MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 40 ____________________________
sistemləri də mövcuddur. Bu ad oxşarlığı dolaşıqlıq
yaratmamalıdır. Çünki transaksiya
təsərrüfat fəaliyyətinin
elementar aktıdır. Məsələn, hesabdan çıxarış verilməsi bir
transaksiyadır. Sifarişin emalı başqa transaksiyadır və s.
Tranzaksiya
isə
verilənlər
bazasında
verilənlərin
manipulyasiyası əməliyyatlarıdır ki, bunların
da nəticəsində
verilənlər bazası bir bütövlük vəziyyətindən digər bütövlük
vəziyyətinə keçir. Yəni transaksiya xalis iqtisadi termindir.
Tranzaksiya isə verilənlərin saxlanması
və onlara müraciətin
təşkili ilə bağlı olan texnoloji termindir.
Beləliklə,
transaksiya sistemləri baş verən təsərrüfat
əməliyyatları ilə əlaqədar olan
verilənlərin daxil edilməsi,
emalı və təqdim edilməsi işlərini həyata keçirir. Yəni faktiki
olaraq təsərrüfat fəaliyyətini sənədləşdirir.
Tranzaksiya sistemləri isə çoxsaylı
istifadəçilərin
sorğularının paralel işlənməsi imkanını reallaşdırır. Bu
sistemlər hətta eyni verilənə çoxsaylı paralel müraciət mövcud
olan hallarda da paralel işlənməni həyata keçirə bilir.
Taktiki səviyyədə, biliklərin emalı sahəsində 2 tip sistem
işləyir: bilik emalı sistemləri (BES, ingiliscə,
KMS-
Knowledge
Management System) və ofisin avtomatlaşdırılması sistemləri
(OAS-
Office Automation Systems).
Bilik emalı sistemləri (BES) –
təşkilatda yeni biliklərin
yaradılmasına (yeni məhsulların dizaynı, sənəd dövrüyyəsinin
avtomatlaşdırılması, şirkətin İnternetdə təqdim edilməsi və s)
və inteqrasiyasına kömək edən informasiya sistemləridir.
Ofisin
avtomatlaşdırılması
sistemləri
(OAS)
isə
menecerlərin əmək məhsuldarlığını
yüksəldən kompüter
sistemləridir. Məsələn,
Microsoft Office belə sistemdir. Ofisin
avtomatlaşdırılması sistemləri
həm də sənəd dövüyyəsini
dəstəkləyən avtomatlaşdırılmış sistemləri də əhatə edə bilər.