Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə37/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 57 ____________________________ 
olan 
ERP (Enterprise Resource Planninq) əlavəsinə üstünlük 
(43%) verirlər.
Müştərilərlə qarşılıqlı münasibətlərin idarə 
edilməsi sistemi (
Customer Relationship Mangement) əlavəsi 
17%-lə ikinci yeri tutur ki, bu da onu göstərir ki, şirkətlər bu 
sistemə investisiya qoymağa və tətbiq etməyə böyük maraq 
göstərirlər. Malgöndərmə zəncirini idarə edən sistemlər 13%, 
istehsal-proqram əlavələri 16%, sair proqram əlavələri isə 11% 
xüsusi çəkiyə malikdir.
Gartner Croup tərəfindən aparılan tədqiqatlardan aydın 
olmuşdur ki, Müştərilərlə qarşılıqlı münasibətlərin idarə 
edilməsi sisteminin işlənib hazırlanması ilə bu və ya dıgər 
şəkildə 50-dən artıq şirkət məşğuldur. Lakin bu bazarda elə 
vəziyyət yaranmışdır ki, hətta ilk 5 yeri tutan firmaların da 
xüsusi çəkisi 2%-i aşmır.
CRM Community adlı İnternet-şirkət öz üzvlərinin 
sorğularına əsasən 2001-ci ildə proqram məhsulları istifadə 
edilən və ya istifadə edilmək üçün qəbul edilən nisbətən daha 
çox tanınmış 20 “Müştərilərlə qarşılıqlı münasibətlərin idarə 
edilməsi sistemi”nin proqram təminatı hasilatçısının siyahısını 
elan etmişdir ki, bunlar da cədvəl 1-də verilmişdir. 
Cədvəl 1. 
Mövcud CRM layihələrinə müştəri marağı 
№ 
CRM hasilatçısı 
Rəyi soruşulan 
istifadəçilərin xüsusi 
çəkisi, % 
1 Siebel 
33 
2 Oracle 
28 
3 PeopleSoft 
15 
4 SAP 
15 
5 MikrosoftllS 
14 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 58 ____________________________ 
6 E.piphany 
14 
7 IBM 
14 
8 BroadVision 
12 
9 Nortel/Clarify 

10 Ariba 

11 BEA 

12 Kana 

13 Pivotal 

14 GreatPlains 

15 Broadbase/ServiceSoft 

16 InteractCommerce 

17 eGain 

18 Applix 

19 YouCentric 

20 Onyx 

Göründüyü kimi, proqram məhsulları hasilatçıları arasında 
ilk 5-liyə 
Siebel, Oracle, PeopleSoft, SAP, Microsoft kimi 
tanınmış şirkətlər daxildir. Çədvəl 1-də göstərilənlərdən əlavə
rəyi soruşulanlar 10-larla digər proqram hasilatçı şirkətlərin də 
adlarını çəkmişlər ki, bunlardan da, 
Front Range/Goldmine, 
Sale Logics, Remerdy və s. misal göstərmək olar. 
Bu sorğuda, eyni zamanda, rəyi soruşulan istifadəçilərin 
kiçik və orta biznesin satın almağa gücü çatmayan 
tamfunksional paketlərə və ya cürbəcür proqram məhsulları 
yığımına üstünlükvermə münasibətləri də öyrənilmişdir ki, 
bunun da nəticəsi şəkil 5-də verilmişdir. 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin