Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Beynəlxalq müqavilələrin milli məhkəmələr tərəfindən tətbiqi



Yüklə 0,96 Mb.
səhifə51/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   219
beynelxalq huquq

Beynəlxalq müqavilələrin milli məhkəmələr tərəfindən tətbiqi

İnkorporasiya yolu ilo beynəlxalq müqavilənin milli hüquqa daxil edilməsi onun birbaşa tətbiq oluna bilməsi demək deyil. Başqa sözlə, məhkəmədən tələb etmək olmaz ki, o, dövlətin, iştirakçısı olduğu beynəlxalq müqaviləni hər hansı işin həlli üçün birbaşa tətbiq etsin. Beynəlxalq hüququn dövlətdaxili hüququn bir hissəsi elan edildiyi bütün ölkələrin məhkəmə təcrübəsində, adətən, müvafiq beynəlxalq müqavilənin özü icra olunan («self- executing») və ya özü icra olunmayan



{«non-self-executing») müqavilə olub-olmaması haqqında məsələ ortaya

çıxır.


Özü icra olunan o müqavilələrə (müqavilə müddəalarına) deyilir ki, onlar milli hüquq subyektlərinin iştirakı ilə olan münasibətləri avtomatik tənzimləyən dəqiq hüquqi öhdəliklər və milli məhkəmələrdə bilavasitə iddia ilə təmin oluna bilən hüquq və vəzifələr yaradır. Özü icra olunmayan müqavilələr isə özündən sonra müəyyən qanunvericilik aktlarının verilməsini tələb edir. Nəzərə almaq lazımdır ki, beynəlxalq-hüquqi normaların böyük əksəriyyəti ilk növbədə, bu normaları qəbul etmiş dövlətlərin özünə yönəlmişdir və onların orqanları üçün qanunvericilik, təşki- lati və digər xeırakterli müvafiq öhdəliklər yaradır. Qeyri-müəyyən olduğuna görə, bu normalar məhkəmə tətbiqi üçün zəruri hüquqi standartlar nəzərdə tutmur. Xüsusilə bu, proqram xarakteri daşıyan, yəni yalnız ən ümumi istiqamətlər, davranış sərhədləri müəyyən edən, adekvat qanunvericilik və ya inzibati tədbirlərin həyata keçirilməsi zərurətini birbaşa və ya dolayı yolla göstərən müqavilələrə aiddir. Ona görə də milli məhkəmə bu müqavilələri öz- özlüyündə tətbiq edə bilməz. Misal üçün, insan hüquqları sahəsində universal müqavilə olan İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktı götürək. Bu müqavilə Razılığa gələn Tərəflərin niyyətinə görə özü icra olunan sayıla bilməz. Belə bir nəticə Paktın 2-ci maddəsinin 1-ci bəndindən birbaşa irəli gəlir. Burada deyilir ki, iştirakçı dövlətlər Paktda bəyan olunmuş hüquq- lan «öz ehtiyatlarının maksimal hədlərində», «tədricən» və «bütün

65

müvafiq üsullarla, o cümlodən qanunvericilik tədbirləri qəbul et- məklə» həyata keçirməyi öz öhdələrinə götürürlər. Beləliklə, həmin öhdəliklərin həyata keçirilməsinin başlıca üsulu kimi milli qanunvericiliyə göndərişin olması Paktda ehtiva olunmuş normaların özü icra olunmasını istisna edir.



Qeyd edilməlidir ki, özü icra olunan və icra olunmayan müqavilələrin tərifi və habelə müəyyən olunmuş siyahısı yoxdur və praktik cəhətdən bu heç mümkün də deyil. Bu və ya digər beynəlxalq müqavilənin özü icra olunan olub-olmaması haqqında məsələ dövlətdaxili hüququn məsələsidir və onun həlli dövlətdən dövlətə fərqlənir, yəni konstitusiyalardan, məhkəmə praktikasından, hüquqi ənənələrdən və s. asılıdır. Doğrudur, özündən sonra dövlətdaxili qanunvericilik tədbirlərini açıq-aydın tələb edən və olduqca ümumi və proqram xarakterli öhdəliklər nəzərdə tutan müqavilələr, çox güman ki, bütün ölkələrdə özü icra olunmayan müqavilələr kimi elan olunacaqdır. Bəzi dövlətlərdə «özü icra olunmayan» müqavilə anlayışı məhkəmələr tərəfindən bu və ya digər beynəlxalq sazişin tətbiqindən boyun qaçırmaq üçün istifadə olunur (daha doğrusu, sui-istifadə olunur). Məsələn, bu hala ABŞ- da tez-tez rast gəlinir, halbuki məlumdur ki, ABŞ-ın Konstitusiyası (VI maddə) beynəlxalq müqavilələri «ölkənin ali hüququnun» bir hissəsi elan etmişdir.

Beynəlxalq müqavilənin özü icra olunmasının müəyyən edilməsi problemi ilə qarşılaşan məhkəmələr, adətən, bir-biri ilə sıx əlaqəli iki suala cavab verməli olurlar: 1) müqavilə onun dili, məqsədi və konteksti nəzərə alınmaqla, birbaşa tətbiq oluna bilərmi; 2) Razılığa gələn dövlətlər fərdlərə məhkəmədə müdafiədə oluna bilən hüquq və vəzifələri bilavasitə vennək niyyətində olmuş- larmı. Belə ki, beynəlxalq müqavilənin iştirakçısı olan dövlətlər müqavilənin özündə razılaşa bilərlər ki, müqavilə bütövlükdə və ya onun ayrı-ayrı müddəaları birbaşa milli məhkəmələrdə tətbiq olunacaqdır. Məsələn, Avropa İqtisadi Birliyinin yaradılması haqqında Müqavilənin 189-cu maddəsində nəzərdə tutulmuşdur ki, Birliyin Şurasının və ya Avropa Komissiyasının qərarları məcburidir və bütün iştirakçı dövlətlərdə birbaşa tətbiq olunur.

Bəzi dövlətlər qanunvericilik qaydasında ya konstitusiya səviyyəsində (Niderland, Fransa, Yunanıstan, Cənubi Afrika Respublikası və b.) ya da xüsusi qanunlarda, bir qayda olaraq, beynəlxalq müqavilələr haqqında qanunlarda (məsələn, Rusiya) özü icra olunan müqavilələrin anlayışını venniş və bununla öz məhkəmələri üçün hansı beynəlxalq müqavilələrin birbaşa tətbiq olunması barədə ümumi rəhbərlik müəyyən etmişlər.

Özü icra olunan müqavilələr anlayışı Azərbaycan Respublikasının qanunvericiliyində birbaşa öz əksini tapmamışdır. Doğrudur, Mülki Məcəllənin 3.1-ci maddəsini bu istiqamətdə uğurlu saymaq olar. Həmin maddədə deyilir: «Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə (bcynəbcalq müqavilədən onun tətbiqi üçün dövlət- daxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa tətbiq edilir». Beləliklə, qanunverici müəyyən etmişdir ki, əgər dövlətimizin iştirakçısı olduğu hər hansı beynəbcalq müqavilədən onun ölkə ərazisində tətbiqi üçün dövlətdaxili nonnativ hüquqi aktın qəbul edilməsi tələbi irəli gəlirsə, bu müqavilə birbaşa tətbiq oluna bilməz, yəni özü icra olunmayan müqavilə sayılmalıdır. Təbii ki, bu vacib müddəanın məhkəmə praktikasında sınaqdan keçirilməsinə və inkişaf etdirilməsinə böyük ehtiyac vardır. Digər tərəfdən, şübhə yoxdur ki, bu müddəa təkcə mülki qanunvericilik sferası ilə məhdudlaşmamalıdır. Bu baxımdan daha məqsədəuyğun olardı ki, göstərilən məsələ öz konseptual həllini

«Azərbaycan Rcspubli- kasmın beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydalan haqqında» Qanunda tapaydı. Təəssüf ki, bu mühüm qanunvericilik aktı beynəlxalq müqavilələrin dövlətdaxili implemcntasiyası, o cümlədən məhkəmələr tərəfindən tətbiqi haqqında məsələdən tamamilə yan keçir; doğrudur, burada müqavilələrin icrası ilə bağlı bir sıra deklarativ müddəalar (15-ci, 16-cı və 17-ci maddələr) öz əksini tapmışdır. 1997-ci il iyunun 10-da qəbul olunmuş «Məhkomolər və hakimlər haqqında» Qanun da sözügedən məsələyə aydınlıq gətirməmişdir. Qanunun «məhkəmələr işlərə baxarkən... habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələri əldə rəhbər tulurlan) müddəası (4-cü maddənin 3-cü hissəsi), göründüyü kimi, özü icra olunan müqavilələr haqqında məsələni həll etmir. Yuxanda dcyilən-

lərdən belə başa düşdük ki, «məhkomə qanunu əldə rəhbər tutun> və

«məhkəmə beynəbcalq müqaviləni əldə rəhbər tutuD> ifadələri heç də eyni məna yükünə malik deyildir. Sonuncu ifadənin sadə şərhi belədir: milli məhkəmə yalnız o beynəlxalq müqaviləni tətbiq edir ki, həmin müqaviləni tətbiq etmək olar.

Beynəlxalq müqavilə nonnalarının milli məhkəmələr tərəfindən tətbiqi müxtəlif fomıalar kəsb edə bilər; bu, beynəlxalq hüququn müstəqil və ya əlavə hüquqi dəlil kimi istifadə olunmasından asılıdır. Praktikaya əsaslanaraq, beynəlxalq müqavilələrin tətbiqinin üç formasını göstərmək olar:



  1. contra legem (qanunun ziddinə olaraq);

  2. praeter legem (qanunla yanaşı olaraq);

  3. secundum legem (qanuna əlavə olaraq).

Birinci halda məhkəmə beynəlxalq müqaviləni ona zidd olan milli qanunvericilik normasının əvəzinə tətbiq edir. Beynəlxalq hüquq normasının contra legem tətbiqi, məsələn, Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda nəzərdən keçirdiyimiz 151-ci maddəsinin əsasında ola bilər.

İkinci halda məhkəmə beynəlxalq müqaviləyə milli qanunvericilikdə olan boşluqların doldurulması məqsədilə və ya onun aydın olmayan müddəalan ilə bağlı müraciət edə bilər.

Beynəlxalq müqavilənin secundum legem tətbiqi zamanı müqavilə əlavə hüquqi dəlil kimi, milli hüquq normalarının təfsirinin köməkçi vasitəsi kimi çıxış edir. Bu halda məhkəmə öz dəlillərinin gücünü artırmaq üçün beynəbcalq hüquqa «üz tutur». Buna görə də konkret işin həlli üçün bu cür istinad elə bir həlledici əhəmiyyət kəsb etmir.

Azərbaycan Rcspublikasmuı Konstitusiya Məlıkəməsi bir neçə dəfə yalnız bu qaydada beynəlxalq sənədlərə müraciət etmişdir (bax, məsələn:

«Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında» 1999-cu il 12 yanvar tarixli qərar; ««Bakı Şəhər Xalq Dcputatlan Soveti İcraiyyə Komitəsinin 20 aprel 1990-cı il tarixli, 3/81 N2-Iİ qərarın ləğv edilməsi haqqında» Bakı şəhər icra hakimiyyəti başçısının l995-ci il 14 iyul tarixli, 876 saylı sərəncamı ilə əlaqədar hakimiyyətlər arasında səlahiyyətlərin bölünməsinə dair mübahisə haqqında» 1999-cu il 16 fevral tarixli qərar).



        1. FƏSİ L





  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin