Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə28/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 43 ____________________________ 
vasitəsilə xarici mənbələrdən alır. Gördüyü işin nisbətən 
sadəliyinə baxmayaraq, rəhbərliyi dəstəkləyən sistemlərin 
olub-olmaması korporativ informasiya sistemlərinin uğurlu 
inkişafına ciddi təsir göstərir. Kompüterləşdirilmiş informasiya 
sistemlərinin faydasını şirkət rəhbəri ilk növbədə rəhbərliyi 
dəstəkləyən sistemlərin nümunəsində hiss edir.
Aparıcı informasiya sistemlərinin 
ERP-sistem üzərində 
quraşdırılmış 
Accenture, Navision kimi öz kokpit-sistemləri 
vardır.
İkincisi, rəhbərliyi dəstəkləyən sistemlər
xüsusən strateji 
qərarların hazırlanması üçün istifadə edilir. Bu, şirkətin 
perspektiv fəaliyyətini: istehsalda istifadə edilən materiallar
texnoloji proseslər, idarəetmə prosesləri, strukturları və 
metodları, müəssisələrin kreditləşməsinin maliyyə sxemləri və 
öz vəsaitlərinə investisiya qoyuluşları, ixtisaslı mütəxəssislərin 
cəlb edilməsi, hazırlanması və yenidən hazırlanması, rəqiblərin 
fəaliyyəti və s. baxımından qiymətləndirmək üçün lazımdır. 
Xarici mənələrdən alınması mümkün olan bütün 
informasiya toplanır. Mütəxəssislər strateji inkişaf ssenariləri 
hazırlayır. Bu məqsəd üçün bəzi hallarda külli miqdarda vəsait 
sərfi ilə bağlı güclü hesablayıcı sistemlərə sahib olmaq lazım 
gəlir.
Rəhbərliyi dəstəkləyən sistemlər
çox hallarda “əgər..., 
onda nə olar?” suallara cavab verən sistem kimi fəaliyyət 
göstərir.
Strateji 
informasiya 
sistemləri 
şirkətin 
rəqabət 
qabiliyyətini azalmağa qoymayan məhsul, xidmət, proses 
axtarışı ilə məşğul olur. Bu məsələlər adətən, strukturlaşdırıl-
mamış olur. Bəzi iri şirkətlərdə xüsusi situasiya otaqları 
fəaliyyət göstərir ki, bunlar da müxtəlif strateji ssenarilərin 
virtual gerçəkləşdirilməsi və qiymətləndirilməsi ilə məşğul 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin