Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə64/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   219
beynelxalq huquq

Qaçqınların hüquqi rejimi
Qaçqın - irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına,siyasi eqidesinegore təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan ,oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir Qaçqın statusu almaq üçün cəmi bu beş əsas göstərilmişdir..

«Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» 1999-cu il 21 may tarixli Azərbaycan Respublikasının Qanununda da bu tərif verilmişdir. Qanunun 1-ci maddəsinə görə, «qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdİD).

Bu iki tərcümədə aydın görünən fərqlərə toxunmadan bir məsələyə diqqət yetirmək istəyirik. Konvensiyadakı «nationality» sözü Qanunda

«mılliyyət» kimi tərcümə olunmuşdur; əslində isə bu, «votəndaşlıq»,

«dövlət mənsubiyyəti» deməkdir.



Konvensiyada, gördüyümüz kimi, qaçqın statusu almaq üçün cəmi beş əsas göstərilmişdir. Deməli, qaçqın, ərazisinə gəlmək istədiyi və ya artıq ərazisinə keçdiyi dövlətin müvafiq orqanlarına əsaslandırılmış şəkildə sübut etməlidir ki, öz ölkəsində o, məhz: 1) müəyyən irqi (etnik, milli) qrupa mənsub olduğuna görə; 2) öz dini əqidəsinə görə; 3) hansısa konkret dövlətin vətəndaşı olduğuna və ya öz dövlətinin vətəndaşı olmadığına görə;

  1. müəyyən sosial qrupa mənsub olduğuna görə (tutaq ki, qolçomaq olduğuna görə) və 5) siyasi əqidəsinə görə təqiblərə məruz qalır və ya məruz qalmaq qorxusu var, yəni onun əsas hüquq və azadlıqları kobud şəkildə pozulur. Yuxarıda göstərilən tərildə müharibə və ya döyüş əməliyyatları qaçqın adlanmaq üçün əsas kimi nəzərdə tutulmur. Əlbəttə ki, məntiqi baxımdan bunu normal hal hesab etmək olmaz, çünki tarix göstərir ki, öz yaşayış yerlərini məcburən tərk edənlər, əsasən, müharibədən qaçan adamlardır. Elə qaçqın anlayışının özü beynəlxalq-hüquqi leksikona məhz müharibələrdən (I və 11 dünya müharibələrindən) sonra daxil olmuşdur. Belə çıxır ki, mövcud beynəlxalq hüquq yalnız fərdi qaçqınlığı qəbul edir, kütləvi qaçqınlığa və ya «qaçqın axınına» mənfi yanaşır.

Bəzi dövlətlər bu məqama istinad etməklə, müharibə zonasından onların ərazisinə qaçıb gəlmiş şəxsləri geri qaytanrlar. Məsələn, AFR və İsveçrə Bosniya qaçqmIanna ilk dövrdə məhz bu eür yanaşmışdı. Diqqətəlayiq haldır ki, analoji regional sənədlərdə - Afrikada qaçqın problemlərinin spesifik aspektlərini nizama salan 1969-cu il ABT (A frika Birliyi Təşkilatı) Konvensiyasında və Latın Amerikası regionunu əhatə edən l984-cü il Kartaxena Bəyannaməsində göstərilən bu boşluq doldurulmuşdur.

Beynəlxalq praktikada, xüsusilə Qaçqınlar üzrə BMT Ali Komissarının İdarəsi müharibə, daxili iğtişaşlar, təbii və ya texnogen fəlakət nəticəsində öz daimi yaşayış yerini tərk etməyə məcbur olmuş şəxsləri əhatə etmək üçün «de facto qaçqın» anlayışından istifadə edir.

Bundan əlavə, yenə də beynəlxalq praktikada və bəzi ölkələrin qanunvericiliyində «daxili məcburi köçkün» ifadəsinə rast gəlinir. Qeyd edək ki, bu anlayışın bcynəlxalq-hüquqi əsası yoxdur, yəni bununla bağlı universal səviyyədə beynəlxalq müqavilə bağlanmamışdır. Lakin Qaçqınlar üzrə BMT Ali Komissan öz ilkin mandatını genişləndirmiş və o, hazırda təkcə

«konvensiya qaçqınları»nın deyil, habelə «dc facto qaçqınlar»ın və daxili məcburi köçkünlərin məsələləri ilə də məşğul olur. Daxili məcburi köçkünlər ~ yuxarıda göstərilən səbəblər üzündən ölkə ərazisində öz daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxslərdir.

«Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanuna görə, «məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs- dir.

Hesab edirik ki, «hərbi təcavüz» ifadəsinin əvəzinə «mühari- bə» sözü daha məqsədəuyğun olardı. Qanundan belə alınır ki, vətəndaş müharibəsindən qaçan adamlar Azərbaycan Respublikasında daxili məcburi köçkün statusuna iddia edə bilməzlər.

1951-ci il Konvensiyasında (33-cü maddə) öz əksini tapmış və sonralar beynəlxalq adət nomıasma çevrilmiş prinsipə görə, dövlət qaçqını onun həyatına və azadlığına təhlükə olan ölkəyə qaytarmamalıdır.

Bu prinsip habelə «Qaçqınlann və məcburi köçkünlərin statusu haqqında» Qanunda təsbit olunmuşdur. Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən, «qaç- qın... onun həyat və ya azadlığını təhlükə gözləyən ölkəyə heç bir halda göndərilmir və ya məcburi qaytanlmır».

Bundan əlavə, dövlətlər sərhədi qanunsuz keçdiyinə görə qaçqını məsuliyyətə cəlb etməməlidirlər və ya onu məsuliyyətdən azad etməlidirlər

Konvensiyaya və habelə ümumi beynəlxalq hüquqa görə. Aşağıdakı şəxslərə qaçqın statusu verilmir:



    1. barələrində sülh əleyhinə cinayət, müharibə cinayəti və ya insanlıq əleyhinə cinayət,

    2. dövlətin ərazisinə gələnə qədər onun hüdudlarından kənarda qeyri-siyasi xarakterli ağır cinayət törətmiş şəxslər.

1951-ci il Konvensiyasında müəyyən olunmuşdur ki, şəxs qaçqın statusunu aşağıdakı hallarda itirir:

  1. vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin himayəsindən könüllü surətdə yenidən istifadə etdikdə;

  2. öz vətəndaşlığından məhrum olub onu könüllü surətdə yenidən əldə etdikdə;

  3. indi yaşadığı dövlətin və ya hər hansı başqa bir dövlətin vətəndaşlığını qəbul etdikdə və yeni vətəndaşı olduğu dövlətin himayəsindən istifadə etdikdə;

c) voləndaşlığı olmayan şəxs üçün qaçqın kimi tanınmasına osas vcnniş hallar aradan qalxdığına göro o, daimi yaşadığı ölkəsinə qayıda bildikdə.

13ir qayda olaraq, dövlət ərazisində qaçqınların hüquqi rejimi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi rejiminə bərabər tutulur. Onlar eyni hüquqlardan istifadə edir və vəzifələr daşıyırlar. Lakin qaçqınların adətən qarşılaşdıqları spesifik problemləri nəzərə alaraq, bəzi dövlətlər öz qanunvericiliyində onlar üçün sosial sahədə əlavə güzəştlər nəzərdə tuturlar. Əlbəttə ki, daxili məcburi köçkünlər üçün (bunlar dövlətin öz vətəndaşlarıdır) xüsusi təminat rejimi müəyyən edilir.

Bu deyilənlər «Qaçqmlann və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanunda və xüsusən ((Məcburi köçkünlərin onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» 1999-cu il 21 may tarixli Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Məsələn, ikinci Qanunda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər («Hrmənistan Respublikasında və başqa dövlətlərdə apanlan etnik təmizləmə nəticəsində daimi yaşayış yerlərini tərk edib Azərbaycan Respublikasına gəlmiş və daimi məskunlaşmamış şəxslər») üçün aşağıdakı sosial müdafiə tədbirləri nəzərdə tutulmuşdur: müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; torpaq sahələri ayrılması, kreditlər verilməsi və texniki yardımlar göstərilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat; maddi yardımlar; tibbi təminat; təhsil hüququnun təmin edilməsi; nəqliyyat və mənzil- kommunal güzəştləri; vergi güzəştləri.

Qaçqınlar probleminin həllinə beynəlxalq səviyyədə dəstək vermək üçün BM'f çərçivəsində xüsusi orqan - yuxarıda adını çəkdiymiz Qaçqınlar üzrə BMT Ali Komissarının idarəsi yaradılmışdır. İdarənin Nizamnaməsi BMT Baş Məclisinin 1950-ci il 14 dekabr tarixli 428 (V) nömrəli qətnaməsi ilə qəbul olunmuşdur. Ali Komissar, əsas etibarilə, nəzarət və təminat funksiyaları həyata keçirir, qaçqın və daxili məcburi köçkünlərin problemlərinin həll edilməsində, - çox zaman yerlərdəki nümayəndəlikləri vasitəsilə, - dövlətlərə maddi, texniki və s. yardım göstərir. İdarənin öz müvafiq beynəlxalq öhdəliklərini pozan dövlətlərə qarşı hər hansı

sanksiyalar tətbiq etmək səlahiyyəti yoxdur. Ali Komissar BMT Baş Katibinin təqdimatı əsasında Baş Məclis tərəfindən üç il müddətinə seçilir. O, Baş Məclisin rəhbərliyi altında fəaliyyət göstərir və hər il İqtisadi və Sosial Şura (EKOSOK) vasitəsilə Baş Məclisə illik məruzə təqdim edir.


  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin