Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


VERİLƏNLƏRƏ ƏSASLANAN QƏRAR QƏBULUNU



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə31/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

VERİLƏNLƏRƏ ƏSASLANAN QƏRAR QƏBULUNU 
DƏSTƏKLƏYƏN SİSTEMLƏR ALTSİSTEMİ 
 
Bu, formal cəhətdən ən mürəkkəb məsələ olan aktual 
verilənlərin operativ emalı altsistemidir. Burada söhbət, 
faylların yaddaşda yerləşdirilməsi, axtarışı və təqdimatı kimi 
elementar əməliyyatlardan deyil, ilk növbədə, verilənlərin 
saxlanc yerlərindən (
Data Warehouse) və on-line emal 
sistemlərindən (
OLAP) gedir. OLAP-sistemlərə əsaslanan qərar 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 47 ____________________________ 
qəbulunu dəstəkləyən sistemlərin irihəcmli aktual verilənlərin 
təhlili əsasında qərar qəbuluna güclü kompüter dəstəyi verə 
bilir. Belə sistemlərə nümunə kimi coğrafi informasiya sistem-
lərini (CİS) göstərmək olar. 
Verilənlərin saxlanc yeri dedikdə, qərar qəbulunu 
dəstəkləmək üçün formalaşdırılan predmet yönümlü, 
inteqrasiya edilmiş, zaman-zaman zənginləşdirilən, lakin qeyd 
edildikdən 
(yaddaşa 
(bazaya) 
yazıldıqdan) 
sonra 
dəyişdirilməyən verilənlər yığımı nəzərdə tutulur. Verilənlərin 
saxlanc yerlərində istifadə edilən nisbətən geniş yayılmış emal 
metodları çoxölçülü təsnifləşdirmə və asılılıqların bərpası kimi 
statistik metodlardan ibarətdir. Bu metodların bir qismi 
kəşfiyyat təhlili (Data Mining) deyilən kateqoriyaya aid olub
bazaya yığılmış verilənlərdəki gizli qanunauyğunluqları 
aşkarlamağa xidmət edir. 
TELEKOMMUNIKAS
İYALARA ƏSASLANAN QƏRAR 
QƏBULUNU DƏSTƏKLƏYƏN SİSTEMLƏRİN ALTSİSTEMİ 
Qərar qəbulunun telekommunikasiya dəstəyi iki və daha 
çox mütəxəssisin ünsiyyət qurmasına, informasiya mübadiləsi 
etməsinə və birgə fəaliyyətlərini koordinasiya etməyə 
(əlaqələndirməyə) imkan verir. Belə sistemlərə nümunə kimi 
audio-, video-, Veb-konfranslar, elektron poçt göstərilə bilər 
ki, bunlara da bəzən qrupşəkilli qərar qəbulu sistemi də 
deyilir. Bu tip altsistemlər mütəxəssis qrupları arasında əlaqə 
yaradaraq informasiya mübadiləsini reallaşdırır və mütəxəssis 
qruplarının birgə işləməsini təmin edir. 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin