DərsliK İqtisad elmləri doktoru, professor


§4. İQTİSADİ MƏNAFELƏRİN AHƏNGDARLIĞI



Yüklə 0,6 Mb.
səhifə103/121
tarix11.03.2022
ölçüsü0,6 Mb.
#53615
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   121
referat 921

§4. İQTİSADİ MƏNAFELƏRİN AHƏNGDARLIĞI
İqtisadi təlimlər tarixinin, xüsusilə Amerika iqtisad məktəbinin əsas istiqamətlərindən biri iqtisadi nəzəriyyələrin ahəngdarlığı konsepsiyasıdır. Bu nəzəriyyənin görkəmli nümayəndələri - ABŞ-da Q.Ç.Keri, Fransada isə F.Bastia idilər.

F.Bastia fikirlərini özünün əsəri olan "İqtisadi harmoniya" (1850) kitabında şərh etmişdir Bu kitabında və digər əsərlərində F.Bastia yazırdı ki, sosial ziddiyyətlər yoxdur və müasir cəmiyyət (onun yaşadığı əsr) ən gözəl təkmilləşdirilmiş, möhkəm, ümumdünyəvi və ədalətli assosiasiyadır. O, dəyərin obyektiv məzmununu (dəyərin əmtəə istehsalı prosesində yaradılması) inkar edirdi. F.Bastia dəyəri dəyərlilik kateqoriyası kimi izah edirdi. O iddia edirdi ki, dəyərlilik mübadiləyə daxil olan iki xidmət arasındakı münasibətdir. F.Bastia yazırdı ki, dəyərlilik anlayışı o zaman meydana gəlmişdir ki, insan öz yaxın adamına müraciət edərək bunu mənim üçün et, mən də sənin üçün sənə zəruri olanı edərəm.

F.Bastia sübut etməyə çalışırdı ki, istehsal dəyər yaratmaq xidməti göstərsə də bu prosesdən kapitalistlər, fəhlələr və əkinçilər kənara çıxmırlar. Çünki fəhlələr, kapitalistlər və əkinçilər istehsal dairəsində bir-birlərinə xidmətlər göstərirlər. F.Bastiaya görə kapitalistin gəliri olan mənfəət kapitalın istehlakının bir hissəsi olub kapitalistə mükafat kimi verilir, yəni kapitalın istehlak olunmayan hissəsi ona pay şəklində çatır. Torpaq rentasını isə o, kapitala olan faiz hesab edirdi.

F.Bastia iddia edirdi ki, torpağa qoyulan kapital əkinçilərin və onların əcdadlarının göstərdiyi xidmətlərə renta gətirir Çünki əkinçilər alicənab hərəkət edərək torpağı becərirlər, ona qayğı göstərirlər, nəticədə də renta alırlar.

F.Bastia iqtisadi harmoniya kateqoriyasını həm istehsala, həm də bölgü münasibətlərinə tətbiq edirdi. Bununla Bastia qət edirdi ki, məhsul yaradılan zaman kapitalistin payı aşağı düşür, fəhlənin payı isə artır. Onun fikrincə harmoniyanı ancaq o poza bilər ki, dövlət insanlar arasında olan münasibətlərə qarışsın. O, rəqabətin məhdudlaşması əleyhinə çıxış edirdi, sahibkarlıq fəaliyyətinə tam azadlıq verilməsinin tərəfdarı idi. Onun bu ideyaları o demək idi ki, kapitalizmin inkişafına heç nə maneəçilik etməməlidir.

İqtisadi mənafelərin ahəngdarlığı (harmoniya) nəzəriyyəsinin digər variantı ABŞ-da meydana gəlmişdi və onun yaradıcısı Q.Ç.Keri idi. O, özünün çoxsaylı əsərlərində təkcə kapitalizmə deyil, ABŞ-ın cənubunda mövcud olan qul əməyinə də bəraət qazandırırdı.

Q.Keri sübut etməyə çalışırdı ki, cəmiyyətdə həqiqi və əsl mənafeylərin hamısının tam ahəngdarlığı mövcuddur. Onun mənafelərin harmoniyası nəzəriyyəsinin əsasını "Bölgü qanunu" təşkil edirdi. Q.Keri yazırdı ki, "elmin müəyyən etdiyi qanunlar içərisində ən gözəl qanun o qanundur ki, bu qanun insan cəmiyyətində bütün siniflərin real və həqiqi mənafelərinin tam ahəngdarlığını müəyyən edir".

Q.Keri özünün "Mənafeylərin ahəngdarlığı" (1878) kitabında göstərirdi ki, təbii ahıngdarlıq əhali artımının idarə olunmasında təzahür etdiyi kimi, yaşayış vasitələrində, hökmdarların həyat tərzində də, lendlordların, icarədarların, kapitalistlərin, fəhlələrin, plantasiya sahiblərinin və qulların həyatında da təzahür edir.

F.Bastiadan fərqli olaraq Q.Keri proteksionizmi müdafiə edirdi. Q.Kerinin mənafelərin ahəngdarlığı konsepsiyasının sosial təyinatı ondan ibarət idi ki, o, sahibkarları və plantasiya sahiblərini, fermerləri və digər sinifləri müdafiə edirdi.

İqtisadi mənafelərin ahəngdarlığı nəzəriyyəsinin tərəfdarlarından biri də ABŞ iqtisad məktəbinin nümayəndəsi F.Uoker idi. O, XIX əsrin ikinci yarısında yaşamışdır.

F.Uoker öz əsərlərində yazırdı ki, mənfəət əmək haqqından çıxılan hissə deyildir. Çünki mənfəət bütövlükdə sahibkarlar tərəfindən yaradılır. F.Uokerin fikrincə, mənfəət rentadır və onun kəmiyyəti sahibkarın bacarığından, qabiliyyətindən asılıdır. F.Uokerə görə fəhlələr əmək haqqı alırlar ki, bu da onların əməyinə bərabərdir.

Mənafelərin ahəngdarlığı nəzəriyyəsinin təbliğ edilməsində daha incə metoddan istifadə edən XIX əsrin ikinci yarısında yaşayan Amerika iqtisadçısı Q.Corc olmuşdur. Onun fikrincə, iqtisadi böhranların, işsizliyin və əhali kütlələrinin yoxsulluğunun səbəbi heç də kapitalizmin mahiyyətindən və məzmunundan irəli gələn qanunlar deyildir. Belə bir vəziyyətin olması torpaq mülkiyyətinin təmərküzləşdirilməsinin nəticəsidir. Torpaq mülkiyyətinin təmərküzləşdirilməsi prosesində sahibkarlar ictimai tərəqqinin məhsulu olan rentanı mənimsədikləri üçün ahəngdarlıq pozulur.

Mənafelərin ahəngdarlığı nəzəriyyəsini sonralar Amerika iqtisadçı - alimi B.Klark inkişaf etdirmişdir. O, özünün "Sərvətin bölüşdürülməsi" (1899) kitabında yazırdı ki, əmək haqqı əməyin son məhsuldarlığı ilə, faiz ilə kapitalın son məhsuldarlığı ilə müəyyən olunur.

B.Klarkın irəli sürdüyü fikirlərin məzmunu bundan ibarət idi ki, mənafelərin pozulmaması əmək haqqı, faiz, mənfəət, sağlam fikir prinsipi əsasında müəyyən edilməlidir.




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin