Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Konsulluqlar: anlayışı və funksiyaları



Yüklə 0,96 Mb.
səhifə100/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   219
beynelxalq huquq

Konsulluqlar: anlayışı və funksiyaları

Səfirliklər (və ya daimi missiyalar) kimi konsulluqlar da dövləti onun sərhədlərindən kənarda təmsil edən daimi nümayəndəliklərdir, Lakin konsulluqlar aşağıda şərh edəcəyimiz funksiyalarına görə diplomatik nümayəndəliklərdən fərqlənir. Bundan əlavə, onlar qəbul edən dövlətin bütün ərazisində deyil, onun yalnız bir hissəsini əhatə edən və qarşılıqlı razılıq əsasında müəyyən olunan konsulluq dairəsində fəaliyyət göstərir. Beləliklə, bir dövlətin ərazisində başqa bir dövlətin bir neçə konsulluq idarəsi ola bilər. Konsulluq münasibətləri müvafiq dövlətlər arasında diplomatik münasibətlər olmadığı halda da qurula bilər və digər tərəfdən, diplomatik münasibətlərin kəsilməsi hələ konsulluq münasibətlərinin xitam olunması demək deyildir. Konsulluq idarələrinə konsullar rəhbərlik edir. Diplomatik nümayəndədən fərqli olaraq, konsul öz dövlətinin qəbul edən dövlətdə səlahiyyətli nümayəndəsi sayılmır. O öz dövlətini yalnız müəyyən məsələlər üzrə və yalnız öz konsulluq dairəsində təmsil edir.

Konsulluq funksiyalan xüsusi konsulluq idarələri tərəfindən və ya tərkibində konsulluq şöbələri olan diplomatik nümayəndəliklər tərəfindən həyata keçirilir. Konsulluq idarələrinin dörd növü vardır: 1) baş konsulluqlar; 2) konsulluqlar; 3) vitse-konsulluqlar və 4) konsul agentlikləri. Buna uyğun olaraq, dörd konsul dərəcəsi mövcuddur: 1) baş konsul; 2) konsul; 3) vitse-konsul və 4) konsul agenti.

Bəzi dövlətlər öz praktikasında fəxri ya ştatdankənar konsullardan istifadə edir. Adətən, fəxri konsullar konsulluğun yerləşdiyi dövlətdə daimi yaşayan şəxslərin sırasından təyin olunur. Onlar təyin edən dövlətin dövlət qulluqçulam ştatında hesab olunmurlar və bu işə görə məvacib almırlar.

Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin XIII fəsli ştatdankənar konsullara həsr olunmuşdur. Burada deyilir: «Azərbay- can Respublikasının Xarici İşlər Nazirliyi konsulluğun yerləşdiyi dövlətin razılığına əsasən ayn-ayn konsul flınksiyalanmn yerinə yetirilməsini ştatdankənar konsullara tapşıra bilən> (95-ci maddə);



152

«Ştatdankonar konsulların funksiyalanm Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müə)^ənləşdirir» (96-cı maddə); «Ştat- dankənar konsullar Azərbaycan Respublikasının dövlət qulluğunda olmurlar» (97-ci maddə). Azərbaycan Respublikası yalnız ştatlı konsullardan istifadə edir.



Konsulluq münasibətləri haqqında 1963-cü il Vyana Konvensiyasına görə, konsulluqlar aşağıdakı funksiyaları həyata keçirir:

    1. öz dövlətinin, onun hüquqi şəxslərinin və vətəndaşlarının mənafelərini qorumaq;

    2. öz dövləti ilə qəbul edən dövlət arasında ticarət, iqtisadi, mədəni, elmi və digər əlaqələrin inkişafına yardım göstərmək;

    3. konsulluq dairəsinin iqtisadi, hüquqi və siyasi həyatına dair məlumat toplamaq və öz dövlətinin xarici işlər nazirliyinə çatdırmaq;

    4. öz dövlətinin vətəndaşları üçün inzibati və notariat funksi- yalan həyata keçirmək;

    5. öz dövlətinin dəniz və hava gəmilərinə, digər nəqliyyat növlərinə və onların heyətinə münasibətdə müəyyən vəzifələr yerinə yetirmək;

    6. öz dövlətinə səfər edən əcnəbilərə vizalar vernıək və s.

1963-cü il Konvensiyasına görə, konsulluq idarəsinin heyəti üç kateqoriyaya bölünür:

  1. konsulluq xidmətində olan və konsulluq funksiyalanm yerinə yetirən vəzifəli şəxslər;

  2. inzibati-texniki iş yerinə yetirən konsul qulluqçuları;

  3. xidmətçi heyət.

Azərbaycan Respublikası konsulluqlarının heyəti, funksiyaları, funksiyalann həyata keçirilməsi qaydası və digər məsələlər Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Konsul Nizamnaməsində öz əksini tapmışdır.

    1. Yüklə 0,96 Mb.

      Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin