Dərslik mövcud proqram əsasında yazılaraq "Təsviri incəsənətin nəzəriyyəsi"nin



Yüklə 3,29 Kb.
Pdf görüntüsü
səhifə24/36
tarix13.12.2023
ölçüsü3,29 Kb.
#174827
növüDərslik
1   ...   20   21   22   23   24   25   26   27   ...   36
I brahimov T I Tsviri incsntin nzr

Mövzu 11. 
TƏSVİRİ 
SƏNƏTDƏ SÜJET


82
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
Əsil (klassik) süjet anlayışı yalnız və yalnız əsatir təfəkkürü 
formalaşandan sonra yarana bilərdi. Əsatir təfəkkürü formalaşa-
na qədər ibtidai insanlarda tabular əsasında formalaşmış (tabu 
– qadağanlar, normalar) təfəkkür olub. Bu düşüncəyə görə nəyin 
yaxşı, nəyin isə pis olması artıq normalaşdırılıb. İctimai nor-
malar və tabular üzərində qurulmuş düşüncəyə görə mühüm 
hadisələrə izah vermək (təsvir vasitəsilə) ehtiyac yoxdur, çünki 
onlar aksioma şəklində təsbit olunmuşlar. 
Qədim dövrdən başlayaraq dünya və həyat modelinin dərk 
olunmasında izahlı düşüncəyə və izahın özünə tələbat yara-
nır. Yəni ilk dəfə olaraq dünyada baş verən bütün həyati vacib 
proseslərə və hadisələrə izah, təfsir tələb olunmağa başladı. 
Beləliklə, izahlı düşüncə tərzinə keçiddən sonra dünyada 
baş verən mühüm hadisə və proseslər xeyir-şər dilemması ba-
xımından süjetlər vasitəsilə izah olunmalı idilər. Klassik Avro-
pa incəsənətində bu nəqletmə prinsipi ilk dəfə Yunan-Roma 
mədəniyyətində meydana gəlir. Belə ki, ilk dəfə olaraq Yunan 
incəsənətində dünyada baş verən bir çox təbiət hadisələri, həyat 
hadisələri, cəmiyyətdə baş verən proses və hadisələr məhz 
əsatirlər vasitəsilə izah olunmağa başlandılar. Məsələn, dəniz 
niyə coşur? Onlar dənizin coşmasını belə izah edirdilər: “Dəniz 
tanrısı Neptun üç tiyəli yabası ilə dəniz suyunu qarışdırır və 
bunun nəticəsində dənizdə dalğalar, ləpələr, fırtına yaranır”. 
Əlbəttə, bu elmi izah deyil, amma bu əsatirlərə inanan yunanlar 
üçün kifayət idi. Çünki, onların bu hadisə barəsində başqa, ob-
yektiv elmi bilikləri də yox idi ki, başqa yolla izah etsinlər. Eləcə 
də günün çıxması, batması və s. başqa izahlar əsatirlər vasitəsilə 
təsvir və izah olunmuşlar.
Belə izahların yarandığı vaxtdan başlayaraq Yunan incəsənə-
tində süjetli təsvirlər meydana gəlir. 
Bu tək Yunan – Roma incəsənətində deyil, ilk dəfə olaraq Şərq 
incəsənətində də (Şumer təsvirlərində) süjetli təsvirlərə rast 
gəlinir. Şumer əsatirləri xalq və dövlət bərqərar olunduğu vaxt-
dan yaranırlar. Məsələn, Gilqameş haqqında əsatirlər, Göy tanrı-
sı, Su tanrısı, Əkinçilik tanrısı və s. haqda əsatirlər yaranır. “Gilqa-


83
Mövzu 11 
Təsviri sənətdə süjet
meş Şumerin hökmdarı idi, onun hər şey var idi, o fikirləşirdi ki
niyə tanrılar ölməzdir, insanlar isə gec-tez ölürlər? Tanrılar kimi 
o da ölməz olmaq istəyirdi. Bundan sonra o ölməzliyin sirrini 
axtarmağa başlayır. Ona deyilir ki, “bunun bir yolu var. Sən gərək 
bir dağa çıxasan. Onun üstündə Huluppu (həyat ağacı) adlanan 
ağac var, ona rast gələndə ağacın dibində əjdaha görəcəksən. Si-
murq quşu isə həmin ağacın budaqlarında yuva salıb və balalarını 
bəsləyir”. Ölməzlik əldə etmək üçün Gilqameş əjdahanı öldürüb, 
simurq quşunun balalarını xilas etməli və dirilik ağacını paytaxt 
Uruk şəhərinə gətirməli, onu əkməli və daima qulluq etməli idi. 
Bu ağac ona ölməzlik bəxş etməli idi. 
Bu, süjetin xarici görünüşüdür, yəni bu rəvayət vasitəsilə əsl 
ölməzlik nədən ibarət olduğu haqda danışılır. Ancaq ideya on-
dan ibarət idi ki, fiziki cəhətdən ölməmək deyil, əsl ölməzlik odur 
ki, “sən yaxşılıqlar edərkən insanların yaddaşında qalırsan, yaşa-
yırsan. Hamı səndən danışır. Sən əgər hamının yaddaşındasan-
sa, deməli ölməmisən”. Burada məna budur ki, fiziki ölüm, yox, 
mənən ölməyəsən. Onda sən əbədi həyata sahib olacaqsan. Əsas 
ideya bu idi ki, ağacı çətinliklə gətirməli, şər qüvvəyə qalib gəlib, 
həyatın daima cücərməsinə qulluq olunmalı idi. 
Beləliklə, süjetin əmələ gəlməsi birbaşa əsatir təfəkkürünün 
yaranması ilə əlaqədar formalaşır. Əsatirdə tələb olunur ki, 
hadisə tam nəql olunsun və məna aydınlaşsın. Bildiyimiz kimi, 
cəmiyyətdə nəql olunmada müəyyən bir sintaksis qayda olma-
lıdır (yuxarıda biz bu barədə danışmışdıq). Nəqlediciliyin də 
müəyyən bir qanunauyğunluqları var, yəni nəqledicilik məntiq 
üstündə qurulmalıdır. Məntiq tələb edir ki, hər şey hər hansı bir 
başlanğıc nöqtəsindən inkişaf etməyə başlasın. İnkişaf etdikcə o 
dəyişir, yeni şəklə düşür, sonda isə öz tamamlanmış nöqtəsinə 
çatsın. Yəni istənilən canlı həyatın inkişafı mütləq bu mərhələləri 
keçməlidir. Buradan da belə bir nəticəyə gəlmək olar ki, hər bir 
hadisə nədənsə, hər hansı bir nöqtədən (başlanğıc) başlayır, zilə 
qalxır, sonra zəifləyir, yox olur. 
Nəqletmə prosesində təsviri sənət hansı məqamı təsvir 
etməlidir ki, bu hadisənin, süjetin mənasını başa düşək?! Şumer 


84
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
təsvirlərində bir çox belə təsvirlər aşkar olunub ki, orada süjet da-
nışılır, eyni adam (məs., Gilqameş) təsvirin içində iki, üç, bəzən 
dörd dəfə təsvir olunur. Bu prinsip montaj prinsipidir. Müxtəlif 
zaman kəsiklərində baş verən hadisələr ardıcıl olaraq düzülür və 
hadisə inkişafının “oxunuşunu” təmin edir.
Şumer incəsənətində ilk süjetli təsvirlər sətirvari kompozi-
siyalarda öz əksini tapmışlar. Çünki insana üfüqi xətt boyun-
ca hadisənin cərəyan etməsinə baxmaq daha asandır. Müasir 
düşüncə üçün isə bu vacib deyil. Müasir insanlarda abstrakt 
təfəkkür təsvir elementlərinin ardıcıllıqdan asılı olmayaraq dis-
kurs yaratmaq qabiliyyətinə malikdir. 


85
Mövzu 12 
Təsviri sənətdə kompozisiya
T
əsviri incəsənət tarixində süjetli təsvir modellərinin 
yaranması ilk növbədə kompozisiya problemini ortaya çıxartdı. 
Bu vaxta qədər kompozisiya problemi yox idi. Məsələn, qaya-
üstü təsvirlərdə kompozisiya problemi (quruluşu) yoxdur. Ov-
çunun harada dayanmasının fərqi yoxdur, çünki məkan yox idi. 
Əvvəl və ya Son anlayışları yox idi. Bunlar ilk dəfə olaraq qədim 
dövrdə əsatirlərdə yaranır. Biz bunu ilk dəfə Şumer və Yunan 
mədəniyyətində görürük. 
Bir qədər sonra, yəni orta əsrlərdə bu düşüncə prinsipi, yəni 
nəqlediciliyin kompozisiyaya çevrilmə prinsipi dəyişir. Qədim 
dövrdən orta əsrlərə keçid zamanı dünyanın və həyatın dərki ilə 
bağlı düşüncə tərzində mühüm dəyişikliklər baş verir. Ən böyük 
dəyişiklik isə çoxtanrılıqdan təktanrılığa keçid zamanı baş verdi. 
Daha doğrusu, bu dini inqilab idi. 
Belə ki, təktanrılıq ideyası kompozisiyalarda vahid mərkəzin 
yaranmasına gətirib çıxardı. Artıq hər şey Tək Tanrını simvolizə 
edən vahid mərkəzin ətrafında qurulmağa başladı. Bu vaxta 
qədər həyat və hadisələr ardıcıllığı sətirvari qurulurdu. Buna 
diskret düşüncə tərzi deyilir, yəni bir yeni anlayış biri digərinin 
ardınca qısa pauzalarla düzülür. Bir də var ki, mərkəz yaradılır, 
bütün anlayışlar onun ətrafında, vahid məkanda və zamanda 
cərəyan edirlər. 
Beləliklə, qədim dövr üçün xas dünyagörüşü tipi (mifik 
təfəkkür) “dünya modelini” dəyişdi, yeni kompozisiya tipi yarat-
dı. Bu kompozisiya nəqledicilik prinsiplərinə arxalanırdı. Amma 
“nəqledici” kompozisiya sadəcə bir nöqtədən başlayıb – digər 
nöqtəyəcən inkişaf edən məzmun xətti kimi cərəyan etmir. Çün-
ki, bir tərəfdən başlayıb o tərəfdə tamamlanmanın kompozisiya 
baxımından müsbət və mənfi cəhətləri var. Müsbət cəhəti ondan 
ibarətdir ki, belə kompozisiyanı “oxumaq” çox asandır. Burada 
ardıcıllıq mövcud yazı mədəniyyəti ilə müəyyən olunur. 

Yüklə 3,29 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin