Dərslik kimi təsdiq edilmişdir. Baki 2012 2 uot 006


III  FƏSİL.   ÖLÇMƏ VASİTƏLƏRİNİN  METROLOJİ



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə12/45
tarix05.05.2020
ölçüsü6,92 Mb.
#31078
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   45
Azf-295386


III 

FƏSİL.   ÖLÇMƏ VASİTƏLƏRİNİN  METROLOJİ 

XARAKTERİSTİKALARININ NORMALAŞDIRILMASI 

 

3.1. Ö

lçmə vasitələrinin növləri 

 

Ö

lçmə  üçün  nəzərdə  tutulmuş,  normalaşdırılmış  metroloji 



xarakteristikaları  olan,  fiziki  kəmiyyəti  əks  etdirən  və  yaxud 

saxlayan,  verilmiş  məlum  vaxt  intervalı  ərzində  ölçüsü  dəyişməz 

qəbul edilən (təyin edilmiş xətalar həddində) texniki vasitələrə ölçmə 

vasitələri (ÖV) deyilir. Metroloji xarakteristikalar (MX) kimi ölçmə 

vasitələrinin  elə  xarakteristikaları  başa  düşülür  ki,  onlar  ölçmə 

vasitələrinin  məlum    diapozonda,  məlum    dəqiqliklə  yararlıqları 

haqqında mülahizələr  yürütməyə imkan verir. Ölçmə vasitələrindən 

fərqli  olaraq  normalaşdırılmış  metroloji  xarakteristikaları  olmayan 

cihazlar,    yaxud  cisimlər  indikatorlar  adlandırılır.  Ölçmə  vasitələri 

metroloji təminatın texniki əsasıdır. 

Ö

lçmə vasitələrinin təsnifatı şəkil 3.1.-də verilmişdir. 



Təsnifata qısa izahat verək.  

Verilmiş ölçüdə olan fiziki kəmiyyəti əks etdirən, yaxud özün-

də saxlayan ölçmə vasitəsinə ölçü deyilir. Ölçülər, fiziki kəmiyyətin 

bir  qiymətini  əks  etdirən    bir  mənalı  ölçülər  (çəki  daşı,  verilmiş 

ö

lçüdə  kalibr,  bərklik  numunələri,  kələkötürlük nümunələri, 



müqavimət  qarqarası,  elektrodinamik  qüvvəni  əks  etdirən  normal 

element)  və  eyni  bir  fiziki  kəmiyyətin  qiymətlərinin  səlis,  yaxud 

diskret sırasını əks etdirən çoxmənalı ölçülər (dəyişən tutumlu ölçü 

k

ondensatorları,  yastı  paralel  uc  ölçüləri,  tutum,  induktivlik  və 



müqavimət maqazinləri, ölçmə xətkeşləri) ola bilərlər. 

Ö

lçmənin ölçü vasitəsi ilə müqayisə  metodu ilə aparılması xü-



susi texniki vasitələrin-komparatorların (bərabərqollu tərəzilər, ölçmə 

rpüləri və s.) köməyi ilə aparılır. Bəzi hallarda komparator  rolunda 



insan   çıxış edir, məsələn: uzunluğun xətkeşlə ölçülməsi. 

Ö

türmə,  sonrakı  çevirmə,  emal  və  saxlamaq  üçün    müna-sib 



for

maya malik, lakin müşahidəçi üçün bir başa dərk edilməsi  



126 

 

 



Şəkil 3.1. Ölçmə vasitələrinin təsnifatı 

127 

 

mümkün olmayan, ö



lçmə  məlumatlarının  siqnalını    yaratmaq  üçün 

təyin   edilmiş ölçmə   vasitələrinə, ölçmə çeviriciləri deyilir. Bunlar 

termo cüt

lər, ölçmə transformatorları və gücləndiriciləri, təzyiq çevi-

rici

ləridirlər. Ölçü zəncirlərində tutduqları yerə görə, onlar ilkin,  ara-



lıq və s. bölünürlər. Konstruktiv olaraq onlar ayrı-ayrı bloklar, yaxud 

ö

lçmə  vasitələrinin  tərkib  hissələri  şəklində  hazırlanırlar.  Ölçmə 



çeviricilərini,  çevirici  elemetlərlə  eyniləşdirmək  olmaz.  Axırıncılar 

metroloji xarakteristikalara  malik  deyillər,  məsələn:  cərəyan,  yaxud 

gərginlik transformator-ları. 

Ö

lçmə  məlumatlarının  siqnalını,  müşahidəçinin  birbaşa  dərk 



etməsinə  imkanı  verən,  başqa  növ  məlumatlara  çevirmək  üçün  nə-

zərdə tutulmuş ölçmə vasitələrinə ölçmə cihazları deyilir. Cihazları, 

birbaşa təsir  (ampermetrlər, voltmetrlər, ma-nometrlər) və müqayisə 

cihazlarına (komparatorlar) ayırırlar. 

Ö

lçülən  kəmiyyətin  hesabat  üsuluna  görə  ölçmə  vasitələri 



stərən (analoqlu, ədədi), qeyd edici (kağıza, maqnit lentinə və s.) 

və digərlərinə ayrılırlar. 

Bir  yerdə  yerləşmiş, funksional birləşdirilmiş ölçmə vasitələri 

və  köməkçi  qurğuların  birləşməsinə  ölçmə  quruluşları  deyilir. 

Məsələn: yoxlama quruluşları, elektrotexniki, maqnit və başqa mate-

rial

ların  sınağı  üçün  quruluşlar.  Ölçmə  quruluşları  müəyyən  ölçmə 



me

todunu nəzərdə tutmağa və qabaqcadan ölçmə xətasını qiymətlən-

dirməyə imkan verir. 

Ö

lçmə məlumatları siqnalların avtomatik emalı, ötürülməsi və 



yaxud avtomatik idarə sistemlərində istifadəsi üçün münasib formaya 

salınmasını  həyata  keçirən,  əlaqə  komponentlərinə  malik  ölçmə 

vasitələrinin  və  köməkçi  qurğuların  kompleksinə  ölçmə  sistemi 

deyilir. 

       

Rejimləri  və  işləmə    şəraitinin  dəyişdirilməsini  nəzərdə  tutan 



ö

lçmə  quruluşlarından  fərqli  olaraq,  ölçmə  sistemləri  iş  rejimlərinə 

təsir  etmir,  yalnız  məlumatların  toplanması  və  yaxud  saxlanması 

üçün 


nəzərdə  tutulur.  Ölçmə  sistemlərinin  xüsusi  halları  kimi, 

məlumat-hesablama  komplekslərini  (MHK),  məlumat  ölçmə  sis-

temlərini  (MÖS) göstərmək  olar.    Axırıncı-lara,  avtomatik  nəzarət 

sistemlərini,  texniki  diaqnozlaşdırma  sistemlərini,  nümunələri, 

tanıma  sistemlərini,  qeyri-ölçmə  məlumatlarının  ötürülməsi  sistem-


128 

 

lərini aid etmək olar. İşçi ölçmə vasitələrinin yoxlanılmasının təşkil 



edilməsində müxtəlif etalonlardan və nümunəvi ölçmə vasitələrindən 

istifadə edilir. 

Ö

lçmə  vasitələri,  bir  qayda  olaraq,  özlərinin  metroloji 



xarakteristikaları  (MX)  olan  vericilərlə  (ölçmə  çeviriciləri)  birlikdə 

işləyirlər. 

 

3.2. Ö

lçmə vasitələrinin metroloji 

xarakteristikaları 

 

Ö



lçmə  vasitələrinin  məlum  diapozonda  və  məlum  dəqiqliklə 

ö

lçmələrin  aparılması  üçün  yararlı  olmasını  qiymətləndirmək  məq-



sədi  ilə  ölçmə  vasitələrinin  metroloji  xassələri  (ÖV MX) anlayı-

şından istifadə edirlər. Burada əsas məqsəd ölçmənin dəqiqliyinin tə-

yin  edilməsi  imkanını  təmin  etmək;  ölçmə  vasitələrinin  qarşılıqlı 

əvəz olunmasına nail olmaq; ölçmə vasitələrini bir-biri ilə müqayisə 

etmək,  dəqiqliyə  və  digər  xarakteristikalara  görə  lazımi  ölçmə  va-

sitələrini  seçmək;  ölçmə  sistemlərinin  və  quruluşlarının  xətalarını, 

onların  tərkibinə  daxil  olan  ölçmə  vasitələrinin  metroloji  xarakte-

risti


kalarına  görə  təyin  etmək;  yoxlama  zamanı  ölçmə  vasitələrinin 

texniki vəziyyətini qiymətləndirməkdir. 

Standartlara ( 

məsələn: ГОСТ 8.009-84) görə metroloji xarak-

teristikaların  (MX)  sayı,  onların  normalaşdırılması  və  təqdim  etmə 

forması müəyyənləşdirilir. Metroloji xarakteristikaların hər bir növü, 

təyinatından asılı olaraq ölçmənin növlərindən, ölçmə vasitələrindən, 

təsir  edən  kəmiyyətlərin  dəyişməsindən,  yaxud  giriş  siqnalının 

məlumatsız parametrlərindən asılı olaraq daha müfəssəl təqdim oluna 

bilər. 


Məlumatsız  parametrlər  ölçmə  vasitələrinin  giriş  siqnalının 

elə  parametrlərinə  deyilir  ki,  onun  ölçülən  parametrlə  funksional 

əlaqəsi olmasın. Məsələn: dəyişən cərəyanın amplitudası ölçülərkən, 

tezlik məlumatsız parametrdir. 



Normal metroloji xarakteristikalar (NMX) 

sənədlərlə təyin 

edilir. Sənədlərlə müəyyən edilmiş metroloji xarakteristikalar həqiqi 

hesab edilir. Təcrübədə ən çox yayılmış ölçmə vasitələrinin metroloji 

xarakteristikaları (ÖV MX) aşağıdakılardır. 


129 

 

Ö



lçmə  vasitələrinin  buraxıla  bilən  hədd  xətaları  normalaşdı-

rılmış,  ölçülən  kəmiyyətin  sərhəd  qiymətlərinə,  ölçmə          



diapozonu deyilir. 

ИКВ-3 optimetri üçün uzunluğun ölçmə sərhəddi 

0-200 mm-dir. Ö

lçmə vasitələrinin göstəricilərinin hesabatı aşağıdakı 

tənlik əsasında aparılır: 

 

𝐴 = 𝑀 + � 𝑛



𝑅

𝑖

𝑅



+ 𝑚

𝑝

𝑖



𝑝

𝑝

𝑅=1



 

 

Burada 



A

  - 


hesablama  qiyməti;   

M

  -  hesablama qur

ğusunun 

sıfra  qoyulduğu  ülgünün  ölçüsü; 



n

-  hesablama qur

ğusunun  şkalasına 

rə hesablanan bütöv bölgülərin sayı;  



i

şkalanın bölgüsünün qiymə-



ti;  R  - 

şkalanın  nömrəsi;  m-gözəyarı  qiymətləndirilən  ən  kiçik  bölgü 

qiymətində şkala bölgüsünün payıdır. 

Ö

lçmə diapozonunun ən böyük, yaxud ən kiçik qiymətinə ölç-



mə  həddi  deyilir. Bu, ölçü  üçün  əks  etdirilən  kəmiyyətin  nominal 

qiymətidir. 

Məsələn:  şəkil  3.2.-də  verilmiş  şkalada  başlanğıc  sahə  

%)

20



(~

  

sıxılmışdır. Buna görə də burada hesabat aparmaq münasib 



deyildir.  Onda  şkalaya  görə  ölçmə  həddi  50  vahid,    diapozon  isə  - 

10...50 vahiddir. 

 

 

Şəkil 3.2. Ölçmə vasitəsinin qeyri bərabər şkalası 

 

Şkalanın  ən yaxın işarələrinin  ortasından keçən, təsəvvür edi-



lən ox boyu ölçülən iki qonşu işarəsinin oxları arasındakı məsafəyə 

şkalanın bölgü uzunluğu deyilir ( şəkil 3.3.). 

130 

 

Şkalanın iki qonşu işarələrinə uyğun gələn kəmiyyətlərin qiy-



mətlər fərqinə, şkalanın bölgü qiyməti deyilir. Bərabər ölçülü şka-

lası olan cihazlar sabit bölgü qiymətinə, qeyri bərabər ölçülü şkalası 

olan  cihazlar  dəyişən  bölgü  qiymətinə  malik  olurlar.  Bu  halda  ən 

kiçik bö


lgü qiyməti normalaşdırılır. 

 

Şəkil 3.3. Ölçmə vasitələrinin əsas parametrlərini 



stərmək üçün sxem 

Ö

lçü cihazının çıxışında siqnalın dəyişməsinin, onun dəyişmə-



sinə  səbəb  olan  ölçülən  kəmiyyətin  dəyişməsi  nisbətinə  ölçü ciha-

zının həssaslığı deyilir. 

 

𝑆 =



∆𝑦

∆𝑥

 



 

131 

 

Məsələn: əqrəbli ölçmə vasitəsi üçün həssaslıq, əqrəbin sonlu-



ğunun  yerdəyişməsinin  dl,  onun  dəyişməsinə  səbəb  olan  ölçülən 

kəmiyyətə dx nisbətidir. 

 

𝑆 =


𝑑𝑙

𝑑𝑥

 



 

Beləliklə,  qeyri  bərabər  ölçülü  şkalalar  üçün 

var

=

S



  

və 


şkalanın qeyri bərabərliyi aşağıdakı əmsalla qiymətləndirilir: 

 

𝐽 =



𝑆

𝑚𝑎𝑥


𝑆

𝑚𝑖𝑛


 

 

B



ərabər ölçülü şkalalar üçün 𝑆 = 𝑆

𝑜𝑟

= 𝑐𝑜𝑛𝑠𝑡 və 𝑆



𝑜𝑟

=

𝑙



𝑥

𝑁

  



Burada  

𝑥

𝑁



 ö

lçmə diapozonudur. 



x

 

 



və y

 

 



müxtəlif vahidlərlə ifadə olunma imkanına malik ol-

duqlarından,  onda  S  aşağıdakı  vəznlərlə  göstərilə  bilər 

𝑚𝑚

𝐴



� , �

𝑚𝑚

𝐴



� , �

𝑑ə𝑟ə𝑐ə

𝐴

�  və  s.  Həssaslıq  haqqında  danışıldıqda 



cərəyanın, gərginliyin və s. həssaslığını göstərirlər. 

Ö

lçüsüz    vahidlərlə  əməliyyatlar  aparıldıqda,  bəzən  nisbi 



həssaslıq anlayışından istifadə edilir 

 

𝑆



0

=

�∆𝑦



𝑦

0



�∆𝑥

𝑥 �


 

 

Burada 



𝑥

0

, 𝑦



0

 -

nominal (yaxud orta)  kəmiyyətlərdir. 



Həssaslığı,  həssaslığın  hüdudu  ilə  eyniləşdirmək  olmaz. 

Cihazın  göstəricisini  gözə  çarpacaq  dərəcədə  dəyişdirən,  ölçülən 

kəmiyyətin ən kiçik qiymətinə həssaslığın hüdudu deyilir. 

Həssaslığın əksi, cihazın sabitliyi adlanır 

 


132 

 

S



C

1

=



 

Bir qayda olaraq ö



lçmə vasitəsinin çıxış siqnalı kimi        kə-

miy


yətin vahidləri ilə verilmiş hesabat (göstərmə) götürülür. Bu hal-

da cihaz sabiti  C    bö

lgü qiymətinə bərabərdir. Buna görə də  qeyri 

bərabər  ölçülü  şkalalı  ölçmə  vasitələri  üçün  həssaslıq  dəyişən 

kəmiyyətdir. 

Dəyişməz  xarici  şəraitdə  və  ölçmə  diapozonunun  verilmiş 

qtəsindəki  ölçmələrdə,  ölçülən  kəmiyyətin  artması  və  azalması 



zamanı  ölçmə  vasitələrinin  göstəriciləri  arasındakı  fərqə  variasiya 

(histerezis) deyilir 

 

az



ar

x

x

H

=



 

Burada 



az

ar

x

x

,

  - 



kəmiyyətinin artması və azalması       zamanı 

nümunəvi ölçmə vasitələrinin  ölçmələrinin qiymətidir. 

Nəzərə  almaq  lazımdır  ki,  ölçmə  vasitələrinin  göstəricilərinin 

variasiyaları təsadüfi faktorların təsirindən yaransalar da, özləri təsa-

düfi kəmiyyətlər deyillər. Ölçmə vasitələrinin giriş və çıxış siqnalları 

arasında,  təcrübə  nəticəsində  alınan  asılılıq,  dərəcələrə  bölünmə 



xarakteristikası  adlandırılır  və  analitik,  qrafiki,  yaxud  cədvəl 

şəklində verilə bilər. 

Dərəcələrə bölünmə xarakteristikası xarici və daxili    səbəblə-

rin təsirindən dəyişə bilər. Məsələn: cərəyanın sürətlə dəyişməsi za-

manı  ölçmə  vasitəsinin  hərəkətli  hissəsi,  inersiya  nəticəsində  cərə-

yanın dəyişməsini “izləyə” bilmir. Bu halda dərəcələrə bölünmə xa-

rakteristikası differensial tənliklə ifadə olunmalıdır. 

Şkalanın  sonuncu  və  başlanğıc  qiymətləri  ilə  məhdudlaşmış 

qiy

mətlərinə, yəni ölçülən kəmiyyətin ən böyük və ən kiçik qiymət-



ləri  sərhəddinə  göstərmə  diapozonu  deyilir.  Məsələn:  ИКВ-3 tipli 

optimetrin gö

stərmə sərhəddi 

mm

1

,



0

±

-dir. 



Ö

lçülən kəmiyyətin nəticələrinə təsir edən, lakin verilən vasitə 

ilə  ölçülməyən  fiziki  kəmiyyətə,  təsiredici  fiziki  kəmiyyət  deyilir 


133 

 

(



məsələn:  xətti  ölçünü  ölçərkən  ölçmənin  nəticəsinə  təsir  edən 

temperatur). 



Ö

lçmə vasitələrindən istifadə edilməsinin normal şəraiti, elə 

şəraitə  deyilir  ki,  burada    təsiredici  kəmiyyətlər  normal  qiymətə 

malikdir və yaxud qiymətlərin normal sərhəddi daxilində yerləşirlər. 

Məsələn: normal temperatur 20ºC-yə, işçi temperatur isə 20ºC 

º

1

±



-

yə bərabərdir. 

Ö

lçmə  vasitələrinin  mühüm  xarakteristikalarından  biri  ölçmə 



qüvvəsidir.  Bu  qüvvə,  ölçmə  üçlüyünün  yoxlanılan  məhsulun 

səthinə toxunduğu yerdə yaranır və ölçmə xəttinə istiqamətlənir. 



Nəzarətin həndəsi obyekti bir və ya bir neçə nəzarət nöqtəsinə 

malik olur. 

Nəzarət vasitəsi ilə nəzarət obyektinin qarşılıqlı təsir sahəsinə 

nəzarət zonası deyilir. 

Üzərinə  bir  və  ya  bir  neçə  nəzarət  nöqtəsi  yerləşdirilmiş 

nəzarət obyektinin səthinə, nəzarət edilən səth deyilir. 

Nəzarət edilən ölçüdən keçən düz xəttə nəzarət xətti deyilir. 

Nəzarət  xəttindən  və  nəzarət  nöqtələrinin  yerləşdiyi  seçilmiş 

xətdən keçən  müstəviyə, nəzarət müstəvisi deyilir. 

Bütün  ö

lçmə  vasitələri  üçün  ümumi  olan  aşağıdakı  struktur 

elementlər  nəzərdə  tutulmuşdur:  çevirici  və  həssas  elementlər,  ölçü 

zənciri,  ölçmə  mexanizmi,  şkalanı  hesablama  qurğusu,  qeydedici 

qurğu. Bundan başqa əlaqəli ölçmə cihazları bir və ya bir neçə ölçü 

çubuğu ilə təchiz edilirlər. 

Nəzarət  nöqtəsində,  ölçülən  kəmiyyətin  birbaşa  təsiri  altında 

nəzarət  obyekti  ilə  əlaqəsi  olan  ölçü  zəncirinin  elementinə  ölçmə 



ucluğu deyilir. 

Ö

lçü  xəttinin  uzunluğunu  təyin  etmək  üçün  nəzərdə  tutulmuş 



və  ölçmə  müstəvisində  yerləşmiş  ölçü  zənciri  elementinə  baza 

ucluğu deyilir. 

Ö

lçmə  müstəvisində  ölçü  xəttinin  vəziyyətini  təyin  edən 



elementə, dayaq ucluğu deyilir. 

Nəzarət obyektində ölçmə müstəvisinin vəziyyətini təyin edən 

elementə, əlaqələndirmə ucluğu deyilir. 

Kəmiyyətin  ayrıca  müşahidəsindən  alınmış  qiymət 



müşahidənin nəticəsi adlanır. 

134 

 

Kəmiyyətin ölçmə yolu ilə  müəyyənləşdirilmiş, yəni müşahi-



dənin nəticələrini emal etdikdən sonrakı qiyməti, ölçmənin nəticəsi 

adlanır. 

Sistematik xətanı ləğv etmək məqsədi ilə kəmiyyəti ölçərkən, 

onun  qiymətinə,  eyni  adlı  kəmiyyətin  əlavə  olunmuş  qiymətinə 



düzəliş deyilir. 

Eyni  şəraitdə  yerinə  yetirilmiş  ölçmənin  nəticələrinin 

yaxınlığını əks etdirən ölçmə keyfiyyətinə uyğunluq deyilir. 

Müxtəlif  şəraitdə  (müxtəlif  vaxtda,  müxtəlif  yerdə,  müxtəlif 

üsul və vasitələrlə)  yerinə  yetirilmiş ölçmənin nəticələrinin  yaxınlı-

ğını əks etdirən ölçmə kəmiyyətinə əks etmə deyilir.  



Düzgünlük  sistematik, 

uyğunluq-təsadüfi xətaları xarakterizə 

edir. 


Ö

lçmə vasitələrinin əsas metroloji xarakteristikası, ölçmə vasi-

təsinin  xətasıdır.  Ölçmə  vasitəsinin  xətası  kimi,  ölçmə  vasitəsinin 

stəricisi  ilə  fiziki  kəmiyyətin  əsl  (həqiqi)  qiyməti  arasındakı  fərq 



başa  düşülür.  Ölçmə  vasitələrinin  xətalarının  təsnifatı  şəkil  3.4.-də 

verilmişdir. 

Ö

lçmə vasitələrinin bütün xətaları xarici şəraitdən asılı olaraq 



əsas və əlavə xətalara ayrılırlar. 

Ölçm


ə  vasitələrinin  normal  istismar  şəraitindəki xətası,  əsas 

x

əta  adlanır.  Normal  istismar  şəraiti  aşağıdakılardır:  temperatur 

293 ± 5𝐾, yaxud 20 ± 5℃.  20℃-də  havanın  nisbi  rütubəti  65 ±

15%, qidalanma mənbəyində gərginlik 220𝑉 ± 10%, tezlik 50𝐻𝑠 ±

1%, atmosfer təzyiqi  97,4 -dən 104kPa-ya qədər, elektrik və maqnit 

sahələrinin olmaması. 

Normal şəraitdən fərqlənən, daha çox kəmiyyətlərin təsir etdiyi 

şəraitdə lazım olduqda ölçmə vasitələrinin əlavə xətaları da norma-

laşdırılır. 

Ö

lçmə  vasitələrinin  əsas  xətalarının  normalaşdırılmasının  üç 



üsulu vardır: 

*  ö


lçmənin  bütün  diapozonunda,  buraxıla  bilən  mütləq 

)

(



±



yaxud  gətirilmə 

)

(



γ

±

  xətaların  sabit  olan  hədlərinin  normalaş-



dırılması; 

buraxıla  bilən    mütləq   



( )

±



, yaxud nisbi 

)

(



σ

±   xətaların 

hədlərini ölçülən kəmiyyətin funksiyasına normalaşdırılması; 


135 

 



bir  və  ya  bir  neçə  sahənin  bütün  ölçmə  diapozonu üçün 

müxtəlif  olan,  buraxıla bilən əsas xətanın sabit   hədlərinin normalaş-

dırılması. 

Buraxıla bilən xətanın həddi kimi, təsiredici faktor  tərəfindən 

yaradılan  ən  böyük  xəta  götürülür.  Xətanın  bu  qiymətində  ölçmə 

vasitəsi  istifadəyə  buraxıla  bilər.  Bu  göstərici  eyni  zamanda  əlavə 

xətalara da aiddir. Bunun üçün aşağıdakıları əsas götürürlər: 

1. 


Əlavə  xəta,  əsas  xətadakı  (mütləq,  nisbi,  gətirilmə)    kimi 

eyni nö


və malikdir; 

2.  M


üxtəlif  təsiredici faktorlardan yaranmış əlavə xətalar ayrı-

ayrı normalaşdırılmalıdırlar. 

3.  Ümumi halda ö

lçmə  vasitəsinin  cəmlənmiş  mütləq  xətası 

aşağıdakı kimi ifadə olunur: 

 



Burada 

 ö

lçü vasitəsinin əsas xətası;   , i  təsiredici   fak-



to

run yaratdığı əlavə xətadır. 

4. 

Bəzi  hallarda  əlavə  xəta  əmsal  şəklində  normalaşdırılır. 



Məsələn: voltmetrin hər 10℃ temperatur xətası ±1% - dir   göstəri-

ci

si  o  deməkdir  ki,  mühitin  hər  10°C  dəyişməsində  1%  əlavə  xəta 



əlavə olunur. 

Əlavə və əsas xətaların fərqləndirilməsinin mürəkkəbliyini nə-

zərə  alaraq  ölçmə  vasitələrinin  yoxlanılması  yalnız  normal  şəraitdə 

aparılır (yəni əlavə xətalar ləğv edilir). 



Ö

lçmə  vasitələrinin  sistematik  xətası,  ümumi xətanın  tərkib 

hissəsi olub, eyni bir kəmiyyətin çoxdəfəli ölçülməsində sabit qalır, 

yaxud müəyyən qanunauyğunluqla dəyişir. 

Ö

lçmə  vasitələrinin  təsadüfi  xətası,  elə  xətaya  deyilir  ki,  o, 

eyni bir kəmiyyətin təkrar ölçülməsində təsadüfi şəkildə dəyişir. 

 

2

1



0

i

n

i

+



=



=

Σ



0



i



136 

 

Şəkil 3.4. Ölçmə vasitələrinin xətalarının təsnifatı 



         

      


p

lik

a

ti

v

 

 

  

 



 

137 

 

Statik  xətalar  ölçmə  vasitələrinin  elementlərində  keçid  pro-

sesləri  başa  çatdıqdan  sonra  sabit  kəmiyyətlərin  ölçülməsi  zamanı 

yaranır. 



Dinamiki xəta, ölçmə vasitəsinin dinamiki rejimdəki xətası ilə, 

onun statik rejimdəki xətası arasındakı fərqə deyilir. 

Standartlarda (

məsələn:  ГОСТ  8.401-80)  əsas  (və  əlavə)  xə-

taların  buraxıla  bilən  hədlərini,  mütləq,  nisbi,  və  gətirilmə  xətalar 

şəklində ifadə etmək üçün müxtəlif üsullar nəzərdə tutulmuşdur. 



Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin