Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə263/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   259   260   261   262   263   264   265   266   ...   297
psix

2. Didaktik qabiliyyətlər-müəllimin zəruri məlu­matları şagirdlərə çatdıra bilmək, öyrədə bilmək, materialı uşaqların səviyyələrinə uyğun­laşdırmaqla onlara çatdırmaq, material və ya problemi aydın və ya anlaşıqlı şəkildə şagird­lərə təq­dim etmək, fənnə qarşı maraq oyatmaq, şagird­lərdə fəal müstəqil fikir yarada bilmək qabiliy­yətlərindən ibarətdir. Buraya konkret olaraq müəlli­min izah edə bilmək qabiliyyətini, ekspressiv-nitq (natiqlik) qabiliyyətini, nəzəri qabiliyyətləri (akade­mik qabiliyyət) aid etmək olar.
Müəllimin izah edə bilmək qabiliyyəti. Bu cür qabiliy­yətə malik olan müəllimin fikri şagird­lər üçün aydın olur. Onlar çətin, anlaşılmaz mate­rialı şagirdlər üçün anla­şıqlı edə bilərlər. Təlim materialının məzmununu şagird­lərin səviy­yəsinə uyğun, aydın və anlaşıqlı, sadə şəkildə izah edə, çatdıra bilirlər. Nəticədə onlar şagirdlərdə tədris etdikləri fənnə qarşı maraq oyadır, onların fikrinin fəal müstəqil işləməsinə şərait yaradır­lar. Belə müəllimlər zəruri hallarda çətini asan etməyi, mürəkkəbi sadələş­dirməyi, anlaşıqsızı anlaşıqlı etməyi bacarırlar. Bu cür qabiliyyətə malik olan müəllim şagirdlərin hazırlıq, inkişaf səviyyələrini, nəyi bildiklərini və nəyi bilmədiklə­rini, nəyi artıq unuda bildiklərini nəzərə alır, şagirdlərin qarşılaşa biləcəkləri çətinlikləri görür və onların qarşısını almağa çalışır. Qeyd edilən qabiliyyətə malik olan müəllim özünü şagir­din yerinə hiss edə bilir, onun mövqeyində dayanır və özünə aydın olan fikirlərin şagird üçün aydın ola bilməməsi hallarının mümkünlüyünü başa düşür. Ona görə də öz izahatının xarakter və formasını xüsusi şəkildə düşünür.
Ekspressiv-nitq (natiqlik) qabiliyyətləri. Pe­daqoji fəaliyyətin müvəffəqiyyətli icrasında nitq qabiliyyətləri də həlledici rol oynayır. Nitq qabi­liyyətləri lazımi səviyyədə inkişaf etməyən müəllim nəzərdə tutulan təlim materialını şagirdlərə çatdırmaqda çətinlik çəkir. Bu cür qabiliyyətlərə malik olan müəllim öz fikir və hisslərini nitqin, eləcə də mimika və pantomimika vasitəsilə aydın və dəqiq ifadə edə, nitqin köməyilə şagirdlərin fikir və diqqətini maksimum dərəcədə fəallaşdıra bilir. Müəllimin peşəsi üçün bu ən zəruri qabiliyyətlər­dən biri hesab olunur. Bu cür qabiliyyətə malik olan müəllimlər dolaşıq, mürəkkəb danışıq tərzindən qaçır, öz fikirlərini şagirdlərin başa düşəcəyi sadə, aydın dildə ifadə edirlər. Müəllimin nitqi canlı, obrazlı, ifadəli, emosional, aydın, stilistik, qrammatik və fonetik cəhətdən qüsursuz olmalıdır.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin