DərsliK İqtisad elmləri doktoru, professor


FƏSİL 1. İQTİSADİ TƏLİMLƏR TARİXİNİN PREDMETİ



Yüklə 0,6 Mb.
səhifə15/121
tarix11.03.2022
ölçüsü0,6 Mb.
#53615
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   121
referat 921

FƏSİL 1. İQTİSADİ TƏLİMLƏR TARİXİNİN PREDMETİ,

METODU VƏ STRUKTURU
§ 1. İQTİSADİ TƏLİMLƏR TARİXİNİN PREDMETİ
İqtisadi təmayüllü ali təhsil alan və yenidən iqtisadi ixti­sas alan gənclər üçün ümumbəşəri dəyərlərin öyrənilməsi və iqtisadi həyatda davranış mədəniyyətlərinin yüksəldilməsi üçün "İqtisadi təlimlər tarixi" fənni müstəsna rol oynayır. "İqti­sadi təlimlər tarixi"nin öyrənilməsi zərurəti həm də müasir şə­raitdə iqtisadi sistemlərin transformasiyaya uğramasından irəli gəlir. Çünki "İqtisadi təlimlər tarixi"nin predmeti cəmiyyətin iq­tisadi həyatında və sosial sferasında baş verən dəyişikliklərlə əlaqədar iqtisadiyyatın birinin digəri ilə əvəz olunmasının qa­nunauyğunluqlarını və dövrləşmə prosesilə bağlı insanların davranış qaydalarının məntiqini öyrənir. İqtisadi hadisə və proseslərin tarixi dövrləşmə prosesilə öyrənməklə "İqtisadi nə­zəriyyə" elminin daha dərindən mənimsənilməsinə imkan ya­ranır. Bəlli olduğu kimi "İqtisadi nəzəriyyə" 250 il bundan əvvəl kapitalizmin təşəkkül tapdığı dövrdə meydana gəlmişdir. Ümumi iqtisadi nəzəriyyə ilkin olaraq 1615-ci ildə fransız An­tuan de Monkretyen tərəfindən "Siyasi iqtisad" termini ilə ad­landırılmışdır. Daha sonra ingilis Uilyam Petti öz tədqiqatla­rında bu elmi "Siyasi hesab" adlandırmışdır. Fiziokratlar mək­təbinin banisi Fransua Kene bu elmə sadəcə "İqtisadiyyat" kimi baxmışdır. "İqtisadi nəzəriyyə"nin atası hesab olunan Şotlandiyalı Adam Smit bu elmi "Siyasi iqtisad" kimi qəbul et­miş və onun xalqların sərvətinin mənbəyi olduğunu qeyd et­mişdir. İngilis iqtisadçısı David Rikardo klassik iqtisadi siste­min yaradıcılarından biri kimi "İqtisadi nəzəriyyə"ni siyasi iqti­sadın başlanğıcı kimi qeyd etmişdir. İngilis iqtisadçılarından C.S.Mill "İqtisadi nəzəriyyə"ni kompromislər nəzəriyyəsi vasi­təsilə "Siyasi iqtisadın əsasları" kimi öyrənmişdir. Alman iqti­sadçısı Karl Marks "Kapital" əsəri vasitəsilə "Siyasi iqtisad"ı alternativ elmi sistem kimi öyrənə bilmişdir. Yeni elmi istiqa­mətin yaradıcısı olan ingilis Alfred Marşall iqtisad elmini ilk dəfə olaraq "Siyasi iqtisad"ın "Ekonomiks" fənni kimi öyrənil­məsini təklif etmişdir. Bu fikri digər görkəmli ingilis iqtisadçısı U.Cevons da təkidlə qarşıya qoymuşdur. Ümumiyyətlə, gör­kəmli iqtisadçı alimlərin "Siyasi iqtisad"la və ya "İqtisadi nə­zəriyyə" ilə bağlı irəli sürülmüş fikirlərini ardıcıllıqla qeyd et­məklə bu istiqamətdə mövcud olan iqtisadi ideyaların mənti­qindən irəli gələn prinsiplərin, səbəb-nəticə əlaqələrinin və in­kişaf meyllərini əks etdirən fikirlərin mahiyyətini şərh etməklə iqtisadi təlimlər tarixinin predmeti haqqında mülahizələri kon­kretləşdirmək olar.

Tarixi inkişafın ayrı-ayrı dövrlərində irəli sürülən ümum­bəşəri iqtisadi dəyərlərin mənimsənilməsi, inkişaf qanuna­uyğunluqlarının öyrənilməsi, iqtisadi sistemlərin transforma­siyaya uğraması, eləcə də təkamüllü iqtisadi inkişafa təkan ve­rən cərəyanların, məktəblərin və konsepsiyaların şərh olun­ması "İqtisadi təlimlər tarixi"nin əsas vəzifələrindəndir. Ona görə də ümumiləşmiş şəkildə "İqtisadi təlimlər tarixi"nin pred­metini müxtəlif iqtisadi sistemlərin meydana gəlməsi və onla­rın transformasiyası qanunauyğunluqlarını iqtisadi proseslərin bütöv şəkildə öyrənilməsi kimi qeyd etmək olar. İqtisadi hə­yat­da, xüsusən, istehsalın strukturunda, texnologiyasında, is­teh­lakında, eləcə də istehlakçıların davranış qaydalarında baş ve­rən dəyişikliklər yeni iqtisadi proseslərin meydana gəlmə­sinə səbəb olur. Müasir şəraitdə dünya iqtisadiyyatında aktual yer alan qlobal iqtisadi problemlər, iqtisadi inteqrasiya pro­sesləri, iqtisadi təhlükəsizlik məsələləri, ayrı-ayrı ölkələrin iqti­sa­diyyatlarının inkişafına müxtəlif səviyyədə təsir göstərir. Eyni zamanda yoxsulluğun aradan qaldırılması, insan poten­sialının inkişaf etdirilməsi, qeyri-iqtisadi amillərin, xüsusən, mənəvi, dini amillərin rolunun nəzərə alınması özünü təkidlə qarşıya qoymuş olur. Bununla da iqtisad elmində mənəvi, so­sioloji, institusional istiqamətlərin inkişafına real yol açmış olur. Bu da öz növbəsində "İqtisadi təlimlər tarixi"nin predmeti kimi sırf və ya pozitiv nəzəri müddəaların ümumiləşməsi və müəyyən nə­ticələrin əldə olunması ilə hüdudlaşmır. Eyni za­manda iqtisad elmində normativ səpkili və ya konkret əməli istiqamətli elmi ideyaların, prinsiplərin yeni fikir və müddəala­rın fəaliyyət isti­qamətlərinin formalaşmasına gətirib çıxarmış olur.

"İqtisadi təlimlər tarixi"nin öyrənilməsi təkcə iqtisadi dünyagörüşün, xalis iqtisadi təfəkkürün formalaşması üçün deyil, eyni zamanda irəli sürülmüş elmi müddəaların təkamüllü yolunun məntiqinin mənimsənilməsindən ibarətdir. Çünki ha­zırkı şəraitdə bizim mənimsədiyimiz iqtisadi ideyalar sırf keç­mişin elementlərinə əsaslanmır, eyni zamanda bugünkü və hətta gələcək iqtisadi görüşlərin elementlərinə əsaslanır. Ona görə də müasir şəraitdə tətbiq olunan hər bir iqtisadi nəzə­riyyənin, cərəyanın və konsepsiyanın məşhurluğundan və hətta real tətbiqi və səmərəli səviyyəsindən asılı olmayaraq, yalnız onlara əsaslanmaq mümkün deyildir. Çünki iqtisadi konsepsiyalar və nəzəriyyələr özü-özünə inkişaf etməklə, mövcud dövrdəki üstünlükləri əks etdirməklə, eyni zamanda çatışmazlıqlar istiqamətində də özünü əks etdirir. Ona görə də mövcud çatışmazlıqların aradan qaldırılması üçün yeni iqtisadi ideyaların, fikirlərin, nəzəri baxışların əmələ gəlməsinə səbəb olur. Beləliklə, "İqtisadi təlimlər tarixi"nin əsas vəzifəsi kimi iq­tisadi nəzəriyyələrin təşəkkülü və onların birinin digəri ilə əvəz olunmasının ümumi məntiqini öyrənir.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin