DərsliK İqtisad elmləri doktoru, professor


§6. İNHİSARÇI RƏQABƏT PROBLEMİ



Yüklə 0,6 Mb.
səhifə105/121
tarix11.03.2022
ölçüsü0,6 Mb.
#53615
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   121
referat 921

§6. İNHİSARÇI RƏQABƏT PROBLEMİ
Bu nəzəriyyə inhisarçı bazar sisteminin mahiyyətini, onun məzmununu və strukturunu öyrənən konsepsiyadır. İnhisarçı bazar rəqabəti nəzəriyyəsini ABŞ institusionalizminin görkəmli nümayəndəsi E.Çemberlin 30-cu illərin əvvəllərində yaratmış və Qərbi Avropa iqtisadçıları bu konsepsiyanı inkişaf etdirmişlər.

İnhisarçı rəqabət problemini siyasi iqtisad elminin müxtəlif cərəyanlarının nümayəndələri: N.Kaldor (Böyük Britaniya), C.Neyman, O.Morgenştern, R.Triffin, U.Folner, R.Dorfman, U.Baumol, R.Kyuin (ABŞ) daha da inkişaf etdirmişlər.

İnhisarçı rəqabət nəzəriyyəsinin anlayış və kateqoriyalar sistemi müasir kapitalist bazar rəqabətinin ünsürləri ilə inhisarların ünsürlərinin çulğalaşması ideyaları əsasında təşəkkül tapmışdır. Bu nəzəriyyənin məqsədi firmaların bazar strategiyasına xidmət edir və firmaların yüksək mənfəət əldə etməsinə yönəldilmişdir.

Firmaların bazar strategiyası inhisarçı rəqabət nəzəriyyəsini qeyri-təkmil rəqabət nəzəriyyəsi ilə birləşdirir. Lakin Qeyri-təkmil rəqabət nəzəriyyəsindən fərqli olaraq inhisarçı rəqabət nəzəriyyəsi inhisarlarla bazar münasibətləri arasında olan əlaqələri tədqiq edir. Lakin belə bir proses zamanı başqa istehsalçılar kənarda qalırlar, yəni bu istehsalçılar kölgə altına alınırlar.

İnhisarçı bazar rəqabəti konsepsiyasını yaradan nəzəriyyəçilər kapitalist təsərrüfatına "sülh" daxilində rəqabət edən inhisarlar kimi baxırlar. Buradan da bu nəzəriyyəçilər belə bir nəticəyə gəlirlər ki, guya inhisarların hökmranlığı çox gecikmiş, kapitalist təsərrüfatına inhisarlar çoxdan nüfuz etməli idi.

Azad rəqabətin hökm sürdüyü kapitalist təsərrüfatından və bu dövrün iqtisadi proseslərini öyrənən siyasi iqtisad nümayəndələrindən fərqli olaraq inhisarçılıq dövrünün alimləri kapitalist iqtisadiyyatının təhlilinə daha real yanaşırdılar. Onlar bazarın və bazar üçün istehsal edən firmaların fəaliyyətini mövcud olan mühüt baxımından öyrənməyə çalışırdılar.

Qeyd edək ki, inhisarlar haqqında samballı nəzəriyyəni Böyük Britaniya alimi A.Marşall yaratmışdı. O, siyasi iqtisadda Kembric məktəbinin əsasını qoymuşdu və müxtəlif vəzifələrdə işləmişdi. A.Marşall özünün "Siyasi iqtisadın prinsipləri" (1890) kitabı ilə məşhurlaşır və bu kitab İngiltərə məktəblərində dərslik kimi tədris edilmişdir.

A.Marşall öz nəzəriyyəsində son faydalılıq anlayışını istehsal xərcləri ilə birləşdirir və göstərirdi ki, tələbatlar və istehsal xərcləri bir-birlərini tamamlayırlar. O göstərirdi ki, dəyər mübadilə prosesində iki şeyin bir-birinə olan münasibətidir və o tələb və təkliflə müəyyən olunur. Əslində A.Marşall qiyməti yaradan amilləri təhlil edirdi.

Siyasi iqtisadın bir çox problemləri ilə yanaşı A.Marşall inhisarları da öyrənmişdir. XIX əsrin ikinci yarısının şəraiti ilə əlaqədar olaraq o, "xalis" ticarət - sənaye inhisarlarını və azad rəqabəti təhlil etmişdir.

Bununla yanaşı inhisarçı bazar rəqabəti nəzəriyyəsinin nümayəndələri tədqiqat obyektinə yanaşmada antitarixçiliyi aradan qaldıra bilməmişlər, rəqabət dövründə təsadüfən meydana gələn inhisarlar arasındakı fərqi izah etməmişlər, ticarət-sənaye inhisarları ilə kütləvi surətdə yaranan inhisarların qanunauyğunluqlarını təhlil edə bilmirdilər. Digər tərəfdən, inhisarçı bazar rəqabəti nəzəriyəçiləri təsadüfən yaranan, geniş(dolğun) və ümumi inhisar formasında əldə edilən mənfəətin prinsipial tərəflərini tədqiq etməmişlər.

İnhisarçı rəqabət nəzəriyyəçiləri öz konsepsiyalarının əsasını "mübadilə nəzəriyyəsi" (teoriə menovoy konüepüii) konsepsiyasında görürdülər. İnhisarçı rəqabət nəzəriyyəçiləri A.Marşallın və lozanna məktəbinin yaratdıqları qiymətin əmələ gəlməsi prosesinin metodologiyasını, bazar mübarizəsi, sahələrdaxili və sahələrarası qarşılıqlı əlaqələri mənimsəmiş və öz konsepsiyalarına daxil etmişdilər. Lakin bütün bu iqtisadi əlaqələri onlar tədqiq edərkən dəyər münasibətlərini sərf-nəzər edirdilər.

İnhisar rəqabəti nəzəriyyəçilərinin diqqət mərkəzində korporasiyalar üçün praktiki cəhətdən mühüm olan mübadilə probleminin inkişafı dururdu. Bu nəzəriyyənin məqsədi, yəni əsas tədqiqat obyekti bazarla istehsal inhisarlarının fəaliyyəti arasında olan qarşılıqlı əlaqələrin optimallaşdırılması, kütləvi surətdə ixtisaslaşmış məhsul istehsal edənlərin arasında olan rəqabət münasibətlərini öyrənmək idi.

İnhisarçı bazar rəqabəti nəzəriyyəçiləri öz tədqiqatlarında başlanğıc kimi qiymətin əmələ gəlməsini götürürdülər və bu problemi rəqabətli xərclərlə əlaqələndirirdilər. Buraya onlar inhisarların əldə etdikləri bərabər mənfəət normasını da əlavə edirdilər.

İnhisarçı bazar rəqabəti nəzəriyyəçiləri inhisar qiymətini belə izah edirdilər: inhisar qiyməti elə bir qiymətdir ki, bu qiymət inhisarlara "yüksək" mənfəət gətirir. Əldə edilən bu adi yüksək mənfəət istifadə olunmayan istehsal gücündən asılı olmayaraq tətbiq olunan bütün artıq kapitalın əsasında yaradılır.

Bir neçə əmtəə növü istehsalı üzrə ixtisaslaşmış hər bir iri firma çalışır ki, istehlakçılar ancaq onlardan məhsul alsınlar. Çünki, belə firmalar reklam, ticarət markaları, patent üzərində inhisar və s. istəmirlər. Nəticə etibarilə bazarda həmin əmtəələr üzərində rəqabət aparan inhisarların təsiri artır və hər bir inhisarçı bazarın müəyyən hissəsini öz təsiri altına alır. Lakin belə inhisarlar həmişə qorxu altında olurlar, çünki onlar qorxurlar ki, digər istehsalçılar həmin məhsullardan istehsal edə bilər.

ABŞ-ın məşhur iqtisadçı alimi E.Çemberlinin fikrincə məhsul istehsalı üzrə ixtisaslaşdırılmış hətta kiçik firmalar belə inhisarçıdırlar. Deməli, həm iri inhisarları, həm də təsadüfən yaranmış xırda istehsalçıları E.Çemberlin inhisarçı adlandırır.

E.X.Çemberlin Ayova, Miçiqan və Harvard Universitetlərində oxumuş, yüksək təhsil görmüş, Amerika və Avropa Universitetlərinin fəxri elmlər doktoru olmuşdur. Bir çox vəzifələrdə də işləmişdir. Müxtəlif sahələr üzrə elmi-tədqiqat işləri aparmışdır: kapitalist bazarlarında inhisarlar və rəqabət nisbətinin təhlilini, 20-30-cu illərdə isə inhisarçı rəqabət nəzəriyyəsini işləyib hazırlamışdı. O, dövlətin iqtisadiyyata nüfuz etməsi və həmkarlar ittifaqı əleyhinə çıxış etmiş, azad rəqabətin tərəfdarı olmuşdu.

Qeyri-diferensial (bir-birindən fərqlənən), lakin standart əmtəə bazarını tədqiq edən E.Çemberlin inhisarların istehsalın təmərküzləşməsi ilə olan əlaqəsini qəbul edirdi. İstehsalın təmərküzləşməsi və kontragentlərin azalması Çemberlinin fikrincə, bazarda olan satıcılar öz istehsallarının həcminin qiymətlərə təsirini artıq dərk edirlər. Bu prosesə rəqabətə daxil olanların əks tədbirləri də təsir edir. Bu zaman inhisar qiyməti və mənfəət inhisarçıların razılığa gəlmədiyi bir şəraitdə də yarana bilər.

İnhisarçı rəqabət nəzəriyyəsinin əsasını son faydalılıq və istehsal xərcləri nəzəriyyəsi təşkil edir. Mənfəətin orta mənfəət və inhisar mənfəəti formasında bölüşdürülməsini bu nəzəriyyənin nümayəndələri, xüsusilə E.Çemberlin bazarla əlaqələndirirdilər.

E.Çemberlinə görə mənfəətin yaranması və bölüşdürülməsi qanunu, əmək haqqı, renta inhisar şəraitində (xalis rəqabət ilə müqayisədə) tamam başqa məna daşıyır. Belə bir ideya əsasında E.Çemberlin inhisar istismarını qəbul etmirdi, yəni inhisarçılıq şəraitində istismar olmur.



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin