Siyasət cəmiyyətdəki siniflərin öz maraqlan uğrunda apar-
dıqlan mübarizənin məqsəd və vəzifələrinin qorunub saxlanması
üçün istifadə olunan üsul və vasitələrdir. İdeologiya və siyasət
bir-birindən aynlmaz iki kateqoriyadır. Sinfi cəmiyyət yaranan
gündən hakim sinif həmişə özünü təbliğ etmiş vo hökmranlığını
saxlamağa çalışmışdır. Bu təbliğat vasitələrindən biri də bədii
ədəbiyyat olmuşdur. Müxalif bədii ədəbiyyatın nümayəndələri
həmişə təqib və cəzaya məruz qalmışlar. Azərbaycan
ədəbiyyatında Nəsimi Hələb şəhərində dərisi diri- diri soyulmuş,
Xaqani öz vətənini tərk etmiş, H.Cavid, M.Müşviq, Ə.Cavad və
digərləri represiyaya məruz qalmışlar. İngilis yazıçısı C.Svift
rüsvayçılıq sütununa bağlanıb (put into the pillory) şəhərin
küçələri ilə gəzdirilmişdir. Neçə-neçə rus şair və yazıçısı sovet
dövründə vətəni tərk etmək məcburiyyətində qalmışlar.
Bu cür təqib və cəzalar tərcüməçilərdən də yan keçməmişdir.
William Tyndale (1494-1536) “Əhdi-cədid”in tərcüməsi üçün
1513-cü ildə həbs olundu, 1536-cı ildə boğularaq öldürüldü və
meyidi yandınldı. Etinne Dolet (1509-1546) Platonun
əsərlərindən birinin tərcüməsində təhrifə yol verdiyi üçün
mühakimə olunub yandınldı. “Qurani-Kərim” uzun müddət
Azərbaycan dilinə tərcümə olunmadı, yayılmasına icazə
verilmədi, çünki sovet dövləti ateist dövlət idi. S.Rüştinin
“Şeytan ayinləri” əsərinin yapon dilinə tərcüməçisi öldürüldü.
Akademik Ziya Bünyadov “Alban tarixi”nin qədim erməni dili
qrapardan Azərbaycan dilinə tərcüməsi zamanı Məhəmməd
peyğəmbərin ünvanına deyimiş təhqirləri tərcümə etdiyi üçün
Hizbullahm təhriki ilə öldürüldü.
Hər bir cəmiyyət özünə münasib əsərləri tərcümə etdirir və
orijinalın məzmun və ideyasını özününkünə uyğunlaşdırır.
Hakim sinif, ideologiya nəyin tərcümə olunacağını, kimin onu
tərcümə edəcəyini, kimin bunlara nəzarət edəcəyini, kimin üçün
tərcümə edildiyini, kimlərə bu tərcümələri oxumağa icazə
verildiyini,
kimlərə icazə verilmədiyini,
tərcümədə nələrin əlavə
185
olunacağını,
nələrin
atılacağını,
dəyişdiriləcəyini
müəyyənləşdirir.
Alman filosofu Fridrix Nitşe (Friedrich Nietzche 1844- 1900)
ilk dəfə belə bir fikri səsləndirmişdi ki, bütün biliklər kiminsə
baxışlanndan asılı olur. O, tərcümənin də kiminsə baxış- lanndan,
görüşlərindən, maraqlanndan asılı olmasını pisləyərək qədim
Roma və klassik Fransanın özlərindən əvvəlki ədə- biyyatlan
tərcümə vasitəsilə mənimsədiklərini, özününküləşdirdiklərini
tənqid etmişdi(26). Onun şərhlərindən görünür ki, tərcüməyə
ideoloji baxımdan yanaşma həmişə mövcud olmuşdur.
Tərcümənin ideoloji yönümü müxtəlif şəkildə təzahür edir.
Məsələn, Aelfric
Lives of the Saints (Alfirik
Müqəddəslərin
həyatiyi tərcümə edərkən tərcüməni oxunaqlı etmək məqsədilə
sözləri azaltmışdır, ancaq bu, cümlələrin anlamına, mətnin
məzmununa xələl gətirməmişdir.
Bununla o,
iki ideoloji hərəkətə
yol vermişdi: tərcüməni oxucunun anlam və zövqünə
uyğunlaşdırmış, dominant latın dilini milli dillə əvəz etməklə
savadlı və ruhani təbəqəyə öz mənfi münasibətini ifadə etmişdi.
Bu dövrdə tərcümə özü inqilabi bir hərəkat idi. Tərcümə
vasitəsilə elm hakim sinfin nəzarətindən çıxanlır, onun
yayılmasına rəvac verilirdi. Oxucular sərbəst şəkildə, yəni
vasitəçisiz məlumat mənbələrinə çıxış əldə edirlər. Tərcümə
texnikasına nəzarət etməyə imkan yaranırdı(26).
Orta əsrlərdə və intibah dövründə sərbəst və hərfi tərcümə
arasındakı mübarizənin də əsasında ideologiya dururdu. Məsələn,
XV əsr tərcüməçisi Niclas von Wyle yazırdı ki, yuxan təbəqə
üçün hərfi tərcümə edirdim, bilirdim ki, sadə, təhsilsiz, adi
adamlar üçün bu cür tərcümə anlaşılmaz olacaq. Sadə alman
dilinə tərcümə etdikdən sonra çoxları xahiş edirdilər ki, tərcüməni
tamamlayım, alim adamlar isə məsləhət görürdülər ki, bu cür
tərcümə etməyim, heyifdir ki, bizim çox böyük zəhmətlə
öyrəndiklərimiz Siseron və digər korifeylərin əsərləri belə
asanlıqla sadə insanlann malına çevrilsin(26).
186
intibah dövrünün tərcüməçiləri tərcümə yox, şərh etməklə
orijinalın ideoloji istiqamətini dəyişirdilər. İlahiyyatçılar Əhdi-
Ətiqin hərfi tərcüməsinə qarşı çıxırdılar, çünki bu cür tərcümə
xristian ənənələrinə zidd idi.
Mütərcim müəyyən bir bədii əsəri çevirərkən hökmən bir
mövqe nümayiş etdirir. Çünki bədii əsər özü də kiminsə
mövqeyindən çıxış edir. Bu hal özünü özününküləşdirmə və
özgə- ninkiləşdirmə strategiyasında aydın şəkildə göstərir.
Keçmiş Sovetlər Birliyində Marks, Engels, Leninin tərcümə
haqqında
fikirləri
təbliğ
edilirdi.
A.Federov
(74),
Q.Qaçiçiladzenin (63) fikirləri, xüsusilə Q. Qaçiçiladzenin
realist
tərcümə termini və onun bu barədə düşüncələri kommunist
ideologiyasının bu sahəyə necə sirayət etməsinin nümunəsidir.
Müəyyən bir ideoloji quruluşda axına qarşı üzmək mümkün
deyil. Bu o deməkdir ki, hər quruluş öz tərcüməçisini yetişdirir və
istiqamətləndirir. Məsələn, Qahirədə İslam Araşdırmaları
Mərkəzi “Qurani-Kərim”in öyrənilməsi və tərcümə məsələləri ilə
məşğul olur. Mərkəzin fikrincə, “Qurani-Kərim”i ancaq mömin
və müsəlman olan şəxs tərcümə edə bilər. Başqa mütərcim
müqəddəs kitabın ruhunu, istiqamətini dəyişdirə bilər.
Dostları ilə paylaş: