Transmilli korporasiyalar
Dövlətlər öz ticarət və maliyyə münasibətlərini təkcə başqa dövlətlər və ya müvafiq beynəlxalq hökumətlərarası təşkilatlarla deyil, habelə iri xarici şirkətlərlə də qururlar. Bu cür münasibətlər, bir qayda olaraq, bir və ya bir neçə dövlətin daxili qanunvericiliyi ilə nizama salınır. Dövlətin hər hansı xarici şirkətlə, o cümlədən transmilli korporasiya ilə əlaqəyə girməsi faktı öz-özlüyündə axırıncıya beynəlxalq-hüquqi subycktlik vermir. Bcynəlxalq-hüquqi subyektlik o zaman mövcuddur ki, münasibətlər beynəlxalq hüquqla nizama salınır. Lakin dövlətlə xarici korporasiya arasındakı müqavilə münasibətinin beynəlxalq hüquqla nizama salınması mümkün haldır. Belə ki, dövlətlər razılaşa bilər ki, xarici şirkətlərlə on- lann arasında ortaya çıxa bilən mübahisələr beynəlxalq hüquq nor- malannı tətbiq edən beynəlxalq arbitraj tərəfindən həll olunacaqdır. Məsələn, 1964-cü ildə bağlanmış İnvestisiya mübahisələrinin həll edilməsi haqqında Konvensiya daimi mexanizm nəzərdə tutur ki, onun vasitəsilə iştirakçı dövlətlər və müvafiq korporasiyalar investisiya sazişlərindən irəli gələn uyğunsuzluqları həll edə bilər. Əlbəttə ki, şirkətin hüquq və vəzifələrinin beynəlxalq hüquqa uyğun nəzərdən keçirildiyi bu cür orqanlarda iştirak beynəlxalq hüquq subyektliyi doğurur. Lakin qeyd etmək lazımdır ki, bu su- byektliyin mövcud olması və həcmi son məqamda dövlətlərin Razılığından və tanımasından asılıdır.
Dostları ilə paylaş: |