Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


VI.25.4.Şagird şəxsiyyəti və sinif kollektivinin



Yüklə 1,29 Mb.
səhifə273/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   269   270   271   272   273   274   275   276   ...   297
psix

VI.25.4.Şagird şəxsiyyəti və sinif kollektivinin

öyrənilməsi və onlara psixoloji xarakteristika

tərtibinin prinsipləri. Dərsin psixoloji təhlili


Şagird şəxsiyyətini hərtərəfli inkişaf etdirmək və sinif kollektivini təşkil etmək üçün birinci növbədə onları hərtə­­rəfli öyrənmək lazımdır. Bu tələbi həyata keçirmədən müəllim öz qarşısında duran vəzifəni müvəffəqiyətlə həyata keçirməyə nail ola bilməz. Ona görə də müəllim bir növ tədqiqatçılıq qabiliyyətinə malik olmalı, bu qabiliyyətin köməyi ilə şagirdlərini, onların daxil olduqları sinif kollektivini öyrənməli, onlar haqqında zəruri biliyə malik olmalıdır. Təcrübə göstərir ki, müəllimin, sinif rəhbərinin öz şagirdlərini, sinif kollektivini öyrənmək əsasında tərtib etdiyi psixoloji-pedaqoji xarakteristika şəxsiyyətin formalaşmasını idarə etməkdə ona lazımi imkanlar yaradır. Bu cür xarakte­­ris­­­ti­­ka­­nın tələb edilən səviyyədə olması üçün onun tərtibi zamanı müəyyən prinsiplərə, tələblərə əməl olunmalıdır.


Gələcək müəllimin bu sahədə müəyyən təcrübəyə malik olması, pedaqoji təcrübə zamanı ayrı-ayrı şagirdlər və sinif kollektivi üzərində müşahidəni necə təşkil etmək və bunun əsasında psixoloji-pedaqoji xarakteristika tərtibi bacarığına yiyələnməsi zəruridir.
Şagird şəxsiyyətinin, eləcə də sinif kollektivinin yararlı psixoloji-pedaqoji xarakteristikasını tərtib etmək üçün müəl­­­lim – təcrübəçi birinci növbədə şagird və sinif kollektivi haqqında kifayət qədər məlumata malik olmalıdır. Bu məlumatı əldə etmək üçün müasir psixologiyanın tədqiqat metodlarından, xüsusilə müşahidə və müsahibə metodundan geniş istifadə edilməlidir. Həmin metodların köməyi ilə əldə edilən faktlar mütləq gündəlik şəklində qeyd olunmalıdır. Əks təqdirdə yalnız hafizəyə istinad edilərək tərtib olunan xarakteristikada bəzən zəruri cəhətlər, detallar nəzərdən qaçır. Şagirdin və ya sinif kollektivinin öyrənilməsi nəticəsində əldə edilən material ciddi təhlil edildikdən sonra sistemləşdirilir. Xarakteristikanın əsas məqsədi şagird şəxsiy­­yətinin əsas cəhətlərini açmaq, onun, əlamətlərinin, keyfiy­­yət­lərinin və təzahürünün ümumi istiqamətini göstər­­məkdən ibarətdir. Xarakteristikada şagirdin bir fərd kimi özü­­nəməxsus xüsusiyyətləri öz əksini tapmalıdır. Belə olduqda həmin şagirdlə gələcəkdə aparılacaq təlim-tərbiyə işinin proqramını müəy­yənləşdirmək mümkün olur. Xarak­­teristikada irəli sürülən hər bir fikir yaxşı əsaslandırılmalı, şagird şəxsiyyətində və sinif kollektivində baş verən dəyişikliklər burada öz əksini tapmalıdır. Bunun üçün şagirdi və ya sinif kollektivini müxtəlif vəziyyətlərdə öyrənmək, kifayət qədər tutarlı və bir-birini tamamlayan faktlar əldə etmək lazımdır. Təsadüfən təzahür edən bir hərəkətə, bir davranış tərzinə əsasən şagird şəxsiyyətini və sinif kollek­­­tivini xarakterizə etmək səmərəli nəticə vermir. İmkan daxilində müşahidə zamanı əldə edilmiş faktın əsaslı olub-olmamasını müsahibə, sadə eksperimentlərdən istifadə et­mək­­lə yoxlamaq lazımdır. Çalışmaq lazımdır ki, əldə olun­­muş faktlar şagird şəxsiyyətinin və sinif kollektivinin tipik xüsusiyyətlərini, dəyişmə və inkişafını əks etdirsin. Şagird şəxsiyyətinə aid tərtib olunmuş xarakteristikada şagird şəxsiyyətində hansı keyfiyyəti, əlaməti və təzahür xüsusiy­­yətini inkişaf etdirməyin, hansıları aradan qaldırmağın zəruri olduğu öz əksini tapmalıdır. Xarakteristika qısa nəticələrlə başa çatmalıdır. Burada şagirdin fərdi psixi xüsusiyyətlərinin təhlili əsasında onunla gələcəkdə aparılması zəruri olan tərbiyəvi işin istiqaməti, konkret tərbiyəvi təsir metodları və priyomları qeyd olunmalıdır.
Bu cəhətlər sinif kollektivinə tərtib olunan psixoloji-pedaqoji xarakteristikada da nəzərə alınmalıdır. Burada da sinif kollektivinin inkişaf xüsusiyyətləri və gələcəkdə kol­­lektivlə aparılacaq işin məzmunu və təşkilinə dair təkliflər verilməlidir. Burada bir cəhəti də qeyd etmək lazımdır ki, istər şagird şəxsiyyətinin, istərsə də sinif kollektivinin gə­ləcək inkişafı üçün irəli sürülən təkliflər ünvansız olma­­­malıdır. Konkret olaraq bu və ya digər cəhətin inkişafında kimin məsul olduğu, kimin müvafiq tədbiri həyata keçirəcəyi göstərilməlidir.
Şagird şəxsiyyətinin psixoloji xarakteristikası özündə aşağıdakı göstəriciləri əks etdirməlidir:
I. Şəxsiyyət haqqında ümumi məlumat.
II. Şagirdin daxil olduğu kollektivin qısa xarakteristi­­­kası.
III. Xarakterizə olunan şagirdin sinifdə, ailədə və yol­daş­­­ları arasında mövqeyi.
IV. Şəxsiyyətin istiqaməti və iddia səviyyələri.
V. Fəaliyyətinin ümumi xarakteristikası.
VI. Psixi proseslərinin fərdi xüsusiyyətləri.
VII. Şəxsiyyətin struktur komponentləri (qabiliyyətləri, temperamenti və xarakteri).
VIII. Şagird şəxsiyyətinin müsbət və mənfi kompo­­­­nentləri barədə nəticələr, onunla gələcəkdə aparılacaq iş barədə təklif və məsləhətlər.
Şagird şəxsiyyətinin öyrənilməsi və ona psixoloji-pedaqoji xarakteristika tərtibini aşağıdakı təxmini sxem üzrə aparmaq olar.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin