İQTİSADİYYAT BAXIMINDAN İNFORMASİYA
İnformasiya cəmiyyətinə keçid müasir dünyanın
inkişafında maddi amillərin rolunu əhəmiyyətli dərəcədə
dəyişmişdir. Ənənəvi cəmiyyətdə əsas yeri maddi
nemətlərin istehsalı və bölgüsü və bunlarla bağlı
münasibətlər tuturdusa, informasiya cəmiyyətində
informasiya
prosesləri
(informasiyanın
yığılması,
İQTİSADİ İNFORMATİKA
________________________52________________________
saxlanması, emalı və təqdim edilməsi) birinci sıraya çıxır.
Həyat nemətlərinin quruluşunda maddi nemətlər öz yerini
tədricən informasiya nemətlərinə verir.
Bu gün bazarda öz vəziyyətini qoruyub
yaxşılaşdırmaq
istəyən
müəssisə,
ilk
növbədə,
müəssisədaxili
informasiya
proseslərinin
avtomatlaşdırılması və xarici informasiya resurslarına
çıxışa imkan verən səmərəli informasiya sistemi yaratmaq
qayğısına qalmağa məcburdur. Hər bir kompaniya
təsərrüfat qərarı qəbul edərkən ətraf dünyada baş
verənləri: rəqib və partnyorların (tərəfdaşların) işlərinin
vəziyyətini, bazarda məhsul və maliyyənin durumunu
hökmən nəzərə almalıdır. Maddi sxemlərə qənaət yalnız
informasiya sxemlərinin hesabına mümkündür. İndi
yüksək texnologiyalar erası başlanmışdır, elmtutumlu
istehsal böyük sürətlə artır. Bu isə yeni biliklərə malik
işçilər tələb edir.
İNFORMASİYA İQTİSADİ TƏHLİLİN
PREDMETİ KİMİ
İnformasiya maddi məhsuldan nə ilə fərqlənir?
E.Z.Mayminas (1931-2000) deyir ki, əsas fərq istehlak
prosesində informasiyanın tükənməməsi, çoxsaylı
istehlakçılar tərəfindən çoxqat istifadə edilməsidir. Maddi
məhsuldan fərqli olaraq ötürmə zamanı informasiya
mənbədə yox olmaya biləndir. İnformasiya zahirən əsas
fondlara bənzəyəndir: dəyərini məhsula tədricən keçirə
bilir, tədricən köhnəlir. Lakin heç bir maddi məhsul
İQTİSADİ İNFORMATİKA
________________________53________________________
“əbədi” deyil, halbuki, “əbədi” olan informasiya
mövcuddur. İnformasiyanın daşıyıcıları (saxlama, emal,
ötürmə və təqdimetmə vasitələri) “İnformatika
sənayesinin” əsas fondlarıdır.
Yefim Zalmanoviç Mayminas rus iqtisadçısı,
iqtisad elmləri doktoru, qərarın qəbul olunma sistemi
laboratoriyasının müdiri, genotipin sosial-iqtisadi
konsepsioyasını işləyib hazırlamışdır.
E.Z.Mayminas
iqtisadi
nöqteyi-nəzərdən
informasiyanın aşağıdakı əsas cəhətlərinin olduğunu qeyd
edir:
İnformasiyanın sərbəst paylanması zamanı
istehlakçının birmənalı fiksə edilməsi çətinliyi vardır.
Belə ki, açıq mətbuatda çap edilən məlumatlar kimə
çatır-çatmır, müəyyən etmək müşgül məsələdir.
İQTİSADİ İNFORMATİKA
________________________54________________________
Hətta kommersiya kanalları ilə xüsusi abunəçilərə
paylanan informasiyanın da ünvanına yetişib-
yetişməməsi qeyri-müəyyəndir;
Ümumi halda alınan informasiyanın dəqiq dəyərini
və ya qiymətini təyin etmək qeyri-mümkündür. Bu
halda informasiyanın aprior qiyməti onun istifadəyə
qədərki qiymətidir. Halbuki informasiya bazarında
da, digər bazarlarda olduğu kimi, dəyər mala verilən
haqla ölçülür. Bununla belə, hal-hazırda güclü
inkişaf edən oğurluq informasiya bazarına çıxarılan
məhsul (proqram təminatı, kompüter oyunları,
filmlər, müsiqi əsərləri və s.) rəsmi ticarət
obyektlərindəki qiymətdən xeyli ucuz satılır;
İnformasiyanın faydalılığının xüsusilə qeyri-
müəyyən olması. Bu qeyri-müəyyənlik o halda
meydana çıxır ki, “nəyisə elə-belə, hər ehtimala
qarşı” alasan. Lazımi informasiya axtarışı zamanı o
qədər maraqlı məlumatlara rast gəlinir və ehtiyat
üçün köçürülüb saxlanılır ki, onların gələcəkdə nə
dərəcədə lazım olub-olmayacağı aydın olmur. Buna
baxmayaraq kompüter yaddaşı hələ aktual olmayan
belə informasiya ilə yüklənmiş olur və bu da çox
hallarda əsas işə maneçılık törədir;
İnformasiyanın köhnəlmə mexanizmi maddi
nemətin köhnəlməsinə bənzəmir. Qeyri-aktual və ya
köhnə informasiya heç də həmişə faydasız və ya
lazımsız olmur. Məsələn, yüz il əvvəlki meteoroloji
məlumatlar bu gün də faydalı ola bılır;
İnformasiya-axtarış sistemləri şəklində fəaliyyət
göstərən
“filtr”lərin
(“süzgəc”lərin)
lazımi
İQTİSADİ İNFORMATİKA
________________________55________________________
informasiyanın axtarılıb tapılmasında xüsusi rolu
vardır. Bu, informasiya yayımının etika tərəfini əhatə
edir.
İNFORMASİYA KONSEPSİYASININ DƏYİŞİLMƏSİ
Artıq qeyd etdiyimiz kimi, bu gün iqtisadi fəaliyyətdə
informasiya əmək və kapitalla eyni sırada dayanır.
Bununla əlaqədar olaraq, informasiyaya baxış bucağı
dəyişmişdir.
İnformasiya təqdimatı - bürokratik əngəl
kimi.
Uzun müddət yuxarı təşkilat qarşısında hesabat
verilməsi müəssisə rəhbərliyini əsas işdən ayıran üzücü
bir iş sayılmışdır. İnformasiyanın yığılması, saxlanması,
işlənməsi və ötürülməsi mexanikləşdirilsə də, bu işlər əsas
işə dəxli olmayan maneə kimi qavranılmışdır.
İnformasiya – kompaniyanın idarə edilməsini
yaxşılaşdırmaq resursu kimi.
20-ci əsrin 70-ci illərində EHM-in iqtisadiyyata tətbiqi
hesabat tərtibini xeyli yüngülləşdirdi. İnformasiyanın
maqnit yaddaşda saxlanması və çap qurğularının inkişafı
rəhbərləri informasiya ilə barışdırdı. Nəticədə idarəedici
informasiya sistemləri və ya avtomatlaşdırılmış idarəetmə
sistemləri meydana çıxdı.
İnformasiyanın operativ qaydada təqdim edilməsi
kompaniyanın fəaliyyətini köklü surətdə yaxşılaşdırdı.
Rəhbərlər informasiyanın xeyrini hiss etməyə başladılar.
Ehtiyatların idarə edilməsinin EHM-də optimal variantının
alınması müəssisələrə böyük səmərə gətirdi. Bu cür
İQTİSADİ İNFORMATİKA
________________________56________________________
məsələlərin sayı get-gedə artdı. Beləliklə, bazar
münasibətləri şəraitində informasiya ən vacib idarəetmə
resursuna çevrildi.
İNFORMASİYA – STRATEJİ RESURS KİMİ
20-ci əsrin 90-cı illərində informasiya strateji resurs
statusu aldı. Fərdi kompüterlərin geniş yayılması, lokal
şəbəkələrin yaranması, sonra İnternet-in meydana
çıxması informasiyanı məhsul istehsalı və göstərilən
xidmətlərin təməl amilinə çevirdi.
Beləliklə, informasiya məhsuldarlığı artıran amil
olmaqdan,
yüksək
səmərəlilik
amilinə
çevrildi.
Məhsuldarlıq konsepsiyasında “Necə istehsal etmək?”
sualı qoyulurdusa, səmərəlilik konsepsiyasında “Nə
istehsal etməli? İstehlakçı nə gözləyir?” sualı qoyulur.
Alıcı haqqındakı informasiya rəqabət mübarızəsində
həyati vacib vasitəyə çevrilir.
Yığılan informasiya kompaniyanın gələcəyini
müəyyənləşdirdiyindən strateji resursa çevrilir.
Bu qoyuluşda giriş informasiya geniş, çıxış
informasiya məhdud xarakter daşıyır.
Elektron biznesin əsas məzmunu alıcılar qazanmaq
(və ya itirməmək) uğrunda informasiya mübarizəsindən
ibarətdir. Kompaniyaların məxsusi saytları alıcılara
“burada və indi” alqı-satqı üçün real imkanlar təklif edir.
Xüsusi informasiya sistemləri (məsələn, CRM) kompaniya
ilə müştəri arasında daimi fəaliyyət göstərən informasiya
körpüsü yarada bilir.
İQTİSADİ İNFORMATİKA
________________________57________________________
İnformasiya prosesləri - kompaniyanın
biznes-proseslərinin ayrilmaz tərkib hissəsi kimi.
İnformasiya daha bürokratik əngəl deyil, əksinə,
kompaniyanın əsas və köməkçi fəaliyyətinin bütün
aspektlərinin üzvi tərkib hissəsidir. İndi informasiya
proseslərinin maliyyələşdirilməsi xərcləri əhəmiyyətli
dərəcədə artmışdır. Məsələn, illik dövriyyəsi 100 milyon
dollar təşkil edən kompaniyanın informasiya sistemi 8
milyon dollar xərc tələb edir. Başqa sözlə, kompaniyanın
informasiya təminatı onun illik dövriyyəsinin 8%-ni təşkil
edir.
Beləliklə, informasiya konsepsiyası dəyişdikcə,
informasiya sistemlərinin rolu dəyişir.
İNFORMASİYA MÜASİR CƏMİYYƏTDƏ
Müasir cəmiyyət prinsipcə yeni mərhələyə qədəm
qoymuşdur. Bu, informasiya cəmiyyətidir. İndi istehsal
edilən məhsulun maya dəyərində maddi xərclərə nisbətən
informasiya xərcləri əhəmiyyətli dərəcədə üstünlük təşkil
edir.
Torpaq, əmək və kapital kimi ənənəvi istehsal
amillərinə indi dördüncü amil – informasiya əlavə
olunmuşdur. Əvvəllər lazımi informasiyanı lazım olan
məqamda əldə etmək mümkün olmadığından, qərar
qəbulunda informasiyanın rolu heçə enmişdi. İndi isə
lazımi informasiyanı lazımi vaxtda dünyanın istənilən
yerinə çatdırmaq imkanı vardır. Sürətli informasiya
texnikası və səmərəli informasiya texnologiyası
informasiya proseslərini kəskin şəkildə sürətləndirməklə
İQTİSADİ İNFORMATİKA
________________________58________________________
yanaşı, həm də görünməmiş dərəcədə ucuzlaşdırmışdır.
İndi informasiya dövriyyə kapitalını əvəz etməkdədir.
Maliyyə
axinları
iqtisadiyyatın
qan-damar
sistemidirsə, informasiya axınları da əsəb sistemidir. Odur
ki,
iqtisadiyyatın
müxtəlif
sahələrinin
fəaliyyət
ahəngdarlığı informasiya sisteminin mükəmməlliyindən
asılıdır.
QLOBALLAŞDIRMA
Dünya müharibələrinin arasının uzanması sənaye
ölkələrinin iqtisadiyyatının çiçəklənməsinə, dövlətlərarası
ticarətin görünməmiş miqyas almasına, nəhəng transmilli
kompaniyaların meydana çıxmasına gətirib çıxarmışdır.
Bütün bunlar müxtəlif ölkə maraqlarının birləşməsinə,
beynəlxalq ticarət mərkəzləri, bank assosiasiyaları,
dövlətlər birliyi yaranmasına səbəb olmuşdur. Nəticədə
mövcud coğrafi sərhədlərin böyük hissəsi formal xarakter
almışdır. Bütün bu proseslər qloballaşdırma adı almışdır.
Qloballaşdırma milli maraqları arxa plana keçirmişdir.
Buna görə də bu proses müəyyən müqavimətlə
üzləşməkdədir. Qloballaşdırma informasiya təqdimatı
(məsələn, mühasibat hesabatlarının tərtibi və maliyyə
göstəricilərinin formalaşdırılması) sahəsində dünya
standartları yaratmışdır. İndi bunsuz milli iqtisadiyyatın
idarə edilməsi mümkün deyildir. Deməli, bütün ölkələr
eyni metodoloji, metodiki və texnoloji təməl üzərinə
keçməyə məcburdur. Bu məcburiyyətdən irəli gələn
çətinlikləri aradan qaldırmaqda qabaqcıl ölkələr daha
maraqlıdırlar.
İQTİSADİ İNFORMATİKA
________________________59________________________
QEYD: Assosiasiya (latınca associatio – birləşmə
sözündən yaranmışdır) – fərdin təcrübəsindən yaranmış,
iki mahiyyət arasında dərk edilmiş (duyulmuş, təklif
edilmiş, düşünülmüş, hiss iedilmiş və s.) qanunauyğun
əlaqədir. Assosiasiya dedikdə bir düşüncəsinin
yaranmasının özü ilə digər düşüncələrin də yaranmasına
səbəb olması başa düşülür. Assosiasiya hadisəsi barədə
Platon və Aristotel öz əsərlərində yazmışlar. Amma
assosiasiya termini Con Lokk (1632-1704) tərəfindən
təklif olunmuşdur.
İngilis fəlsəfəçisi T.Qobbs da (1588-1679)
assosiasiya haqqında öz fikirlərini söyləmişdir.
Con Lokk
Tomas Qobbs
İQTİSADİ İNFORMATİKA
________________________60________________________
Fəlsəfə və məntiq sahəsində sayılan alımlərdən biri,
görkəmli rus alimi, Qrot Nikolay Yakovleviç (1852 - 1899)
bütün düşüncə proseslərinin altı başlanğıc forma ilə
bağlılığını sübut etmişdir.
Nikolay Yakovleviç Qrot
Alim altı forma-
dan
birinci
yerdə
duranının assosiasiya
olduğunu qeyd etmiş-
dir. N.Y.Qrota görə
mülahizənin
bütün
prosesləri
assosiasi-
yanın, dissossiasiyanın
və
dizassosiasiyanın
düşünülmüş proseslə-
ridir.
YENİ İQTİSADİYYAT
İnformasiya sistemləri dünya iqtisadiyyatının
görkəmini dəyişmişdır. İnternet-iqtisadiyyat, yeni
iqtisadiyyat, metakapitalizm kimi yeni terminlər meydana
çıxmışdır.
Yeni iqtisadiyyat termini daha çox yeni informasiya
texnologiyalarının hazırlanması, yayılması və tətbiqi
İQTİSADİ İNFORMATİKA
________________________61________________________
sferalarını əhatə edir. Bu iqtisadiyyatın bəzi cəhətləri
aşağıdakılardan ibarətdir:
1. İqtisadiyyatın bəzi sahələrində keyfiyyət və
məhsuldarlıq artmış, qiymətlər isə aşağı
düşmüşdür. Mur qanunu deyilən qanuna görə,
hər 2 ildə kompüterin məhsuldarlığı 2 dəfə artdığı
halda, qiyməti azca artır. Adi iqtisadiyyatda
qiyməti azaldırlar ki, tələb artsın. Burada isə,
tələb artsa da qiymət aşağı düsür. Çünki burada
yeniləşmə sürəti olduqca böyükdür. Mənəvi
köhnəlməyə məruz qalan texnikanın qiyməti
kəskin şəkildə aşağı düşsə də, məhsuldarlığı
qaneedici olur. Bu səbəbdən yeni məhsulun
qiyməti zəif artır;
2. Kompaniyaların dekapitallaşması baş verir, iri
kompaniyalar bir-biri ilə sıx əlaqəli şəkildə
fəaliyyət göstərən kifayət qədər sərbəst, lakin baş
kompaniyanın ticarət markasını daşıyan xırda
konqlomeratlar çoxluğu şəklində fəaliyyət
göstərir.
Proqram
məhsulları
offşor
proqramlaşdırma
deyilən
metodla
virtual
kompaniyalarda hazırlanır. Yəni, müxtəlif ölkə
mütəxəssisləri heç bir yerə getmədən, öz iş
yerlərində, öz evlərində proqram yazıb, virtual
kompaniyaya göndərməklə, müvafiq əmək haqqı
alırlar. Rus və Hind mütəxəssisləri əsasən bu işlə
məşğuldurlar;
3. İstehlakçı ilə birbaşa əlaqələrin inkişafı, onların
fərdi sifarişləri ilə görülən işlərin artması. İndi
İnternet vasitəsilə istənilən məhsulu, istənilən
İQTİSADİ İNFORMATİKA
________________________62________________________
dizaynı qiymət dəyişikliyi olmadan sifariş etmək
mümkündür. Ənənəvi iqtisadiyyatda istehsalçı ilə
istehlakçı bazarın “gözəgörünməz əli ilə” bir-
birinə bağlanırsa, yeni iqtisadiyyatda nə sərbəst
istehsalçı, nə də sərbəst istehlakçı var. Hamı bir-
biri ilə həm məntiqi, həm də fiziki şəkildə birbaşa
bağlıdir.
Qordon Erl Mur (ingiliscə
Gordon Earle Moore)
1929-cu ildə anadan olmuşdur. Direktorlar Məclisinin
vəxri sədri, Intel şirkətinin yaradıcısı, “Mur qanunu”nun
banisi.
Beləliklə, yeni iqtisadiyyat bilik iqtisadiyyatıdır. Biliyi
olmayana yeni dünyada yer olmayacaqdır.
QEYD:
Konqlomerat firmaların birləşməsidir.
Konqlomeratlar inkişaf edən bazarlara, həmçinin çox
İQTİSADİ İNFORMATİKA
________________________63________________________
sahəli şirkətlərə məxsusdur. Konqlomeratlar müxtəlif
sahələrdə istehsala, satışa malik olmayan bir neçə
onlarla xırda və orta firmaların böyük şirkət tərəfindən
mənimsənilməsi yolu ilə yaranır. Konqlomeratlar ictimai
şirkətdir, onların aksiyaları fond birjalarında yerinə
yetirilən sövdələşmədə iştirak edir.
Offşor vergidən tamamilə azad olunmuş və
nəzarət zəif olan ölkələrə (zonalara) deyilir. Belə
ölkələrdə qanunvericilik həm şirkətin təsisçilərini, həm də
maliyyə mənbələrini gizlətməyə imkan verir. Vergidən
yayınmaq istəyən pullu şəxslər öz kapitalını belə
zonalarda saxlayırlar.
Offşor ərazilərin müəyyənləşdirilməsi ilə Beynəlxalq
Valyuta Fondu məşğul olur. Hazırda fondun siyahısında
26 dövlət var. Kipr, Panama, Makao və başqaları offşor
ölkələr sayılır. Dünya birliyi offşor ərazilərə nəzarəti
gücləndirməkdədir.
İQTİSADİ İNFORMATİKA
________________________64________________________
İQTİSADİ İNFORMATİKA
________________________65________________________
İNFORMASİYA SİSTEMLƏRİNİN
TEXNİKİ VƏ PROQRAM TƏMİNATI
İnformasiya xidmətinin 3 tərkib hissəsi olan
avadanlıq, proqram təminatı və təşkilolunmanın hər üçü
eyni dərəcədə vacibdir. Bunlardan hər hansı birinə
üstünlük vermək doğru deyil. Odur ki, sözügedən
aspektlərin eyni dərəcədə izahına ehtiyac vardır.
İNFORMASİYANIN İŞLƏNMƏSİNİN
AVTOMATLAŞDIRILMASININ ƏSASLARI.
ALQORİTM ANLAYIŞI
İnsanın zehni fəaliyyətinin, o cümlədən, hesablama
işlərinin formallaşdırılması problemi qədim zamanlardan
alimləri məşğul etmişdir. Əsas məsələ hesablama
prosesini elə elementar əməllərə bölməkdən ibarətdir ki,
hər bir əməl mütləq şəkildə formal təyin edilmiş olsun və
hər əməldən sonra hansı əməlin icra ediləcəyi birmənalı
bəlli olsun. Bu əməllər ardıcıllığına məsələnin həll
alqoritmi deyilir. Məsələnin alqoritminin qurulmasına
məsələnin alqoritmləşdirilməsi deyilir.
Alqoritm anlayışı informatikanın mərkəzi anlayışıdır.
Alqoritm sözü IX əsrdə yaşamış özbək riyaziyyatçısı
Məhəmməd əl-Xörəzmin (təxminən 783- təxminən 850)
adı ilə bağlıdır. Alqoritmi alqoritm icraçısı (operator)
reallaşdırır.
Alqoritmin əsas xüsusiyyəti qoyulmuş məqsədə
çatdırmasıdır. Maşın üçün yazılmış alqoritm proqram
İQTİSADİ İNFORMATİKA
________________________66________________________
adlanır. Kompüter proqramla işləyir. Proqramı olmayan
məsələnin maşında həlli mümkün deyil.
Abu Abdulla (və ya Abu Cəfər) Mühəmməd ibn
Musa əl-Xorezmi (ərəbcə و بأ دب ع الله دمحم ن ب
یس وم یمخواوزما) orta əsrin böyük özbək (fars) alimi,
riyaziyyatçı, astronom, coğrafiyaçı və tarixçi (IX əsr),
klassik cəbrin banilərindən biri.
İntuitiv alqoritm anlayışı proqram anlayışından
əhəmiyyətli dərəcədə genişdir.
İlk proqramçılar Paskal, Dekart, Leybnis, Laplas və
başqaları olmuşlar.
Alqoritmin aşağıdakı xassələri vardır:
1. Dilə bağlılıq. Alqoritm alqoritmik dildə yazılır.
Alqoritmik dil müəyyən simvollar və qaydalar
sistemidir.
İQTİSADİ İNFORMATİKA
________________________67________________________
2. Diskretlik. Alqoritm ciddi struktura malik
elementar əməllər (əmrlər) çoxluğu olub,
sökülüb-yığılandır.
3. Determinlik. Alqoritm tamamilə formal və
müəyyən (birmənalı) olmalıdır.
4. Kütləvilik. Alqoritm bir sinif məsələlərin hamısını
həll etməyə yararlı olmalıdır.
5. Təkrarlananlıq. Eyni giriş verilənləri həmişə eyni
nəticə verməlidir.
6. Sonluluq. Alqoritm ya məsələnin həll nəticəsini, ya
da həllin mümkün olmadığı barədə məlumatı
verməlidir.
Alqoritm
prosesi
əyaniləşdirən
blok-sxem
formasında təsvir edilir.
ELEKTRON-HESABLAYICI MAŞINLAR
1642-ci ildə Paskal cəmləyici maşın ixtira etdi. 1673-
cü ildə Leybnis (1646-1716) 4 hesab əməlini icra edən
arifmometr quraşdırdı. 19-cu əsrin 1-ci yarısında ingilis
riyaziyyatçısı Çarlz Bebbic ilk avtomat hesablayıcı maşının
layihəsini verdi.
Lakin bu maşın “Mark - 1” adı ilə 100 il sonra, 1943-
cü ildə ABŞ-da İBM kompaniyasının müəssisələrindən
birində quruldu. Bu, proqramla işləyən ilk elektromexaniki
hesablayıcı maşın idi.
İQTİSADİ İNFORMATİKA
________________________68________________________
Qotfrid Vilhelm Leybnis
Çarlz Bebbic
1949-cu ildə müasir kompüterlərin ulu əcdadı olan
ilk Con fon Neyman (1903-1957) maşını ingilis alimi Moris
Uilks (1913-2010) tərəfindən quruldu. Bu, elektron
lampaları üzərində qurulmuş ilk elektron-hesablayıcı
maşın idi.
Con fon Neyman maşınının ümumiləşdirilmiş sxemi
İQTİSADİ İNFORMATİKA
________________________69________________________
Con fon Neyman maşını aşağıdakı prinsiplərə
əsaslnır:
Kompüter bir-neçə əsas qurğulardan ibarət
olmalıdır;
İnformasiya
xüsusi
yaddaş
qurğusunda
saxlanmalıdır;
Verilənlər yaddaşda ikilik ədədlər şəklində
saxlanmalıdır;
Hesab və məntiq əməlləri hesab-məntiq
qurğusunda icra edilməlidir;
Proqramın icrasına nəzarət idarəetmə qurğusu
vasitəsi ilə həyata keçirilməlidir;
Proqram verilənlərlə birgə yaddaş qurğusunda
saxlanmalıdır;
İnformasiyanın daxil edilməsi və çıxarılması üçün
giriş-çıxış qurğusu olmalıdır.
Müasir kompüterlərin əksəriyyəti fon Neyman
prinsipləri əsasında qurulmuşdur.
Kompüter – ixtiyarı alqoritmin icrası üçün nəzərdə
tutulmuş universal hesablayıcı qurğudur.
20-ci əsrin 80-ci illərinədək EHM adlanan nəhəng
hesablayıcı maşınlar sonra müasir kompüterlərlə
əvəzləndi. İxtiyari informasiya kompüterdə ikilik rəqəm
formasında təsvir edilir. Emal prosesinin subyekti
(proqramlar) və obyekti (ilk verilənlər və nəticələr)
operativ yaddaşda saxlanır. Alqoritm ardıcıl maşın əmrləri
şəklində tərtib edilmiş proqram formasında olur.
Kompüter proqramda nəzərdə tutulmuş əmrlər ardıcıllığını
icra edir.
|