DərsliK İqtisad elmləri doktoru, professor


İstifadə olunan ədəbiyyat



Yüklə 0,6 Mb.
səhifə14/121
tarix11.03.2022
ölçüsü0,6 Mb.
#53615
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   121
referat 921

İstifadə olunan ədəbiyyat

M Ü Q Ə D D İ M Ə


Milli iqtisadi inkişafın mütərəqqi sistemə daxil olması ilə ictimai-sosial elmlərin, o cümlədən iqtisadi təlimlər tarixinin müasir təfəkkür baxımından şərh edilməsi vacib cəhətlərdən biridir. Aydın olduğu kimi, keçmiş ittifaqın ali məktəblərində, o cümlədən respublikamızda da bütün ictimai-sosial elmlər sırf ideoloji və siyasi baxımından öyrənilmişdir. Lakin bugünkü həyatın tələbatına uyğun, çevik, mənimsənilməsi mümkün olan, hər cür abstrakt, mühafizəkar baxışlardan kənar olan iq­tisadi təlimlərin öyrənilməsi son dərəcədə zəruridir. Bu labüd cəhət sırf iqtisadi tədris ocaqlarında daha da aktuallaşır. Çünki iqtisadi nəzəriyyənin metodoloji prinsiplərini, bazar sisteminin ümumi problemlərini, makro və mikroiqtisadi nəzəriyyələri, milli iqtisadiyyatın formalaşması xüsusiyyətlərini, ümumdünya təsərrüfat əlaqələrini öyrəndikdən sonra iqtisadi təlimlər tarixi­nin konseptual müddəalarının tədris olunmasına böyük ehtiyac duyulur. Bu baxımdan hazırlanan "İqtisadi təlimlər tarixi" dərs­liyi son dərəcə aktual və əhəmiyyətli bir vəzifənin həyata keçi­rilməsinə həsr edilib. Dərslik bütövlükdə iqtisadi nəzəriyyənin öyrənilməsi istiqamətində mövcud təlimlərin, iqtisadi məktəb­lərin, müasir iqtisadi cərəyanların şərh olunmasına həsr edilsə də o, təkcə iqtisadi ixtisas alanlar üçün deyil, eləcə də bütövlükdə iqtisadiyyatla maraqlananlar üçün də əhəmiyyət daşıyır.

Dərslikdə nəzərə çarpacaq xüsusiyyətlərdən biri ondan ibarətdir ki, iqtisadi təlimlərin dövrləşməsi prosesi ön plana çəkilir və müxtəlif iqtisadi sistemlər şəraitində iqtisadi müna­sibətlərin xarakteri şərh edilir. İqtisadi fikrin formalaşmasında, o cümlədən iqtisadi nəzəriyyənin inkişafında mühüm rol oy­nayan ümumbəşəri xarakterli nəzəriyyələr həm keçmiş, həm də müasir iqtisadi təfəkkür baxımından şərh edilir. Tarixi inki­şafın ayrı-ayrı mərhələlərində iqtisadi təfəkkür sahəsindəki nailiyyətlərin iqtisadi nəzəriyənin bir elmi sistem kimi forma­laşmasındakı rolu dərslikdə ardıcıllıqla nəzərə alınmışdır.

İlk dəfə olaraq dərslikdə Şərqdə iqtisadi fikrin inkişafında islam təliminin təsiri göstərilmişdir.

Dərslikdə həm Şərqdə, həm də Qərbdə iqtisadi fikirlərin təşəkkülü təcrid olunmuş şəkildə deyil, elmi təfəkkürün ger­çəkləşmiş nailiyyətləri baxımdan ilk dəfə olaraq şərh edilir. Bu fikirlərin ümumbəşəri dəyərlərin əldə olunmasındakı rolu milli-mənəvi sərvətlərin artırılmasındakı əhəmiyyəti müəyyənləş­dirməklə, müasir sivilizasiyalı iqtisadi həyatdakı yeri göstərilir.

Bir cəhəti də nəzərə almaq lazımdır ki, mövzuların şərhi zamanı bəzən K.Marksın əsərlərinə istinad edilir. Bu da tə­sadüfi xarakter daşımır. Çünki bu əsərlərin Azərbaycan dilində nəşr olunması ilə əlaqədar orada Marksa qədərki, xüsusən qədim dövrün, orta əsr mütəfəkirlərin əsərlərindən birbaşa is­tifadə olunduğundan oxucunun işi xeyli yüngülləşir. Həm də iqtisadi təlimlər sahəsində mövcud olan əksər ilkin ədəbiyyat­lar rus dilindədir və nadir nüsxələr şəklində mövcuddur.

İqtisadi təlimlər tarixinin öyrənilməsinin müstəqillik şərait­ində xüsusi əhəmiyyəti vardır. Çünki ölkədə yeni iqtisadi sis­temə keçid məsələsinin qarşıya qoyulması, bu sistemin üstünlüklərinin və məhdudiyyətlərinin üzə çıxarılması bilava­sitə iqtisad elmində artıq özünə həyati vəsiqə qazanmış iqti­sadi fikirlərdən, nəzəriyyələrdən və cərəyanlardan irəli gələn əsaslandırılmış müddəalardan asılıdır.

Ona görə də iqtisadi təlimlər tarixinin öyrənilməsi istiqa­mətində müstəqillik dövründə bir sıra tutarlı monoqrafiyalar, tədris vəsaitləri və proqramları, mühazirə mətnləri və bir sıra elmi məqalələr yazılmışdır.1

Lakin iqtisadi təlimlər tarixinin bütöv, tam ardıcıllıqla və sistemli şəkildə öyrənilməsi son dərəcə vacib məsələlərdəndir. Bu onunla əlaqədardır ki, "İqtisadi təlimlər tarixi" iqtisadi nəzə­riyyənin tarixi kimi təkcə iqtisadi təmayüllü ali məktəblər üçün deyil, ümumiyyətlə iqtisadiyyatla maraqlananlar üçün xüsusi əhəmiyyət daşıyır.

Qeyd etmək lazımdır ki, Azərbaycanda ən az öyrənilən və tədqiq olan elmi sahələrdən biri iqtisadi fikir tarixidir, o cümlə­dən Azərbaycan fikir tarixidir.

Düzdür, ölkəmizdə XX əsrin 50-ci illərindən başlayaraq ayrı-ayrı mütəfəkkirlərin ictimai-iqtisadi görüşləri tədqiq olun­mağa başlamışdır. Burada Ə.Sumbatzadənin, Ə.Fərəcovun, B.Axundovun, M.Mustafayevin, Y.Mmmədovun tədqiqatlarını xüsusi qeyd etmək lazımdır. 80-ci illərdən başlayaraq Azər­baycan iqtisadi fikir tarixi müəyyən ardıcıllıqla tədqiq olun­mağa başlamışdır. Burada T.Vəliyevin, M.Musayevin, Q.Əbülsəlimzadənin, A.Həsənovun, Ə.Qəribovun, Y.Həsənovun, X.Kərimovun və başqalarının tədqiqatlarını göstərmək olar. Lakin mövcud qu­ruluşun tələbləri çərçivəsində aparılan bu tədqiqatlar öz elmi əhəmiyyətini saxlamaqla, iqtisadi fikrə dair ümumiləşmələr sistemli şəkildə yekunlaşdırılmışdır. Yalnız XX əsrin 90-cı illə­rindən etibarən ölkəmizdə müstəqillik əldə olunundan sonra iqtisadi təlimlərin öyrənilməsi ilə bağlı iqtisadi fikir sahəsində bir sıra tutarlı elmi əsərlər meydana gəlməyə başlamışdır. Bu dövrün görkəmli iqtisadçı alimləri Ə.A.Mahmudov, A.A.Nadirov, Z.Ə.Səmədzadə, A.K.Ələsgərov, T.Ə.Quliyev, M.M.Allahverdiyev, A.Ə.Əliyev, T.S.Vəliyev, Ş.M.Muradov, A.F.Musayev, T.A.Hüseynov, İ.Ə.Feyzullabəyli, H.B.Allahverdiyev və başqaları yaratmış olduqları elmi məktəblərin yetirmələri yeni iqtisadi sistemə keçidlə əlaqədar iqtisad elminin müxtəlif istiqamətlərində mühüm nəzəri və metodoloji əsaslı problemlərin həllinə xüsusi diqqət yetirə bilmişdilər. Bu iqtisadi problemlərin tədqiqi sözsüz ki, gələcək dövrdə Azərbaycanda iqtisadi fikrin formalaşmasında müstəsna rol oynayacaqdır.

Göstərmək lazımdır ki, müstəqilliyə qədər "İqtisadi təlim­lər tarixi" dərsliyi yalnız Moskvada mərkəzləşdirilmiş şəkildə sırf marksist-leninçi ideologiyası ilə siyasətləşdirilmiş şəkildə dərc olunaraq ayrı-ayrı respublikalara göndərilirdi. Bəlli olduğu kimi bütün humanitar fənlər, yalnız rus dilində yazıldığından, yerlərdə onun müvafiq dillərə tərcümə olunması ilə dərc olun­masına icazə verilirdi. Yerli müəlliflər yalnız dərs vəsaiti şək­lində bu və ya digər fənni dərc etdirə bilərdilər.

İqtisadi təlimlər tarixi də ölkəmizdə belə həyat yolu keç­mişdir. 1965-ci ildə onun I hissəsi, 1971-ci ildə isə II hissəsi dərc olunmuşdur. Sözsüz ki, konkret dövrün tələbatı ilə əlaqə­dar yazılan bu dərs vəsaitinin elmi, nəzəri və metodoloji əhə­miyyətini azaltmadan, onun müəlliflərinə hörmət və ehtiramı­mızı bildirməklə qeyd etmək istəyirik ki, müasir və dəyişilən dövrün tələbatına uyğun milli müstəqillikdən bəhrələnmək və ümumbəşəri iqtisadi dəyərləri mənimsəmək üçün yeni bir dərsliyin yazılmasını qarşıya məqsəd qoymuşuq. Müəlliflər proqram çərçivəsində iqtisadi fikirlərin, nəzəriyyələrin mey­dana gəlməsini, formalaşmasını və inkişafını şərh etməklə ilk dəfə olaraq Şərqdə, Azərbaycanda iqtisadi təlimin meydana gəlməsini və inkişafını şərh etməyə çalışmışlar. Sözsüz ki, müstəqillik illərində yazılmış bu dərslik heç də müəyyən qüsur və çatışmazlıq­dan xali olmayacaqdır. Hər halda müəlliflər hey­əti həm dərsliyin məhdudluğunu, həm proqram çərçivəsində yazıldığını nəzərə alaraq, hər hansı mövzunun tam şəkilli iza­hını və detallaşdırılmış şəkildə şərhini qarşıya məqsəd qoy­madıqlarına görə, şübhəsiz ki, bəzi məsələlərdə mübahisə, fi­kir ayrılığı, müəyyən iradlar meydana gələcəkdir. Bütün bunları nəzərə alaraq müəllif kollektivi əvvəlcədən minnətdarlıq hissi ilə dərsliyə aid hər cür təklif, rəyi və iradları qəbul etməyə ha­zırdır.



Azərbaycanda bazar sisteminin yenicə təşəkkül tapma­sına və formalaşmasına başlanır ki, şübhəsiz ki, bu da bir neçə onilliklərin işidir. Bu əsasdan da iqtisadi təlimlər tarixi dərsliyində keçid dövrünün xarakterik xüsusiyyətləri barədə, sahibkarlığın formalaşması istiqamətləri barədə, dövlətin iqti­sadiyyata müdaxiləsinin həddi barədə, bazarın modelləri haq­qında tarixin keçmiş olduğu yollar barədə elmi əsaslandırılmış müddəa və fikirlərin nəzəriyyə və konsepsiyaların şərhinin ve­rilməsinə cəhd göstərilmişdir. Keçmişi öyrənmədən gələcəyi yaratmaq mümkün deyil.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin