Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə272/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   268   269   270   271   272   273   274   275   ...   297
psix

Müəllimin pedaqoji mərifəti. Pedaqoji ünsiyyət zamanı müəllimin pedaqoji mərifəti onun şəxsiyyətinin ən dəyərli və pedaqoji fəaliyyət üçün zəruri olan keyfiyyəti hesab olunur. Pedaqoji mərifət müəllimin özünə qarşı gənclərin rəhbəri, tərbiyəçisi kimi sosial gözləmələri adekvat qavrama əsasında qurulan davranışdır. Müəllimin pedaqoji mərifəti onu şagirdlərlə, onların valideynləri ilə, müəllim yoldaşları ilə düzgün münasibət sax­laya bilmək bacarığı və həddini aşmamasında təza­hür edir. Təcrübə göstərir ki, pedaqoji mərifətin gözlənilməməsi pedaqoji ünsiyyətin pozulması ilə yanaşı pedaqoji fəaliyyətin əsas məqsədini həyata keçirməyə mane olur, müəllimlə şagirdlər arasında münaqişənin yaranmasına gətirib çıxarır.
Pedaqoji mərifət müəllimin davranışında həlledici yer tutur. Pedaqoji mərifətə malik olma­yan müəllim öz şagirdlərinin gözündən asanlıqla düşür, onların hörmətini qazana bilmirlər. Xüsu­silə yenicə pedaqoji fəaliyyətə başlayan günü müəl­lim məhz həmin keyfiyyətlərin olmaması üzündən çox vaxt özündə öz gücünə inam hiss etmir.
Pedaqoji mərifətin mühüm cəhətlərindən müəllimin şagirdlərə, uşaq kollektivinə düşünül­müş və diqqətli münasibəti, çıxarılan qərarlarda ehtiyatlılıq, şagirdin mənliyinə toxunmamaq və s. qeyd etmək olar.
Pedaqoji mərifət öz-özünə biruzə vermir. O, müəllimin gündəlik fəaliyyətində, işində özünü gös­tərir. Müəllim şagird kollektivi ilə, onların təlim və tərbiyəsi ilə məşğul olur. Bu zaman şagirdlərin təlim müvəffəqiyyətini, davranış tərzini qiymətləndirməli olur. Burada isə istər-istəməz onun pedaqoji mərifəti təzahür edir.
Şagirdin fəaliyyətini pedaqoji cəhətdən düz­gün qiy­mətləndirmək həmin fəaliyyət prosesinə əsaslı təsir gös­tərir. Ona görə də müəllim öz şagirdlərinin təlim müvəf­fəqiyyətini, onun davra­nış tərzini düzgün qiymətləndirməyi bacarmalıdır. Bunun üçün isə, o, şagirdlərin bilik, bacarıq və vərdişlərinin həqiqi səviyyəsini, onların davranış tərzini, işə münasibətinin xüsusiyyətlərini dəqiq müəyyənləş­dir­məlidir. Məktəb təcrübəsi göstərir ki, şagird öz bilik, bacarıq səviyyəsinin düzgün qiymət­ləndirilməsini gördükdə öz imkanlarını anlayır, qüvvətli və zəif cəhətlərini başa düşür, daha çox müvəffəqiyyət əldə etmək üçün səy göstərir.
Müəllimin şagirdə yanaşması, ona müraciət tərzi onun bilik və davranışının qiymətləndiril­məsində mühüm rol oynayır. Adətən, şagirdlər tələb­kar, eyni zamanda onların mənliyinə toxunmayan, onlara hörmət edən müəllimi sevirlər. Bu cür müəl­limin şagirdin bilik səviyyəsini və davranış tər­zini düzgün qiymətləndirməsi onun gələcək fəaliy­yətinə düzgün istiqamət verir.
Pedaqoji mərifətə malik olan müəllim sürətlə dəyişən pedaqoji şəraitə uyğunlaşmağı, mövcud şəraiti qiymətləndirməyi, düzgün qərar qəbul etməyi bacarır. Bunun üçün isə müəllim təkcə fakt­ları qavramağı və qiymətləndirməyi bacarmaqla kifayətlənməməlidir, eyni zamanda yüksək mərifət, dözümlülük və özünü ələ ala bilmək imkanına malik olmalıdır.
Pedaqoji mərifətə yiyələnən müəllim şagirdlə harada, necə danışmağın tərzini də bilir, bunu düzgün seçməyi bacarır. Ona görə də müəllimin apardığı iş səmərəsiz qalmır.
Müəllimin pedaqoji mərifəti onun ümumi əxlaqi keyfiyyətlərindən, şagirdlə ünsiyyət zamanı pedaqoji etika qanunlarını nəzərə almasından çox asılıdır.
Pedaqoji ünsiyyətin pozulması və pedaqoji mərifətin gözlənilməməsi nəticəsində müəllimlə şagirdlər arasında qarşılıqlı təsir prosesində məna maneələri yarana bilir. Bu cür maneələr şəx­siyyətlərarası münaqişələrin mənbələrindən birini təşkil edir. Təcrübə göstərir ki, müəllimə qarşı məna maneəsi yaranan şagirdlər həmin müəllimin heç bir tələbinə əməl etmək istəmir. Adətən, uşaq­ların daha çox küsəyən və tez özündən çıxan dövrü olan yeniyetməlik dövründə məna maneəsi daha tez yaranır, daha parlaq təzahür edir və çətinliklə ara­dan qaldırılır. Ona görə də müəllim öz ünsiyyətini elə təşkil etməlidir ki, məna maneəsinin yaranması ilə nəticələnməsin.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin