virusun sintezi üçün yararsız vəziyyətə düşür. Interferon DNT-li və RNT-li
viruslara eyni mexanizmlə təsir göstərir.
İnterferonun viruslara mənfi təsir göstərməsi onun virus xəstəliklərinin mü
alicə və profilaktikasında tətbiq edilməsi üçün zəmin yaradır. Virus hücey
rələrə daxil olduqdan sonra anticisimlər ona təsir edə bilmir. Bu məqsədlə
orqaiizmə ya hazır interferon, yaxud da onu əmələ gətirən
stimulyatorlar-
interferonogenfor-inyeksiya
edilməlidir. Lakin interferonun vaksinlərə nisbə
tən təsir müddəti az olduğundan onu hər 7-10 gündən bir təkrarən tətbiq et
mək lazımdır. H azırda yüksək immunogen vaksini olmayan virus xəstəlik
lərinə (qrip) qarşı immunizasiya məqsədilə vaksinlə interferon birlikdə tətbiq
edilir.
Virus əleyhinə immunitetin qeyri-spesifik amillərindən biri də
inkibitor-
lardır. İngibitorlar
- virusun hemaqqlyutininləşdirici və infeksionluq xassə
sini aşağı salan mukoproteid və lipoproteid təbiətli maddələr olmaqla
qanda, tüpürcəkdə, burun seliyində, göz yaşında və başqa toxuma maye
lərində olur. İngibitorlann viruslara təsiri olduqca genişdir. Onlarda
virusneytrallaşdıncı xassənin olması virus əleyhinə immunitetdə ingibitor-
ların böyük əhəmiyyət kəsb etməsini göstərir, ingibitorlar virusa təkrarən
təsir göstərir. Onların orqanizmə yeridilməsi virusun hüceyrədə adsorbsiya
olunmasına və infeksiyanm inkişafına mənfi təsir göstərir. İngibitorlar eyni
təsirə malik olmayıb bir qrup viruslara fəal, digərlərinə isə qeyri-fəal təsir
göstərir. Tem peratura münasibətinə görə ingibitorlar
termolabil
və
termostabil
olur.
Termolabil ingibitorlar
qan serumunun beta ( /? )
fraksi
yasında olmaqla (62-65° C -də parçalanır. Termostabil ingibitorlar isə alfa (
a )
və qamma
( y )
qruplarına bölünməklə 75-100° C temperaturda belə
fəallığını saxlayır,
у
-ingibitorlan serumun qammaqlobulin fraksiyasında
275
olmaqla başqalarına nisbətən daha yüksək virusneytrallaşdırıcı fəallığa
malikdir. Onlar
a
və
fi
ingibitorlanndan fərqli olaraq proteolitik ferment-
lərin (tripsin və s), CO
2
və s. təsirinə davamlı, aseton, rivanol, kalium və
natrium-periyodatm təsirinə isə davamsızdır. Virus ingibitorları orqanizmdə
viruslarla əlaqəyə girdikdə onların hüceyrə üzərində adsorbsiya olunmasına
imkan verməyərək onların hemaqqlyutininləşdirici və virusneytrallaşdırıcı
fəallığını yox edir. İmmunizasiya zamanı qanda ingibitorlann konsentra-
siyası sabit olmayaraq artıb-azala bilər. Ingibitorun təsir dərəcəsi virusun
ona qarşı həssaslığından asılıdır. Belə ki, ingibitora həssas olan viruslar
orqanizmdən tez xaric olduğu halda, qeyri-həssas viruslar orqanizmdə bir
neçə gün (3-4) qala bilir. İngibitorlar virusun virulentli ştam mlanna daha
fəal təsir göstərir.
8.5.3.
Virus əleyhinə immunitetin spesifik amilləri.
Həmin amillərə
virusneytrallaşdırıcı serum və yerli sekretor anticisimləri, spesifik hüceyrə
amilləri aiddir. Viruslar orqanizmə daxil olduqdan sonra orqanizmdə yara
nan anticisimlər immunitetin spesifik amilləri arasında xüsusi əhəmiyyətə
malikdir. Anticisimlər (antitellər) - antigenlərin təsirindən orqanizmdə əmə
lə gələn spesifik, yaxud immun qlobulinlərdən ibarət olub antigenlə
birləşməyə xidmət edən xüsusi fəal mərkəzin olması ilə normal və başqa
qlobulinlərdən fərqlənir. Elektroforetik hərəkətinə görə serumun normal
qlobulinlərində üç fraksiya -alfa (
a ),
beta
( fi )
və qamma
(y )
qlobulinləri
ayırd edilir. Lakin anticisimlərin əmələ gəlməsində qammaqlobulinlər əsas
rol oynayır.
Anticisimlər (immunoqlobulinlər) heterogen zülallardan ibarət olmaqla,
onlann molekullan bir-birindən fərqlənən bir cüt ağır (H) və bir cüt yüngül
(L )
polipeptid zəncirdən təşkil olunub. Beynəlxalq təsnifata əsasən hazırda
immunoqlobulinlər fiziki və kimyəvi xassələrinə görə bir-birindən fərqlənən
5 sinfə bölünür-. JgM,
JgG,
JgA, JgE, JgD. Qeyd edilən immunoqo-
lobulnlərdən JgG, JgM və JgA immunitetin əmələ gəlməsində daha böyük
rol oynayır. Anticisimlər termolabil olub 70° C temperaturda və spirtin
təsirindən dəyişilərək fəallığını itirir. O nlann fəallığına mühitin reaksiyası
(pH), elektrolitlər və başqa
komponentlər də təsir edir. Virusəleyhinə
yaranan
anticisimlər
komplement
birləşdirici,
presipitinləşdirici
və
aqqlyutininləşdirici
anticisimlərə bölünür. Orqanizmdə viruslara qarşı
anticisimlər 2-3 gündən sonra yaranmaqla onlann əmələ gəlməsində əsas
yeri retikuloendoteli sistemi tutur. Anticisimlər spesifikliyə, yəni bir antigeni
digərindən fərqləndirmək qabiliyyətinə malik olmaqla, yalnız onlan əmələ
gətirən antigenlərlə birləşir. Buna görə də seroloji reaksiyalar başqa
reaksiyalara nisbətən çox spesifik və həssas olur. Anticisimlərin spesifik
antigenlərə qarşı yaranması onların
komplementarlığı
adlanır.
Bir neçə
antigen birlikdə orqanizmə yeridildikdə onların hamısına qarşı anticisimlər
əmələ gəlir. Müəyyən edilmişdir ki, anticisimlər virusla birləşərək onun
fıziki-kimyəvi xassələrini pozur, bu isə öz növbəsində virusun hüceyrə
Dostları ilə paylaş: |