İQTİSADİ İNFORMATİKA
________________________122________________________
zamanda İnternet-şəbəkədən milyardlarla istifadəçi
bəhrələnir. Hal-hazırda Tim Berners-Li yaratdığı
Ümumdunya Hörümçək Toru şəbəkəsi Konsorsimuna
(World Wide Web Consortium) rəhbərlik edir.
Ser Timoti Con Bernars-Li (ingiliscə Sir Timothy
John «Tim» Berners-Lee) 1955-ci ildə anadan olmuşdur.
İnhilis alimi, URI, URL, HTTP, HTML-in yaradıcısı,
Ümumdünya Hörümçək Torunun yaradıcısı (Robert Kayo
ilə
bitlikdə),
Ümumdünya
Hörümçək
Toru
Konsersiumunun başçısı, Semantik Hörümçək Toru
konsepsitasının müəllifi, informasiya texnologiyaları
sahəsində çoxlu sayda tədqiqatların müəllifi.
İcra etdiyi funksiyadan asılı olaraq, server müxtəlif
cür adlandırılıa bilir. Məsələn, telekommunikasiyalar
serveri lokal şəbəkə ilə digər şəbəkələr arasında əlaqə
İQTİSADİ İNFORMATİKA
________________________123________________________
yaradır. Buna görə də bu server xəbərlərin
marşrutlaşdırılmasını və gəlib-gedən informasiyanın
buferləşdirilməsini təmin etməlidir. Hesablayıcı server işçi
stansiyaların gücü çatmayan hesablamaları aparmaq
üçündür. Disk serveri geniş xarıcı yaddaş resurslarına
malik olmaqla, işçi stansiyalara əlavə yaddaş xidməti
göstərmək üçün qurulur.
Bu bölgü yalnız funksional bölgü olduğundan, real
həyatda bir kompüterdə həm kommunikasiya serveri,
həm verilənlər bazası serveri, həm poçt serveri və həm də
işçi stansiya təşkil etmək mümkündür.
Verilənlər bazası serveri üçün isə bir neçə kompüter
ayırmaq mümkündür. Lakin bütün bu kompüterlərə
funksional aspektdə vahid kompüter kimi baxılacaqdır.
Şəbəkə həm də müxtəlif proqram və altproqramların
qarşılıqlı
fəaliyyətini
təmin
etdiyindən,
həmin
proqramların hansı kompüterlərdə yerləşməsindən çox
şey asılıdır. Yəni elə etmək lazımdır ki, şəbəkə boyu
ötürülən informasiyanın həcmi minimum olsun.
“Müştəri – server” texnologiyasında funksiyalar və
informasiya xidməti müştəri (informasiya istifadəçisi) ilə
server (informasiya sahibi) arasında elə paylanır ki,
şəbəkə üzrə informasiya ötürülüşü minimum olsun. Bu
texnologiyada müştəri serverə sorğu göndərir. Sorğuda
tələb olunan informasiyanın xarakteri və həcmi, həmçinin
verilənlərin təşkili forması göstərilir. Bunun əsasında
lazımi informasiyanı server verilənlər bazasında axtarır,
tapır və tələb olunan formada dəyişdirir, alınmış nəticə
müştəriyə
ötürülür.
Bu
texnologiyada
interfeys
İQTİSADİ İNFORMATİKA
________________________124________________________
proqramları müştəri kompüterdə, sorğunu işləyən sistem
proqramları isə serverdə işləyir.
Global, regional və lokal şəbəkələrin geniş yayılması,
xüsusilə İNTERNET-in meydana çıxması bir sıra yeni
xidmətlərin yaranmasına səbəb oldu ki, bunlardan da ən
populyarı elektron poçtdur. Bununla yanaşı, verilənlərin
şəbəkə vasitəsilə ötürülməsi, uzaqdakı verilənlər bazasına
və proqramlara müraciət, telekonfransların keçirilməsi,
İnternet vasitəsilə telefon zənglərinin icrası mümkün
olmuşdur. İnternet artıq bir sosial hadisə olaraq müasir
cəmiyyətin həyat ukladlarının hamısına televiziya qədər
güclü təsir göstərməkdədir.
QEYD: 1965-ci ildə Massaçuset Texnologiya
İnstitutunun əməkdaşları Noel Morris və Tom Van Vlek
IBM 7090/7094 kompüterinə quraşdırılmış CTSS
(Compatible Time-Sharing System) əməliyyat sistemi
üçün MAIL proqramını hazırlayırlar.
Sonrakı illərdə bu istiqamətdə digər mütəxəssislərin
də elmi araşdırmalar aparmasına baxmayaraq bu sahədə
hiss ediləcək irəlləyiş əldə olunmur.
Öncə elektron poçtu böyük ölçüyə malik verilənlərin
mərkəzləşdirilmiş təhlilini həyata keçirə bilən böyük
kompüterlərdə
–
maynfremlərdə
informasiya
mübadiləsinin yerinə yetirilməsi üçün nəzərdə
tutulmuşdu. Bu məsələ istifadəçilərdən ötrü o qədər
əlverişli oldu ki, onlar (N.Morris və T.V.Vlek) belə
əməliyyatları müxtəlif kompüterlər arasında da həyata
keçirməyə başladılar.
İQTİSADİ İNFORMATİKA
________________________125________________________
İlk elektron məktub 26 mart 1976-cı ildə
İngiltərənin kraliçası Yelizaveta II-yə göndərilmişdir. Hal-
hazırda hər bir kəs “smaylam”ın xidmətindən istifadə
edir. Amma əksəriyyəti bilmir ki, smaylamın yaranma
tarixi əslində 12 aprel 1979-cu il hesab olunmalıdır.
Tom Van Vlek Noel Morris
VERİLƏNLƏRİN RABİTƏ KANALLARI İLƏ ÖTÜRÜLMƏSİ.
ŞƏBƏKƏDƏ QARŞILIQLI FƏALİYYƏT METODLARI
Kompüterlər arasında əlaqə onların arasında fiziki
rabitə yaratmaq yolu ilə əldə edilir. Verilənlər şəbəkədə
xüsusi kabelin köməyi ilə, telefon və ya radio ilə ötürülür.
Bu xətlərin fiziki xarakteristikaları kompüterdəki şinin
xarakteristikalarına
uyğun
olmadığından,
siqnalın
dəyişdirilməsi lazım gəlir. İnformasiya kabellə ötürülərkən
dəyişdirmə prosesi üçün şəbəkə adapterindən, telefon və
ya radio ötürməsində isə modemdən istifadə edilir.
İQTİSADİ İNFORMATİKA
________________________126________________________
Şəbəkəyə qoşulmuş kompüterlər şəbəkə düyünləri,
məlumat ötürən xətlər isə rabitə kanalları adlanır. Əslində,
şəbəkə düyünü dedikdə, ya adapter, ya da modem
nəzərdə tutulur. Odur ki, bir kompüterdə bir neçə şəbəkə
adapteri və ya modem olduqda həmin kompüter şəbəkə
düyünləri kimi fəaliyyət göstərir.
Bir və sıfırlar sırası şəklində ötürülən məlumat
blokunun ilki və sonu müəyyən edilir. Buna paketlərin
sinxronlaşdırılması deyilir. Sinxronlaşdırma qaydasına
kommunikasiya protokolu deyilir. Siqnalötürmə prosesi
şəbəkə trafiki adlanır. Biristiqamətli ötürmə kanalına
simpleks kanal deyilir. İkiistiqamətli kanal dupleks kanal
adlanır.
KOMMUNİKASİYA AVADANLIĞI
Şəbəkədə telefon xətlərindən, xüsusi naqildən,
koaksial və optik kabellərdən və radio dalğalarından
istifadə edilir. Ən ucuz kabel 2-3 naqilli kabeldir ki, bu da
saniyədə 10 Meqabit informasiya ötürə bilir. Lakin küyə
qarşı müqaviməti azdır. Bu problem kabelin
ekranlaşdırılması üsulu aradan qaldırılır. Bu halda kabel
bahalaşır. Koaksial kabel orta bahalığa malik, küyə qarşı
yaxşı müdafiə olunan kabeldir. Bir neçə kilometrə ötürmə
zamanı istifadə edilir. Saniyədə 100 Meqabit informasiya
ötürür. Hər kilometr yarımdan sonra gücləndirici
(təkrarlayıcı və ya fəal konsentrator), son ucda isə xüsusi
siqnaluducu (terminator) olmasını tələb edir. Optik kabel
bahadır. Lakin ötürmə sürəti saniyədə 10-50 Qiqabayta
çatır. Kabelin uzunluğuna məhdudiyyət yoxdur. Küy təsir
İQTİSADİ İNFORMATİKA
________________________127________________________
etmir. Kabeli budaqlandırmaq çox mürəkkəbdir. Paralel
qoşulmaq, gizli dinləmək qeyri-mümkündür.
Son zamanlar rabitə kanalları daha çox peyk
rabitəsinə əsaslanır. Kommunikasiya peyklərinin 3 tipi
vardır:
Aşağı orbitli peyklər (LEO – Low Earth Orbit) 290 - 1600
km yüksəklikdə Yerin fırlanma sürətindən çox sürətlə uçur.
Bunlar səmərəli deyil. Küyə qarşı müqaviməti azdır.
Atmosferin yuxarı qatlarında müqavimətə rast gələrək
yavaşıyıb mövqeyini dəyişir.
Orta orbitli peyklər (MEO – Middle Earth Orbit) 10-16 min
km yüksəklikdə Yerin fırlanma sürətindən artıq sürətlə
uçur.
Geostasionar (geosinxron) orbitli peyklər (GEO –
Geostationary Earth Orbit) 35 min km yüksəklikdə Yerlə
bərabər sürətlə fırlanır. Buna görə də bu peyklər ekvator
üzərində bir nöqtədə asılmış şəkildə uçur. Retranslyator
stansiyaları üçün bu peyklər çox münasibdir.
Şəbəkə adapteri verilənlərin ötürülməsi ilə bağlı baza
funksiyalarının bir hissəsi ilə proqramlaşdırılmışdır. Bunu
prosessor kompüter portuna görə tanıyır. Şəbəkə adapteri
prosessorun porta daxil etdiyi əmrlərlə idarə edilir. Qalan
funksiyaları özü icra edir. Şəbəkə adapteri rabitə kanalı ilə
daxil olan məlumatlar arasından lazımi verilənləri qəbul
edib öz buferinə yığaraq prosessorun qəbuledici əmrini
gözləyir. Şəbəkəyə ötürüləcək məlumatları prosessordan
öz buferinə yığan şəbəkə adapteri şəbəkənin azad
olmasını gözləyir və sonra ötürür.
İQTİSADİ İNFORMATİKA
________________________128________________________
Şəbəkə adapteri
Şəbəkə drayveri şəbəkə adapteri ilə bilavasitə
qarşılıqlı fəaliyyət göstərən proqrama deyilir. Bu,
prosessorun sorğularını adapterin anladığı əmrlərə və
əksinə tərcümə etmək üçündür.
Şəbəkə modulu paketləri bu və ya digər
kommunikasiya protokoluna uyğun surətdə işləyən sistem
proqramıdır. Şəbəkə modulu şəbəkə drayveri ilə, şəbəkə
əməliyyat sisteminin proqramları ilə və digər şəbəkə
modulları ilə qarşılıqlı fəaliyyət göstərir.
Şəbəkə interfeysi şəbəkə adapteri, şəbəkə drayveri
və şəbəkə modulunun birgə fəaliyyətinin nəticəsi kimi
meydana çıxır.
Körpü bir texnologiya ilə yaradılmış iki şəbəkəni bir-
birinə qoşan şəbəkə düyünüdür. Körpü öz şəbəkəsi üçün
İQTİSADİ İNFORMATİKA
________________________129________________________
nəzərdə tutulan məlumatlara toxunmur, yalnız başqa
şəbəkəyə ötürüləsi məlumatları ötürür.
Marşrutizator və ya paket kommutatoru müxtəlif
texnologiyalarla qurulmuş şəbəkələri qoşmaq üçündür.
Marşrutizatorun funksiyasını şəbəkə kompüterlərindən biri
icra edir.
Şlüz müxtəlif şəbəkə avadanlığı və müxtəlif
protokollu verilənlərlə xarakterizə olunan iki şəbəkəni
birləşdirir.
Multipleksor xəbəri təkrarlayaraq eyni vaxtda bir
neçə kanalla ötürməyə, həmçinin bir neçə kanalla
ötürülən siqnalları bir kanalda birləşdirib ötürməyə imkan
verən şəbəkə moduludur.
Şaxələndirici bir neçə işçi stansiyanı bir rabitə
kanalına qoşan qurğudur. Bu, bir kanalla ötürülən siqnalı
iki və ya üç kanala şaxələndirir. Daha çox kanala
şaxələndirmə halında xab (ingiliscə, Hub) deyilən
təkrarlayıcı qurğudan istifadə edilir.
24 portlu USB-XAB (24 Port USB Monster Hub)
İQTİSADİ İNFORMATİKA
________________________130________________________
KOMPÜTER ŞƏBƏKƏLƏRİNİN ARXİTEKTURASI.
AÇIQ SİSTEMLƏRİN ŞƏBƏKƏDƏ QARŞILIQLI
FƏALİYYƏTİNİN ETALON MODELİ
Müasir
cəmiyyət
üçün
xarakterik
olan
standartlaşdırma problemi qlobal informasiya fəzasının
yaranması ilə əlaqədar olaraq informasiya yayımı
sferasında xüsusilə kəskindir. Şəbəkələrarası qarşılıqlı
fəaliyyət prosedurları üçün Beynəlxalq Standartlaşdırma
Təşkilatı (İSO – İnternational Standard Orqanization)
tərəfindən işlənib hazırlanmış standartlardan istifadə
edilir. Bu, “açıq sistemlərin qarşılıqlı fəaliyyət standartları”
(OSİ Ref. Model – Open Systems İnterconnection –
Reference Model) və ya “Yeddisəviyyəli şəbəkə
mübadiləsinin etalon modeli” adlanır.
İSO modeli şəbəkədə məlumat ötürülüşü məsələsini
7 səviyyəyə bölür:
1. Fiziki səviyyə (
Physical Layer);
2. Kanal səviyyəsi (
Data Layer);
3. Şəbəkə səviyyəsi (
Network Layer);
4. Nəqliyyat səviyyəsi (
Transport Layer);
5. Seans səviyyəsi (
Session Layer);
6. Verilənləri təqdimetmə səviyyəsi (
Presentation Layer);
7. Tətbiqi səviyyə (
Application Layer).
Fiziki səviyyə protokollarının əsas təyinatı fiziki rabitə
və onunla bağlı istismar hazırlığını təmin etməkdən
ibarətdir. Bu səviyyə üçün şəbəkə adapteri və modem
proqram təminatı məsuliyyət daşıyır. Fiziki səviyyə
paketləri kanal səviyyəsi paketləri ilə eynidir.
İQTİSADİ İNFORMATİKA
________________________131________________________
Kanal səviyyəsi məlumat ötürən rabitə xətlərinin
idarə edilməsi səviyyəsidir və lokal şəbəkələrdə paketləri
idarə edir. Bilavasitə rabitə xətti ilə ötürülən paketə kadr
deyilir. Rabitə kanalı və ya qəbuledici qurğu bu və ya digər
səbəbdən işə hazır deyilsə, buna şəbəkə konflikti deyilir.
Konflikti həll etmək üçün ötürməni təxirə salmaq lazımdır.
Şəbəkə səviyyəsinin protokolları lokal şəbəkə
daxilində fəaliyyət göstərir. Bu səviyyədə şəbəkə modulu
ötürülən informasiyaya mənbə və ünvan barədə lazımi
informasiyanı əlavə edir ki, bunun nəticəsində də hansı
kompüterin hansı kompüterlərlə bağlantıya malik olduğu
məlum olur. TCP/IP ailəsinə daxil olan IP (Internet
Protokol) şəbəkə səviyyəsinə aiddir.
Nəqliyyat səviyyəsinin protokolları aralarındakı
məsafədən asılı olmayaraq iki kompüter arasında kəsilməz
ötürməni təmin edir. Protokollar sistemində nəqliyyat
səviyyəsi iki protokolla təmsil olunur:
TCP – Transmission Control Protocol ;
UDP – User Datagramm Protocol.
Bir seans daxilində müxtəlif kompüterlər bir neçə
dəfə informasiya mübadiləsi etdikdə sean səviyyəsindən
istifadə edilir.
Məlumatın ötürülməyə hazırlanmasına tətbiqi
səviyyədə başlanır. Bu səviyyəyə məlumat ötürən tətbiqi
proqram məsuldur (cavabdehdir). Tətbiqi səviyyəyə http,
telnet və s. İnternet servisləri aiddir.
İQTİSADİ İNFORMATİKA
________________________132________________________
LOKAL ŞƏBƏKƏ TOPOLOGİYASI
Lokal şəbəkə topologiyası dedikdə, şəbəkə
düyünlərinin birləşdirilməsinin həndəsi forması nəzərdə
tutulur. Ulduzşəkilli, dairəvi və şin topologiyaları geniş
yayılmışdır.
Ulduzşəkilli topologiyada düyünlərdən biri mərkəz
olur. Mərkəzi kompüter bütün işçi stansiyalarla birbaşa
əlaqələndirilir. Bu topologiyada konflikt yaranmır, lakin
kabel sərfi artır. Məhsuldarlıği yüksək olsa da, şəbəkənin
etibarlılığı mərkəzi kompüterin etibarlılığı qədərdir.
İcazəsiz müdaxilədən qorunmaq asandır.
Ulduzşəkilli topologiya
İQTİSADİ İNFORMATİKA
________________________133________________________
Dairəvi topologiyada işçi stansiyalar bir-biri ilə ardıcıl
qoşulur. Kompüter bir şəbəkə adapteri ilə informasiyanı
qəbul edir, digər adapterlə ötürür. Bu halda məlumat
dairə üzrə hərəkət edir. Ötürmə asanlaşır. Ötürmə
müddəti dairədəki kompüterlərin sayından asılıdır. Dairəvi
qoşulmuş kompüterlərdən hər hansı biri imtina etdikdə
şəbəkə imtina edir. Lakin bu topologiyada şəbəkəyə
istənilən sayda kompüter qoşmaq mümkündür. Çünki
faktiki olaraq şəbəkə hər dəfə yalnız iki kompüter
arasındakı məsafə ilə bağlı olur.
Dairəvi topologiya
İQTİSADİ İNFORMATİKA
________________________134________________________
Şin topologiyasında bütün işçi stansiyalar bir rabitə
kanalına qoşulur. Bu halda kanaldan istifadə üçün növbə
yaradılır. Ünvan ötürülən paketdə göstərilir. Konflikti
aradan qaldırmaq üçün şin arbitrajı metodundan istifadə
edilir. Adətən müxtəlif kompüterlər üçün kanal müxtəlif
tezliklə işləyir.
Şin topologiyası
Praktikada ağacşəkilli topologiyadan geniş istifadə
edilir. Bu, adı çəkilən topologiyaların kombinasiyasından
yaradılır.
İQTİSADİ İNFORMATİKA
________________________135________________________
Ağacvarı topologiya
LOKAL ŞƏBƏKƏLƏRİN FƏALİYYƏT TEXNOLOGİYASI
Lokal şəbəkələrdə düyünlərin qarşılıqlı fəaliyyətinin
təşkili zamanı əsas rolu rabitə kanalına müraciət metodu
oynayır. Kompüterlərin kabel birləşmələrinin 3 növü tətbiq
edilir:
Token Ring (marker dairəsi);
Arcnet;
Ethernet.
Token Ring texnologiyası IBM kompaniyası
tərəfindən işlənib hazırlanmışdır. Bu texnologiyada dairəvi
İQTİSADİ İNFORMATİKA
________________________136________________________
hərəkət edən marker məlumat ötürmək istəyən düyün
tərəfindən dayandırılır. Məlumat ötürən düyün ünvandan
ötürmənin bitməsi barədə təsdiq alan kimi marker azad
edilir və marker, onu gözləyən düyünlər növbəsindəki ilk
düyünə keçir.
Tokren Ring texnologiyası
Arcnet (Attached Resource Computer Network)
texnologiyası 1977-ci ildə Datapoints korporasiyası
tərəfindən işlənib hazırlanmış sadə, ucuz, etibarlı və çevik
İQTİSADİ İNFORMATİKA
________________________137________________________
lokal şəbəkə arxitekturasıdır. Bu texnologiyada
kompüterlərdən biri xüsusi marker yaradır və ardıcıl
olaraq bir kompüterdən digərinə ötürür. Əgər hər hansı
stansiya məlumat ötürmək istəyirsə, həmin markeri
gözləyir, marker alan kimi ötürəcəyi məlumata ünvan
informasiyasını qoşub markerlə birlikdə ötürür. Arcnet
texnologiyası istənilən topologiyada istifadə edilə bilir.
Arcnet texnologiyası
Ethernet texnologiyası şəbəkə düyünlərinin ümumi
şinə paralel qoşulması şəraitində işləyir. Marker azad olan
İQTİSADİ İNFORMATİKA
________________________138________________________
kimi şəbəkənin növbəti ötürməyə hazır olduğunu xəbər
verir. Bu texnologiyanı 1970-ci illərin sonunda Xerox
Corporation kompaniyası təklif etmişdir.
Ethernet texnologiyası
ŞƏBƏKƏDƏ İŞİN SİSTEM TƏMİNATI
Lokal şəbəkədə məlumat ötürülüşü prosesi şəbəkə
əməliyyat sistemini təşkil edən proqram vasitələri
kompleksinin köməyi ilə həyata keçirilir. Bəzi şəbəkə
əməliyyat sistemləri, məsələn, Novell NetWare, ayrıca
kompüter üçün yaramır. Bu halda şəbəkə örtüyündən
istifadə edilir. UNİX və ya Windows NT həm şəbəkədə,
İQTİSADİ İNFORMATİKA
________________________139________________________
həm də ayrıca kompüterdə işləyir. Şəbəkə əməliyyat
sisteminin vəzifələri aşağıdakılardan ibarətdir:
Verilən və proqramları bir kompüterdən digərinə ötürmək;
Ayrıca kompüterdə proqram işlətmək;
Şəbəkədə fayl sisteminin idarə edilməsi;
İstifadəçilərin şəbəkə resurslarına müdaxiləsinin və
verilənlərin icazəşiz müdaxilədən qorunmasının idarə
edilməsi;
Xarici və operativ yaddaşdakı verilənlərin təhlükəsizliyinin
təmin edilməsi, imtinalardan qoruma, verilənlərin
arxivləşdirilməsi və təkrarlanması;
Giriş-çıxış üzrə şəbəkə resurslarının paylanması;
Şəbəkədən kollektiv istifadə qaydalarına əməl olunmasının
uçotu və nəzarət edilməsi;
Şəbəkənin əmr prosessorunun interfeysinin təmin
edilməsi.
Şəbəkə əməliyyat sisteminin proqram təminatı 2
hissəyə bölünür. Əgər mərkəzi server varsa, bəzi modullar
şəbəkəni idarə edən sistem cədvəllərinin saxlandığı
mərkəzi serverdə işləyir. Bu modullar şəbəkə sisteminin
nüvəsini təşkil edir. Digər modullar işçi stansiyalarda
işləyir. Adətən şəbəkə elə qurulur ki, işçi stansiyalar yalnız
serverin disklərinə və birgə istifadə edilən printerlərə
müraciət edə bilir. Stansiyalar bir-birinin diskinə müdaxilə
edə bilmir. Lakin Net Link proqramı serverə müraciət
etmədən iki kompüter arasında (əgər həmin proqram hər
iki
kompüterə
yüklənibsə)
birbaşa
informasiya
mübadiləsinə imkan verir.
İQTİSADİ İNFORMATİKA
________________________140________________________
QLOBAL KOMPÜTER ŞƏBƏKƏSİ İNTERNET
İNTERNET NƏDİR?
İnternet müxtəlif lokal və qlobal şəbəkələr
birləşməsindən
yaranmış
Ümumdünya
kompüter
şəbəkəsidir. İnternet-in xarakterik xüsusiyyəti odur ki,
şəbəkələrarası informasiya mübadiləsi TCP/IP protokolları
üzrə həyata keçirilir. Bu protokollar hətta etibarlılığı
yüksək olmayan xətlərdə də etibarlı ötürməni təmin edə
bilir. IP-ünvanları sistemi İnternet vasitəsilə lokal
şəbəkələrdəki hər bir kompüter resurslarını birmənalı
şəkildə təyin edir.
Sosial baxımdan, İnternet - özünəməxsus düşüncə
tərzi, dili və əxlaqı ilə seçilən informasiya mədəniyyəti
törədən informasiya fəzasıdır.
İnternetin özəyini ölkə və kontinentləri birləşdirən
super sürətli transkontinental optik rabitə xətləri təşkil
edir. Bu xətlərə konkret coğrafi regionlara xidmət edən
nisbətən aşağı sürətli, az güclü xətlər birləşdirilir. Bunlara
isə nisbətən daha zəif ötürmə qabiliyyəti olan lokal
şəbəkələr qoşulur.
İnternetdə bütün şəbəkəni idarə edən vahid mərkəz
yoxdur. İnternet texnologiyanın köməyi ilə fəaliyyət
göstərir və idarə edilir.
İnternetdən əvvəl ABŞ Müdafiə Nazirliyinin sifarişi ilə
ARPANET şəbəkəsi yaradılmışdı. Sonra bir-neçə
universitet arasında şəbəkə yaradıldı. Bu şəbəkələrin
əsasında İnternet quruldu.
Bu şəbəkələr aşağıdakı prinsiplərə əsaslanır:
|