Səhifə 40. “Öyrəndiklərinizi yoxlayın” bölməsində 2-ci tapşırıqda “Kolonial
və çoxhüceyrəli orqanizmlər arasında oxşar və fərqli cəhətləri müəyyən edin”
cümləsinin “Koloniyalı birhüceyrəli və çoxhüceyrəli orqanizmlər arasında oxşar və
fərqli cəhətləri müəyyən edin” kimi yazılması tövsiyə edilir. Çünki çoxhüceyrəlilərin
də koloniya şəklində yaşayan nümayəndələri var.
Səhifə 42. “Nə öyrəndiniz” bölməsində “Açar sözlər”dən “Dəricik /
Ağızcıq / Mantar / Qabıq” sözləri artıq olduğu üçün çıxarılmalıdır.
Səhifə 46. “Öyrəndiklərinizi tətbiq edin” bölməsində cədvəldə “Toxuma
növü” əvəzinə “Toxuma qrupu” yazılmalıdır.
Səhifə 47. “Fəaliyyət 1” bölməsində “Şəkillərdə hansı orqanlar sistemi
göstərilmişdir?” sualı verilmişdir. Şagirdlər bu suala cavab verməkdə çətinlik
çəkəcək. Belə ki, onlar şəkildəki canlılarda təsvir olunan bütün orqan sistemlərini
hələ öyrənməyiblər. Daha sonra isə “Şəkildəki digər sistemlərin funksiyası nədir?”
soruşulur. Burada “digər sistem” dedikdə nə başa düşüldüyü aydın deyil.
|