66
Təsviri incəsənətin nəzəriyyəsi
Telman İbrahimov
Əslində formatların ikisi də eyni həcmdə və təbii ki, eyni
ölçüdədirlər. Ağırlıq və ya yüngüllük təəssüratının səbəbi forma-
tın xüsusiyyətlərindən irəli gəlir.
1. Şaquli istiqamətdə “həcm təzyiqinin” artdığından daha
ağır kimi qavranılır.
2. Üfüq xətt boyu ilə “yayılmış” formatda həcm təzyiqi azalır.
Digər tərəfdən, insanın üfüqi xətt boyunca baxış bucağı
daha enlidir. Baxış bucağı daha çox olduğundan üfüqi
format daha rahat qavranılır, bu da insanın qavrayışında
yüngüllük hissi yaradır.
Format ölçülərinin qavranılmasına da insanın görmə
qabiliyyəti təsir edir. Formatın şaquli hissələri ixtisar olunduq-
dan onun şaquli xətləri daha qısa görünürlər. Gözün görmə bu-
cağının dar olması xətti bir növ “yığır”, “ixtisar edir”.
Təsvirin şaquli formatda yerləşdirilməsi nəticəsində adama
elə gəlir ki, şaquli məkan sıxılır. Üfüqi xətdə isə təsvir məkanı ya-
yılmağa can atır. Titsianın “İlahi və Dünyəvi məhəbbət” əsərində
iki qadın təsvir olunub. Üfüqi formatda işlənmiş bu əsərin “ağır-
lığı” üfüq boyunca “yayılır”. Üfüqi xətt boyunca cərəyan edən
kompozisiyanı baxışla “gəzdikdə” rahatlıq hissi yaranır. Üfüqi və
şaquli ox boyunca cərəyan edən elementlərə baxmaqda fərq var.
Üfüqidə rahatlıq var və bunun kompozisiyanın özünün də qav-
ranılmasında böyük rolu var. S. Dalinin əsərlərində bir çox hal-
larda qəsdən narahatlıq hissi yaradılır. Formatdan asılı olmaya-
raq kompozisiyanın da üfüqi və ya şaquli seçilməsinin gözəlliyə,
estetikliyə təsiri var.
Rəssamlar formatla onun daxilindəki kompozisiyanı vəhdət
şəklində yaradırlar. Formatın daxilindəki təsvir formatın
çərçivəsində rahat baxılmalıdır. Təsvirin miqyası formatın
nisbətlərinə uyğun gəlməlidir, yoxsa bu format həmin təsvir
üçün dar görünür.
İlk ibtidai qayaüstü təsvirlərdə format anlayışı və təsvir
məkanının sərhədləri anlayışı olmamışdır. Təsvirin məkan
Dostları ilə paylaş: