language Science
- dilçilik,
linqvistika
(dilçilik elmi)
2. Məxəz dildəki qısa sözbirləşməsi hədəf dildə genişlənir,
məsələn: turn-key project-istismara tam hazır vəziyyətdə təhvil
verilən layihə.
Parafraz (paraphrase) mətndəki müəyyən bir seqmentin izah
edilməsi, yaxud genişləndirilməsidir. Bu genişləndirmə və izah
anonim şəkildə apanlır: əsasən zəif, qüsurlu mətnlərdə atılma və
sətiraltı məna olduqda bu üsuldan istifadə olunur.
Parafraz sərbəst tərcümə üsulu kimi də başa düşülə bilər,
lakin, o, müəyyən dolaşıq, anlaşılmaz cümləni göstərdiyimiz
şəkildə tərcümə və izah edərsə, onda o bizim yuxanda dediyimiz
qaydada işlənir.
Digər üsullara ekvivalentlik və adaptasiya daxildir. Ekviva-
lentiik dedikdə məxəz dildəki sözə hədəf dildə təxmini
ekvivalentin tapılması nəzərdə tutulur. Bu zaman hər iki mətndə
oxşar situasiya mövcuddur. Bu üsullardan klişe və digər standart
ifadə və idiomlann tərcüməsində istifadə olunur. Adaptasiyada
oxşar situasiyalarda kultral ekvivalent işlənir, məsələn: Bear
Sir-hörmətli cənab.
Kupletlər (couplets). Kuplet, triplit, kvodruplit {couplet,
triplet, qıiardreplet-ikilik, üçlük, dördlük) bir sözün, yaxud
ifadənin tərcüməsi üçün irəlidə adı çəkilən üsullardan ikisi, üçü,
yaxud dördünün eyni zamanda istifadə olunmasıdır. Kultral
terminlərin tərcüməsi üçün bu adi haldır. Bu zaman çevirmə
funksional və kultral ekvivalentlə müşayət olunur.
178
Kvodruplitdən ancaq metalinqval sözlərin tərcüməsində
istifadə olunur. Məsələn, the nominal-ing clause - a participial
clause which occurs in the subject position. Nominal-ing
clause-un az, ya çox hərfi tərcüməsindən fərqli olaraq, onu (a)
çevirmək (transfer); (b) izah etmək (adjectival clause vasitəsilə,
yəni indiki zaman feli sifəti ingilis dilində cerundun bir növü kimi
işlənir); (c) tərcümə yarlığı yaratmaq; (d) hədəf dildə hər- fən və
funksional tərcümə ilə vermək mümkündür.
Qeyd, alavə və izahat (notes, additions, glosses). Məxəz və
tərcümə dilinin aid olduğu mədəniyyətlər fərqli olduqda, mətn
texniki səciyyə daşıdıqda, məxəz mətnin dili anlaşılmaz olduqda
qeyd, əlavə və izahatdan istifadə olunur. Ekspressiv mətnlərdə bu
cür məlumatlar mətndən kənarda verilir. Oxucunun kiçik kultral
incəlikləri anlaması, başa düşməsi üçün mətndə də onlara yer
verilir. Məsələn, Hardan gəlirsən? Turaldan - where are you
coming from? From Tural. Tərcümə dilinin oxucusu, xüsusilə
Bakı oxucusu üçün Tural ya şadlıq sarayıdır, ya da pivə barıdır.
Ona görə də tərcümə zamanı ya Wedding Palace, ya da Pub
mətnə daxil edilməlidir. Vokativ mətndə məxəz mətndəki
məlumat izah edilmir, yeni bir formada məxəz mətn- dəki
məlumat əvəz edilir, məsələn: you may pay for this TV set under a
convenient credit purchase scheme əvəzinə sadəcə televizoru
uzun müddətli kreditə götürə bilərsiniz deyilə bilər.
Tərcümə mətnində
əlavə
məlumat
əsasən
sözün
tərcüməsindən sonra mötərizədə verilir, sait tax-duz vergisi (duz
ticarətinə tətbiq edilən vergi); excise -aksiz (içki, siqaret, bəzək
əşyaları, gön və s. üçün tutulan vergi). Bu cür izahlar geniş və
uzun olmamalıdır. Əks təqdirdə oxucu həmin izahatı məxəz mətn
müəllifinin əlavəsi kimi qəbul edə bilər.
Əlavə izahat səhifənin, fəslin, yaxud kitabın sonunda verilə
bilər. İzah səhifənin sonunda verildikdə izah edilən söz ya haşi-
yələnməli, ya da nömrələnməlidir ki, oxucu onu tapmaqda
çətinlik çəkməsin, izahat fəslin, yaxud kitabın sonunda verildikdə
179
də söz nömrələnməli, onun işləndiyi səhifə və fəsil
göstərilməlidir.
Mühüm ədəbiyyatın tərcüməsində mütərcimin ona
müqəddimə və ya öz qeydlərini yazması da geniş yayılmış
təcrübədir.
Dostları ilə paylaş: |