2) konkret göstərişlər.
Bu halda müəyyən qanunvericilik tədbirlərinin həyata keçirilməsi - müvafiq qanunlann və digər aktların qəbul olunması və ya ləğv edilməsi - müqavilə iştirakçılarının üzərinə birbaşa vəzifə kimi qoyulur. Beynəlxalq hüquqda bu cür öhdəliklərə davranış öhdəlikləri deyilir. Dövlətin bu öhdəliyi yerinə yetirməməsi birbaşa beynəlxalq hüquq pozuntusu doğurur.
Belə bir misal göstərək. İqtisadi, sosial və mədəni hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktın lO-cu maddəsinin 3-cü bəndində iştirakçı dövlətlərdən tələb olunur ki, uşaq əməyinin müəyyən növlərinin tətbiqini qanunvericilik qaydasında qadağan etsinlər və buna görə cəza nəzərdə tutsunlar. Müvafiq qanunvericilik aktla- nnın dövlət tərəfindən qəbul olunmaması, əgər yetkinlik yaşına çatmamış hər hansı bir şəxsin bu cür işlərə cəlb edilməsi halı olmayıbsa və zərərli nəticələr törədilməyibsə belə. Paktın pozulması kimi nəzərdən keçiriləcəkdir.
Soyqınm cinayətinin qarşısının alınması və cəzalandınlması haqqında Konvensiyanın V maddəsində də konkret göstəriş öz əksini tapmışdır; burada iştirakçı dövlətlərin üzərinə birbaşa öhdəlik qoyulur ki, onlar öz cinayət qanunlarında soyqınm cinayətinə görə müvafiq cəza nəzərdə tutsunlar.
Dostları ilə paylaş: |