Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə23/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 38 ____________________________ 
informasiya əsasında ayrı-ayrı quyular və ya bir-neçə quyu 
barədə, həmçinin bütövlükdə neft-qaz çıxarma müəssisələri 
üzrə hesabatlar hazırlayır. Analitiklər bu informasiyanı neft 
hasilatı ilə sərf olunan resursların (elektrik enerjisinin, suyun, 
təmir materiallarının) müqayisəli təhlili üçün istifadə edə 
bilərlər. Bu təhlil əsasında ayrı-ayrı quyular və ya bir-neçə 
quyu barədə, həmçinin bütövlükdə neft-qaz çıxarma müəs-
sisələri üzrə işlərin səmərəliliyini əks etdirən informasiya 
rəhbərliyə təqdim edilə bilər. Bu informasiya əsasında xərci 
çox, hasilatı az olan quyunun və ya quyuların, həmçinin 
müəssisənin işinin dayandırılması barədə qərar qəbul edilə 
bilər.
Strateji səviyyədə uzunmüddətli istehsal planının tərtibi 
məsələsi həll edilir ki, bu da istehsalın gələcək artımını və 
onun resurs təminatını qiymətləndirmək məqsədi güdür. Neft 
şirkəti üçün strateji səviyyədə həll edilən məsələ kimi yeni 
neft yataqlarının mənimsənilməsi yolu ilə və ya kiçik neft 
şirkətlərini satın almaqla neft hasilatını artırmaq məsələsi 
nümunə göstərilə bilər. Bu məsələnin həlli üçün operativ 
səviyyədən daxil olan neft-qaz yataqlarının vəziyyəti barədə 
geoloji informasiya və xaricdən daxil olan bazar informasiyası 
(Rəqabətedici şirkətlərin satışa çıxarılması və neft-qaz hasil 
edən şirkətləri olan səhmdarların şirkət satıb-satmadığı barədə 
informasiya) lazımdır. 
 
TƏŞKİLATI İYERARXİYANIN MÜXTƏLİF 
SƏVİYYƏLƏRİNDƏKİ İNFORMASİYA SİSTEMLƏRİ 
Operativ səviyyədə 
transaksiya emal edən sistemlər 
(TES), başqa sözlə
transaksiya informasiya sistemləri (TPS - 
Transaction Processing Systems) işləyir. Transaksiya emal 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin