Aşkar görünən simmetriya açıq-aydın gözlə görünür. Belə
simmetriyanın mərkəzi oxu ola da bilər, olmaya da bilər, lakin
simmetriyanı təşkil edən cinahlar (sağ-sol və ya üst-alt) mütləq
bərabər şəkildə olmalıdırlar. Belə halda mərkəzi ox xətti şaquli,
üfüqi və diaqonal da ola bilər. Vacib deyil ki, ox gözlə görünən
olsun, ümumiyyətlə, ox təsvir olunmaya bilər. Mərkəzi ox yox-
dursa, insan onu mücərrəd halda, təxəyyül vasitəsilə təsəvvür
edir. Simmetriyanın təsir “mexanizmi” insanın psixofiziologiyası
ilə sıx bağlıdır. Hər bir insan bədəninin quruluşunda olan onurğa
sütunu onun simmetriya oxunu təşkil edir. İnsanın onurğa sü-
tunu – əsas simmetriya oxu rolunu oynayaraq, fiquru sağ və sol
simmetrik hissələrə bölür. Bununla bərabər, simmetriya insanın
sifət quruluşunda da öz əksini tapıb. Belə ki, sifətin sol hissəsi sağ
hissəsi ilə simmetriya təşkil edir. Bu halda mərkəzi ox (qaşların
arasını, burun xəttini, dodaqların və çənənin ortasını birləşdirən
xətt) aşkar görünmür, o təxəyyüldə canlanır. İnsanın daxili quru-
luşuna gəldikdə, burada da simmetriya əsas təşkil edir.
İnsanın ümumilikdə sağ tərəfi sol tərəfinə bərabərdir. İnsanın,
heyvanların, həşəratların, balıqların, bitkilərin və s. quruluşun-
dakı simmetriya canlı həyatın əsas quruluş prinsiplərindən biri
kimi nəzərə çarpır. Beləliklə, simmetriya insanda tamlıq, tarazlıq
və canlılıq təsəvvürünü yaradır. Bu təsəvvürlər təsviri sənətdə
əks etdirilir. Beləliklə, simmetriya rahatlıq, bütövlük, tarazlıq,
asimmetriya isə bizdə narahatlıq, natarazlıq və natamamlıq
təsəvvürlərini formalaşdırır.
Ümumiyyətlə, aşkar görünən simmetriyanı mütləq üçlük ya-
radır: mərkəz, onun sağ və sol (üst-alt) tərəfləri.
Mövzu 7. TƏSVİRİ SƏNƏTDƏ SİMMETRİYA VƏ ASİMMETRİYA