MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 44 ____________________________
olurlar. Strateji məsələlər daim korrektə edilməyə ehtiyac
duyur. Yəni hər cür dəyişikliklər nəzərə alınmaqla yeni
variantlar yoxlanılır. Bu məsələləri həll edən
SAP AG şirkətinin
təklif etdiyi
SAP SEM (Strategic Enterprise Management)
sistemi: strateji planlaşdırmanın modelləşdirmə, operativ
planlaşdırma və büdcələşdirmə ilə əlaqələndirilməsi, əsas açar
göstəricilər
əsasında
şirkətin
strateji
səmərəliliyinin
monitorinqi, xarici və daxili qüvvələrin birləşdirilməsi, qərar
qəbulu üçün lazım olan daxili və xarici informasiyanın
avtomatik yığılması kimi komponentlərə malikdir.
İNFORMASİYA SİSTEMLƏRİ – BİZNES-ƏLAVƏ KİMİ ERP-sistemlərin, artıq kifayət qədər ətraflı bəhs edilən,
üzvi tərkib hissəsi olan funksional altsistemlərlə yanaşı,
ERP-
sistemlərin imkanlarını genişləndirən və onu gücləndirən
müxtəlif tətbiqi sistemlər də mövcuddur. Mahiyyətcə,
ERP özü
də tətbiqi sistemdir. Şirkətin əsas və köməkçi biznes
fəaliyyətini dəstəkləyən tətbiqi sistemlər
biznes-əlavələr
adlanır.
İri
şirkətlərdəki
müasir
biznes-əlavələrin
əsas
komponentləri aşağıdakılardır:
•
ERP-təməl (The ERP Backbone). Bu, zəruri funksional
altsistemlər məcmusudur;
•
Qərar qəbulunu dəstəkləyən sistemlər (QQDS-DSS).
Bunlar intellektual proqram əlavəsinə (
Business
Intelligence Solutions - BIS) malik sistemlərdir;
•
Malgöndərmə zəncirini idarə edən sistemlər (Supply
Chain Management - SCM);
•
Müştərilərlə münasibətlərin idarə edilməsi sistemləri
(Customer Relationship Management – CRM).