Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə87/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   111
Tərcümənin mərhələləri 
Tərcümənin  mərhələləri  dil  işarəsinin  tanınmasından 
(identification) başlayır. Məsələn, belə bir cümləni oxuyuruqHe 
is  a  real  Canute.  Burda  böyük  hərflə  yazıldığından  Canute-  un 
xüsusi isim olduğunu başa düşürük. Lüğət və ensiklopediyalara 
müraciət  edirik.  Məlum  olur  ki,  Canute  1016-1035-ci  illərdə 
İngiltərənin,  sonradan  isə  Danimarka  və  Norveçin  də  kralı 
olmuşdur(17). Rəvayətə görə Canute öz gücünə o qədər arxayın 
imiş  ki,  bir  dəfə  qılıncını  çəkib  dənizə  dayanmağı,  sahilə 
yaxınlaşmamağı  əmr  edir.  Şübhəsiz  ki,  dənizin  qarşısında  kim 
dayana  bilər?  Canute-\m  hərəkəti  mənasızdır.  Canute  haqqında 
bu  məlumatın  toplanması  informasiya  (information)  mərhələsi 
adlanır. 
Bundan sonra toplanmış məlumatı hansı qaydada açıqlamaq 
(explication)  mərhələsi  gəlir.  Mütərcim  bunu  özü  üçün  müəy- 
yənləşdirəndən  sonra  cümlənin  аул  bir  dilə  ötürülməsi, 
transformasiyası  (transformation)  barədə  düşünür,  bu  hərəkətin 
yerinə yetirilməsində dördüncü mərhələdir(14). 
Jean  Delisle  tərcümə  prosesində  üç  mərhələdən  danışır. 
Birinci mərhələ mətnin  başa düşülməsi  (comprehension), ikinci 
reformulyasiya 
(reformulation) 
və  üçüncü  verifikasiya 
(verification) adlanır(14). 
Birinci  mərhələdə  mütərcim  müəllifin  nə  demək  istədiyini 
müəyyənləşdirməyə  cəhd  edir.  Şübhəsiz  ki,  mətni  sadəcə 
oxumaqla bunu bilmək mümkün deyil. Bunun üçün mütərcim özü 
müəyyən  bilik  sahibi  olmalı,  mətni  şərh  və  təhlil  etməyi; 
Se
mantik, referensial və qeyri-linqvistik əlaqələri fərqləndirməyi 
bacarmalıdır. Bunun üçün ən münasib yol İ.R.Qalperin tərəfindən 
tətbiq  olunan mətnin  üslubi  təhlili metodudur(8). O, belə hesab 
edir ki, mətnin təhlilinin birinci mərhələsi taksono 
183 


mik mərhələdir. Burda mətnin növü, üslubu, jann müəyyənləşir. 
Əgər  mətn  bədii  mətn  kimi  dəyərləndirilirsə,  bədii  mətn  növü 
üçün  nəzərdə  tutulan  tələblərə  cavab  verməlidir.  Bədii  mətnin 
funksiyası  estetik-idraki  funksiyadır.  Bu  o  deməkdir  ki,  mətn 
müəyyən bir informasiyanın ötürücüsüdür, lakin bu informasiya 
qəzet, yaxud elmi üslubda olduğu kimi birbaşa yox, bədii şəkildə, 
sanki  gözəgəlimli,  bəzəkli  bir  formada  təqdim  edilir.  Burda 
forma, vəzn, qafiyə, bənd, çoxmənalılıq, obrazlı- hq və s. var ki, 
digər  mətnlərdə  bunlar  ya  yoxdur,  ya  da  o  sayda,  o  dərəcədə 
deyil.  Funksiya  özü  mətnin  nədən  bəhs  etdiyini,  mövzusunu 
müəyyənlşdirir.  Bundan  sonra  mətn  oxunur,  məzmun  bilinir. 
Mütərcim müvafiq tərcümə metodunu seçir, ikinci mətnin başa 
düşülməsi,  üçüncü  semantik,  dördüncü  üslubi,  beşinci  isə 
funksional  mərhələdir.  Bütün  bunlann  hamısının  mahiyyətini 
açıqlamağı  lazım bilmirik. Çünki  tərcüməçi  üs- lubiyyatı  yaxşı 
bilməlidir ki, bu məsələləri ayırd edə bilsin. 
Tərcümə  prosesində  ikinci  mərhələ  olan  reformulyasiyanın 
mahiyyəti bundan ibarətdir ki, fikir hər bir dildə o dilin qanun- 
lanna,  mətn  müəllifinin  üslubuna  görə  ifadə  olunur.  Tərcümə 
prosesində  bu  iki  element  аул  dilin,  аул  şəxsin  təsirinə  məruz 
qalır. Şübhəsiz ki, yeni meyarlar əsasında formalaşır və təqdim 
olunur. 
Sonrakı  sonuncu  mərhələ  dürüstləşdirmə  (verification) 
mərhələsidir. Bu mərhələnin məqsədi tərcümənin dürüstlüyünü, 
orijinala  uyğun  gəlib-gəlmədiyini,  onu  necə  əks  etdirdiyini 
yoxlamaqdır.  Bunun  üçün  seçilmiş  ekvivalentlərin  məxəz 
mətndəki söz, ifadə və digər dil vahidlərinin məna və anlamını 
necə  əks  etdirməsi,  ifadə  tərzlərinin,  məntiqilik  və  mətnə  dair 
digər elementlərin uyğunluğu müəyyənləşdirilir. 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin