Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə33/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 50 ____________________________ 
həyata keçirir. Bundan əlavə
MRP ERP-nin bir hissəsidir. 
Malgöndərmə zəncirini idarə edən sistemləri isə 
ERP üzərində 
üstqurumdur. Odur ki, Malgöndərmə zəncirini idarə edən 
sistemləri həm daxilolan logistikanı, həm də çıxan logistikanı 
tamamilə avtomatlaşdırır. 
MALGÖNDƏRMƏ ZƏNCİRİNİ İDARƏ EDƏN 
SİSTEMLƏRİN REALLAŞDIRILMASI 
(
YARADILMASI MƏNASINDA) 
 
PricewaterhouseCoopers 
şirkətinin 
nəşr 
etdiyi
Technology Forecast sorğu kitabında göstərilmişdir ki, 2000-ci 
ildə Malgöndərmə zəncirini idarə edən sistemlərnin inkişafında 
lider olan 
i2TECHNOLOGİES şirkəti bazara yeni RHYTHM 
proqram paketi əsasında genişləndirilmiş 
MRP-sistem 
çıxarmışdır. Bu paket obyektyönümlü texnologiyalara və süni 
intellektə əsaslanan malgöndərmə planları və qrafikləri 
tərtibini avtomatlaşdıra bilir. 
MANUGİSTİCS GROUP şirkəti isə 
Malgöndərmə 
zəncirini 
idarə 
edən 
sistemlərdə 
malgöndərmələrin optimallaşdırılması sistemlərinin inkişaf 
etdirilməsi üzrə liderdir. Bu iki şirkət 
ERP, xüsusən də 
Malgöndərmə zəncirini idarə edən sistemlərin istehsalı üzrə 
lider olaraq qalır. 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 51 ____________________________ 
MÜŞTƏRİLƏRLƏ MÜNASİBƏTLƏRİN 
İDARƏ EDİLMƏSİNİN ELEKTRON 
SİSTEMLƏRİNİN İNKİŞAFININ TƏHLİLİ
Məhsul istehsalçısı və xidmət müəssisələrinin öz alıcıları və 
istehlakçıları ilə münasibətləri baş problem olaraq hər bir 
şirkətin gündəlik işidir. Elektron biznes erasının başlanması 
səmərəliliyin yüksəldilməsi, xərclərin azaldılması, müştəri 
bazasının genişləndirilməsi kimi çox mühüm biznes vəzifələrinin 
yerinə yetirilməsini ön plana keçirmişdir. Biznesin virtual 
İnternet mühitinə keçirilməsi belə bir sualla müşayiət olunur ki: 
bu və ya digər biznes məsələsinin İnternet texnologiyasının 
köməyi ilə həlli hansı iqtisadi faydanı verə bilər?
Müştərilərlə 
münasibətlərin 
ənənəvi 
idarəetmə 
sistemindən elektron idarəetmə variantına (İnternet bazasında 
fəaliyyət göstərən 
CRM-ə (Customer Realtionship Menegement 
- müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsi

keçilməsi də tamamilə bu suala anoloji suallar yaradır. Yəni: 
açıq və geniş müraciət mühiti yaradan müasir kompüter 
texnologiyaları 
malgöndərənlərlə 
sifarişçilər 
arasında 
münasibətlərin idarə edilməsi səmərəliliyini artıra, müştəri 
bazasını genişləndirə, biznes iştirakçılarının hər cür qarşılıqlı 
fəaliyyətinin yeni formalarını yarada, fəaliyyətin səmərəliliyini 
və rentabelliyini yüksəldə bilərmi? 
Müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsi 
sistemi malgöndərənlər, istehsalçılar və istehlakçılar arasında 
alqı-satqı, marketinq və xidmət göstərilməsi ilə bağlı qarşılıqlı 
münasibətlərlə birbaşa və ya dolayı əlaqəli olan biznes-
proseslərin avtomatlaşdırılması, optimallaşdırılması və səmərə-
liliyinin yüksəldilməsinə xidmət edir.



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin