Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə21/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 35 ____________________________ 
yerləridir. Operativ səviyyədə idarəetmə qərarı qəbul edən
məsələn, nağd pul götürmək üçün Əmanət bankının şöbəsinə 
müraciət edir. Operator təqdim edilən sənədlər əsasında 
əmanətin vəziyyətini yoxlayır və tələb edilən pul məbləğini 
verib-verməmək barədə qərar qəbul edir.
Taktiki səviyyə bizim üçün daha maraqlıdır. Çünki bu 
səviyyədə inzibati və analitik işlə məşğul olan orta səviyyə 
menecerləri işləyir. İnzibati iş xeyli bezdiricidir və formal 
xarakter daşıyır. Bu səviyyədə bütün tabe bölmələrdən infor-
masiya toplayıb şirkətin normal fəaliyyəti təmin edilir və bu 
vəziyyət nəzarət altında saxlanır. Orta səviyyə menecerlərinin 
inzibati işi, adətən, strukturlaşdırılmış məsələlərin həllindən 
ibarət olur. Taktiki səviyyədən gələn informasiya bir qayda 
olaraq, 
bölmələrdə 
işlərin 
vəziyyəti 
barədə 
dövri 
informasiyadan ibarət olur. Buna misal, sexlərin, təmir 
bölmələrinin həftəlik, ongünlük, aylıq və s. hesabatları 
göstərilə bilər. 
Taktiki səviyyədə icra edilən analitik iş daha çox 
strukturlaşdırılmamış məsələlərin həllindən ibarət olur. Belə 
məsələlərin həlli üçün adətən dəqiq alqoritm və və ya dəqiq 
informasiya çatışmır. 
İdarəetmə 
qərarı 
aydın 
olmadıqda 
məsələni 
modelləşdirmək və müxtəlif variantları yoxlamaq lazım gəlir. 
Belə məsələlərə aşağıdakılar aiddir: 

Məhsulun satış qiyməti 15% artırlarsa, satış həcmi necə 
dəyişər? 

Sifarişlər portfelini necə tərtib etməli ki, mənfəət 
maksimum olsun? 
Qeyd edək ki, inzibati işin icrası üçün şirkətdaxili 
informasiya kifayət edir. Analitik iş isə həm xarici 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 36 ____________________________ 
məlumatlara, həm də operativ səviyyədə yaranan 
informasiyaya ehtiyac duyur. 
Biliklərin emalı da taktiki səviyyədə həyata keçirilir. Bu 
işlə şirkətin 2 tip bölmələri: sənəd emalı (sənədin alınması, 
qeydiyyatdan keçirilməsi, saxlanması, tələb üzrə təqdim 
edilməsi və ləğv edilməsi) ilə məşğul olan ümumi bölmələr və 
yeni məhsul modelləri hazırlayan layihə büroları məşğul olur.
Strateji səviyyədə yuxarı səviyyə menecerləri şirkətin 
uzunmüddətli inkişafı problemlərini həll edir və həmçinin, ətraf 
aləmdə baş verən dəyişikliklərin meyllərini izləyirlər. Bunların 
əsas vəzifəsi ətraf aləmdə baş verən dəyişikliklərin şirkətin 
biznes fəaliyyəti üçün təhlükəli olan məqamlarını (Şirkətin 
biznes fəaliyyətində uduzmalara səbəb ola biləcək yeni 
materialların, məhsulların, texnologiyaların meydana çıxması) 
aşkarlamaqdan ibarətdir. 
Strateji səviyyədə həll edilən məsələlərə nümunə olaraq 
aşağıdakıları göstərmək olar: 

Şirkət yaxın illərdə hansı məhsulları istehsal edəcəkdir? 

5 ildən sonra şirkətə hansı mütəxəssislər və hansı 
ixtisas səviyyələrinə malik mütəxəssislər lazım 
olacaqdır? 

Şirkətin əsas rəqibləri hansı məhsulun istehsalı 
strategiyasını seçmişlər? 
Aydındır ki, strateji səviyyə üçün əsasən xarici 
informasiya tələb olunur ki, bunu da əldə etmək həmişə 
mümkün olan iş deyildir. Məsələn, rəqiblərin strateji istehsal 
planları çox gizli saxlanır.
Qeyd edək ki, hər bir idarəetmə və qərar qəbulu 
səviyyəsinin özünəməxsus funksional məsələləri vardır.



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin