mümkün deyil, belə kontekst bir neço cümbdən, abzasdan, yaxud
bütöv bir motndon (hekayə, roman) ibarət ola bilər.
Dar kontekst öz növbəsində
sintaktik və
leksik kontekstlərə
ayrılır.
Sintaktik kontekst dedikdə müəyyən bir sözün,
sözbirləşməsi, yaxud budaq cümlənin işləndiyi sintaktik struktur
başa düşülür.
Leksik kontekst dedikdə müəyyən dil vahidini
(leksik vahidi) əhatə edən konkret leksik vahidlər, sözlər,
idiomlar başa düşülür. Dediyimiz kimi, kontekst tərcümədə
çoxmənalılığın aradan qaldırılması üçün böyük əhəmiyyətə
malikdir, çünki o, tərcüməçiyə çoxmənalı sözün çoxlu
mənalarından birini seçməyə imkan verir.
Leksik-semantik kontekst bəzən tərcümədə çoxmənalılıq
problemini həll etməyə, ekvivalenti seçməyə kifayət etmir.
Məsələn, ingilis dilindəki
to burn feli Azərbaycan dilinə həm
yanmaq, həm də
yandırmaq kimi tərcümə olunur, onun hansı
mənada işlənməsi təmamilə sintaktik kontekstdən asılıdır. Əgər
bu söz təsirli fel
(transitive) kimi işlənirsə
(He burned his
hand-əlini yandırdı) yandırmaq mənasında, təsirsiz
(intransitive)
fel kimi (the building was
h\xxTim%-ev yanırdı) işlənirsə, onda
yanmaq kimi tərcümə olunur. Belə fikri
to sink (boğmaq,
boğulmaq), to drive (sürmək, qovmaq) və başqa fellər haqqında
da demək olar.
Çox vaxt ekvivalentin seçilməsi həmin dil vahidinin işləndiyi
leksik kontekstdən asılı olur.
Təkmənalıltq (monosemy) müəyyən
bir leksik kontekstin hüdudları daxilində müəyyənləşir. Məsələn,
ingilis
dilindəki to look feli
angry sifəti ilə birlikdə işləndikdə
(to
look angry-acıqlı görünmək), an urban look birləşməsində
şəhər
görünüşü kimi tərcümə olunur. Eyni fikri
way sözü haqqında da
demək olar. Bu söz,
The way to the village lies through the forest
(kəndə yol meşənin içərisindən keçir) cü mləsində
yol kimi,
the
way of doing it birləşməsində üsul mənasında işlənmişdir.
Bəzən dar kontekst mütərcümə düzgün ekvivalenti seçməyə
imkan vermir, ona görə də o daha geniş kontekstə müraciət etməli
olur. Selincerin
""The Catcher in the Rye*'
48
romanından aşağıdakı cümlə buna bariz nümunədir:
Then I got
this book I was reading and sat down in my chair. Oturacaq
mənasında ingilis dilindəki
chair sözünün Azərbaycan dilində
həm
stul, həm də
kreslo mənaları var. Ancaq bu cümlədən
bilinmir ki,
chair bu mənalardan hansı birində işlənmişdir. Ona
görə də daha geniş kontekstə müraciət etmək lazım gəlir. İki
cümlədən sonra oxuyuruq:
There were two chairs in every room. I
had one and my roommate, Ward Stradlater, had one. The arms
were in sad shape, because everybody was always sitting on them,
but they were pretty comfortable chairs. Otaqda iki kreslo vardı.
Biri mənim, biri də otaq yoldaşım Vord Stredleyterin idi. Hər
ikisinin qoltuqları laxlayıb əldən düşmüşdü, çünki uşaqlar həmişə
onların üstündə oturardılar. Amma çox rahat kreslolardı
(T.Vəliyev). Sonrakı cümlələrdə
arms {dirsək, qoltuq) sözünə rast
gəlinməsə idi, şübhəsiz ki, mülərcim elə
cltair-m stul kimi
tərcümə edəcəkdi, çünki
chair (stul) və
armchair (kreslo) kimi
çox işlənən sözlərdir.
Göründüyü kimi, bu misalların hamısında referensial
mənanın tərcüməsindən bəhs olunur. Praqmatik mənanın
transformasiyasından danışsaq, onda ekvivalentin seçilməsi daha
geniş kontekstdən asılı olacaq. Bunun məxəz mətnin üslubi
səciyyəsi və emosional çalarına dəxli yoxdur. Yadda saxlamaq
lazımdır ki, tərcümənin məqsədi ayrıca götürülmüş sözləri deyil,
bütün mətni tərcümə etməkdir, ona görə də geniş kontekstin
tərcümə prosesində əhəmiyyəti böyükdür.
Elə hallar da olur ki, hətta müəyyən qədər
geniş kontekst belə
çoxmənalı sözün mənasını dəqiqləşdirməyə imkan vermir. Bunun
üçün mütərcim dil kontekstindən kənara çıxaraq
ekstralinqvistik
situasiyaya_müraciət edir. Buna görə çox vaxt
tərcüməçi nəyi
Dostları ilə paylaş: