....İşlər fənadır, bir neçə məktəblər olmasa,
Onlarda can verən müəllimlər olmasa,
Qafqazda yox müəllimlərimiz, digər olmasa,
Bunlar ki var, sılahidi vallah gər olmasa,
Mütləq xərab ediblər təməddün binasını.
Cavid təlim-tərbiyə məsələlərindən və məktəbdən danışarkən məşhur bir məsəli diqqətə çatdırır: “Günəş girməyən evə təbib girər”. Təlim və tərbiyə prosesinin həyata keçirilməsində məktəb binasını və sinif otaqlarını əsas təlim-tərbiyə ocağı hesab edir. Düşünür ki, məktəblər və məktəb binaları gözəl və görkəmli , havalı və uca yerlərdə tikilməlidir... Məktəb binası mümkün dərəcədə günəşli yerlərdə vaqe olmalı, rütubəti çox olan yerlərdən həzər edilməlidir...” Nə üçün? Çünki orada körpə uşaqlar oxuyur və tərbiyə alırlar. Günəşsizlik və rütubət isə bir çox xəstəliklərin mənbəyidir”. Şair bu mövzudan bəhs edərkən özünün çətin şəraitdə oxuduğu və tərbiyə aldığı Sidqinin məktəbini xatırlayırdı. (Məktəb Bazarçayı üzərindəki camə məscidində yerləşdiyi üçün otaqları dar və rütubətli idi).
Cаvid еlmin, müəllimin rоlunu sübut еtmək üçün çох ibrətаmiz, mаrаqlı və inandırıcı fаktlаrı təhlil еdir və dеyirdi ki, rаhаt və xoşbəxt yаşаmаq üçün işləmək, bir pеşəyə sаhib оlmаq vаcibdir. Hər bir pеşə sаhibi yахşı işləmək, nöqsаnlаrını аnlаyıb sənətində mаhir оlmаlıdır. Bеlə bir məhаrəti, qаbiliyyəti insаnlаr еlmdən, məktəbdən öyrənirlər.
H.Cavidin fikrincə, insan nə qədər öyrənir, nə qədər oxuyursa, yenə azdır. Buna görə də, gecə-gündüz oxumaq və hər şeydən xəbərdar olmaq lazımdır ki, Vətənə xidmət etməyin əsl yolunu axtarıb tapasan. Həyatda elə adamlara rast gəlmək olur ki, onlar azacıq bilikləri ilə fəxr edib, hər şeydən xəbərdar olduqlarını söyləyirlər:
“Bilmək, öyrənmək” öylə bir uçurum
Dostları ilə paylaş: |