Konsulun təyin olunması və onun funksiyalarının xitam olunması
Konsullar, bir qayda olaraq, xarici işlər idarəsi tərəfindən təyin olunur. Təyin olunmuş şəxsə onun səlahiyyətlərini təsdiq edən xüsusi sənəd - konsul patenti verilir. Bu sənəddə həmin şəxsin adı, rütbəsi, tutduğu vəzifə, konsul dairəsi və konsulluğun yerləşdiyi yer göstərilir. Konsul patenti diplomatik kanallar vasitəsilə qəbul edən dövlətin hökumətinə göndərilir. Həmin dövlət (adətən, xarici işlər idarəsi), əgər təyin olunmuş şəxsə etirazı yoxdursa, onun öz vəzifələrinin icrasına başlamasına icazə - ekzekvatura verir. Ek- zekvatura ya aynca sənəd, ya da konsul patentinin üzərində təs- diqləyici yazı şəklində olur. Ekzekvaturanm verildiyi andan konsul missiyası başlanmış sayılır.
Konsulluq dairəsinin hüdudlan və ya konsulluq idarəsinin başçısının dərəcəsi dəyişərkən, o, yeni patent və ekzekvatura almalıdır. Konsulluğun heyətinin digər üzvləri üçün bu, tələb olunmur; lakin qəbul edən dövlətin xarici işlər idarəsi onlarm təyinatı barədə məlumatlandırılmalıdır.
Diplomatik nümayəndəliklərin konsul şöbələrinin müdirləri üçün, bir qayda olaraq, konsul patentinin göndərilməsinə və ekzek- vaturanın alınmasına ehtiyac yoxdur. Diplomatik heyətin digər üzvləri kimi, onlann təyin olunması haqqında qəbul edən dövlətin müvafiq orqanına, sədəcə olaraq, məlumat verilir.
Konsulun missiyası aşağıdakı hallarda sona yetir:
onu təyin etmiş dövlət tərəfindən konsulun geri çağmlması;
konsulun persona non grata elan olunması;
konsul patentinin müddətinin başa çatması;
ç) konsulluq dairəsinin yerləşdiyi ərazinin qəbul edən dövlətin suverenliyindən çıxması;
konsulluq idarəsinin bağlanması;
konsulluq münasibətlərinin xitam olunması;
ə) təmsil olunan dövlət ilə qəbul edən dövlət arasında müharibə başlaması.
Dostları ilə paylaş: |