Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə264/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   260   261   262   263   264   265   266   267   ...   297
psix

Nəzəri qabiliyyətlər. Bu cür anlayış altında müəl­limin müvafiq fənn, daha doğrusu elm sahəsinə aid qabiliyyətləri nəzərdə tutulur. Müəllimin təd­ris etdiyi fənni dərindən bilməsində ifadə olunur. Bu cür qabiliyyətə malik olan müəllim öz fənnini təkcə tədris kursunun həcmində deyil, daha geniş, dərindən bilir, tədris etdiyi elm sahəsində olan kəşfləri daima izləyir, materiala tam sərbəst yiyələnir, ona böyük maraq göstərir, kiçicik də olsa öz ixtisası sahəsində tədqiqat işi aparır.
3. Təşkilati kommunikativ qabiliyyətlər. Bu cür pe­daqoji qabiliyyətlər müəllimin təşkilatçı­lıq funksiyası və ünsiyyəti ilə bağlıdır. Bu cür pedaqoji qabiliyyətlərə konkret olaraq aşağıdakı­ları aid etmək olar: təşkilatçılıq qabiliy­yəti, avtoritar qabiliyyət, kommunikativ qabiliy­yət, per­septiv qabiliyyət, suqqestik qabiliyyət, pedaqoji mərifət, pedaqoji təxəyyül, diqqəti paylaya bilmək qabiliyyəti, ped631-6aqoji refleksiya.
Təşkilatçılıq qabiliyyətləri. Bu cür qabi­liyyətlər də pedaqoji fəaliyyət üçün az əhəmiyyətə malik deyildir. Təlim və tərbiyənin səmərəliliyi müəllimin təşkilatçılıq qabiliyyətindən çox ası­lıdır. Müəllimin təşkilatçılıq qabiliy­yətləri təlim tərbiyə prosesində özünü dərhal büruzə verir. Bu cür qabiliyyətlər iki formada təzahür edir. Birincisi, şagird kollektivini təşkil etmək, möh­kəmləndirmək, mühüm vəzifələrin həyata keçirilmə­sinə ruhlandırmaq, ona düşü­nülmüş səviyyədə təşəb­büs və müstəqillik verə bilmək qabiliyyəti. İkincisi, öz fəaliyyətini düzgün təşkil etmək qabiliyyətləri: səliqəlilik, işgüzarlılıq, dəqiqlik, öz işini düzgün planlaşdırmaq və özünəzarəti təşkil etmək bacarığı.
Avtoritar qabiliyyətlər. Müəllim daima bu və ya digər cəhətdən bir-birindən fərqlənən şagird­lərlə, onların təlim tərbiyəsi ilə məşğul olur. Bu işdə müvəffəqiyyət qazan­maq onun şagirdlər arasın­dakı hörmətindən (avto­ritetindən) çox asılıdır. Belə qabiliyyətə malik olan müəllim şagirdlərə bilavasitə emosional-iradi təsir göstərə bilir və bunun əsasında onların hörmətini qazanmağı baca­rır. Bu cür qabiliyyətlərin əsasını müəllimin öz fənnini mükəmməl bilməsi, onun incəliklərini şagirdlərə çatdıra bilməsi, müsbət iradi keyfiy­yətləri, öz yetişdirmələrini hədsiz sevməsi, gördüyü işin doğruluğuna inamı, öz əqidəsini şagirdlərinə aşılaya bilməsi bacarığı və sairədən asılıdır.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin