Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə57/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   111
Tərcümə və Leksikoqrafiya 6- 
Hər bir dilin lüğət tərkibi o qədər böyük, o qədər rəngarəngdir 
ki, heç bir tərcüməçi, heç bir dil daşıyıcısı bu sözləri və onların 
hamısının  mənasını  bilə  bilməz.  Çox  vaxt  mətn  və  sözün 
kontekstual  mənası  tərcüməçini  lüğətə  müraciət  etməyə  sövq 
edir.  Lüğətlər  tərcüməçiyə  mətni  başa  düşməkdə  çox  böyük 
xidmət  göstərir.  Ona  görə  də  leksikqoqra-  fıya  tərcümə  ilə  sıx 
bağlıdır.  Leksiqoqrafiyanm  məqsədi  lüğət  tərtib  etməyin nəzəri 
əsaslarını  hazırlamaq  və  onun  əsasında  lüğət  tərtib  etməkdir. 
Müxtəlif  lüğət  növləri  var:  ikidilli,  üçdilli,  çoxdilli  lüğətlər. 
Bunlara  tərcümə  lüğəti  də  deyilir.  Birdilli  izahlı  lüğətlər 
tərcüməçiyə sözün mənasını açmağa çox böyük yardım göstərir. 
Bunların  bəziləri  müəyyən  predmetlərin  şəklini  də  verir,  bu  da 
tərcüməçiyə elə bil ki, müəyyən bir reallığa daxil olmaq, onu dərk 
etmək  imkanı  verir.  Məsələn,  Oxford  Advanced  Leancr’s 
Diclionary shoe (ayaqqabı) başlığı altında lace-upy hafer, court 
sltoCy  stilettOy  sandaly  booty  Wellinglon  (rubber  boot)y  clogy 
flip- 
100 


flopy slipperj  moccasin^  trainer  (sneaker^ tennis shoe), football 
boot,  cowboy  boot  kimi  ayaqqabı  növlərini  sadalayır.  Yaxud 
boats and ships (qayıqlar və gəmilər) adı altında oil tanker, liner, 
container  ship,  tug  (tugboat),  barge,  trawler,  raft,  rover-craft, 
hydrofoil, ferry, motorboat, cabin cruiser, rubber dinghy, sailing 
dinghy,  punt,  yacht  (sailboat),  catamaran,  canal  boat,  rowing 
boat  (rowboat),  canoe,  kayak  (canoe)  kimi  qayiq  və  gəmi 
növlərinin adlarını və şəkillərini vermişdir ki, bu da tərcüməçiyə 
mətni tam anlamağa imkan yaradır. 
Tərcüməçi  nə  qədər  bilsə,  nə  qədər  zəngin  lüğət  ehtiyatına 
malik  olsa,  yenə  elə  hallara  rast  gəlir  ki,  söz  heç  bir  lüğətdə 
tapılmır.  Bu  cür  sözlər  mənası  tapılmaz  sözlər  (un/indable 
M’ords) adlanır. Həmin sözlər qrupuna aşağıdakılar daxildir: 
1. Neologizmlər,  o  cümlədən  tam  yeni  neologizmlər,  təzə 
düzəldilmiş  sözlər,  formalar,  mürəkkəb  isimlər,  yeni  terminlər, 
yeni  məna  və  anlam  kəsb  etmiş  söz  və  frazalar,  akkronimlər, 
eponimlər (şəxs adından törəmə sözlər). Hər il minlərlə belələri 
dövri mətbuatda peyda olur, sonra da dilin lüğət tərkibinə daxil 
olmadan  yoxa  çıxır.  Məsələn,  vaxtilə  H.Nəzərli  Uff  əvəzinə 
qaldırım maşım, növbə əvəzinə dəyiş sözlərini işlətmişdi, ancaq 
sonra yaranmış lüğətlər bu kimi sözləri əks etdirmir. 
2. Dialekt,  slenq,  jarqon,  tabu  kimi  danışıq  dilində  işlənən, 
lakin yazılı dilə keçməmiş sözlər. 
3. Üçüncü,  yaxud  hədəf  dil  vasitəsilə  məxəz  mətnə  keçən 
sözlər. 
4. Yeni  və  köhnəlmiş  coğrafi  adlar  (xüsusilə  Ermənistan  və 
Gürcüstan  ərazisində  dəyişdirilmiş  toponimlər,  küçələrin  köhnə 
adlan və s.). 
5.  Kiçik kənd, şəhər, qəsəbə, çay, dərə adlan. 
6.  Müxtəlif şəxs adlan. 
7.  Ayamalar, təxəllüs, rəmzlər. 
8.  Yeni, yaxud çox da mühüm olmayan qurumlann adı. 
9.  İmla səhvi, səhv köçürülmə, qeyri-dəqiq transliterasiya. 
10.  Məxəz, tərcümə və üçüncü dildən gələn arxaizmlər. 
101 


11. Mütərcimə  tanış  olmayan  konnotasiya,  söz  və  şəxs 
adlannın rəmzi mənası. 
12.  Kod sözlər. 
13.  Müəllif neologizmləri (eqologizmlər). 
14. Nitqdə  işlənilməyən,  daha  çox  lüğətlərdə  rast  gəlinən 
sözlər. 
Deyilən  sözlərin  mənalanm  lüğət,  ensiklopediya,  dövri 
mətbuat,  xəritə,  atlas  və  şairədə  axtarmaq  olar.  Bundan  əlavə, 
ekspertlər, müəllif özü də bu işdə köməkçi ola bilər. 
Lüğətlər  öz  istiqamət  və  mövzularına  görə  də  fərqlənir. 
İngiltərədə  lüğətçilik  çox  inkişaf  edib,  lüğətlər  sözlərin 
etimologiyasını,  işlənmə  yerini,  işlənmə  tezliyini  göstərir. 
Sinonimlər, antonimlər, frazeoloji vahidlər, qafiyə əmələ gətirən 
sözlər, beynəlmiləl sözlər, ixtisarlar, dialekt, slenq, jarqon və s. 
kimi lüğətlər də mövcuddur. 
Mütərcim  üçün,  xüsusilə  müəyyən  elm,  texnika  və  digər 
sahələrlə  bağlı  mətnlərin  mütərcimi  üçün  terminlər  lüğətinin 
böyük  əhəmiyyəti  var.  Hər  bir  elm  sahəsi  öz  terminləri  ilə 
digərlərindən  seçilir.  Bu  sahədə  həm  ikidilli,  həm  do  izahlı 
lüğətlər mövcuddur. 
Mütərcimin  köməyinə  gələn ən mötəbər lüğətlərdən biri də 
ensiklopediyalardır.  Onlar  mətnləri,  mənbələri  dəqiqləşdirməyə 
imkan  verir,  mətnin  dərkinə  kömək  edir.  Mütərcim  bunların 
hamısından istifadə edir, çünki  yalnız bir lüğətlə kifayətlənmək 
mümkün  deyil,  tam,  kamil  lüğət  yoxdur.  Leksikoqraf  ancaq 
rastlaşdığı mənanı, sözü qeydə alır. Sözün semantik strukturunda 
çatışmayan 
mənanın 
əlavə 
edilməsi 
interpolyasiya 
(interpolation)  hadisəsi  adlanır.  Bütün  növ  lüğətlərdən  istifadə 
mütərcimə  sözün  lüğətdəki  çatışmayan  mənasını  bərpa  etməyə 
imkan verir. 
Məsələn,  Həsən  oxumağa  başladı  cümləsində  başlamaq 
konteksdən təcrid olunmuş halda götürülərsə, aşağıdakı tərcümə 
variantlan  alınar:  Hasan  began  to  sing;  Hasan  began  to  study; 
Hasan began to read; Hasan began to go to school
102 


Hasan  began  the  prayer  və  s.  Bu  o  deməkdir  ki,  başlamaq 
sözündə çatışmayan məna var, yəni onun semantik strukturu tam 
deyil, ona nəsə əlavə olunmalıdır ki, məna tamamlansın. 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin