Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə154/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   150   151   152   153   154   155   156   157   ...   297
psix

İntellektual (zehni) hisslər – insanın zehni (idrak) fəaliyyəti ilə əlaqəli şəkildə əmələ gəlir. Bu cür hisslər insanı ətraf aləmin sirlərinə, özünün eləcə də başqasının rəftar və davranışının səbəbini daha dərindən dərk etməyə sövq edir. Maraq, inam, səbr, təəccüb, şübhə, yəqinlik, fəhm, heyrət, yenilik və s. intellektual hisslər hesab olunur.
Beləliklə intellektual hisslər insanın idrak fəaliyyəti ilə əlaqədar olan, onu ətraf aləmi daha dərindən və ətraflı dərk etməyə yönəldən mürəkkəb hisslərdir. Təlim prosesində elmi axtarışlar zamanı, yaradıcı fəaliyyətdə zehni hisslərin hesabına insan fəaliyyəti daha da səmərəli olur. Zehni hisslərin təsiri nəticəsində insan ətraf aləmin sirlərinə, həll etməli olduğu problemlərin mahiyyətinə daha yaxşı nüfuz edir və onu həll edir. Ümumən insanın idrak fəaliyyətinin səmərəliliyi, başqa psixi hadisələrlə yanaşı həm də zehni hisslərlə şərtlənir.
Azərbaycan xalqın müqtədir oğlu, fəlsəfi-romantik şerimizin banisi Hüseyn Cavidin fəlsəfəsi, Rene Dekartın: «Hər şeyə şübhə ilə yanaş! – Budur həqiqətin meyarı» fəlsəfi kredosu ilə səsləşir:
Şübhədir hər həqiqətin anası,
Şübhədir əhli – hikmətin babası,
Şübhə artarsa həm yəqin artar,
Mərifət nuri şübhədən parlar.
Səhvinizdən ta ki doğsun şübhələr,
Həp seçilsin haqqü batil, xeyrü şər.
İdrak prosesləri ilə emosiya və hisslərin dialektik vəhdət təşkil etməsi – müasir təlim nəzəriyyəsi üçün fundamental əhəmiyyət kəsb edən qanundur. Odur ki, hər bir müəllim təlim prosesində şagirdin idrak fəaliyyətini, onun intellektual hisslərini (şübhə, inam, təəccüb, heyrət və s.) fəallaşdırmaq yolu ilə gücləndirməlidir. Bu cür fəallıq nəticə etibarı ilə təfəkkürün, ağlın inkişafına xidmət edəcəkdir. Yeni pedaqoji təfəkkür, təhsilin humanist­ləşdirilməsi, humanitarlaşdırılması, interaktiv təlim metodlarının geniş vüsət aldığı bir şəraitdə, şagird təfəkkürünün emosional cəhətdən, zehni hisslərin köməyi ilə fəallaşdırılması müasir dərsə verilən əsas psixopedaqoji tələbdir. Təfəkkür ilə hisslərin sinxron surətdə inkişaf etdirilməsi şəxsiyyətin yetişdirilməsinin ana xəttini təşkil etməlidir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin