İnsan hüquqlarının təsnifatı
İnsan hüquqlarının ən sadə təsnifatı onların vətəndaş, siyasi, iqtisadi, sosial və mədəni hüquqlara aynimasıdır. Universal və regional səviyyədə bağlanan ümumi müqavilələr çox zaman bu bölgüyə uyğunlaşdınlır. Geniş yayılmış daha bir təsnifat isə tarixi meyara söykənir. Söhbət fransız alimi K.Vasak tərəfindən irəli sürülmüş «insan hüquqlarının üç nəsli» konsepsiyasından gedir. Bu
konsepsiyaya görə, hazırda mövcud olan bütün əsas insan hüquqları öz inkişaf tarixində üç mərhələ keçmişdir və bu mərhələlər əsasında üç nəsil fərqləndirilir.
Birinci nəslə vətəndaş hüquqları və siyasi hüquqlar aiddir; Qərb ölkələrinin məşhur sənədlərində yalnız bu hüquqlar öz əksini tapmışdı. Bu hüquqlar aşağıdakılardır: yaşamaq hüququ; işgəncəyə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq hüququ; köləlikdə və ya asılı vəziyyətdə saxlanılmamaq hüququ; azadlıq və toxunulmazlıq hüququ; sərbəst hərəkət etmək hüququ; fikir, vicdan və din azadlığı; söz azadlığı; sərbəst toplaşmaq azadlığı; birləşmək azadlığı; dövlət işlərinin aparılmasında iştirak etmək hüququ və s.
XX əsrin əvvəllərində Meksikanın (1917-ci il) və Rusiyanın (1918-ci il) Konstitusiyalannda insan hüquqlanmn ikinci nəsli - sosial-iqtisadi və mədəni hüquqlar ortaya çıxır və İkinci Dünya müharibəsindən sonra isə bu hüquqlar bir sıra beynəlxalq müqavilələrdə (1961-ci il Avropa Sosial Xartiyasında; İqtisadi, sosial və mədəni hüquqlar haqqında l966-cı il Beynəlxalq Paktında və s.) aynca təsbit olunur. Söhbət burada aşağıdakı hüquqlardan gedir: işləmək hüququ; həmkarlar ittifaqlan yaratmaq hüququ; tətil hüququ; sosial təminat hüququ; minimal həyat səviyyəsi hüququ; istirahət hüququ; sağlamlığın qorunması hüququ; təhsil hüququ; mədəni həyatda iştirak etmək və mədəni sərvətlərdən istifadə etmək hüququ və s.
Üçüncü nəslin yaranması son dövrün inkişaf xüsusiyyətləri ilə izah edilir. Bu izaha görə, indi obyektiv olaraq elə hüquqlar meydana gəlmişdir ki, onlar ayrılıqda fərdə və ya fərdlər qrupuna deyil, bütövlükdə məcmuya, xalqa məxsusdur: məsələn, inkişaf hüququ; sülh hüququ; sağlam ətraf mühitdə yaşamaq hüququ və s. Bu hüquqlar «kollektiv hüquqlan) və ya
«həmrəylik hüquqlan» adlanır. Lakin göstərilən hüquqlar hələ tam formalaşmamışdır və onlar dəqiq normativ məzmuna malik deyildir. Məsələ burasındadır ki, bu hüquqlan fərdin dövlətə qarşı subyektiv tələbi şəklində formu- lə etmək, demək olar ki, qeyri-mümkündür. Məsələn, inkişaf hüququnu və ya sülh hüququnu iddia qaydasında məhkəmədə necə müdafiə etmək olar? Hüquq yalnız o yerdə var ki, orada onun mü
dafiə vasitəsi veırdır (ubi jus ibi remcdium). İkinci bir tərəfdən, bu hüquqlar, prinsip etibarilə, ayrıca götürülmüş bir dövlətdə tam həyata keçirilə bilməz. İnsan hüquqlan içərisində habelə mütləq hüquqlar və dövlətlərin müəyyən hallarda geri çəkilə bildiyi hüquqlar fərqləndirilir. Mütləq hüquqlar o insan hüquqlandır ki, dövlət heç bir halda, o cümlədən fövqəladə vəziyyət şəraitində onlardan geri çəkilə bilməz. Avropa İnsan Hüquqlan Konvensiyasına görə, bu, aşağıdakı hüquqlardır: yaşamaq hüququ (maddə 2); işgəncələrə məruz qalmamaq hüququ (maddə 3); köləlikdə və ya asılı vəziyyətdə saxlanılmamaq hüququ (maddə 4) və qanunsuz cəzaya yol
verilməməsi (maddə 7).
Dostları ilə paylaş: |