İQTİSADİ İNFORMATİKA
________________________70________________________
Con fon Neyman
Moris Vinsent Uilks
QEYD: Hamıya məlumdur ki, yüz illər boyu
hesablama bir problem olaraq riyaziyyatın əsas
problemlərindən biri kimi daima insanı düşündürmüşdür.
Problemi komput (latınca computare – hesablamaq),
komput ilə məşğul olan insanları isə komputist
adlandırmışlar. Zaman keçdikcə
comput kəlməsi
dəyişikliyə uğrayır, latın dilindən digər xalqların dilinə,
həmçinin ingilis dilinə də daxil olur. 1646-cı ildə məşhur
ingilis həkimi və ensiklopediyaçısı Tomas Braun yazdığı
“Pseudodoxia epidemica” əsərində
computer sözündən
ilk dəfə olaraq pasxa günlərində hesablamalar ilə məşğul
olan insanları adlandırmaq üçün istifadə edir.
İQTİSADİ İNFORMATİKA
________________________71________________________
Dünyanın müxtəlif ölkələrində, təxminən 200 il
ərzində hesablama işlərini yerinə yetirmək üçün kollektiv
şəkildə insanlardan istifadə edilirdi. Belə insanları
kompüter-insanlar adlandırırdılar. Kompüter-insanlar
hesablamaları kağız üzərində, sonralar isə (XIX əsrdə)
arifmometrdən istifadə etməklə həyata keçirirdilər. Bu
baxımdan, hesablama aparan insanları hesablama
aparan maşınlardan fərqləndirmək üçün maşınları
“
kalkulyator” (calculator) və ya hesablama maşınları
(
computihg machine) adlandırırdılar.
1930-1940-cı illərdə kompüter sənəti daha da
inkişaf edir. Artıq riyaziyyatda, astronomiyada, ballastik
raketlərin üçüş trayektoriyasının hesablanmasında,
gəmiçilikdə və digər sahələrdə müxtəlif cədvəllərin
hesablanmasına tələbat günü-gündən artır. Böyük
həcmdə olan hesabatları aparmaq üçün çoxlu sayda,
minlərlə kompüter-insanlar tələb olunurdu. Hətta
müəssisələrdə
“kiçik
kompüter”,
“kompüterin
köməkçisi”, “kompüter” və “baş kompüter” vəzifələri də
yaradılırdı. Məsələn, hesablama texnikası sahəsində
tanınmış alim Qerbert Qroş əmək fəaliyyətinə
“kompüter” vəzifəsindən başlamışdı. Ömrünün son
günlərində alim özünü zarafatyana “Dünyada ən yaşlı
baş kompüter” adlandırırdı.
1940-cı illərin ortalarında ilk Elektron Hesablama
Maşınları yaranan zaman, onları böyük həcmdə
hesablamalar aparmaq üçün istifadə olunan böyük və
cəld arifmometrlər hesab edirdilər. Bu maşınlar
hesablamaların aparılmasında kompüter-insanları əvəz
İQTİSADİ İNFORMATİKA
________________________72________________________
etməli idilər. Bu baxımdan terminlərdə qarışıqlıq
yaratmamaq üçün Corc Stibis bu maşınları da kalkulyator
və hesablama maşını adlandırmağı təklif edir. Kompüter
isə o maşınlar adlandırılır ki, onlar avtomatik olaraq
hesablama aparır və alınmış nəticəni yadda saxlayır. Bu
maşınlarda işləyən insanlar isə
opetrator (operator)
adlandırılır.
Kompüter-insanlar hesablamalar aparan zaman
Hesablayıcı
maşınlar
yarandığı
gündən
təkmilləşdirilir. Kompüterlərin təkamülü də nəsil adlanır.
Kompüter nəsli element bazasına görə fərqlənir. 1-ci nəsil
(1947) elektron lampaları, 2-ci nəsil (1950-ci illərin sonu)
İQTİSADİ İNFORMATİKA
________________________73________________________
yarımkeçirici tranzistorlar, 3-cü nəsil (1964) inteqral
mikrosxemlər, 4-cü nəsil (1970-ci illərin sonu) böyük
inteqral sxemlər üzərində qurulmuşdur. 1981-ci ildə fərdi
kompüter yaradıldi. 20-ci əsrin 90-cı illərindən coxböyük
inteqral sxemlərə əsaslanan 5-ci nəsil maşınların
yaradılması üzərində iş aparılır. Bu nəsil maşınlar neyron
şəbəkələrinə əsaslanan çoxprosessorlu hesablayıcı
sistemlərdir.
Birinci nəsil elektron hesablayıcı maşını
İkinci nəsil EHM
Üçüncü nəsil EHM
İQTİSADİ İNFORMATİKA
________________________74________________________
KOMPÜTER TEXNOLOGİYALARININ
TƏKAMÜLÜ
20-ci əsrin ortalarınadək kompüter yalnız mürəkkəb
elmi və mühəndis hesablamaları üçün istifadə edilirdi.
1950-ci illərdə kompüter ilk dəfə müxtəlif kommersiya
məsələlərinin həllinə cəlb edildi. 1960-cı illərdə kompüter
idarəetmə işinə tətbiq edildi. 1968-1972-ci illərdə
verilənlər bazası, terminallar, şəbəkələr və maqnit diskləri
meydana çıxdı ki, bu da prinsipcə yeni kompüter
texnologiyasının əsasını təşkil etdi.
80-ci illərdə informasiya texnologiyaları keyfiyyətcə
dərin dəyişikliyə uğradı. Belə ki, əvvəllər əsas fikir
informasiyanın cəld işlənməsinə yönəldilirdisə, sonra
peşəkar olmayan istifadəçi marağı ön plana çəkildi.
1990-cı
illərin
əvvəlində
telekommunikasiya
sistemlərinin biznesdə istifadəsi aktuallaşdı. Fərdi
kompüterlər müəssisədə idarə (ofis) maşınlarına çevrildi.
KOMPÜTERİN İŞ PRİNSİPİ
SAY SİSTEMLƏRİ
Kompüter müxtəlif say sistemlərindən istifadə
etməklə müəyyən əməliyyatları yerinə yetirir.
QEYD: İlk olaraq rəqəmlərin onluq say sistemində
yazılması Hindistanda baş vermişdir. Bu təxminən bizim
İQTİSADİ İNFORMATİKA
________________________75________________________
eranın beşinci yuzilliyinə təsadüf edir. O dövrdə hindli
alim Ariabxata astronomiyada hesabatların aparılmasına
həsr etdiyi “Ariabxatim” adlı elmi əsərində onluq say
sistemi nəzəriyyəsini verir və ondan istifadə yollarını şərh
edir. Təxminən 100 il sonra digər hindli alim hesabatların
aparılmasında onluqlardan və yüzlüklərdən istifadə
olunması yollarını izah edir və ən əsası “sıfır” anlayışını
verir.
Maraqlıdır ki, istifadə edilən bütün rəqəmlər (1-dən
9-a kimi) öz yazılış formalarını dəyişsələr də, dəyişməyən
ancaq “sıfır” olmuşdur.
Ərəblər Hindistanı zəbt etdikdən sonra rəqəmləri öz
ölkələrinə gətirirlər və həmin vaxtdan sonra rəqəmlər
bütün dünyada ərəb rəqəmləri kimi tanınırlar. Bu işdə
həlledici rolu böyük özbək alımı Məhəmməd ibn Musa əL-
Xorəzmi (IX əsrin başlanğıcı) oynayır. Rəqəmlərin yazılış
qaydası öncə latın dilində Şərqi Avropaya (XII əsr),
oradan
isə
İtaliyaya
daxil
olur.
Avropalılar
hesablamaların aparılmasında istifadə etdiyi rəqəmləri
“ərəb” rəqəmləri adlandırırdılar. İndiki zamanda da
rəqəmlər belə adlandırılır.
Ərəb rəqəmlərinin Avropada təbliği italiyalı
riyaziyyatçı Leonardo Fibonaççinin adı ilə bağlıdır. 1202-
ci ildə alımin yazdığı “Abak haqqında kitab” əsərində
doqquz hind işarəsinin 9,8,7,6,5,4,3,2,1 ardıcıllığı ilə
düzüldüyü barədə məlumat verilir və qeyd edilir ki,
ərəbcə
zephirum adlanan işarənin köməyi ilə istənilən
sayda rəqəm yazmaq mümkündür. Alimin apardığı
təbliğat avropa alımlərinə (professorlar heyyətinə) o
İQTİSADİ İNFORMATİKA
________________________76________________________
qədər də maraqlı olmur və nəticədə onlar hesablama
işlərində ümumiyyətlə şübhəli rəqəm sayılan “0”-dan
istifadə etməməyi məsləhət görürlər və hesablama
işlərini qədimdən qalma antiq sistemin köməyi ilə və ya
abakdan istifadə etməklə həyata keçirməyə üstünlük
verirlər. O ərəfədə italiyalı riyaziyyatçı Ceronimo Kardan
(1501-1576-cı illər) “0”-dan istifadə etmədən kvadrat və
kub tənliklərinin həll edilməsini (hesablama son dərəcə
çətin həyata keçirilsə də belə) nümayiş etdirir. Buna
baxmayaraq, ərəb hesablama sistemindən tacirlər və
bankirlər hesablama aparan zaman geniş istifadə edirlər
və bunun ticarət etmək üçün əvəzsiz sistem olduğunu
yüksək səviyyələrdə dəfələrlə qeyd edirlər. Ərəb
hesablama sisteminin avropa elmində qəti tətbiq
olunması XVIII əsrin başlanğıcına təsadüf edir.
Ərəb dilində “sıfır” sözü boşluğu ifadə edir (sanskrit
sözü olan “sunya”da həmin mənanı verir). XV əsrdə latın
termini “nul” meydana çıxır (nullum – heç bir şey, heç nə
anlamını verir) və buna baxmayaraq “sıfır” sözü XVII
əsrə kimi öz mənasını itirməyir.
Rusiyada da “nul”u ifadə etmək üçün “sıfır”
sözündən istifadə edirdilər. 1703-cü ildə dövrünün
sayılan alimlərindən olan Maqnitski yazdığı “Arifmetika”
əsərində
hesablama
aparmaqdan
ötrü
1,2,3,4,5,6,7,8,9,0 rəqəmlərindən istifadə olunmasndan
söhbət açırdı, amma sonuncu rəqəmin heç bir məna kəsb
etmədiyini də qeyd edirdi.
Vena şəhərində İstanbuldan gətirilmiş XV əsrə aid
əlyazmada yunan rəqəmlərinin (“sıfır”dan istifadə
İQTİSADİ İNFORMATİKA
________________________77________________________
olunmaqla) işarələri göstərilir. Ərəb traktaktlarının latın
dilinə çevrilmiş yazılarında isə “0” işarəsi circulus (dairə)
adlandırılır.
Uzun illər ərzində dəyişikliyə məruz qalmış ərəb
rəqəmlərinin yazılışı
Maya təqvimində ayın günlərinin sayılması sıfır ilə
başlayırdı (onlar “sıfır”ı Axay adlandırırdılar).
İndiki zamanda hamıya təəcüblü gələr ki, o dövrdə
avropa riyaziyyatçıları “sıfır” haqqında heç bir məlumata
İQTİSADİ İNFORMATİKA
________________________78________________________
malik deyildilər. Sıfır haqqında məlumatlandıqda belə
onlar bu rəqəmdən istifadə etməməyə çalışırdılar.
Avropalı alimlərin fikri belə idi – heç bir məna kəsb
etməyən rəqəm kimə lazımdır, çünki ilk avropa
hesablama sistemi sıfır tələb etmirdi. Bununla yanaşı o
dövrdə istifadə olunan mövqesiz say sistemində
“sıfır”dan istifadəyə ehtiyac duyulmurdu (məsələn, 20
rəqəmi XX kimi, 30 rəqəmi XXX və s. göstərilirdi).
Maya hesab sistemində “sıfır”ın (boş balıqqulağı) işarəsi
Mövqeli say sistemindən ilk istifadə edənlər babililər
olmuşdur. Buna əsas səbəb “sıfır”ın onlar tərəfindən
“aralıq” kimi göstərilməsi idi. Babililər aralığı sıfır ilə əvəz
etdikdən sonra ədəddə hər yeni gələn mərtəbənin
öndəkindən on dəfə böyük olduğunu qeyd edirlər.
Qeyd etmək lazımdır ki, hal-hazırda istifadə olunan
mövqeli say sistemi bizə babililərdən miras qalmışdır.
Kompüter 2-lik say sistemində təsvir edilən
rəqəmlərlə işləyir. Bu da, 10-luq say sistemi kimi, mövqeli
say sistemidir.
İQTİSADİ İNFORMATİKA
________________________79________________________
QEYD: Mövqeli say sistemi bizim eradan əvvəl
təxminən 40 əsr qabaq qədim Babilistanda mövqeyə
görə nömrələmə əsasında yaranmışdır, yəni eyni bir
rəqəmin tutduğu yerdən asılı olaraq həmin rəqəm
müxtəlif ədədləri ifadə etmək qabiliyyətinə malikdir.
Qədim Babilistanda onluq say sistemində 10 ədədinin
oynadığı rolu mövqeyə görə nömrələmədə 60 ədədi
oynayırdı, ona görə də bu nömrələməni 60-lıq
nömrələmə adlandırırdılar. Altımışlıq nömrələmədən
müasir dövrdə vaxt hesablamalarında istifadə edilir.
Məsələn, 60 saat, 60 dəqidə və s.
Mövqeyə görə say sisteminin təkmilləşdirilməsi və
sonrakı inkişafı hindlilərə məxsusdur. Say sistemi
hindlilərdə meydana gəlmişdir. Ərəb imperiyası
Hindistanı işğal etdikdən sonra say sistemini Ərəbstana
gətirmiş, oradan da Avropa ölkələrinə yaymışdır. Avropa
böyük səhvə yol vermiş və hindlilərə məxsus olan say
sistemini “ərəb rəqəmləri” adlandirmışdır. Bizim
tərəflərdə isə say sistemi XVII əsrdən başlayarq istifadə
olunmuşdur. Buna baxmayaraq bizdə onluq say sistemi
ilə yanaşı uzun illər Rum rəqəmlərindən də istifadə
edilmişdir (indinin özündə də istifadə olunur).
Hind pozission sistemində (latınca positio – mövqe,
yer, vəziyyət anlamını verir) hər bir natural ədəd 10
rəqəmin vasitəsi ilə ifadə olunduğu halda, öndə qeyd
edildiyi kimi qədim Babilistanda 60 rəqəmi vasitəsi ilə
ifadə edilirdi. Belə yanaşmanın nəticəsidir ki, hesablama
sistemlərində onluq say sisteminə üstünlük verilir.
İQTİSADİ İNFORMATİKA
________________________80________________________
Dövrünün sayılan alimlərindən olan Con Vallis (John
Wallis (1616-1703 – ingilis riyaziyyatçısı, riyazi analizin
yaradıcılarından biri) yazdığı “Universal arifmetika”
əsərində ilk dəfə olaraq müxtəlif say sistemlərini
araşdırmış və ədədlərin üçlük, dördlük və s. mövqeli
sistemlərdə göstərilməsinə baxmışdır. Alim onluq say
sisteminin digər say sistemlərindən üstünlüyünü də
əsaslandırmışdır. Alimin məşhur
formulundan indiki zamanda da riyaziyyat elmində
geniş istifadə edilir.
Zamanının görkəmli alimləri digər say sistemləri
haqqında araşdırmalar aparmışlar, çünki ikilik say sistemi
də maraqlı olmaqla yanaşı diqqəti özünə cəlb edirdi. İkilik
say sisteminin əlamətləri və yazılı göstərilməsi ilə bir çox
riyaziyyatçılar, o cümlədən fransız alimi Blez Paskal,
alman riyaziyyatçısı Q.F.Leybnis və isveç riyaziyyatçısı
İohan Bernulli də məşğul olmuşlar.
Tam ədədi 10-luqdan 2-liyə keçirmək üçün ardıcıl
bölmədən, kəsr ədədi – ardıcıl vurmadan istifadə edilir. 2-
lik ədəd sağdan-sola üç-üç qruplaşdırıldıqda 8-lik say
sisteminin ədədləri alınır. 2-lik rəqəm yaddaşda 1 bit yer
tutur. 8 mərtəbəli 2-lik ədəd 1 bayt yaddaş tutur. 1024
bayt 1 Kilobayt, 1024 Kilobayt 1 Meqabayt, 1024
İQTİSADİ İNFORMATİKA
________________________81________________________
Meqabayt 1 Qiqabayt, 1024 Qiqabayt 1 Terabayt təşkil
edir.
Beləliklə:
1 bayt = 8 bit
= 2
3
bit
1 Kbayt = 1024 bayt
= 2
10
bayt
1 Mbayt =
1024 Kilobayt = 2
10
Kbayt
1 Qbayt =
1024 Meqabayt = 2
10
Mbayt
1 Tbayt =
1024 Qiqabayt = 2
10
Qbayt
1 Pbayt =
1024 Terabayt = 2
10
Tbayt
1 Ebayt =
1024 Petabayt = 2
10
Pbayt
1 Zbayt =
1024 Ekzabayt = 2
10
Ebayt
1 Ybayt =
1024 Zettabayt = 2
10
Zbayt
Maraqlı faktdır ki, əgər bir vərəqdəki işarələrin sayı
təxminən 2500-ə bərabərdirsə, onda 1 Mbayt-lıq
informasiya 400 vərəq, 1 Qbayt-lıq informasiya 400 000
vərəq, 1 Tbayt informasiya isə 400 000 000 vərəq
həcmində olacaqdır və s .
İNFORMASİYANIN KODLAŞDIRILMASI VƏ
KOMPÜTER YADDAŞINDA TƏSVİRİ
İnformasiya
kompüter
yaddaşında
rəqəm
formasında saxlanır. Yəni, rəqəm olmayan informasiya
(mətn, şəkil və s.) da rəqəmə çevrilir. Buna kodlaşdırma
deyilir.
Müasir fərdi kompüterlərdə operativ yaddaşın həcmi
minlərlə meqabayt (və daha çox) təşkil edir.
Kompüterdə ədədi, mətni və məntiqi verilənlər
fərqləndirilir. Mətni verilənlər dedikdə, simvolların xətti
İQTİSADİ İNFORMATİKA
________________________82________________________
ardıcıllığı nəzərdə tutulur. Simvollar nömrələnir
(kodlaşdırılır) və simvol əvəzinə koddan istifadə edilir. Hər
simvol 1 bayt yer tutur.
Hal-hazırda 128 simvolluq (0-dan 127-dək)
ASCII
(American Standard Code for Informational Interchange)
standart kodundan istifadə edilir. Milli əlifbalar 128-255
arasında nömrələnir. Mətni düzgün oxumaq üçün mətn
drayverləri vardır.
Məntiqi verilən 2 qiymət (0 və 1) alır. 0-yalan, 1-
gerçək. Məntiqi verilən 1 bit yer tutur. Şəkil və səs kimi
mürəkkəb obyektlər də 2-lik rəqəmlərə çevrilib saxlanır.
QEYD: ASCII (Amerikan Standart Code for
İnformation İnterchange –İnformasiya mübadiləsi üçün
standart Amerika kodu) genişləndirilmiş kod
cədvəlindən nümunə-fraqment (rus əlifbasına uyğun
olan) verilmişdir (S – simvol sözünü əks etdirir).
S
İkilik
kod
S
İkilik
kod
S
İkilik
kod
S
İkilik kod
A
10000000
И
10001000
Р
10010000
Ш
10011000
Б
10000001
Й
10001001
С
10010001
Щ
10011001
В
10000010
К
10001010
Т
10010010
Ъ
10011010
Г
10000011
Л
10001011
У
10010011
Ы
10011011
Д
10000100
М
10001100
Ф
10010100
Ь
10011100
Е
10000101
Н
10001101
Х
10010101
Э
10011101
Ж
10000110
О
10001110
Ц
10010110
Ю
10011110
З
10000111
П
10001111
Ч
10010111
Я
10011111
Nümunə
kimi
KOMПЬЮТЕР
sözünün
kodlanmasını şərh edək. Verilmiş mətn 9 simvolun
ardicilliğindan ibarətdir. Bu baxımdan mətnin yaddaşda
saxlanması üçün 9 bayt yaddaş sahəsi tələb olunur.
İQTİSADİ İNFORMATİKA
________________________83________________________
Cədvəldən istifadə etməklə mətnin maşın kodunu
almaq mümkündür.
1
2
3
4
5
К
О
М
П
Ь
10001010
10001110
10001100
10001111
10011100
6
7
8
9
Ю
Т
Е
Р
10011110
10010010
10000101
10010000
Beləliklə,
КОМПЬЮТЕР
sözü
hesablama
maşınında ikilik kodun köməyi ilə belə təqdim olunacaq:
1000 1010 1000 1110 1000 1100 1000 1111 1001 1100
1000 1110 1001 0010 1000 0101 1001 0000
2
.
Nəzərə almaq lazımdır ki, tetradlar arasında
buraxılmış probel yazılmış kodun rahat mənimsənməsi
üçündür. Buraxılmış probellər kompüterin yaddaşına
yazılmır.
Qeyd etmək lazımdır ki, əgər öndə göstərilmiş
КОМПЬЮТЕР sözünün əvəzinə компьютер sözü
yazilsaydı, digər kodlardan istifadə edilməli idi. Bu
ASCII kodunun çatışmazlığıdır.
PROQRAMIN KOMPÜTERDƏ İCRASI PROSESİ
Kompüterdə verilənlərin saxlanması və emalı ayrı-
ayrı qurğularda icra edilir. İnformasiya kompüterin yaddaş
qurğusunda saxlanır, mərkəzi prosessorda emal edilir.
Kompüterin işi yaddaşındakı informasiyadan asılıdır.
İQTİSADİ İNFORMATİKA
________________________84________________________
Kompüterin yaddaşı 3 bölmədən ibarətdir: ünvanlaşdirilan
yaddaş, prosessor registrləri kompüter portları tərəfindən
istifadə edilən giriş-çıxış yuvaları. Kompüter portları
informasiya ötürülməsi qaydasına görə, ardıcıl və paralel
olur. Modem ardıcıl porta, printer paralel porta qoşulur.
Ünvanlaşdirilan yaddaş məntiqi cəhətdən ardıcıl
yuvalardan ibarətdir. Hər yuva 1 bayt saxlayır. Operativ
yaddaşdakı baytlar nömrələnmiş olur. Baytın nömrəsi
onun ünvanıdır.
Mərkəzi prosessor kompüterin əsas qurğusudur.
Mərkəzi prosessor həm bütün hesablamaları icra edir,
həm də kompüterin bütün hissələrinin işini idarə edir.
Prosessor registrləri kompüter yaddaşının ən cəld
hissəsidir. Çoxsaylı registrlər müxtəlif funksiyalar icra edir.
Kompüterin işi elementar əməliyyatlar ardıcıllığından
ibarətdir. Hər bir elementar əməliyyat müəyyən maşın
əmrinin nəticəsidir. Maşın əmrlərinin bütövlükdə bir neçə
yüz variantı vardır. Hər maşın əmrinin icrası üçün
prosessorun konstruksiyasında ayrıca elektron mikrosxem
nəzərdə tutulmuşdur. Maşın əmrləri əməl tipləri üzrə
təsnifləşdirilir. Əməl tipləri üzrə icra edilən maşın əmrləri
aşağıdakılardır:
İnformasiya blokunu operativ yaddaşdan prosessor
registrinə keçırır;
İnformasiya blokunu prosessor registrindən
operativ yaddaşa keçırır;
İnformasiya blokunu portdan alıb prosessor
registrinə ötürür və s.
İQTİSADİ İNFORMATİKA
________________________85________________________
Prosessor əməllərin bir çoxunu paralel icra edir.
Bunun üçün impuls taktları generatoru vardır. Bu, əməli
kvantlarla icra edir.
Həm verilən, həm də proqram ünvanlaşdırılmış
yaddaşda saxlanır. Kompüter əmr deşifratorunun köməyi
ilə proqram mətnini veriləndən ayırır. Maşın əmrlərinin
bitkin çoxluğu maşın dilini yaradır. Maşın əmrinin icrası 3
addımdan ibarətdir: əmrin seçilməsi, icrası və növbəti
əmrin ünvanının hesablanması. Bunun üçün prosessorda
2 registr – ünvan və əmr registri vardır. Ünvan registri
əmr baytının nömrəsini, əmr registri isə əmrin
məzmununu təyin edir.
Dostları ilə paylaş: |