Dərslik kimi tövsiyyə edilir. B a k I 2 0 1 6 İQTİsadi İnformatiKA



Yüklə 7,63 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix14.11.2019
ölçüsü7,63 Mb.
#29587
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   19
55-QT-SAD-NFORMAT-KA-DERSLIK-2016


İQTİSADİ İNFORMATİKA 
 
 
________________________141________________________ 
 
 İnformasiya kiçik porsiyalarla (paketlərlə) ötürülməlidir; 
  Paketin qəbul edildiyi və səhvsiz olduğu ünvan tərəfindən 
təsdiq edilməlidir; 
 Lazım gəldikdə paketin ötürülməsi təkrar edilməlidir; 
  Paketin  hərəkət  marşrutu  ötürmə  zamanı  müəyyən 
edilməli və hətta bir xəbər daxilindəki paketlər də müxtəlif 
marşrutlarla ötürülə bilməlidir; 
 Qəbul  edilmiş  paketlər  ünvanda  birləşdirilməklə  xəbər 
bərpa edilməlidir. 
Kommunikasiya  protokolu  olan  İP 
şəbəkə 
səviyyəsinin protokolu olub, İnternet şəbəkəsi ilə ötürülən 
paketin formatını təsvir edir. 
Nəqliyyat  protokolu  olan  TCP  informasiyanın 
ötürülməsinə  və  bütövlüyünə  nəzarət  edir.  Yəni, 
İnternetdə kompüterlər arasındakı informasiya mübadiləsi 
İP  protokolu  ilə  ötürülən  paketlərin  TCP  protokolu  ilə 
nəzarətdə saxlanmasına əsaslanır.  
İnternet  daxilində  hər  bir  şəbəkə  özünəməxsus 
rabitə  texnologiyasına  əsaslanaraq  spesifik  tələblərə 
uyğun  fəaliyyət  göstərir.  Lakin  bütün  şəbəkələr 
informasiya  paketlərini  qəbul  edib  lazımi  ünvana  ötürə 
bilir.  
 
QEYD:  1961-ci  ildə  Kaliforniya  Universitetinin 
professoru  Leonard  Kleynrok  informasiyanın  paket 
prinsipi ilə ötürülməsi ilə bağlı ilk elmi məqaləni sayılan 
jurnallardan  birində  çap  etdirir.  Alim  elmi  məqalədə 
qlobal  informasiya  şəbəkələrinin  qurulmasının  başlıca 
prinsipini  formalaşdırır:  informasiyanı  müəyyən  zaman 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________142________________________ 
 
müddətində,  müxtəlif  sayda  aralıq  bəndlərindən 
keçirməklə, böyük məsafəyə göndərmək üçün verilənlər 
kiçik  paketlərə  ayrılmalı  və  bir-birindən  asılı  olmadan 
ötürülməli, yalnız son məntəqədə qəbuledici tərəfindən 
bir yerə yığılmalıdır. 
ARPANET  layihəsi  çərçivəsində  həyata  keçirilən  iş 
paketlərin  kommutasiyası  ilə  şəbəkələrin  yaradılmasına 
əsaslanır.  Bu  şəbəkə  növündə  informasiya  (məsələn, 
xəbər) böyük olmayan paketlərə bölünür, həmin paketlər 
təyin  olunmuş  yerə  çatana  qədər  səmərəli  marşrut 
seçərək bir-birindən asılı olmayaraq müxtəlif şəbəkələrdə 
yerini dəyişir. Sonda bütün paketlər lazımı yerə çataraq 
yenidən birləşərək ilkin formanı alır. Kompüterlərin eyni 
hüquqlu olması informasiyanın konkret bir kompüterdən 
asılılığını aradan qaldırır. Bu texnologiyaya əsasən əgər 
kommunikasiya      xəttinin  bir  hissəsi  sıradan  çıxarsa, 
böyük  olmayan  paketlər  digər  işləyən  xətlərə  ötürülə 
bilər.
  ARPANET  sistemi  uzaq  məsafədə  olan  kompüter 
mərkəzləri  ilə  əlaqələri  yaradırdı.  Bu  sistem    elektron 
poçtunun göndərilməsi və informasiya mübadiləsi üçün 
istifadə 
olunurdu. 
Sistem 
inkişaf                                                    
edərək, 1983-cü ildə iki şəbəkəyə: ARPANET və MILNET 
şəbəkələrinə bölünür. MILNET səbəkəsi hərbi məqsədlər, 
ARPANET  şəbəkəsi  isə  elmi  tədqiqatlar  məqsədi  üçün 
nəzərdə  tutulur.  Son  nəticədə  iki  şəbəkə  arasında 
informasiya  mübadiləsi  imkanı  yaranır  və  bu  birləşmə 
İnternet adı ilə dünyada tanınır. 
 
 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________143________________________ 
 
 
Leonard Kleynrok (ingiliscə Leonard Kleinrock 1934-
cü  ildə  anadan  olmuşdur.  Amerika  mühəndisi  və 
informasiya  texnologiyaları  və  kompüter  şəbəkələri 
sahəsində  görkəmli  alim,  “Mühəndis  işləri  və  tətbiqi” 
elmlər 
sahəsində 
Kaliforniya 
universitetinin 
professorudur.  ARPANET-in  yaradılmasında  və  Los-
Anceles  şəhərində  istifadə  edilməsində  böyük  rol 
oynamışdır.  Onun  nəzəri  ieratrxik  marşrutlaşma  işləri 
indiki zamanda müasir İnternetdən istifadə edilməsində 
geniş istifadə olunur.
  
  
 
İlk  vaxtlar  İnternet  yalnız  elmi  informasiya 
mübadiləsini həyata keçirdiyindən, kommersiya xarakteri 
daşımırdı.  Son illərdə İnternetin kommersiya tərəfi daha 
böyük əhəmiyyət daşımağa başlamışdır. 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________144________________________ 
 
QEYD: 1958-ci ildə ABŞ prezidenti D.Eyzenxayerin 
təşəbbüsü ilə yeni dövlət strukturu, strukturun tərkibində 
isə  gələcək  problemlərin  həlli  üçün  ARPA  (Advanced 
Research  Projects  Agency)  agentliyi  yaradıldı.  Agentlik 
qarşısında duran əsas məsələ müdafiə sahəsində yeni və 
perspektiv elmi layihələrlə bağlı məsələlərin həll edilməsi 
idi. Məqsəd bir idi – hərbi işlərdə Sovet dövləti Amerika 
Birləşmiş Ştatlarını ötüb keçməməli. 
Ö  dövrdə  əsas  məsələ  agentlik  tərəfindən 
kompüterlər  arasında  verilənlərin  mübadiləsini  həyata 
keçirən  elektron  şəbəkənin  yaradılması  idi.  Şəbəkə 
ARPANET  adlandırıldı  (Net  –ingiliscə  “şəbəkə”  anlamını 
verir). 
ARPANET  şəbəkəsinin  yaradılmasında  istifadə 
edilən bütün təşkiledicilər sonralar tamamilə İNTERNET 
şəbəkəsində istifadə olundu.  
İnternetin  yaradıcısı  kim  olmuşdur  sualına  cavab 
vermək çətindir. Suala təxmini cavab belədir: şəbəkə bir 
nəfər tərəfindən deyil, çoxlu sayda alımlər və bu sahədə 
peşəkar olan şəxslər tərəfindən yaradılmışdır. 
Bu barədə məlumata 2013-cü ildə texniki jurnalların 
birində  çap  edilmiş  maqələdə  rast  gəlinir.  Məqalədə 
şəbəkənin  yaradılma  təşəbbüskarının  Cozef  Liklayder 
(Joseph Carl Robnett Lieklider: 1915-1990) olduğu qeyd 
olunur.  
Ümumiyyətlə, İnternetin yaradıcılarından birini Pol 
Barana  olduğunu  (Paul  Aleksandr  Baran:  1926-2011) 
hesab  etmək  düzgündür.  1959-cu  ildə  “RAND 
Corporation”  şirkətində  işləyərkən  Pol  Barana  nüvə 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________145________________________ 
 
hücumlarından müdafiə olunmaq üçün şəbəkə sisteminin 
yaradılması  ilə  məşğul  olur.  Əsas  məsələ  şəbəkə 
vasitəsilə ötürüləcək məlumatların “paket”lər formasinda 
olaraq  ötürülməsi  və  bu  məqsədlə  ötürülən 
informasiyanın həddindən artıq sıxlığa malik olması idi. 
Bu 
ərəfədə 
informasiyanın 
kommunikasiya 
şəbəkələrində paketlər formasinda ötürülməsi məsələsini 
ingilis fiziki Donald Devis də (Donald Watts Davies: 1924-
2000)  irəli  sürür  və  maliyyə  çatışmazlığı  üzündən 
problem həllini tapa bilmir.  
Nəzərə  almaq  lazımdır  ki,  “RAND  Corporation” 
şirkəti Amerikanın starteji mərkəzi olduğu üçün şirkətdə 
bu  sahə  ilə  bağlı  yerinə  yetirilən  işlər  vaxtlı-vaxtında 
həyata  keçirilidi,  çünki  şirkətin  maliyyə  təminatı  lazımı 
səviyyədə yerinə yetirilirdi.  
Çoxsaylı  mütəxəssislər  qrupu  bu  baxımdan  da 
İnternetin  yaradılmasını  məhz  həmin  şirkətin  adı  ilə 
bağlayırlar.  Digər  tərəfdən  də  1963-cü  ildə  vahid 
kompüter  şəbəkəsinin  yaradılması  ideyası  şirkətdə 
laboratoriya  müdiri  işləyən  Cozef  Liklayderə  tapşırıldığı 
üçün  bu  məsələnin  doğrülünü  müəyyən  qədər  təsdiq 
edir. 
İdeyanın  tamamilə  həyata  keçirilməsi  ərəfəsində 
(1966-cı il) Cozef Liklayder şirkəti tərk edir və problemin 
həlli  Bob  Teylora  (Robert  William  Taylor:  1932-  ) 
tapşırılır.  B.Teylor  tərəfindən  yaradılan  vahid  kompüter 
şəbəkəsi  4  müxtəlif  istiqamətdən  məlumatları  qəbul 
etməklə  təhlil  edirdi.  Alınmış  məlumatları  təhlil  etmək 
həddindən  artıq  çətinliyə  gətirib  çıxarırdı,  çünki  hər  bir 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________146________________________ 
 
istiqamətdən  gələn  məlumat  özünə  uyğun  terminalda 
təhlil  olunurdu.  Bu  baxımdan  da  təşkilatçı  müxtəlif 
istiqamətlərdən daxil olan informasiyaların bir terminala 
daxil  edilməsinə  və  həmin  terminalda  təhlil  edilməsini 
məsləhət görür, bu ideyanın həyata keçməsinə üstünlük 
verir və ideyanı həyata keçirir. 
ARPANET  şəbəkəsinin  yaradılmasına  1966-cı  ildən 
başlanılır. Tədqiqatlar Boston şəhərində yerləşən, Cozef 
Liklayderin rəhbərlik etdiyi BBN firmasına həvalə olunur. 
Layihənin  yerinə  yetirilməsində  Kaliforniya  ştatının  üç 
universiteti və Yutı ştatının bir universiteti iştirak edir. 
 
 
Cozef Liklayder 
 
Pol Baran 
 
Bir-birindən  600  kilometr  məsafədə  yerləşən  iki 
kompüter arasında ilk əlaqə seansı 1969-cu il, Oktyabr 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________147________________________ 
 
ayının  29-da,  21
00
-da  baş  tutur.  Bir  terminaldan  digər 
terminala ilk ötürülən informasiya “LOGİN” sözü olur. 
Sonrakı illərdə şəbəkəyə daha 4 universitet qoşulur. 
Daha  sonra  şəbəkənin  imkanlarından  (1971-ci  il)  daha 
15  universitet  istifadə  etməyə  başlayır.  1973-cü  ildə 
şəbəkəyə  Böyük  Britaniya  və  Norveç  universitetləri  də 
qoşulur. 
Beləlikılə, şəbəkə ümumdünya statusu alır. 1990-cı 
ildə ARPANET şəbəkəsi öz işini dayandırır, çünki şəbəkə 
qarşısında  qoyulmuş  məsələ  artıq  öz  həllini  tapmışdı. 
Şəbəkənin  işini  onun  bazası  əsasında  yaradılmış  yeni 
şəbəkə - İNTERNET şəbəkəsi davam etdirir. 
 
 
Donald Devis 
 
Bob Teylor 
 
 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________148________________________ 
 
Kompaniya 
və 
korporasiyaların 
korporativ 
informasiya  və  kommunikasiya  resursları  əsasında 
İnternetin İntranet texnologiyası yaranmışdır. 
Lokal və korporativ şəbəkələrin İnternetə qoşulması 
üçün  müxtəlif  mürəkkəbliyə  malik  məsələlər  həll 
edilməlidir. Belə ki: 
  Şəbəkələr TCP/IP protokolları üzrə təşkil edilməlidir; 
 İnternet  ünvanları  və  adları  şəbəkənin  bütün  daxili 
istifadəçiləri üçün alınmalıdır; 
 Lokal  və  ya  korporativ  şəbəkələr  İnternetə  fiziki 
qoşulmalıdır; 
 İnternetə qoşulmuş şəbəkədə informasiya ötürülməsinin 
marşrutu  təyin  edilməli  və  marşrutlaşdırma  idarə 
edilməlidir; 
 Şəbəkə daxilində və şəbəkədən kənar ünvanlar arasında 
elektron poçtla informasiya mübadiləsi reallaşdırılmalıdır; 
 İnternet  bazasında  İntranet  texnologiyasına  maneəsiz 
informasiya xidmədi təşkil edilməlidir; 
 İnternetə qoşulmuş şəbəkənin təhlükəsizlik problemi həll 
edilməlidir. 
 
 
İNTERNET XİDMƏTLƏRİ 
 
İnternet  xidmətləri  cürbəcürdür.  Əsas  xidmətlər 
aşağıdakılardır:  elektron  poçt,  telekonfrans,  informasiya 
yayımı  siyahıları,  fayllara  məsafədən  müraciət,  uzaq 
terminal rejimində iş, Ümumdünya hörümçək toru. 
İnternet  xidmətləri:  interaktiv,  birbaşa  və  təxirə 
salınmış  oxu  kimi  3  növə  bölünür.  Təxirə  salınmış  oxu 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________149________________________ 
 
xidmətində  sorğu  ilə  cavab  eyni  vaxtda  baş  vermir. 
Elektron poşt bu xidmət növünə aiddir.  Birbaşa müraciət 
xidmətində sorğuya həmin anda cavab verilir. Lakin cavab 
alanın  əlbəəl  reaksiya  verməsi  tələb  olunmur.  Faylların 
ötürülməsi bu növ xidmətə aiddir. Alınmış informasiyaya 
əlbəəl  reaksiya  verilməsi  tələb  olunan  xidmət  növü 
interaktiv  sayılır  və  Ümumdünya  hörümçək  toru  belə 
xidmətdir.  
Elektron  poşt  (e-mail)  İnternetin  daha  populyar 
xidmətidir.  Bu  zaman  bir  kompüterdən  ötürülən  mətni 
ünvan  öz  kompüterində  alır,  lakin  onu  özünə  münasib 
vaxtda oxuyur. 
Müxtəlif prinsiplərlə qurulmuş, müxtəlif protokollarla 
işləyən şəbəkələrdə elektron məktub ötürmək üçün SMPT 
(Simple  Mail  Transfer  Protocol)  protokolundan,  qəbul 
etmək  üçün  isə  POP  protokolundan  istifadə  edilir. 
Windows  əməliyyat sistemi mühitində elektron poçt üçün 
Outbook  Express,  Microsoft  Outbook,  Netscape 
Communikator  və  digər  proqramlardan  istifadə  etmək 
olar. 
Şəbəkə  yenilikləri  Usenet  və  ya  telekonfrans  da 
İnternetin  geniş  yayılmış  xidmətlərindəndir.  Bu  halda 
xəbər  alan  şəbəkə  düyünü  həmin  xəbəri  siyahıda  olan 
bütün  düyünlərə  translyasiya  edir.  Beləliklə,  bir  xəbər 
çoxqat  təkrarlanaraq  qısa  müddətdə  bütün  dünyaya 
(Usenet konfrans iştirakçılarına) yayılır.  
İnformasiya yayımı siyahıları elektron poçtla işləyən 
sadə  İnternet  xidmətidir.  Bu  halda  bir  məktub  siyahıda 
qeydiyyata düşmüş bütün abonentlərə ötürülür. Bu yayımı 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________150________________________ 
 
hansı  təşkilat  icra  edirsə,  o  da  yayıma  nəzarət  edir. 
Halbuki belə nəzarət Usenet xidməıtində yoxdur.  
FTP  xidməti  xüsusi  serverlərdə  saxlanan  fayllara 
(həmçinin, arxiv fayllarına) müraciəti təmin edir.  
Ümumdünya  hörümçək  toru  (World  Wide  Web  – 
WWW)  İnternetin  ən  populyar  xidmətidir.  Bu  xidmət 
hipermətn  anlayışına  əsaslanır.  Mətn  informasiyasının 
ardıcıl, xətti formada deyil, bir-biri ilə iqtibaslar şəklində 
bağlı  olan  mətnlər  çoxluğu  kimi  təşkil  edilməsinə 
hipermətn deyilir. Bir mətn daxilindəki iqtibas digər mətnə 
keçidə  imkan  verir.  İqtibas  edilən  mətn  başqa 
kompüterdə, başqa ölkədə, başqa kontinentdə ola bilər. 
Hipermətn ideyası əsasında multimediya texnologiyasına 
əsaslanan  hipermediya  yaradılmışdır.  Hipermətn  sənədi 
HTML (Hyper Text Markup Language) dilində tərtib edilir. 
HTML formatını ötürmək üçün HTTP (Hyper Text Transfer 
Protocol) 
protokolundan 
istifadə 
edilir. 
WWW  
sənədindəki  iqtibaslar  elə  təşkil  edilmişdir  ki,  hər  bir 
informasiya  resursu  İnternetdə  birmənalı  ünvanlaşdırılır. 
İnternetdə informasiya resursuna iqtibaslar URL-ünvanlar 
(Uniform Resource Locator) adlanır. 
WWW  xidmətinin  köməyi  ilə    istifadəçi  öz 
informasiya fəzasını vahid bütöv kimi qəbul edir. İqtibaslar 
WWW  müştərisi  olan  brauzer  adlanan  proqramlar 
vasitəsilə dərk edilir.  
Telnet  xidməti  məsafədəki  kompüterlərə  terminal 
müraciətini təmin edir.  
Proxy-server (əlaqələndirici server) tez-tez müraciət 
edilən  informasiyanın  üzünü  özündə  saxlayır  və  təkrar 
müraciətlərdə uzaq qoşmalara ehtiyac qalmır. 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________151________________________ 
 
İNTERNETDƏ RESURSLARIN ÜNVANLAŞDIRILMASI 
 
Ümumdünya  şəbəkəsi  olan  İnternetdə  hər  bir 
kompüter  (əslində,  kompüterin  şəbəkə  adapteri)  eyni 
zamanda  3  ünvan  alır:  birincisi,  adapterin  zavod 
nömrəsidir,  ikincisi,  İP  ünvanın  kodudur,  üçüncüsü, 
domen ünvanıdır ki, bütün bunlar da istifadəçi interfeysi 
üçün nəzərdə tutulmuşdur.  
İP-ünvanı  4  baytlıq  ölçüyə  malikdir  və  3  hissədən 
ibarətdir: İP –ünvanın ranqı, lokal şəbəkənin nömrəsi və 
şəbəkə daxilindəki kompüterin nömrəsi. İP –ünvanın ranqı 
bu tipdən olan şəbəkələrin sayını və maksimal ölçüsünü 
təyin  edir.  Şəbəkənin  nömrəsi  qeydiyyat  zamanı  verilir. 
Şəbəkənin nömrəsini şəbəkənin sahibi olan təşkilat verir. 
Şəbəkə  daxilində  kompüterin  nömrələnməsi  isə  şəbəkə 
inzibatçısının səlahiyyətindədir.  
Ünvanların  domen  təşkilatı  DNS  (Domain  Name 
System) iyerarxik quruluşludur. Yuxarı səviyyənin bir neçə 
domeni  vardır  ki,  bunların  da  hər  birinə  müəyyən  ad 
verilir: mom, edu, org, gov, ru, az və s. Növbəti səviyyə 
domeni  yuxarı  səviyyə  domeninə  yeni  ad  əlavə  etməklə 
yaradılır.  Məsələn,  econ.msu.ru  Moskva  Dövlət 
Universiteti İqtisad fakültəsinin şəbəkədəki domen adıdır.  
Domen  adları  sistemi  İnternet  xidmətləri  içərisində 
mərkəzi yerlərdən birini tutur. 
  
 
 
 
 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________152________________________ 
 
TCP/IP PROTOKOLLARI AİLƏSİ 
 
Artıq qeyd edildiyi kimi, TCP/IP protokolları müxtəlif 
səviyyəli kommunikasiya protokollarının tam ailəsini əhatə 
edir. Buraya aşağıdakılar aiddir: 
 IP (Internet Protocol) – şəbəkələrarası protokol; 
 TCP  (Transmission  Control  Protocol)  -  baza  nəqliyyat 
protokolu; 
 UDP  (User  Datagram  Protocol)-  TCP  protokolundan 
fərqlənən ikinci nəqliyyat protokolu; 
 ARP  (Address  Resolution  Protocol)-  İP  və  Ethernet 
ünvanlarının uyğunluğunu müəyyən etmək üçün istifadə 
edilir; 
 SLİP (Serial Line İnternet Protocol) - telefon xətti ilə verilən 
ötürülməsinin kanal protokolu;  
 PPP (Point to Point Protocol)- “məntəqədən məntəqəyə” 
məlumat mübadiləsinin kanal protokolu; 
 FTP  (File  Transfer  Protocol)  –  fayl  mübadiləsinin  tətbiqi 
protokolu; 
 Telnet  -  virtual  terminalın  emulyasiyasının  tətbiqi 
protokolu; 
 DNS (Domain Name System) - domen adları sistemi; 
 RİP  (Routing  İnformation  Protocol)  -  marşrutlaşdırma 
protokolu; 
 NFS  (Network  File  System)  -  paylanmış  fayl  sistemi  və 
şəbəkə çap sistemi; 
 SNMP (Simple Network Management Protocol) - şəbəkəni 
idarə edən sadə protokol. 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________153________________________ 
 
Kanal səviyyəsinə SLİP və PPP protokolları, Şəbəkə 
(şəbəkələrarası)  səviyyəsinə  İP  və  ARP  protokolları, 
nəqliyyat səviyyəsinə TCP və UDP protokolları aiddir.  
 
QEYD:  1973-cü  ildə  DARPA-nın  İnformasiya 
Departamentinin direktoru Robert Elliot (Bob) Kan və amerika 
alimi  Vinton  Qrey  Serf  Pentaqonun  Elmi  Tədqiqatları  İdarəsi 
(Defense  Advanced  Research  Projects  Agency)  DARPA-da 
işləyərkən informasiyanın paketlər vasitəsi ilə uzaq məsafələrə 
ötürülməsi üçün protokol kəşf edirlər və onu sonralar TCP/IP 
protokolu adlandırırlar. 
 
   
  
   
Robert Elliot (Bob) Kan                Vinton Qrey Serf
 
 
 
 
 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________154________________________ 
 
KOMPÜTER SİSTEMLƏRİNİN PROQRAM 
TƏMİNATI. 
PROQRAM TƏMİNATININ TİPOLOGİYASI 
 
Proqram vasitələri 3 tipə bölünür:  
 Sistem proqram təminatı; 
 Proqramlaşdırma texnologiyalarının instrumentariyası; 
 Tətbiqi proqram təminatı. 
Sistem  proqram  təminatı  dedikdə, kompüter  və ya 
şəbəkəni  işçi  vəziyyətdə  saxlayan  proqram  vasitələri 
kompleksi  nəzərdə  tutulur.  Sistem  proqram  təminatını 
işləyib  hazırlayan,  tətbiq  edən  və  təkmilləşdirən 
proqramçılar sistem proqramçılar adlanır.  
Şəbəkədə  sistem  proqram  təminatı  ilə  sistem 
proqramçılarla yanaşı, şəbəkə inzibatçısı və operatorlar da 
məşğul olurlar. 
Sistem proqram təminatının vəzifələrinə aşağıdakılar 
daxildir: 
 Hesablayıcı sistemin normal fəaliyyətinin təmin edilməsi; 
 Kompüterdə  və  şəbəkədə  tətbiqi  proqramlar  üçün  iş 
şəraitinin yaradılması; 
 Köməkçı  prosedurların  (surətçıxarma,  arxivləşdirmə, 
faylların və verilən bazasının bərpası, icazəsiz müdaxilədən 
mühafizə) icrası; 
 Kompüter  və  ya  şəbəkə  aparaturasının  diaqnostikası  və 
profilaktikası. 
Sistem proqram təminatı kompüterin ayrılmaz tərkib 
hissəsi  olmaqla,  sabit  yaddaşdakı  baza  təminatını, 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________155________________________ 
 
kompüterin  əməliyyat  sistemini,  əməliyyat  örtüyünü  və 
şəbəkə əməliyyat sistemini özündə birləşdirir. 
Servis  (xidməti)  proqram  təminatı  istifadəçi  üçün 
rahat  (komfort)  iş  şəraiti  yaradır.  Buraya:  diaqnostika, 
antivirus,  disklərə  xidmət,  verilənləri  arxivləşdirən  və 
imtinadan sonra bərpa proqramları daxildir. 
Proqramlaşdırma 
texnologiyalarının 
instrumentariyası  proqram  tərtibi  vasitələrini  özündə 
birləşdirir.  Bu  qəbildən  olan  proqram  məhsulları  tətbiqi 
proqramların  yaradılması,  sazlanması  və  testləşdirilməsi 
mərhələlərini  özündə birləşdirən  bütün  proqramlaşdırma 
prosesini həyata keçirməyə imkan verir. 
Turbo Paskal və ya Turbo Si (
Turbo C) kimi universal 
dillərə və müəyyən sinif proqram vasitələrinin (məsələn, 
verilən  bazasının)  yaradılması  üçün  nəzərdə  tutulan 
ixtisaslaşdırılmış 
sistemlərə 
əsaslanan 
çoxsaylı 
proqramlaşdırma sistemləri mövcuddur. 
Proqramlaşdırma 
sistemlərinə: 
müəyyən 
proqramlaşdırma dilində mətn və obyekt-istinad proqram 
vasitələri; 
proqramlaşdırma 
dilindən 
kompilyator; 
proqram sazlayan; proqramları optimallaşdıran vasitələr; 
standart  proqramlar  kitabxanası;  əlaqələr  redaktoru 
(kompanovka edici); sorğu informasiyası (aidi və ümumi 
arayışlar);  fərdi  və  kollektiv  layihələrin  reallaşdırılması 
üçün  olan  proqramlar;  proqramları  sənədləşdirən 
proqramlar aiddir. 
Proqramlaşdırma  sistemləri  ilə  yanaşı,  son  illərdə 
proqramlaşdırmanın  avtomatlaşdırılması  üzrə  müxtəlif 
vasitələrin 
(Alqoritmləşdiriləcək 
proseslərin 
modelləşdirilməsindən 
tutmuş 
proqram 
kodunun 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________156________________________ 
 
avtomatik  generasiyası  (yüklənməsi)  və  yaradılan 
proqramların  sənədləşdirilməsinədək  bütün  işlər)  geniş 
istifadəsi  müşahidə  olunur.  Bunlara 
CASE  (Computer 
Aided System Engineering) instrumentləri deyilir. 
Tətbiqi  proqram  təminatının  tipologiyası  olduqca 
genişdir.  Təkcə  iqtisadi  yönlü  proqram  əlavələrini 
sadalamaq  istəsək,  mühasibat  uçotu,  maliyyə  fəaliyyəti, 
anbar uçotu, kadr uçotu, istehsalın idarə edilməsi, sifariş 
və satışın uçotu və bank fəaliyyəti kimi iqtisadi fəaliyyət 
növləri  üzrə  yaradılmış  proqramların  adını  çəkmək 
kifayətdir. 
Tətbiqi  proqram  təminatına  ofis  proqramlarını, 
informasiya  sistemlərinin  yaradılması  və  fəaliyyət 
göstərməsi  üçün  nəzərdə  tutulan  proqram  vasitələrini, 
ekspert  sistemlərini,  layihə  işlərinin  avtomatlaşdırılması 
sistemlərini,  təqdimat  hazırlayan  vasitələri  və  s.  aid 
edirlər. 
Qeyd etmək lazımdır ki, tətbiqi proqram təminatına 
həm də mətn redaktorları, elektron cədvəlləri və MBİS-lər 
(Məlumat bazalarını idarə edən sistemlər) aiddir. 
 
Yüklə 7,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin