DərsliK İqtisad elmləri doktoru, professor


AYRI-AYRI ÖLKƏLƏRDƏ MERKANTİLİZMİN XÜSU­SİYYƏTLƏRİ



Yüklə 0,6 Mb.
səhifə33/121
tarix11.03.2022
ölçüsü0,6 Mb.
#53615
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   121
referat 921


§ 3. AYRI-AYRI ÖLKƏLƏRDƏ MERKANTİLİZMİN XÜSU­SİYYƏTLƏRİ
Müxtəlif ölkələrdə merkantilizmin özünə məxsus xüsu­siyyətləri olmuşdur. Ən inkişaf etmişi və tipiki ingilis merkanti­lizmi olmuşdu. İngiltərədə merkantilizm iki əsr (XVII əsrin 2-ci yarısında - XIX əsrin 2-ci yarısına kimi) rəsmi dövlət siyasəti olmuşdur. Bu, İngiltərədə iqtisadi inkişafın sürətli olması və ingilis burjuaziyasının yetkinliyi ilə izah olunur. Yetkin ingilis merkantilizminin ideyaları Tomas Man (1571-1641-ci illər) tə­rəfindən yaradılmışdı. Man 1615-ci ildə ilk dəfə olaraq Şərq-hind kampaniyasının direktorları şurasına seçilir. O, ticarət strategi olmuşdur. Yetkin ingilis merkantilizminin əsas prinsi­pləri: xammal (xüsusən yun) ixracı qadağan edilməsi və hazır məmulat ixracı olmuşdur. Xarici ölkənin sənaye mallarının İn­giltərəyə daxil olması yüksək gömrük haqqı ilə məhdudlaşdı­rılmışdır ki, bu da vətən manufakturalarının inkişafına kömək edirdi. Həyata keçirilən tədbirlərin mühüm məqsədi qiymətli metalların ölkəyə axınının artırılması idi. Donanmaya böyük diqqət yetirilirdi, çünki o, dünyanın bütün sahələrinə yük daşı­malı və ingilis ticarətini müdafiə etməli idi.

T.Man xarici ölkə mallarının alınması üçün ölkədən qiy­mətli metalların ixracını qadağan edən tədbirlərə qarşı inadlı mübarizə aparmış. O, sübut edir ki, hind mallarını satın almaq üçün ixrac edilən gümüş heç də itirilmir, əksinə böyük artımla İngiltərəyə qayıdır. Bu malların xeyli hissəsi Avropanın digər ölkələrinə yenidən gümüş və qızıla satılır. O yazırdı ki, sonra­dan məhsul almaq üçün kəndliyə taxılı torpağa səpmək lazım olduğu kimi, tacirə də pulu aparıb xarici ölkə mallarını satın almaq lazımdır ki, sonradan daha çox öz malını satsın və əlavə pul məbləği şəklində millətə xeyir versin.

T.Man başa düşürdü ki, ölkəyə qiymətli metalların axını daxili qiyməti yüksəldir və "ucuz almaq, baha satmaq" nəzə­riyyəsi ölkənin özünün əleyhinə çevrilir. O, pul yığımını "ölü yükə" bənzədir və pulu artırmaq üçün onun hərəkətə gətirilmə­sini tələb edir.

Fransız merkantilizminin iqtisadi ideyaları Antuan Mon­kretyenin (1575-1621), "Siyasi iqtisadın traktatı" əsərində ve­rilmişdir. Monkretyen hesab edir ki, "insanların xoşbəxtliyi sər­vətdədir, sərvət isə əməkdədir", bolluq (israfçılıq) yalnız yerli məhsulların istehlakı, onun istehsalçılarının işi olduğu və "mənfəətin ölkə daxilində qaldığı" halda qanunidir. Əcnəbiləri Fransadan sərvəti çıxaran nasosla müqayisə edir. O, onların qovulmasını, sənayenin inkişafını və onun məhsulunun tək­milləşdirilməsini təklif edir. İqtisadi həyata dövlətin müdaxilə etməsinin, vergilərin alınmasının və ticarət mənfəətinin tərəf­darı olmuşdu.

Monkretyen xarici ticarəti genişləndirməyə kömək etməyi təklif etməmişdir. Onun əsərlərində monotarizmin izləri qalırdı. Merkantilizmin əksinə olaraq "təbii sərvətə" (taxıla, duza, ça­xıra və s.) birinci dərəcəli əhəmiyyət verir. O, hesab edir ki, dövləti qızılın və gümüşün miqdarı yox, "həyat və geyim üçün lazım olan predmetlərin olması" varlı edir.

Merkantilizmi təcrübədə həyata keçirən Fransada XIV Lüdovikin maliyyə naziri Kolber (1619-1683) olmuşdu. O, dövlət gəlirlərini aktiv ticarət balansı vasitəsi ilə artırmağa ça­lışır. Kolberinin merkantil siyasətinin əsas və ən səciyyəvi cə­həti ölkədə manufaktura inkişafına himayədarlıq idi. Bu siya­sət bir sıra himayəçi - qoruyucu xarakterli tədbirlər vasitəsi ilə həyata keçirilirdi. Fransız əmtəələrinin xaricə ixracını şirnik­ləndirməklə yanaşı, hazır əcnəbi mallar idxalı azaldılır. Bu məqsədlə idxalat gömrükləri sistemi tətbiq edilmişdir. Xarici manufakturaların mallarına yüksək gömrük qoyulurdu. Kolber, dövlət büdcəsindən manufakturalara mükafat və müstəqil yar­dım etmək üçün bir milyon lirə pul ayırmışdı. Digər tərəfdən Fransada kənd təsərrüfat xammalı və məhsulları ixracına icazə verilmirdi, bununla da ölkədə manufakturalar üçün əlverişli şə­rait yaratmağa çalışırdı. İstər daxili, istərsə də xarici ticarəti inkişaf etdirmək üçün nəqliyyat vasitələri də inkişaf etdirilirdi. Bütün bu tədbirlərdə məqsəd xarici ixracatı artırmaq, idxalı məhdudlaşdırmaqla aktiv ticarət balansı siyasətini həyata ke­çirmək idi.

Merkantilistlərin bütün əsərlərinin ana xəttini ixracın id­xaldan üstünlüyünün iqtisadi rifahın göstəriciisi olması fikri təşkil etmişdi. Onlar ticarət balansının aktiv saldosunu millətin sərvətinin yeganə göstəricisi hesab etmişlər, onu ölkənin xa­rici ticarətdən əldə etdiyi yeganə qazanc adlandırmışlar. Mer­kantilistlər ticarət balansının aktiv saldosu haqqında danışdıq­da, ya ölkəyə qızılın cəlb olunmasını, ya da xarici ölkələrə kre­ditin verilməsini, daha doğrusu kapital ixracını tələb etmişlər.



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin