DərsliK İqtisad elmləri doktoru, professor


§7. A.SMİT MƏHSULDAR VƏ QEYRİ-MƏHSULDAR ƏMƏK HAQQINDA



Yüklə 0,6 Mb.
səhifə54/121
tarix11.03.2022
ölçüsü0,6 Mb.
#53615
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   121
referat 921

§7. A.SMİT MƏHSULDAR VƏ QEYRİ-MƏHSULDAR ƏMƏK HAQQINDA
A.Smitin məhsuldar əmək haqqında təlimi bu gün də öz elmi əhəmiyyətini saxlayır. Smit hansı növ əməyin "Millətin sərvətinin" artırılmasına xidmət etdiyini aydınlaşdırmışdır. Dəyər yaradan əməyi Smit məhsuldar əmək hesab etmişdir. Onun fikrincə məhsuldar o əməkdir ki, onun alınmasına kapital sərf olunur və istehsal prosesində yeni dəyər yaradır. Gəlirlərdən ödənilən əmək isə qeyri-məhsuldardır.

İkinci tərifə görə məhsuldar əmək faydalı bir şeydə təcəssüm etməlidir. Smitə görə kapitalist istehsalının bütün sahələrində tətbiq olunan əmək məhsuldardır.

A.Smit yazır: "Sərf olunan bir növ əmək, predmetin dəyərini artırır, başqa növ əmək belə nəticə vermir. Birincisi, necə ki, müəyyən dəyər istehsal edir, o, məhsuldar əmək adlandırıla bilər, ikincisi isə qeyri-məhsuldar adlanır. Beləliklə, manufaktura fəhləsi adətən üzərində işlədiyi materialın dəyərini öz əməyi ilə artırır, bu artım onun özünün saxlanması və sahibkarın mənfəətini ödəməlidir: ev qulluqçusunun əməyi isə dəyərə heç bir şey əlavə etmir. Onun xidməti elə xidmət göstərdiyi anda yoxa çıxır, çox təsadüf hallarda özündən sonra iz, yaxud hər hansı bir dəyər qoya bilir". (A.Smitin əsəri, I cild, IY fəsil, səh.278-279, M.1935)

Beləliklə, Smit belə nəticəyə gəlir ki, məhsuldar işçi tutan adam varlanır, qulluqçu tutan adam isə kasıblaşır. A.Smit nəinki ev qulluqçularının habelə bürokratik idarə məmurlarının da azaldılmasının tərəfdarı olmuşdur.

Smit yazır ki, "cəmiyyətin bəzi ən möhtərəm silklərinin əməyi ev qulluqçularının əməyi kimi, heç bir dəyər yaratmır... Məsələn, hökmdar, onun bütün məmurları və zabitləri, bütün ordu və donanma qeyri-məhsuldar işçilərdir. A.Smit, keşişlər, hüquqşünaslar, həkimlər, hər cür qəbildən olan yazıçılar, aktyorlar, klounlar, musiqiçilər, opera müğənniləri, rəqqaslar və s. bu qəbildən olanların hamısının əməyini qeyri-məhsuldar əmək hesab etmişdir.

Smitin məntiqinə görə cəmiyyətdə qeyri-məhsuldar işçilərin və tamam işləməyənlərin sayı nə qədər azdırsa, onun sərvəti bir o qədər sürətlə artar.

Smitə görə hər adam başına düşən milli gəliri müəyyənləşdirən amil ikidir: birincisi, əməyin məhsuldarlığı, ikincisi, məhsuldar əməyin qeyri-məhsuldar əməyə nisbətidir.

A.Smit məhsuldar və qeyri-məhsuldar əməyi fiziki əmtəə istehsal edib və etmədiyinə görə də fərqləndirir. Ona görə bəzi əmək "satıla bilən bir əmtəə" istehsal edir və özünü bu əmtəədə maddiləşdirir. Bu cür əmək, məhsuldar əmək olaraq qəbul edilir, başqa bir cür əmək "özünü əmək istifadəsi bitdikdən sonra davam edəcək və bərabər miqdarda bir əməyi satın ala biləcək hər hansı bir malda (əmtəədə) maddiləşmir", bu cür əmək, məhsuldar olmayan əmək olaraq qəbul edilir.

Bəzi məsələlərdə fiziokratlara qatılan Smit kənd təsərrüfatında təbiətin də əməklə birlikdə bir artıq dəyər istehsalında iştirakını qəbul edir. Aqrar sahədə istifadə olunan kapitalın digər sahələrdə istifadə olunan kapitala nisbətən daha məhsuldar olacağını deyən Smit yazır: "Bu səbəblə, aqrar sahədə istifadə olunan kapital sadəcə çox sayda məhsuldar işçiləri cəlb etməklə, ölkədə yaşayanların real sərvətinə və gəlirinə çox böyük dəyər əlavə edirlər".

Əlbəttə qısa tədris vəsaiti çərçivəsində A.Smit kimi dahinin bütün deyimlərini və fikirlərini əhatə etmək mümkün deyil, o öz əsərləri ilə XYIII əsr ictimai fikrinin ən yüksək zirvəsinə yüksəlmiş şəxsiyyət olmuşdur.





Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin