52
Təsviri incəsənətin nəzəriyyəsi
Telman İbrahimov
miqyas münasibətlərini düzgün qurmağa imkan verir. İnsan
istənilən məkanda və ya mühitdə təsvir olunursa, orada digər
obyektlər – ev, interyer, ağac, dağ və s. istər-istəməz insan fiqu-
runa nisbətdə obyektiv miqyas fərqini əks etdirməyə köməklik
edir. Yəni insanın miqyası evin miqyasından heç vaxt böyük ola
bilməz. İbtidai qayaüstü təsvirlərdə isə müqayisə üçün digər bir
sabit ölçülü obyekt yoxdur. Hətta insanla heyvanların arasındakı
miqyas fərqi şərti olaraq təsvir olunur. Bütün bunlar onu göstərir
ki, qayaüstü təsvirlərdə miqyas prinsipi hələ mütləq obyektivlik
kimi formalaşmamışdır.
Neolit dövrünün təsviri sənətində böyük və kiçik insan fi-
qurlarının eyni təsvir məkanında əks olunmasına artıq rast
gəlinir. Belə təsvirlərin təhlili onu göstərir ki, bunların böyük,
kiçik olması miqyasın əks olunmasından deyil, məzmunda olan
əhəmiyyətindən irəli gəlir. Belə təsvirlər qaya üzərində olan boş
sahənin ölçülərindən asılı olaraq böyüdülüb və ya kiçildilib.
Digər səbəb kimi təsvirin daha tez başa çatdırılması üçün onun
hər hansı bir hissəsini kiçildilməsini göstərmək olar.
Miqyas prinsipinin ən sadə ifadəsi olan müasir xəritələri
yada salaq. Bu xəritələrin alt hissəsində mütləq miqyas vahidini
bildirən “ölçü xətkeşi” yerləşdirilir. Xəritədəki məsafələri düzgün
müəyyən etmək üçün bu xətkeşdən istifadə zəruridir. Təsviri
sənətdə isə belə “ölçü xətkeşi” rolunu insanla eyni məkanda
təsvir olunmuş digər predmetlər və onların ölçüləri təşkil edirlər.
Dostları ilə paylaş: