Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə92/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   111
Mesajın  ötürücüsü  haqqında  məlumatı  necə  əldə  etməli? 
Mesajın  ötürücüsü  (mətnin  yazan)  haqqında  tərcüməyə  lazım 
olan məlumatı əvvəla mətnin əhatəsindən, girişindən, epiloqdan, 
çıxışlardan,  nəşriyyat  qeydlərindən  əldə  etmək  olar.  Re- 
septorun,  yaxud  tərcüməçinin  fon  bilikləri  də  müəllif  haqqında 
müəyyən məlumatı verə bilər. Müəllifin özü adətən onun yazıçı 
kimi  ustalığı,  məqsədi,  mövzulan, oxuculan haqqında müəyyən 
bilik toplamağa şərait yaradır. Siyasətçinin də adı məlum olduqda 
onun  görüşləri,  mövqeyi,  orientasiyası  və  digər  cəhətləri 
haqqında  müəyyən  təsəvvürlər  yaranır.  Belə  biliklər  çox  vaxt 
reseptorda  da  olur.  Buna  görə  mütərcim  nəzərə  almalıdır  ki, 
tərcümə  oxucusuna  nələr  məlumdur,  nələr  yox.  Məlumatsızlıq 
mətnin başa düşülməsinə mane olduqda, onda həmin məlumatın 
yeri tərcümə mətnində, yaxud tərcümə mətni mühitində müəyyən 
məlumatla doldurulmalıdır. 
Məsələn,  əgər  İngiltərənin  sabiq  baş  naziri  Toni  Bleycr  bir 
yerli qəzetdə baş məqalə ilə çıxış edirsə, ingilis oxuculan dərhal 
başa  düşürlər  ki,  məqalə  müəllifi  hansı  siyasi  partiyaya 
məxsusdur. Əgər bu məqalə tərcümə olunub bir alman qəzetində 
dərc  edilərsə,  onda  alman  oxuculan  onun  partiya 
mənsubiyyətindən xəbərsiz ola bilərlər. Məqalənin düzgün başa 
düşülməsi  və  şərhi  üçün  mətndə  hökmən  bir  neçə  sətirlə  lazım 
olan məlumat oxucuya çatdınlmalıdır. 
Mesajın  ötürücüsü  haqqında  məlumat  kommunikativ 
situasiyanın digər amilləri ilə də verilə bilər. Məsələn, əgər təhlil 
aparan  şəxs  hansı  vasitə,  nə  vaxt,  hansı  funksiya  ilə  (yerli 
qəzetdə,  filan  vaxt,  baş  sağlığı)  çap  edildiyini  bilirsə,  onda  o, 
mesajın  kimin  (qohumlar,  dostlar,  işlədiyi  təşkilat)  tərəfindən 
ötürüldüyünü  müəyyən  edir.  Nəşrin  yeri  mesajı  ötürənin  yeri, 
ölkəsi  haqqında  məlumat  verir,  çünki  eyni  dil  bir  neçə  ölkədə 
danışıla 
196 


bilər, məsələn: ingilis dili 60 ölkənin rəsmi dövlət dilidir. Mesajın 
hansı  mətbuat  orqanında  çapı  da  onun  ötürücüsü  haqqında 
məlumat  verir,  məsələn:  yazı  qəzetdə  isə  onun  ötürəni  müxbir, 
xüsusi  elmi  jurnalda  isə  o,  mütəxəssisdir.  Mesaj  haqqında 
məlumatı hətta onu ötürənin özündən, onunla əlaqəli şəxslərdən 
də soruşmaq olar. 
Mesajın  ötürücüsü  haqqında  məlumatın  аул  bir  mənbəyi 
mətnin özüdür. Əgər mətn mühiti lazımi məlumatı əldə etməyə 
imkan  vermirsə,  onda  təhlilçi,  yaxud  mütərcim  mətnin  özündə 
müəyyən  eyham  və  məlumatlar  axtarmağa  məcburdur.  Mətn 
müəyyən  yerli,  yaxud  sosial  mənsubiyyətdən  xəbər  verə  bilər, 
ancaq ola bilər ki, mesajı yazanla ötürən eyni şəxs deyil. Mətndə 
arxaik formalar  yazann yaşadığı dövrdən xəbər verir. Bütün bu 
suallara  ancaq  intratekstual  təhlil  tamamlandıqdan  sonra  cavab 
verilə bilər. 
Mesaj ötürənin məqsədi Məqsəd^ funksiya və təsir arasında 
fərq.  Mesaj  ötürənin  məqsədinin  ölçülərini  bilmək  üçün  ondan 
soruşmalıyıq ki, mətnin hansı məqsədi yerinə yetirməsini, mesajı 
ötürməklə  reseptorda  hansı  təsiri  doğurmasını  istəyir.  Məqsədi 
funksiyadan  və  təsirdən  (effektdən)  ayırmaq  çətindir.  Bəzi 
alimlər  müəllifin  niyyətini  məqsəd  və  təsirlə  eyniləşdirirlər. 
Bizim fikirimizcə, bu üç anlayış  eyni  şey,  yəni  ünsiyyətin eyni 
aspekti haqqında müxtəlif fikirlərdən başqa bir şey deyil. Məqsəd 
mesajı  ötürənin  nöqteyi-nəzəri  ilə  müəyyənləşir.  O,  mətnlə 
müəyyən  məqsədə  nail  olmaq  istəyir.  Ancaq  məqsəd  heç  də 
həmişə  mesajı  ötürənin  niyyətini  tamamilə  yerinə  yetirmir. 
Ünsiyyət  aktını  reseptor  tamamlayır,  çünki  o,  müəyyən 
funksiyada işlənən mətni alır və ünsiyyət aktı tamamlanır. 
Mətnin funksiyası mətndən xaricdədir. Mətnin reseptora təsiri 
mətn  oxunduqdan  sonra  bilinir.  Bu  prosesdə  xarici  və  daxili 
amillər birləşir. 
Şübhəsiz  bəzi  mətnlər  müəyyən  məqsədlərlə  əlaqələndirilir, 
ancaq  ola  bilsin  ki,  bu  məqsəd  kommunikativ  situasiyada  öz 
əksini tapmasın. Məsələn, bəzi köhnə mətnlər hazırda əvvəlki 
197 


məqsədini  yerinə  yetirmir. Adətən mətndə məqsəd, funksiya və 
effekt üst-üstə düşür. Aneaq bunlar aynlıqda ona görə araşdın- lır 
ki,  bu  amillər  tərcümə  prosesində  müxtəlif  əməliyyatlar 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin