response) prinsipi də deyilir. E.Nida bunu dinamik ekvivalent-
lik (dynamic equivalence) adlandınr. Əslində ekvivalent təsir
tərcümədə məqsəd yox, arzulanan bir nəticədir, çünki, ola bilər
məxəz mətnlə hədəf mətn arasında mədəniyyətlər baxımından
böyük fərq olsun.
Bununla belə, vokativ mətnlərin kommunikativ üsulla
tərcüməsi zamanı ekvivalent təsir nəinki arzuolunandır, hətta çox
vacibdir. Çünki bildiriş, təlimat, reklam, təbliğat, inandırma
məqsədi daşıyan, polemik səciyyəli yazılar, eləcə də populyar
bədii ədəbiyyatın tərcüməsinin effekti və dəyərinin meyan
170
məhz ekvivalent təsirdir. Oxucunun keep off the grass (qazonu
(çəmənliyi) tapdalamayın), wet paint (oturmayın, yenicə boya
çəkilib) və s. bu kimi ifadələrə reaksiyası tərcümənin uğuru,
yaxud uğursuzluğunun göstəricisidir.
informativ mətnlərdə ancaq cüzi emosional təsir baxımından
ekvivalent təsir arzuolunandır. Məxəz və hədəf mədəniyyətlər
bir-birindən uzaqsa, ekvivalent effektə nail olmaq mümkün deyil,
çünki kultral komponentlər ya kultral baxımdan neytral, yaxud
ümumi igeneric) xarakterli bir terminlə verilir; hədəf mətnin
məzmunu sadələşir, məxəz mətndəki anlaşılmaz, qaranlıq
məqamlar aydınlaşır. Hədəf mətnin oxucusu da məxəz mətnin
oxucusu kimi əsəri eyni maraqla oxuyur, ancaq təsirlər müxtəlif
olur. Buna baxmayaraq, məxəz mətndəki təsir hədəf mətndə öz
əksini tapmalıdır ki, eyni təsir, ekvivalent təsir əldə edilmiş olsun.
Semantik tərcümədə birinci problem ondan ibarətdir ki, bədii
ədəbiyyatın öz oxucusu var, hər əsər hamı üçün deyil, ikinci
problem isə odur ki, mütərcim oxucunu nəzərdən qaçırmamaq
şərtilə məxəz mətnin təsirini özü duymağa çalışır, onu oxucunun
öhdəsinə buraxmır. Şübhəsiz məxəz mətn ümumbəşəri olduqda
onun effektinin transformasiya dərəcəsi də çox olur, çünki bu
zaman məxəz mətndəki ideyalar bir millətin, bir mədəniyyətin
sərhədlərindən kənara çıxır, məsələn: to be or not to be, that is the
question-olum, ya ölüm, budur məsələ- yaşamakmı, yoxsa
ölməkmi, mesele bunda-быть, wıu ue быть, вот в чем вопрос.
Çətin ki, mütərcimin transformasiya etmək istədiyi metalinqual
səs effekti hədəf mətnin oxucusuna təsir etsin, çünki məxəz və
hədəf dillərdə müxtəlif səs sistemləri var. Bununla belə, bu səs
effektini kompensə etmək mümkündür. Hər halda burda orijinala
reaksiya kultraldan, yaxud universaldan çox fərdi olacaq.
Bununla belə, məxəz mətn kultral, lokal, zaman və məkan
baxımından hədəf mətndən nə qədər uzaq olsa tərcümədə onun
ekvivalent təsiri o qədər az olacaq. Ekvivalent təsir o zaman əl
171
də edilər ki, məxəz dilin mədəniyyəti tərcümə oxucusunun
təfəkkürünə, təxəyyülünə, canına, qanına hopmuş olsun. Məsələn,
Şekspir sonetlərinin birində belə bir cümlə işlədir: Shall I
compare thee to a summer's day? Bu bənzətmə Avropa dillərinə
tərcümə edilsə, heç bir mənfi təsir doğurmaz, çünki Avropa
ölkələri iqlimcə bir-birindən azacıq fərqlənsə də, yay fəsli
hamısında gözəldir. Lakin bu cümlə Afrika xalqlanmn dillərinə
tərcümə olunsa, onda orijinaldakınm əks təsiri almar, çünki həmin
ölkələrdə yay ilin ən isti və xoşagəlməz fəslidir. Kultral
terminlərin transformasiyasında güzəşt (sırf milli kultral termin
əvəzinə ümumi səciyyəli bir termin işlətmək) mümkündür, bu
şərtlə ki, həmin kultral termin həddindən artıq spesifik əhəmiyyət
kəsb etməsin, konnotasiyası, yaxud rəmzi mənası olmasın.
Fransız yazıçısı Herve-Bazinin “Rezolar ailəsi” romanında belə
bir cümlə var: II est plus pelican des peres, hərfən tərcüməsi - o,
uşaqlarım qutan kimi sevir. Bu cümləni o, atalardan ən
sədaqətlisidir; o, ata sevgisinin rəmzi olan qulandır kimi tərcümə
etmək yanlışdır. Kompromis variant və kultral elementin
saxlandığı tərcümə belə olar: o, qutantək öz balalarını sevir.
Rəsmi və nüfuzlu bəyanatlar tək bir oxucuya deyil, oxucu
auditoriyasına ünvanlanır. Əgər o rəsmi üslubda yazılırsa,
tərcüməsində də eyni effekt alınır.
Kommunikativ tərcümə oxucunun bilik və dili səviyyəsinə
hesablandığından tərcümədə də eyni effekti doğura bilir. Se-
mantik tərcümə isə belə deyil, müəllifin səviyyəsinə
hesablandığından tərcümədə ekvivalent effekt alınmır. Bir neçə
yüz il əvvəl yazılmış mətn hədəf mətnin oxucusuna məxəz mətnin
oxucusundan
daha
çox
təsir
bağışlayır.
Açıq-aydın
sadələşdirilmiş, tərcümədən çox müasir dildə olan bu mətn
orijinaldan artıq təsir gücünə malikdir. Məsələn, C. Çosserin
“Kentrberi hekayələri”nin müasir variantı nəinki qeyri-dil hədəf
mətnin oxucularına, müasir ingilis oxucusuna da köhnə
variantından daha yaxşı təsir bağışlayır.
172
iki ən çox işlənən tərcümə üsullanm {semantik və
kommunikativ) üç mətn kateqoriyasına tətbiq etdikdən sonra belə
nəticəyə gəlmək olar ki, vokativ və informativ mətnlər daha çox
hər- fən, ekspressiv mətnlər isə heç də həmişə hərfən tərcümə edil
mir.
Dostları ilə paylaş: |