Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Səfərbəredici bacarıq və vərdişlər



Yüklə 1,29 Mb.
səhifə261/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   257   258   259   260   261   262   263   264   ...   297
psix

Səfərbəredici bacarıq və vərdişlər:
- şagirdlərin diqqətini səfərbərliyə almaq və onlarda təlimə və əməyə davamlı maraqlar yaratmaq; onları oxumağa öyrətmək; onları öz iş yerini ha­zırlamağa, kitabla, alətlərlə işləməyə alışdırmaq;
- şagirdlərə əldə etdikləri nəzəri bilikləri təcrübəyə tətbiq etmək bacarığı aşılamaq;
- kollektivin inkişafına rəhbərlik etmək, şagirdlərin kollektivdə öz güclərini düzgün tətbiq etmələrinə rəhbərliyi bacarmaq; işləri dəqiq plan­laşdırmaq, ona nəzarət etmək və obyektiv olaraq qiymətləndirmək.
İnkişafetdirici bacarıq və vərdişlər:
- tədris prosesində müşahidə metodundan və müxtəlif məktəb təcrübələrindən istifadə etmək;
- bütün tədris metodlarını yaş fiziologiyası, psixologiya, pedaqogika və məktəb gigiyenasının müa­sir nailiyyət və məlumatları əsasında tətbiq etmək;
- təlim və fikri iş sisteminin formalaşması prosesində şagirdlərin əqli fəaliyyətini idarə etmək;
- təlim prosesində şagirdlərdən müstəqil tə­fəkkür tələb edən problem situasiya yaratmaq;
- şagirdlərə əvvəllər əldə etdikləri bilik­ləri tətbiq etməyi, müqayisə və müstəqil əqlinəticə, fəal idrak fəaliyyəti tələb edən suallar vermək.


İstiqamətləndirici bacarıq və vərdişlər:
- elmi dünyagörüşü, təbiət və əməyə düzgün mü­nasibəti təşəkkül etdirmək;
- şagirdlərdə tədris fəaliyyətinə və elmə, məhsuldar əməyə və cəmiyyətin tələblərinə, öz şəxsi istiqamət və imkanlarına uyğun peşəyə davamlı maraq aşılamaq;
- şagirdlərin yüksək əxlaqi ideallar ruhunda humanist, estetik və ideya-siyasi tərbiyəsini həyata keçirmək.
Müəllimin bu cür pedaqoji bacarıq və vərdiş­ləri onun ümumi bacarıqları ilə birlikdə pedaqoji fəaliyyəti müvəf­fəqiyyətlə həyata keçirməsinə imkan verir. Bu cür bacarıq və vərdişlər pedaqoji fəaliy­yət prosesində forma­laşmaqla yanaşı, həmin fəaliy­yətin səmərəli təşkilini təmin edir. Pedaqoji baca­rıq və vərdişlər qabiliyyət səviyyəsinə yük­səldikdə pedaqoji fəaliyyətin müvəffəqiyyətlə icrası üçün əsas amilə çevrilir.
Müəllimin təlim və tərbiyə prosesində yüksək gös­təricilər əldə etməsi onun pedaqoji qabiliyyət­lərinin inki­şafından asılıdır. Pedaqoji qabiliy­yətlərin inkişafı müəllimin şəxsiyyətində peda­qoji fəaliyyəti müvəffəqiyyətlə icra etmək üçün zəruri olan fərdi psixi xassələrin formalaş­ma­sına səbəb olur.
Bütün pedaqoji qabiliyyətləri şərti olaraq üç qrupda birləşdirmək olar: şəxsi qabiliyyətlər, didaktik qabiliy­yətlər, təşkilatı-kommunikativ qabiliyyətlər.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin